Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabadda 20 Yanvar faciəsinə həsr olunmuç tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı 1990- cı il 20 Yanvar hadisərinin 35 illiyi ilə bağlı tədbir keçirib. Tədbirdə ölkəmizin müstəqilliyi uğrunda canlarını  qurban  vermiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri,  yazıçı-publisist  Ədalət Salman tədbiri giriş sözü ilə  açaraq Sovet imperiyasının 1990-cı il Yanvarın 19-dan 20- nə keçən gecə və növbəti günlərdə  Azərbaycanda əliyalın insanlara qarşı törətdiyi  vəhşiliklərdən danışıb,  Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə siyasi qiymət vrrilməsini xüsusi vurğulayıb.

ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə,  Milli Cəbhə Partiyasının rayon təşkilatının sədri Nadir Şükürov, “Qarabağ Qaziləri” İctimai Birliyi Cəlilabad filialının rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Gülbala Teymur, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, müharinə veteranı Qurban Əhməd, veteran müəllim Əsəd Əliyev və başqaları çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın milli-azadlıq hərəkatında və qan yaddaşımızda dərin iz buraxdığını qeyd ediblər, ölkəmizin suverenliyi yolunda  qurban getmiş şəhidlərimizin  unudulmaz xatirəsinin həmişə böyük ehtiramla yad olunacağını bildiriblər.

 

2025-01-18 22:43:12
3070 baxış

Digər xəbərlər

Mədəniyyət pərdəsi altında siyasi təsir yolverilməzdir

Rusiya uzun illərdir postsovet məkanında yumşaq güc strategiyasını həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Bunlardan biri də "Rossotrudniçestvo"nun nəzdində fəaliyyət göstərən "Rus evi"dir. Bu qurumun əsas missiyası guya rus dili, mədəniyyəti və təhsilini təşviq etməkdir. Rusiya rəsmi olaraq bildirir ki, "Rus evi"nin fəaliyyəti üç əsas istiqaməti əhatə edir. Birincisi, xarici ölkələrdə rus dilini öyrətmək, rus ədəbiyyatını, musiqisini və mədəniyyətini yaymaq. İkincisi, xarici tələbələrin Rusiya universitetlərində təhsil almaları üçün təqaüd proqramları təşkil etmək. Üçüncüsü isə, yerli icmalarla əməkdaşlıq edərək Rusiyanın tarixi və mədəni irsini tanıtmaq. Lakin bu rəsmi məqsədlərdən fərqli olaraq "Rus evi"nin real fəaliyyəti daha geniş və siyasi xarakter daşıyır. Məsələn, xalqlar arasında Rusiya siyasətinə rəğbət yaratmaq üçün tədbirlər təşkil edilir. Müxtəlif mədəni tədbirlərin arxasında siyasi mesajlar və Kremlin maraqlarına uyğun ideoloji çalarlar yer alır. Eyni zamanda Rusiya ilə bağlı pozitiv imic yaratmaq üçün müxtəlif gənclər hədəf alınır. Xüsusilə keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda Rusiyanın tarixi rolunu artırmaq və Moskvanın regionda təsirini əsaslandırmaq üçün təbliğat aparılır. Bütün bunlar onu göstərir ki, "Rus evi" təkcə mədəniyyət mərkəzi deyil, həm də Kremlin xarici siyasətini dəstəkləyən qurumdur. Ötən günlərdə Azərbaycan hökuməti "Rus evi"nin fəaliyyətini qeyri-qanuni sayaraq ona qarşı tədbirlər gördü. Çünki qurum ölkəmizin suverenliyi və milli təhlükəsizliyi üçün təhdid təşkil edirdi. Belə ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və Rusiyanın onun daxili işlərə qarışmasına icazə vermək niyyətində deyil. "Rus evi" isə dolayısı ilə Rusiyanın daxili işlərinə müdaxiləsi üçün platforma rolunu oynaya bilərdi. Digər tərəfdən, bu qurumun fəaliyyəti Rusiya mediası və siyasi dairələrinin Azərbaycana qarşı apardığı təbliğatla üst-üstə düşürdü. Rəsmi Bakı isə ölkə daxilində Kremlin təbliğatının yayılmasına imkan vermir. Həmçinin "Rus evi"nin fəaliyyəti bəzi hallarda qeyri-şəffaf olub və bu, onun təhlükəsizlik baxımından da problem yarada biləcəyini göstərir. Üstəlik, Azərbaycanın bu addımı təkcə regional deyil, həm də beynəlxalq kontekstdə maraqlıdır. Çünki bir çox ölkələr "Rus evi"nin fəaliyyətini məhdudlaşdırıb və ya tamamilə qadağan edib. Ukrayna 2014-cü ildən sonra bu qurumun fəaliyyətinə öz ərazisində son qoyub və Rusiyanın mədəniyyət mərkəzlərini təhlükəsizlik təhdidi hesab etdiyini açıqlayıb. Moldova isə 2022-ci ildə "Rus evi"nin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb və qurumun ideoloji fəaliyyətinə qarşı tədbirlər görüb. Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva da "Rus evi"ni Kremlin ideoloji təsir vasitəsi hesab edərək onun işini məhdudlaşdırıb. Bu nümunələr göstərir ki, Azərbaycan tək deyil və bir çox ölkələr "Rus evi"ni Rusiya xarici siyasətinin yumşaq güc aləti kimi görür. Bunlara baxmayaraq, Moskva rəsmi Bakının gedişinə qarşı özünün ənənəvi üsullarına əl atıb. Azərbaycan diasporuna təzyiqləri artırmaq, biznes mühitinə müdaxilə etmək və siyasi ritorikanı sərtləşdirmək yolunu tutub. Bu kontekstdə Rusiya Dövlət Dumasının deputatları Nikolay Valuyev, Yevgeni Popov və Andrey Pinçukun Azərbaycan diasporuna qarşı səsləndirdiyi fikirlər Kremlin siyasətinin tərkib hissəsi kimi görünür. Xüsusilə Valuyevin azərbaycanlıların Rusiyadan çıxarılması, bizneslərinin məhdudlaşdırılması və hərbi uçota alınaraq cəbhəyə göndərilməsi ilə bağlı səsləndirdiyi təkliflər açıq şəkildə təhdiddir. Bu yanaşma Kremlin digər keçmiş sovet respublikalarına qarşı tətbiq etdiyi siyasətlə uzlaşır. Belə ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra da Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən gələn əmək miqrantlarını qorxutmaq, onları müharibəyə cəlb etmək və deportasiya ilə hədələmək taktikalarına əl atıb. Azərbaycan-Rusiya iqtisadi münasibətləri də Kremlin təzyiq vasitələrindən biri kimi istifadə etdiyi sahələrdəndir. 2024-cü ilin statistikasına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib ki, bunun 75 faizi Rusiyanın Azərbaycana ixrac etdiyi malların payına düşür. Bu isə o deməkdir ki, iqtisadi əlaqələrin pozulması ilk növbədə Rusiyanın özü üçün ciddi itkilər yarada bilər. Deputat Andrey Pinçukun Azərbaycanın Rusiyada fəaliyyət göstərən şirkətlərinin müsadirə edilməsi ilə bağlı təklifləri isə iqtisadi müstəvidə də Moskvanın qərəzli siyasət yürütdüyünü göstərir. Lakin bu kimi addımlar, əslində Rusiyanın öz investisiya mühitinə daha böyük zərbə vurur və xarici bizneslərin ölkədə fəaliyyət göstərməsinə ciddi maneələr yaradır. Rusiyanın dövlət təbliğatçılarının - Vladimir Solovyov, Olqa Skobeyeva və digər propaqandistlərin efirlərdə Azərbaycana qarşı təhqiramiz ifadələr işlətməsi də Moskvanın informasiya müharibəsinin tərkib hissəsidir. Onlar Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti Bakının üzərinə atmağa çalışır, Rusiyanın regiondakı siyasətinə haqq qazandırmağa cəhd edirlər. Bununla yanaşı, Rusiya təbliğat maşını Azərbaycan torpaqlarının azad edilməsini Kremlin "xoş niyyəti" kimi qələmə verməyə çalışır. Lakin faktlar göstərir ki, Moskva hər vəchlə bu prosesə mane olmağa çalışıb və bölgədə qeyri-sabitliyi qoruyub saxlamaq üçün müxtəlif yollar axtarıb. Qeyd etmək lazımdır ki, Moskvanın informasiya və siyasi hücumlarına baxmayaraq, rəsmi Bakı balanslı xarici siyasətini davam etdirir və heç bir təhdid qarşısında geri çəkilmir. Azərbaycanın Rusiya ilə münasibəti hər zaman qarşılıqlı hörmətə əsaslanıb, hazırda isə Moskvanın hegemon yanaşmaları qəbulolunmazdır. Kremlin bugünkü ritorikası yalnız onun postsovet məkanında nüfuzunun daha da zəifləməsinə gətirib çıxara bilər. Jalə QASIMZADƏ

Hamısını oxu
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib. Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir. Qeyd edilib ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.  

Hamısını oxu
“Onlar 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə hər kəsə bir nümunə göstərdilər”

Azər Badamov: “Xaricdə yaşayan hər bir soydaşımız özü - özünə sual verməlidir ki, mən vətənim üçün nə etmişəm?”   “Düşünürəm ki, bundan sonra xaricdəki imkanlı soydaşlarımız və təşkilatlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin xeyriyyəçilik yolunu davam etdirəcəklər”   Bugünlərdə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın sağlamlıq imkanı məhdud olan 100-ə qədər qazimizi müasir əlil arabaları ilə təmin edib. Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin bu addımı xaricdə fəaliyyət göstərən digər Azərbaycan-türk mədəniyyət dərnəklərinə, diaspor təşkilatlarına, iş adamlarına da örnək sayıla bilərmi?   Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin 100-ə qədər sağlamlıq imkanı məhdud qazini müasir əlil arabaları ilə təmin etməsinin təqdirəlayiq olduğunu bildirib:   “Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlham Aşkının 100 əlil arabasını ehtiyacı olan qazilərimizə hədiyyə etməsini çox təqdirəlayiq hal hesab edirəm. Bu, həm də digər Azərbaycan-Türk Dərnəklərinə və diaspor təşkilatlarına bir nümunədir.   Qazilərimiz vətənin torpaqları uğrunda öz sağlamlıqlarını itirmişdir. Bu böyük qələbəni bizə nəsib edənlər hər bir diqqətə və qayğıya layiqdirlər.   44 günlük Vətən müharibəsində qazandığımız qələbə başımızı bütün dünyada uca etmişdir. Bu gün dünyanın hər bir yerində yaşayan soydaşımız başını dik tutaraq Böyük Qələbəmizlə fəxr edir. Ona görə xaricədə yaşayan soydaşlarımız işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına və ya qazilərimizə dəstək göstərməklə vətənə öz töhfəsini verə bilərlər. Ona görə xaricdə yaşayan soydaşlarımız öz maddi imkanları daxilində dəstək proqramlarında və xeyriyyəçilik tədbirlərində iştirak etməlidirlər.   Niderland Azərbaycan-Türk Dərnəyi 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə bir nümunə göstərdi. Düşünürəm ki, bundan sonra da diaspor təşkilatları və ya da imkanlı soydaşlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin bu xeyriyyətçilik yolunu davam etdirəcəklər”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycanda hərbi xidmətdən tərxis başladı

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb.   Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular cari ilin dekabr ayının 25-dən 2021-ci ilin aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.  Hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. Qeyd edək ki, zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir. Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir.  Tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Hamısını oxu