Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması soyqırımı qurbanlarının xatirəsinə ehtiram, tarixi yaddaşımıza töhfədir”

“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi Sərəncam soyqırımı qurbanlarının xatirəsinə sonsuz ehtiram nümunəsi olmaqla yanaşı, həm də tarixi yaddaşımıza töhfədir”.

 

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu kompleks sonsuza kimi erməni faşizminin tarixi cinayətlərinin daşlaşmış rəmzi olaraq hər kəsə bu cinayətlərdən danışacaq, soyqırımı cəlladlarını ifşa edəcək:

 

“Erməni faşizmi tarixən xalqımıza qarşı bir-birindən ağır, bir-birindən dəhşətli cinayətlərə yol verib, çoxsaylı soyqırımları törədib. Belə soyqırımlarından biri də 1992-ci ilin 26 fevral tarixində baş verən Xocalı soyqırımıdır. Əminliklə demək olar ki, Xocalı soyqırımı yalnız XX əsrin deyil, bəşər tarixinin ən dəhşətli soyqırımıdır. Bu soyqırımı erməni faşizminin nə qədər qorxunc və təhlkəli olduğunu, habelə, insani dəyərlərdən nə qədər uzaq olduğunu  bir daha göstərdi. Xocalı soyqırımı göstərdi ki, erməni faşizmi yalnız Azəbaycan yox, bütün bəşəriyyət üçün ciddi təhlükədir. 

 

Azərbaycan bütün şəhidləri kimi Xocalı soyqırımı qurbanlarının qisasını da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühüribəsində döyüş meydanında düşməndən aldı, həlak olanların ruhuna sevinc bəxş etdi. Lakin buna baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, erməni vəhşiliklərinin ifşası oldquca vacibdir və cənab Prezidentin Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı verdiyi Sərəncam çox böyük əhəmiyyətə malikdir.

 

Bu Kompleks soyqırımı qurbanlarının xatirəsinə əbədi ehtiram nümunəsi olacaq, eyni zamanda illər, əsrlər sonra da onu ziyarət edən insanlara erməni faşizminin qanlı əməllərindən, qorxunc cinayətlərindən bəhs edəcək”.

2025-02-26 09:36:44
3052 baxış

Digər xəbərlər

““YAŞAT” Fondunun fəaliyyəti dövlətin veteranlara, şəhid ailələrinə olan diqqətinin bariz göstərcisidir”

Azər Badamov: “Dövlətimiz vətən uğrunda canından keçmiş igid oğullarını unutmur və unutmayacaq”   Məlum olduğu kimi, dövlətimiz istər YAŞAT Fondu, istər icra hakimiyyətləri, istər nazirliklər, istərsə də digər strukturlkar vasitəsi ilə veteranların, qazilərin, şəhid ailələrinin problemini diqqətdə saxlayır, onları hər cür qayğı ilə əhatə edir.   Veteran.gov.az-a açıqlamasında dövlətin veteranlara, şəhid ailələrinə olan qayğısını yüksək qiymətləndirən millət vəkili Azər Badamov, Azərbaycanın bu sahədəki təcrübəsinin digər dövlətlərə örnək olduğunu vurğuladı:   “Bu gün şəhid ailələri, qazilər və veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. II Qarabağ müharibəsindən sonra bu kateqoriyadan olan insanlara diqqət daha da artıb. İcra Hakimiyyətlərində bu sahə ilə məşğul olmaq üçün xüsusi şöbələr yaradılıb və bu şöbələrdə vətən uğrunda döyüşlərdə şücayət göstərmiş gənclər işlə təmin olunub. Bu şöbələr şəhid ailələrinin və müharibə iştirakçıların birbaşa müraciət edə biləcəyi ünvan olacaq.   Bütün nazirliklərdə, dövlət idarə və müəssisələrdə Vətən müharibəsi iştirakçılarına hörmətlə yanaşılır, onların müraciətlərinə dərhal baxılır. Ölkə başçımızın fərmanı ilə yaradılmış “YAŞAT” Fondu hər bir şəhid ailəsinə getmiş, onların məişət-sosial problemləri ilə maraqlanmışdır. O cümlədən, müharibədə sağlamlıqlarını itirmiş gənclərimizi də “YAŞAT” Fondu diqqət mərkəzində saxlayır, onların müalicəsi və reabilitasiya məslələrini həll edir. Dövlətimiz şəhid ailələri və qazilərimizin evlərlə təminatı üçün xüsusi proqram icra edir və 2025 - ci ilə qədər mənzilə ehtiyacı olan bütün ailələr evlə təmin olunacaqdır.   Azərbaycanda şəhid ailələrinə və qazilərə olan dövlət qayğısı və diqqət dünyanın bir çox ölkələri üçün nümunədir. Düşünürəm ki, bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəni öyrənəcəklər. Dövlətimiz vətən uğrunda öz  canından keçmiş igid oğullarını heç vaxt unutmur və onların qəhrəmanlıqlarını həmişə də yüksək dəyərləndirəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
Cəlil Xəlilov: Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub

Zəngin və mənalı həyat yolu keçən ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı zamanın ağır sınaqlarından çıxarıb. Dahi şəxsiyyət böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında ikən Ulu Öndərə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib. Dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib. “Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında müstəsna rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu Öndər Azərbaycan və dünya tarixinin yaddaşında qalacaq. Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində və ölkəmizin dünyada tanınmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi həkk olunub”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
“Zəfər” futbol turniri keçiriləcək

Turnir Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə təşkil olunur   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə “Zəfər” futbol turniri keçiriləcək. Ölkəmizin tarixi qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirin açılış oyunu sentyabrın 27-də baş tutacaq. Turnirdə 17 komanda birincilik uğrunda mübarizə aparacaq. Finala yüksələn komandalar arasında həlledici oyun noyabrın 8-də baş tutacaq və qalib komanda müəyyənləşəcək.   Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən “Zəfər” futbol turniri Vətən Müharibəsində Zəfərin ən böyük pay sahibləri olan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.  

Hamısını oxu