Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dilimizin təbliği ilə bağlı atdığı addımlar təqdirəlayiqdir"

“Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir və Türkiyədə də belə təbliğ ediləcəyinə inanıram”

“Türk dilləri differensial şəkildə, fərqli xüsusiyyətləri ilə bütün türk xalqları arasında təbliğ edilməlidir”

Nizami Cəfərov: “Türk xalqları və türk dilləri arasında normal inteqrasiya yalnız bu şəkildə mümkündür”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Azərbaycan dilinin qardaş Türkiyədə təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Bu, olduqca əhəmiyyətli bir yenilikdir.

Türkiyədə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti haqqındakı təsəvvürlər səthidir. Bəzən hətta belə düşünürlər ki, Azərbaycan dili Türkiyə türkcəsinin bir şivəsidir. Onlarda belə bir təsəvvür ona görə yaranır ki, Türkiyənin şərq hissəsində orta əsrlərdən azərbaycanlılar yaşayıb. Həmin azərbaycanlıların danışığı Türkiyə türkcəsinin dialekti kimi təqdim olunub. Buna görə bəzən Azərbaycan ədəbi dilini də dialekt hesab edirlər. Bu təsəvvür aradan qalxmalıdır. Türkiyədəki qardaşlarımız bilməlidir ki, Azərbaycan dili ədəbi dildir, Azərbaycan dili dövlət dilidir. Türkiyədəki həmin dialekt də Türkiyə türkcəsinin yox, Azərbaycan dilinin dialektidir.

Azərbaycan dilinin tarixi miqyası da dərk edilməlidir. Bizim dilimiz Dədə Qorquddan başlayaraq gələn, Nəsiminin, Füzulinin təcrübəsindən keçən, Koroğlu dastanının, Milla Pənah Vaqifin dilidir. Bu dil həm də Miurzə Fətəli Axundzadənin, Sabirin, Cəlil Məmmədquluzadənin dilidir. Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir. Bu dil məhz bu şəkildə Türkiyədə təbliğ olunmalıdır. Mən inanıram ki, Azərbaycan Mədəniyyət Mərkəzi hörmətli Samir müəllimin rəhbərliyi altında dilimizi məhz bu şəkildə də təbliğ edəcək, tanıdacaq.

Türkiyədə Azərbaycan dilinin təbliği, tanıdılması istiqamətində atılan bu addımın çox böyük faydası olacaq.

Bəzən biz tük xalqları, türk dilləri arasında inteqrasiyanı onların mərkəzləşməsi kimi başa düşürük. Amma nəzər almalıyıq ki, türk xalqları və türk dilləri arasında normal inteqrasiya o zaman olacaq ki, bu xalqların və dillərin müstəqilliyini qəbul edək.  Əlaqələrimiz müstəqillik səviyyəsində olmalıdır. Dillərin və ya xalqların bir-brinə qarışması, bir-birinin içində itməsi inteqrasiya deyil. Belə şey olmur. Biz bütün türk dillərini differensial şəkildə fərqli xüsusiyyətləri ilə bütün digər türk xalqları arasında təbliğ etməlidir. Bunun ən gözəl nümunəsi Azərbaycanla Türkiyə arasında olan münasibətdir”.

Seymur ƏLİYEV

2025-02-10 13:34:34
3226 baxış

Digər xəbərlər

Ümumrusiya Azərbaycan Konqresi ətrafında baş verənlər ciddi narahatlıq doğurur

  2001-ci ildə yaradılan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) bu müddət ərzində Rusiya Federasiyasında yaşayan azərbaycanlıların problemlərinin həllində, onların Rusiya cəmiyyətinə inteqrasiyasına nail olunmasında, hər iki xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm işlər görmüşdür. Əlbəttə, bu fəaliyyətin uğurla həyata keçirilməsində Rusiyanın müvafiq dövlət orqanlarının Konqresin fəaliyyətinə göstərdikləri dəstəyin də xüsusi rolu olmuşdur. Məhz buna görə də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı bu ölkənin Ali Məhkəməsinə müraciət etməsi MDB məkanında, eləcə də dünyanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər diaspor təşkilatları, həmçinin digər ictimai birliklər tərəfindən təəccüblə qarşılanıb. Həmin ictimai təşkilatların rəyinə görə, ÜAK daim azərbaycan-rus xalqları arasında dostluq, mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və səmərəli iş aparmaqla, ikitərəfli münasibətlərin inkişafına müsbət töhfə verir. Uzun illər ərzində səmərəli iş aparan Konqresin fəaliyyətinə yaranmış təhlükənin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi xüsusi narahatlıq doğurur. Respublika Veteranlar Təşkilatı və Azərbaycanın çoxsaylı veteranları da ÜAK-ın Rusiya azərbaycanlılarının mənafelərinin müdafiəsi və bu ölkə ilə qarşılıqla əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, təşkilat ətrafında baş verənlərdən narahat olduqlarını bildirirlər. Bizim qənaətimizə görə də, bu xoşagəlməz halın arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr və təşkilatların dayandığı şübhəsizdir. Biz inanırıq ki, Rusiya Federasiyasın müvafiq dövlət orqanları, bu ölkənin Ali Məhkəməsi məsələni lazımınca araşdıracaq və hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK-ın iki xalq arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsindəki rolunu nəzərə alacaqdır. Rusiyada yaşayan azərbaycanlılar da məsələ ilə bağlı düzgün qərar veriləcəyinə və ÜAK bundan sonra da fəaliyyətini uğurla davam etdirəcəyinə inanırlar. Rusiya Ali Məhkəməsinin qərarının ədalətli və müdrik olacağına bizim də şübhəmiz yoxdur.   Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov.  

Hamısını oxu
Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət edib

  Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Hörmətli Konfrans iştirakçıları, Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram. Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır. Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə davam edir. Münaqişələr bitdikdən uzun müddət sonra partlayıcı sursatlar insanların həyatlarını itirməsinə, mülki şəxslərin yaralanmasına, infrastrukturun zədələnməsinə və yenidənqurma layihələrinin ləngiməsinə səbəb olmaqda davam edir. Bu baxımdan, humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənləri üçün vacib bir öhdəlikdir. Münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz. Buna görə də humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır. Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib. Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır. Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib. Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir. Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir. Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir. Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir. İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur. Bu siyasətin praktik nəticələri artıq göz qabağındadır. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib. Azərbaycan minatəmizləmə, şəhərsalma, infrastrukturun inkişafı, ətraf mühitin bərpası, rəqəmsal həllər, sosial xidmətlər, dövlət idarəçiliyi və keçmiş məcburi köçkünlərin geri qayıtmasını vahid əlaqələndirilmiş çərçivədə birləşdirən münaqişədən sonrakı yenidənqurma, bərpa və idarəetmənin qabaqcıl modellərini işləyib hazırlayır və tətbiq edir. İşğal zamanı dağıdılmış və əhalisi boşalmış ərazilər qısa müddət ərzində yaşayış, iş, təhsil və imkanlar təqdim edən yerlərə çevrilir. Bir çox çağırışlar qalsa da, indiyədək əldə edilən nəticələr Azərbaycanın inteqrasiya olunmuş yanaşmasının səmərəliyini nümayiş etdirir. Biz bu təcrübəni münaqişənin bənzər fəsadları ilə üzləşən ölkələr və regionlarla bölüşməyə hazırıq. Çünki inanırıq ki, minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər. Azərbaycan, həmçinin beynəlxalq səviyyədə minatəmizləmə fəaliyyətinin təşviqi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Təhlükəsiz və dayanıqlı məskunlaşmanın və minatəmizləmənin əhəmiyyəti Azərbaycanın Bakıda uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı qlobal müzakirələrin mərkəzində olub. Bununla yanaşı, ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib və bu məsələnin qlobal prioritet kimi tanınması üçün fəaliyyətini davam edir. Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir. Əminəm ki, bu Konfrans açıq dialoq, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın inkişafı üçün dəyərli platforma rolunu oynayacaq. Bakıda aparılan müzakirələr beynəlxalq minatəmizləmə standartlarının gücləndirilməsinə, innovasiyanın təşviqinə, təhlükəsiz şəhərlərin bərpasının dəstəklənməsi, təhlükəsiz, dayanıqlı və davamlı icmaların qurulması kimi ümumi məqsədimizə nail olunmasına töhfə verəcək. Bütün iştirakçılara ən xoş arzularımı çatdırır və Konfransın işinə uğurlar arzulayıram”. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti https://president.az/az/articles/view/73412  

Hamısını oxu
Novxanıda 27 sentyabr Anım Günü ilə bağlı şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib

27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub.  300 nəfərə yaxın şəxsin iştirak etdiyi ehsan süfrəsində məscidin axundu Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə, iş adamı Hacı Cəlil Nağıyev, şəhid ailələri, qazilər, müharibə əlilləri, kənd ağsaqqalları və  digər kateqoriyadan olan vətəndaşlar iştirak edib. 27 sentyabr – Anım Gününün milli-mənəvi önəmindən bəhs edən məsclis iştirakçıları, xalqımızın məhz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə qarşı ölüm-dirim mübarizəsinə qalxdığını, cəmi 44 gün içində düşməni darmadağın edərək tarixi zəfərə imza atdığını vurğulayıb. 8 Noyabr zəfərinə şəhidlərimizin qəhrəmanlığı sayəsində nail olunduğunu bildirən natiqlər, onların əziz xatirəsinin sonsuza qədər xalqımız tərəfindən sevgi və ehtiram hissi ilə yad ediləcəyini vurğulayıblar. İş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ehsan süfrəsində iştirak edən şəhid ailələri və veteranlar, dövlətimizin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu
“Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməməsi onun məkirli xislətindən xəbər verir”

Cəlil Xəlilov: “Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir”   Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəməməsini pisləyib, bunu məsuliyyətsiz davranış kimi şərh edib.   Veteran.gov.az-a açıqlamasında Ermənistanın bu məkirli addımına toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, rəsmi İrəvanın yaxın tarixdən dərs çıxarmasının vacibliyini qeyd edib:   “Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməməsi onun məkirli xislətindən xəbər verir. Bu, onu göstərir ki, rəsmi İrəvanın hələ də 10 noyabr üçtərəfli sazişinin şərtlərini tam olaraq yerinə yetirməklə bağlı müəyyən tərəddüdləri var. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdə müşahidə edilən ləngimələr, Ermənistan daxilində səslənən cəfəng xarakterli revanşist fikirlər buna sübutdur. Lakin İrəvan anlamalıdır ki, bu kimi addımlar Ermənistan üçün ağır faciələrə səbəb ola bilər. Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir.   Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi potensialının 80%-dən çoxunu məhv etdi. Azərbaycanın “Dəmir yumruğu” qarşısında diz çökən Ermənistan kapitulyasiyaya imza atdı. Əgər Ermənistan yaşadığı ağır məğlubiyyətdən də dərs çıxarmaq, ibrət almaq istəməsə, o zaman bir dövlət olaraq mövcudluğu sual altına düşəcək və heç bir qüvvə onu məhv olmaqdan xilas edə bilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu