Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

22 dekabr 2018-ci il tarixdə Müdafiə nazirliyinin xətti ilə əfsanəvi partizan Mixaylo ləqəbli Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Yasamal rayon ərazisində yerləşən Mehdi Hüseynzadənin abidəsi önündə təşkil olunmuşdur. Həmin tədbirdə Müdafiə nazirliyinin əməkdaşları, generallar, əsgərlər və zabitlər iştirak etmişlər. Eyni zamanda tədbirə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev və həmin təşkilatın gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və İkinci Dünya müharibəsi veteranları cəlb edilmişlər. Veteranlar adından İkinci Dünya müharibəsi veteranı Nəbiyev Damət çıxış etmiş Mehdi Hüseynzadə haqqında öz təəsüratlarını bölüşmüşdür. D.Nəbiyev eyni zamanda Respublikanın Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğıdan danışaraq Prezidentə və Respublika Veteranlar Təşkilatın rəhbərliyinə öz razılığını bildirmişdir. Tədbirdə Respublika Müdafiə nazirinin birinci müavini general-leytenant Kərəm Vəliyev çıxış etmiş və ölkə Prezidentinə Mehdi Hüseynzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə görə öz minnətdarlığını bildirmişdir. Tədbirdə Mehti Hüseynzadənin bacısı oğlu Mehti Əzizbəyov, bacısı qızı Svetlana Əzizbəyova   və publisist-politoloq Ruqiyyə Əliyeva da iştirak etmişdir. Mehti Əzizbəyov çıxış edərək öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkilmişdir.

2018-12-24 00:00:00
3940 baxış

Digər xəbərlər

Lokal antiterror tədbiri mövzusunda şagidlərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə  Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş  mütəxəssis Nəbi Hacıyev  25 oktyabr 2023-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda  yerləşən Samir Hacıyev adına 5 № tam orta məktəbdə baş tutub. Lokal antiterror tədbirlərinin uğurla  başa çatmasına həsr olunmuş tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən müharibəsi iştirakçıları Elçin Əhmədov, Xəyyam Quluyev, məktəbin direktoru  Nərminə Gündüzlü,tarix müəllimi  Mehparə Sadıqova,təşkilatçı  Zabitə Şirinova , şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Nərminə Gündüzlü açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra Dövlət Himni səsləndirilib, torpaqlarımızın düşmən tapdağından azad olunmağı yolunda canlarından keçmiş şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev daha sonra lokal antiterror tədbirlərini zəruri edən amillərə diqqət çəkib: “19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  Bəyanatın şərtlərinə əməl olunmadığına görə “Dəmir yumruq “işə düşdü. Ali Baş Komandan İlham Əliyevin əmrini Azərbaycan Ordusunun əsgər və zabit heyəti uğurla yerinə yetirdi.  Tapşırığa və beynəlxalq qanunvericiliyə uyğun olaraq yalnız düşmənin tutduğu hərbi hissələrin mövqeyləri  məhv edildi. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz dinc əhaliyə və infrastruktura zərər vermədir. Ali Baş Komandan  hər zaman olduğu kimi öz humanistliyini göstərərək Qarabağda yaşayan ermənilərin ölkənin vətəndaşları saydı. Qarabağdakı sadə ermənilərə seçim şansı verildi. Qalan qaldı, gedənlər sərbəst getdilər. Dövlətimizin içərisində dövlət qurmaq xülyasında olanlarsa bu gün müttəhimlər kürsüsündə oturublar”. Adil haqverdiyev çıxışının sonunda şəhidlərə rəhmət diləyib, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıb. Sonra  Mehparə Sadıqova, Zabitə Şirinova, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 30 illiyinə həsr olunan tədbir keçirilib.   Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fatma Səttarova bu tarixi günün əhəmiyyətinə diqqət çəkib, müstəqilliyin hər bir xalq üçün qürur mənbəyi olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xalqımızın Azərbaycan Xalq Cümhuriyyəti dönəmində müstəqillik qazandığını, lakin bu müstəqilliyin cəmi 23 ay davam etdiyini bildirib. polkovnik qeyd edib ki, yalnız 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi.   Müstəqilliyyimizin möhkəmlənməsində, dövlətimizin hərbi, iqtisadi, siyasi və digər müstəvilərdə güclənməsində ümummilli lider Heydər Əliyevin roluna diqqət çəkən polkovnik Cəlil Xəlilov, Prezident İlham Əliyevin sayəsində bu prosesin yeni mərhələyə qədəm qoyduğunu, uğurla inkişaf etdirildiyini söyləyib.   Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Firdosiyyə Əhmədova AXC və 90-cı illərin əvvəllərində əldə edilən dövlət müstəqilliyimizlə bağlı tarixi məqamları şərh edib. Tarixçi alim qeyd edib ki, AXC dönəmindən fərqli olaraq, xalqımız son 30 ildə öz müstəqilliyini nəinki qoruyub saxladı, onu regionun ən güclü dövlətinə çevirməyə nail oldu.   Bəzi dövlət və güclərin bu gün də Azərbaycanla bağlı siyasətində ciddi ədalətsizliyə yol verdiyinə diqqət çəkən tarixçi alim, bütün bu təzyiqlərə tab gətirmək, dövlətimizin maraqlarını qətiyyətlə müdafiə etmək üçün xalqın dövlətimiz, dövlət başçımız ətrafında sıx birləşməsinin vacibliyini qeyd edib.   F.Əhmədova həmçinin qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti əvvəlki dönəmlərədən fərqli olaraq, builki 18 oktyabr tarixinin daha yüksək əhval-ruhiyyədə qeyd edilməsinə səbəb olub.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadrlar şöbəsinin müdiri Bəhram Zahidov bəzi qonşu dövlətlrin ölkəmizə təzyiq göstərmək cəhdlərinə diqqət çəkib, hazırkı həssas məqamda bütün veteranları dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb. Professor qeyd edib ki, eyniylə Vətən müharibəsində olduğu kimi vətəndaşlarımız bu gün də Prezident İlham Əliyevin hər bir çağırışını dəstəkləməli, milli maraqlarımızın müdafiəsində ciddi aktivlik və ayıq-sayıqlıq sərgiləməlidir.   Tədbir maraqlı müzakirələrlə davam edib.      

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun abidəsi ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi Vətən müharibəsi qəhrəmanı, baş leytenant Azad Hümbətovun xatirəsinə ucaldılan abidəni ziyarət edib, şəhidin valideynləri ilə görüşüb. Nərimanov Rayon İcra Hakimiyyəti başçısı və digər rayon rəhbərlərinin də iştirak etdiyi görüşdə Azad Hümbətovun döyüş yolundan bəhs edilib, onun qəhrəmanlığının hər zaman Azərbaycan xalqı tərəfindən dərin minnətdarlıq hissi ilə yad ediləcəyi vurğulanıb.   Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub.  

Hamısını oxu
“COP29 ərəfəsində ölkəmizə qarşı siyasi təxribatların artması qəbuledilıməzdir”

Cəlil Xəlilov: “Bədxahların bütün cəhdlərinə rəğmən, ölkəmiz bu sammiti yüksək səviyyədə təşkil edəcək və uğurla başa çatdıracaq”   “COP29 ərəfəsində ölkəmizə qarşı siyasi təxribatların artması qəbuledilıməzdir”.   Bunu saytımıza açıqlamasında Mühairibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik beynəlxalq iqlim dəyişiklikləri ilə bağlan artan təhlkəyə, həmçinin, COP29 ərəfəsində bədxahların Azərbaycana yönəlik təxribatlarına diqqət çəkib:   “Müasir şəraitdə sosial-siyasi təhlükələrə nəhəng iqlim təhlükəsi də əlavə olunub. İqlim dəyişikliyi bəşəriyyətin sağ qalmasının asılı olduğu ekzistensial problemdir. Davam edən istiləşmə, əgər belə davam edərsə, nəticələri XXI əsrin sonuna qədər bütün bəşəriyyət üçün fəlakətli olacaq. Təsadüfi deyil ki, 1988-ci ildə BMT-nin qərarı ilə iqlim dəyişikliyi üzrə illik konfrans (Tərəflərin Konfransı - ÇNL) təsis edilmiş və bu konfransda planetimizdəki iqlim dəyişikliyi müzakirə olunur və bu prosesə təsir imkanları müəyyən edilir. Bu ilin noyabrında COP-29 Azərbaycanda keçiriləcək. Bu qərarı 198 ölkə yekdilliklə dəstəkləyib.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29-un yüksək səviyyədə təşkili üçün səylərini əsirgəmir. İl ərzində respublikada müxtəlif istiqamətlərdə çox böyük işlər görülmüşdür. Respublika hazırkı iqlim böhranının aradan qaldırılması strategiyasını müəyyən etmək üçün qonaqların, aparıcı ekspertlərin gəlişini səbirsizliklə gözləyir. Bütün göstəricilərə görə, COP29 davamlı və ekoloji cəhətdən təmiz inkişaf yolunda mühüm addım ola bilər. Fəqət COP29 yaxınlaşdıqca, Azərbaycana qarşı görünməmiş siyasi təxribatlar başladı və mənfi media kampaniyaları gücləndi.   Təəssüflər olsun ki, bir sıra aparıcı dövlətlərin siyasətçiləri qlobal erməni diasporasının ardınca getdilər, Azərbaycanda söz azadlığının və insan haqlarının pozulmasını iddia etməyə başladılar, Qarabağ faciəsinin əsl səbəblərini təhrif etdilər. Belə ki, ABŞ Konqresinin 60 üzvü dövlət katibinə üz tutaraq Azərbaycana sanksiya təzyiqi göstərməyi tələb ediblər. AŞPA Azərbaycanda insan haqları və demokratiya ilə bağlı uydurma halları pisləyib. Bəzi ölkələrin parlamentlərində saxta arqumentlər əsasında Azərbaycan əleyhinə qətnamələr qəbul edilib, əsassız iddialar təsdiqlənib.   Bəzi ölkələrdə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün erməni lobbisinin təsiri altında yalan, dezinformasiya xarakterli anti-Azərbaycan kampaniyaları həyata keçirilir. Bu çirkin fəaliyyət beynəlxalq hüquqa ziddir və buna son qoyulmalıdır. Hər kəs bilməlidir ki, bədxahların bütün yalan və təxribatlarına baxmayaraq, Azərbaycan COP29 konfransını yüksək səviyyədə keçirəcək, qlobal ekoloji böhranının həllinə böyük töhfə verəcək”.

Hamısını oxu