Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətənin və xalqın təhlükəsizliyinə həsr olunan ömür...

İnsanın keçdiyi həyat yolu onun cəmiyyətdəki mövqeyini, ictimai statusunu, mənəvi dünyasını formalaşdırır. Burada onun doğulub boya-başa çatdığı mühitin, ana torpağın da rolu böyükdür. Atalar demişkən “Ot kökü üstə bitər”. 

Hələ yetkinlik yaşından Rəhman İsmayılovun əhatə olunduğu saf mühit, gözəl ailə, ətrafında cərəyan edən hadisələr ona  ömrünü mərd, vicdanlı, şərəfli yaşamağı, mübariz olmağı aşılamışdır.

Dinc tələbə həyatını qanlı döyüş meydanına dəyişən vətənpərvər...

Xocalıda dünyaya göz açan Rəhman İsmayılov ömrünün ən xoş günlərini, eyni zamanda ən dəhşətli faciəni də elə orada yaşamışdır. Sovet ordusunda hərbi xidməti başa vurduqdan sonra bir neçə il Xankəndi şəhərində fəaliyyət göstərən “Qarabağ” futbol komandasında futbolçu olmuşdur. Sonra Rusiyanın Çita şəhərində Politexnik İnstitutuna qəbul olur. Çoxlarımızın qəlb ağrısı ilə xatırladığı Qarabağ hadisələrində erməni işğalçıları torpaqlarımıza hücum etdiyi zaman, vətənimizin bir çox igid övladları kimi Rəhman İsmayılov da öz təhsilini yarımçıq qoyub ata-baba yurduna qayıdır. Taleyüklü bu məqamda Vətəninin, xalqının mənafeyini qorumaq üçün Xocalı özünümüdafiə dəstəsinə üzv yazılır, hərbi əməliyyatlarda iştirak edir. 

Dinc tələbə həyatını qəlbinin səsi ilə qanlı döyüş meydanına dəyişən, vətənin bütövlüyünü qorumaq üçün ölümə cəsarətlə meydan oxuyan Rəhman İsmayılov, müharibə illərində özünü cəsur döyüşçü, yenilməz hərbçi kimi göstərir. Qeyri-bərabər döyüşlərdə çoxsaylı şəxsi igidlik nümunələri göstərən, cəsarəti ilə döyüş yoldaşlarına ruh yüksəkliyi bəxş edən Rəhman İsmayılov, Xocalı döyüşlərində də aktiv iştirak edir. Tale onu  Xocalı faciəsinin canlı şahidinə çevirir. Rəhman İsmayılovun yaddaşında erməni faşizminin Xocalıda törətdiyi vəhşiliklər əbədi yer tutur, onun düşmənə olan nifrət hissini daha da artırır. Müharibədən sonra Rəhman İsmayılov gənclərlə söhbətlərində məlum faciəni, ermənilərin Xocalıda törətdiyi vəhşilikləri tez-tez yada salır, gənc nəslin erməni vandalizmi haqqında dolğun şəkildə məlumatlandırılmasında fəal iştirak edir. 

Barıt qoxulu səngərlərdən universitet auditoriyasına qayıdış...

Müharibədən sonra Rəhman İsmayılov öz təhsilini davam etdirməyə qərar verir. Keçmiş döyüşçü İnşaat Mühəndisləri İnstitutu və Polis Akademiyasında təhsil alır.

Polis Akademiyasında təhsil aldığı illərdə Rəhman İsmayılov cinayətkarlığa qarşı mübarizənin sirlərini dərindən  mənimsəyir, öz üzərində mütəmadi şəkildə işləyir. Müharibə illərində əldə etdiyi döyüş təcrübəsi, ünsiyyət bacarığı, təhlükəli anlarda doğru və çevik qərar qəbul etmək bacarığı ona polis zabiti kimi püxtələşməkdə kömək edir. Çox keçmir ki, o, daxili işlər orqanının əməkdaşı kimi həm polis zabitləri arasında, həm də cəmiyyətdə böyük hörmət və dərin inam qazanır.

Ömrünü vətənin təhlükəsizliyinə həsr edən polis zabiti...

Artıq, 30 ildir ki, Rəhman İsmayılov daxili işlər orqanlarında şərəflə xidmət edir. Öz peşəkarlığı, zəngin təcrübəsi, humanistliyi, dəqiqliyi, sadəliyi, səmimiyyəti, təmkinliyi, işgüzarlığı və müsbət mənəvi keyfiyyətləri ilə seçilən Rəhman İsmayılov ömrünün ən məhsuldar, ən qaynar dövründə qəlbinin odunu, hərarətini öz xidməti vəzifəsini layiqincə yerinə yetirməyə sərf etmişdir. Nəcib davranışa, yüksək mədəniyyətə malik olan polis mayoru Rəhman İsmayılov daxili işlər naziri tərəfindən “Qusursuz və əla xidmətlərə görə” nişanı ilə mükafatlandırılmışdır.

Bu gün I Qarabağ müharibəsi veteranı, polis mayoru Rəhman İsmayılovun doğum günüdür. Bu münasibətlə Rəhman İsmayılovu təbrik edir, ona möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik.

Seymur ƏLİYEV

 

 

2025-01-09 08:44:42
3386 baxış

Digər xəbərlər

Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, AAYDA “19№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında şəhid ailələri və veteranlara olan dövlət qayğısından danışılıb, bu məsələdə hər bir fərdin və özəl müəssisənin üzərinə düşən məsuliyyət müzakirə olunub. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhid ailələri və veteranlara qayğı kimliyindən, sosial statusundan asılı olmayaraq, hər bir vətəndaşın mənəvi borcudur  və hər bir şəxs, hər bir qurum bu məsələdə dövlətə dəstək verməli, onunla həmrəylik sərgiləməlidir. Nazim Eynallı Şamaxı və ətraf rayonlarda şəhid ailələri və veteranlara göstərilən qayğıya diqqət çəkib, yaxın gələcəkdə bu istiqamətdə görüləcək işlərdən danışıb. Görüşün  sonunda Nazim Eynallı Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Seymur ƏLİYEV  

Hamısını oxu
“İslahatlar SHXÇDX-dəki şəffaflığı artırmaqla yanaşı, həm də Silahlı Qüvvələrimizin möhkəmlənməsinə xidmət edir”

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) aparılan islahatlar bu qurumdakı şəffaflığı artırmaqla yanaşı, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsinə xidmət edir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son illər bu qurumda aparılan islahatlar, həyata keçirilən yeniliklər artıq öz müsbət nəticəsini verməkdədir: “General-mayor Mürsəl İbrahimovun rəhbərliyi dövründə SHXÇDX-də fundanmental islahatların aparıldığı, qurum daxilində, eləcə də Xidmətlə vətəndaşlar arasındakı münasibətləri şəfaffaflaşdırmaq və sağlamlaşdırmaq istiqamətində mühüm addımların atıldığı göz önündədir. Bu addımlardan ən önəmlisi Xidmətdə çalışan və fəaliyyətində nöqsanlara yol verən, xüsusilə də rüşvətə bulaşan şəxslərin işdən azad edilməsi, məsuliyyətə cəlb olunmasıdır. Təkcə bir faktı qeyd edək ki, 2025-ci ildə SHXÇDX-nin 172 əməkdaşı məsuliyyətə cəlb olunub. Bu rəqəmin özü Xidmət daxilində aparılan islahatların necə böyük və miqyaslı olduğundan xəbər verir.  Hazırda SHXÇDX-də aparılan təqdirəlayiq islahatlardan biri də bu qurumun neqativ hallara qarşı mübarizədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə geniş şəkildə əməkdaşlıq etməsidir.  Bir məqamı da qeyd edim ki, SHXÇDX-də aşkarlanan neqativ hallarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdrəsinə bütün məlumatlar əksər hallarda elə Xidmətin özü tərəfindən verilir. Yəni SHXÇDX-i hər hansı bir bölmə və ya şöbədə ciddi  neqativ hal aşkar edəndə, o zaman məsələyə hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına müraciət edir.  Bundan sonra həmin şəxslərin əməllərinin araşdırılması hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə desək, Xidmət hər hansı neqativ halın gizlədilməsində deyil, aşkarlanmasında, ictimaiyyiləşdirilməsində maraqlıdır və bu faktın özü SHXÇDX-nin şəffaflıq amilinə necə böyük önəm verdiyinin göstərir. Lakin təəssüf hissi ilə vurğulayıram ki, bəzi hallarda media və sosial mediada SHXÇDX-nin həyata keçirdiyi bu islahatlar tamam başqa konteksdə ictimaiyyətin diqqətinə çatdırılır, bəzi qüvvələr Xidmət rəhbərliyinin həyata keçirdiyi bu islahatlardan onun özünə qarşı istifadə etməyə çalışırlar. Məsələn, bugünlərdə SHXÇDX-də çalışan 8 vəzifəli şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olundu. Onların həbsinə səbəb isə həmin şəxslərin vətəndaşlardan rüşvət almasına əsaslı şübhələrin olması olub. Məlum həbslərdən sonra bəzi saytlarda SHXÇDX və onun rəhbərliyi ilə bağlı tənqidi yazılar üzə çıxdı ki, onların heç birinin məntiqi əsası yox idi. Çünki bu həbslərin özü SHXÇDX-nin neqativ hallara qarşı necə ciddi, necə prinsipial mübarizə apardığını göstərir. Hansı ki, buna görə Xidməti, onun rəhbərliyini tənqid etmək yox, alqışlamaq lazımdır. Ümid edirəm ki, yaxın gələcəkdə biz media nümayəndələrinin SHXÇDX-dəki islahatlara daha obyektiv yanaşmasına şahid olacaq, cəmiyyət olaraq müsbət yenilikləri təqdir etməklə Xidmət rəhbərliyini daha böyük uğurlara həvəsləndirəcəyik. Unutmamalıyıq ki, Silahlı Qüvvələri insan resursu təmin edən SHXÇDX-dir. Bu isə o deməkdir ki, SHXÇDX nə qədər şəffaf, nə qədər sağlamdırsa, ordu da bir o qədər güclü, bir o qədər möhkəm, bir o qədər yenilməzdir”. Seymur ƏLİYEV

Hamısını oxu
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlığının və birliyinin təcəssümüdür

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedəcək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını bildirən C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar olub”. C.Xəlilov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya fövqəladə vəziyyət elan edilmədən yeridilən keçmiş SSRİ-nin hərbi birləşmələri şəhərdə əməliyyat həyata keçirməklə SSRİ və Azərbaycan SSR konstitusiyalarını kobud surətdə pozublar. Görünməmiş qəddarlıqlar törətmiş həmin hərbi qruplaşmanın tərkibi əksəriyyəti ermənilərdən ibarət olan, xalqımızın qanına susamış vəhşi cinayətkarlar idi. “Həmin ağır günlərdə, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək xalqla birgə olduğunu bildirib. Dahi rəhbər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, qanlı faciənin törədilməsinə görə mərkəzi və respublika rəhbərlərini ittiham edib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi qeyd edilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətidir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb. Çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, xalqımızın yaddaşında əbədi yaşayacaqlarını qeyd ediblər.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatı "Dayaq" Təşkilatı ilə birgə hüquqi maarifləndirici görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və Vətən Müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüqquqi maarifləndirmə yönümündə görüş keçirildi. Maarifləndirici əhəmiyyətli görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri,  “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, Təşkilatın hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, İdarə Heyyəti və fəal üzvüləri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüləri  - tanınmış vəkillər Vüsalə Cəfərli, Vüsal Səfərov, Murad Mirzəzadə və Arbitrium Vəkil Bürosunun əməkdaşları Bağırov Namiq İmran oğlu, Cəfərov Nəsimi Abbas oğlu, Raxtari Kamilə Səftər qızı, Şəhid ailələri, Qazilər hüquqi dinləmədə fəal şəkildə iştirak edərək çıxış etdilər. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə daim diqqət və qayğı göstərdiyini bildirib. Polkovnik qeyd edib ki, həssas kateqoriyaya daxil olan bu şəxslərin daim diqqət mərkəzində saxlanılması Prezident İlham Əliyevin bütün qurumlar, eləcə də hər bir vətəndaş qarşısında qoyduğu tapşırıqdır və hər kəs bu tapşırığı, şəhid ailələri, qazilər qarşısındakı öz vicdan borcunu layiqincə yerinə yetirməlidir. Maarifləndiruci görüşdə çıxış edən qurum rəsmiləri dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan söz açdılar. Təəssüf hissi bildirdilər ki, son dövrlər şəhid ailələri və qazi adından sui istifadə hallarına rast gəlinir. Bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və Qazilərin müraciətlərinə laqeydliklə yanaşıldığı müşahidə edilməkdədir. Belə olduğu təqdirdə ölkəmizdə bu cür həssas kateqoriyadan olan vətəndaşlarımızın özlərinə qəsd etmə kimi halların baş verməsinə gətirib çıxarır. Natiqlər onu da xüsusi olaraq vurğuladılar ki, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısını almaq üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədə uyğun bildik. Hər iki qurumun birgə əməkdaşlıq çərçivəsində belə bir hüquqi görüşü keçirməkdə əsas məqsədləri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhvə verməkdir. Qeyd edək ki, gələcəkdə də bu sayaq hüquqi maarifləndirmə tədbirləri davam etdiriləcək.

Hamısını oxu