Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov bir qrup 44 günlük Vətən müharibəsi veteranı ilə görüşüb

14 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bir qrup 44 günlük Vətən müharibəsi veteranı ilə görüşüb. Görüşdə veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlıqdan danışıb. 

Təşkilat sədri qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin cəsarəti və peşəkarlığı, xalqımızın həmrəyliyi, Prezident İlham Əliyevin sərkərdəlik dühası ölkəmizi bu tarixi sınaqdan qalib çıxarıb, işğaldakı torpaqlar erməni faşistlərindən azad edilib.

Veteranlara Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə təşəkkür edən polkovnik Cəlil Xəlilov, bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb. Polkovnik qeyd edib ki, hazırkı post-müharibə dövründə xalqımızın öz birliyini qoruyub saxlaması, dövlət başçısının hər bir çağırışını dəstəkləməsi gələcək uğurların əsas təminatçısı və qarantıdır.

Görüşdən sonra veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə ətraflı tanış olub, Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev guşələrini ziyarət ediblər. Təşkilata üzv olan veteranlara üzvlük vəsiqələri təqdim edilib.

 

2025-01-15 11:57:52
3240 baxış

Digər xəbərlər

ANAİB sərhədləri aşmağa davam edir!

Veteran.gov.az xəbər verir ki, ANAİB Türkiyədə təşkil olunan 7-ci İstanbul "Fellowship" proqramında iştirak edib. Hədəf, Xan, Altun, Qələm, Ağıllı bala, Mimta, Libra və Qədim Qala da daxil olmaqla ümumilikdə 8 nəşriyyat ölkəmizi təmsil edib. Həmçinin Azərcaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri və ANAİB-in sədri Şəmil Sadiq tədbirin iştirakçılarından olublar. Tədbirlə yanaşı ANAİB və TBYM (Türkiye Basım Yayın Meslek Birliği) arasında xüsusi görüş keçirilmiş, yeni əməkdaşlıqlar, tədbirin nəticələri, oktyabr ayında Azərbaycanda keçiriləcək kitab sərgisinin planı haqqında müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycan nəşriyyatlarından bir neçəsi müəllif hüquqlarını digər ölkə nəşriyyatlarına sataraq, yazıçılarımızın beynəlxalq ədəbi sferada tanınması üçün əhəmiyyətli addımlar atıblar. Qeyd edək ki, TBYM-nin təşkilatçılığı və Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının dəstəyi ilə həyata keçirilən, 72 ölkədən 555 nəfərin qatıldığı 7-ci İstanbul "Fellowship" proqramının əsas məqsədi nəşriyyatlar arası inteqrasiyanı təmin etmək, müəllif hüquqlarının mübadiləsi əsasında nəşriyyat işinə dəstək verməkdir.  

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Hamısını oxu
Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Hərbi prokuror Bəhruz Əhmədov Daxili Qoşunların rəhbər vəzifəli şəxsləri ilə birlikdə hərbi hissədə hərbi qulluqçularla görüş keçirib. Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin büstünün və Şəhidlər abidəsinin önünə gül dəstələri düzülərək, əziz xatirələri dərin ehtiramla yad edilib. Tədbirdə Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazası, hərbi qulluqçuların məişət şəraiti yaxşılaşdırılıb, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bunun nəticəsində Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilib. Daxili Qoşunların şəxsi heyətinin Vətən müharibəsi və Antiterror əməliyyatında iştirakı, 4 hərbi qulluqçunun “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülməsi barədə geniş məlumat verilərək, bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb. Hərbi prokuror görüş zamanı hərbi qulluqçulara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib. Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

Hamısını oxu
Özbəkistanın “BizTV” telekanalında Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinə dair geniş veriliş nümayiş etdirilib

Özbəkistanın “BizTV” telekanalında “Mədəniyyət Mərkəzləri” adlı verilişdə bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dair geniş veriliş nümayiş etdirilib. “BizTV” telekanalının baş redaktoru, jurnalist Jaloliddin Mirzoyevin vurğulayıb ki, apardığı “Mədəniyyət Mərkəzləri” adlı verilişin ilk buraxılışı Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə həsr olunmuşdur. Qeyd edək ki, yeni yaradılmış televiziya verilişində Özbəkistandakı müxtəlif xalqların diaspora ocaqları və mədəniyyət mərkəzlərinin fəaliyyəti işıqlandırılır.  Nümayiş olunan verilişdə ilk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair fikirləri yer alıb. Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Respublikasının Prezidenti Şavkat Mirziyayevin iştirakı ilə Mərkəzin 2010 ildə açılışını qeyd edərək Prezidenti İlham Əliyev söylədiyi sitatı vurğulayıb: “Bu Mərkəz Azərbaycan və Özbəkistan dostluğunun rəmzidir.” Diplomat, onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanla mədəniyyət, turizm, mətbuat sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkənin müxtəlif regionlarında “Azərbaycan mədəniyyəti,  ədəbiyyatı, musiqisi və kino günləri” tədbirlərinin təşkili, hər iki ölkənin mədəniyyət müəssisələri arasında əlaqələrinin yaradılması, Özbək mətbuatı ilə sıx əməkdaşlıq, keçirilən sərgilər, konfranslar, təqdimatlar, nəşr layihələri, habelə reallaşdırılan qarşılıqlı səfərlər vasitəsi ilə ölkəmizin geniş təbliği məsələləri barədə məlumat verib. Ekran əsərində Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyev haqqında, onun xatirəsinə Mərkəzdə yaradılmış “Heydər Əliyev Muzeyi”, habelə “Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”, “Odlar yurdunun naxışları” adlı xalça muzeyi haqqında geniş yer ayrılıb. Kitabxana-informasiya mərkəzinin rəhbəri Kifayət Pirməmmədova kitabxanada  dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə dair nəşrlər, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, ölkəmizə dair zəngin mediateka, disk, elektron nəşrlər, jurnallar,  oxucuların istifadəsinə verilməsi və görülən işlər barədə məlumat verib. O, Mərkəzin layihəsi ilə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və ötən 9 ildə bu mövzuda 100-ə yaxın adda kitabın Daşkənddə nəşr olunduğunu bildirib. Televiziya layihəsində Mərkəzin nəzdində Azərbaycan dili, kompüter kursları, milli rəqslər, rəsm, əl işləri, fortepiano dərnəklərinin fəaliyyəti xüsusi qeyd olunub. Verilişdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının fəaliyyətinə nəzər salınıb, milli rəqslərimizin ifası, Özbəkistanda təbliği barədə süjetlər nümayiş etdirilib. Ansamblın bədii rəhbəri Kamola Javliyeva ansamblın yaranması, fəaliyyəti haqqında müsahibəsi verilişdə öz əksini tapıb. Qeyd edək ki, veriliş Özbəkistanda böyük maraq yaradıb və ölkənin “BizTV” telekanalında bir neçə dəfə nümayiş etdirilib.

Hamısını oxu