Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Bugünlərdə DTX və DİN tərəfindən Qusarda dini-ekstremist qruplaşmanın de-şifrə edilərək zərərsizləşdirlməsi dövlətimizin gücündən, xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”.

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:

 “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla alır. Lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusyon quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik.

Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar isə bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir təhlükənin, hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublkamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”.

Seymur ƏLİYEV

 

2025-02-06 11:50:25
3389 baxış

Digər xəbərlər

İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar bütün dünya üçün həyəcan təbilidir -TƏHLİL!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasındakı çıxışı böyük marağa səbəb olub. Son illər Xəzərin sürətlə dayazlaşdığına diqqət çəkən dövlət başçısı, problemin davam edəcəyi təqdirdə, fəlakətli nəticələrin ortaya çıxacağını bildirib.  Xəzərin dayazlaşma miqyasını iştirakçıların diqqətinə çatdırmaq üçün konkret rəqəmlər səsləndirən dövlət başçısı qeyd edib ki, dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb. Prezident vurğulayıb ki, “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”. Azərbaycan Prezidentinin səsləndiriyi hər iki fakt Xəzər dənizinin sürətlə dayazlaşdığını, bu prosesin günümüzdə də eyni templə davam etdiyini göstərir. Bu isə Xəzərlə bağlı mövcud ekoloji problemin sürətlə böyüdüyü deməkdir. Hansı ki, böyüyən problemin fəsadlarının da böyük olacağı birmənalıdır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən daha bir nüans Xəzərdə yaşanan ekoloji böhranın digər sahələrə - insanların gündəlik yaşamına, ticarət və nəqliyyata, iqtisadiyyatın bir çox sahəsinə bilavasitə təsir göstərməsi gerçəyidir. Dövlət başçısı vurğulayıb ki, ekosistemin dəyişməsi bir sıra problemlər, xüsusilə də iqtisadiyyat və infrastruktur problmləri ilə yanaşı müşahidə edilir: “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük”. Prezidentin məlum fikirləri ekoloji problemlərin ekoloji problem olaraq qalmadığını, öz növbəsində yeni, zəncirvari problemlər doğurduğunu göstərir. Buna görə də ekoloji problemlərə “lokal”, ekoloji faktorlarla sərhədlənən problem kimi yanaşmaq yanlışdır və bu cür yanaşma məlum problemin nəticələrini yalnız və yalnız ağırlaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin Xəzərlə bağlı səsləndirdiyi faktlar yalnız Xəzərsahili dövlətlər üçün deyil,  bütün dünya üçün ciddi həyəcan təbili sayıla bilər. Çünki ekologiya sərhəd tanımır və Xəzərin quruması Azərbaycanı nə qədər narahat edirsə, hansı qitə və coğrafiyada yerləşməsindən asılı olmayaraq, hər bir dövləti eyni dərəcədə narahat etməlidir. Məhz belə yanaşı, eləcə də səmimi birlik, həmrəylik və əməkdaşlıq həyatımıza, yaşam və sağlamlığımıza birbaşa təsir göstərən ekoloji problemlərin etibarlı həllini təmin edə bilər. Seymur ƏLİYEV  

Hamısını oxu
“AzərGold”ASC-nin kitabla bağlı bu layihəsi vətənpərvər və intellektual gəncliyin formalaşmasına xidmət edir”

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “AzərGold”ASC maraqlı layihəyə imza atıb. Belə ki, Daşkəsən və Göygöl rayonlarında quraşdırılmış “Kitab köşkləri”nin fəal oxucuları Quşçu kənd sakinləri Zakir Sadıqlı, Gülxanım Bayramova, eləcə də Göygöl rayon sakini Məhbubə İbrahimovaya xatirə hədiyyələri təqdim olunub. Maraqlıdır, rayonlarda kitab köşklərinin quraşdırılması, eləcə də, fəal oxucuların müəyyən edilərək mükafatlandırılması gənc nəslin kitaba, mütaləyə marağının artırılması baxımından nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən təhsil eskperti Gülnarə Hüseynova mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Hesab edirəm ki, kitabla bağlı hər bir layihə, hər bir addım vətənpərvər və intellektual gəncliyin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki məhz kitab gənclərin şəxsiyyət kimi yetişməsində böyük rol oynayır, onlara zəngin dünyagörüşü, dərin bilik, ali məziyyətlər qazandırır. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə  intellektual və milli-mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasının önəmini qeyd edib, bunun dövlətimizin gələcək tərəqqisi və təhlükəsizliyi baxımından həyati rol oynadığını bildirib. Bu baxımdan “AzərGold”ASC tərəfindən regionlarda kitab köşklərinin yaradılması, minlərə yeniyetmə və gəncin bu köşklərdən istifadəsinin təmin olunması olduqca böyük və təqdirəlayiq bir hadisədir. Mən bu nəcib, xeyirxah təşəbbüsə görə “AzərGold”ASC-ə öz təşəkkürümü bildirirəm. Eyni zamanda hesab edirəm ki, gənclərimizin maariflənməsi, onlarda kitaba marağın artırılması baxımından bu təşəbbüs və təcrübənin daha da genişləndirilməsinə ciddi ehtiyac var. İnanıram ki, yaxın gələcəkdə kitabla bağlı bu layihə daha da genişlənəcək, xalqımıza və dövlətimizə vətənpərvər ruha malik yeni intellektlər qazandıracaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Şuşa aksiyası QHT-lərin gücünü və əhəmiyyətini bir kəs daha ortaya qoydu”

Cəlil Xəlilov: “Aksiya sübut etdi ki, QHT-lər dövlətimiz və cəmiyyətimiz üçün vacib institutdur”   Dekabrın 12-dən etibarən azərbaycanlı ekofəlların, QHT nümayəndələrinin Şuşada başlatdığı  etiraz aksiyası davam edir. Aksiyaçılar Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyətinin təmin edilməsini, Azərbaycana məxsus təbii resursların qanunsuz istismarının dayandırılmasını, ekoloji terrorun qarşısının alınmasını tələb edir.   Aksiya ilə bağlı bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aksiyanın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:   “Şuşa aksiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırlması, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Bu aksiya hər şeydən əvvəl göstərdi ki, Azərbaycan xalqı ona məxsus təbii sərvətlərin talan edilməsinə, təbiətin məhv edilməsinə imkan verməyəcək. Azərbaycan xalqı sərvətlərinə sahib çıxmaqda qərarlıdır və aksiyanın fasiləsiz şəkildə davam etdirilməsi, günü-gündən genişləndirilməsi buna sübutdur.   Bu aksiya həm də Azərbaycan xalqının separatizmə qarşı olduğunu, erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyini göstərir. Bildiyiniz kimi, aksiyada səslənən əsas tələblədən biri Laçın dəhlizində şəffaflığın təmin edilməsi ilə bağlıdır. Məhz bunun üçün aksiyaçılar tələb edir ki, Laçın dəhlizində Azərbaycanın dövlət qurumlarının fəaliyyəti təmin edilsin. Çünki Azərbaycan dövlətinin nəzarəti olmadan Laçın dəhlizində şəffaflığı təmin etmək mümkün deyil. Bir sözlə, bu aksiya həm də separatizmə, onun hər cür təzahürünə qarşı yönəlib və regionda sabitliyin, təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir”.   Polkovnik qeyd edib ki, aksiya QHT-dövlət münasibətlərinin möhkəmlənməsi baxımından da körpü rolunu oynamaqdadır:   “Şuşa aksiyası QHT-dövlət münasibətlərinin möhkəmlənməsi, vətəndaş cəmiyyəti institutlarının önəminin bir daha dərk edilməsi baxımından da böyük rol oyanyır. Bu aksiya göstərdi ki, QHT-lər dövlət maraqlarımızın, milli mənafeyimizin əsas müdafiəçiləri sırasındadır və bu məsələlərdə son dərəcə həssas, prinsipial mövqe ortaya qoyurlar.   Xatırladım ki, Şuşa aksiyasının ilk günündən etibarən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı aksiyaya dəstək verib, bu aksiyanın məqsəd və mahiyyəti haqqında mediada, o cümlədən beynəlxalq mediada silsilə məqalələrin yayımlanmasına nail olub. Biz aksiya və onun mahiyyəti ilə bağlı KİV-də, xüsusilə də Rusiya mediasında mümkün qədər çox iş aparmağa çalışırıq. Erməni yalanlarının qarşısını almaq, dezinformasiyaları önləmək üçün bu cür fəaliyyət olduqca vacibdir”.   Polkovnik qeyd edib ki, etiraz aksiyası QHT-lərin özünün də nüfuzunun artmasına müsbət mənada ciddi təsir göstərdi:   “Bu aksiya QHT-lərin özünün imici üçün də təsirsiz ötüşmədi. Vətəndaş cəmiyyəti institutlarının  önəmi, onların rolu cəmiyyət tərəfindən bir daha dərk edildi. Hər kəs başa düşdü ki, vətəndaş cəmiyyətləri sadəcə daxili problemlərin həllində deyil, ümummilli maraqların qorunmasında mühüm əhəmiyyətə malikdir. Vətəndaş cəmiyyəti institutları lazım gələndə öz səslərini beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə, ən ali tribunalara belə çatdıra bilirlər. Buna nümunə olaarq aksiya və onun mahiyyəti ilə bağlı QHT-lərin beynəlxalq təşkilatlara ünvanladıqları müraciətləri göstərmək olar. Qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşklatı olaraq biz də aksiya və onun səbəbləri ilə bağlı beynəlxalq təşkilatlara ayrıca bəyanat ünvanlamışıq. Həmin bəyanatda həm də aksiyada irəli sürülən tələblərə, bu tələblərin yerinə yetirilməsinin vacibliyinə toxunmuşuq. Bildirmişik ki, bu tələblərin yerinə yetirilməsi regionda ekoloji fəlakətin qarşısının alınması, sülh və sabitliyin təmini baxımından vacibdir və dünya bu məsələdə Azərbaycanın haqq işinə dəstək verməlidir”.   Professor Cəlil Xəlilov bildirib ki, aksiya və onun ətrafında baş verən proseslər vətəndaş cəmiyyəti institutunun daha da möhkəmlənməsinin nə qədər önəmli olduğunu təsdiqləmiş oldu:   “Şuşa aksiyası və onunla bağlı yaşanan proseslər göstərdi ki, QHT-lərin həm dövlət, həm də cəmiyyət maraqlarının dəstəklənməsi baxımında rolu böyükdür. Odur ki, vətəndaş cəmiyyəti institutlarının daha da güclənməsi, mahiyyət etibarı ilə dövlət maraqlarımızın daha etibarlı müdafiəsi deməkdir. Baş verənlər göstərdi ki,  QHT-lərin daha da güclənməsi, onların möhkəmlənməsi və inkişafı üçün mövcud perspektivlərin daha effektiv qiymətləndirilməsinə ehtiyac var. İnanıram ki, bu istiqamətdə də bütün gərəkli addımlar atılacaq və yaxın gələcəkdə QHT-lərimizin daha da gücləndiyinə, öz təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdığına şahid olacağıq”.    

Hamısını oxu
Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib

Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Fərman imzalayıb. Sabahinfo.az-ın məlumatına görə, Fərmana əsasən, Vətən Müharibəsində qələbə münasibətilə "Zəfər” və "Qarabağ” ordenləri təsis olunub. Eyni zamanda, "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.

Hamısını oxu