Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zatulinin açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”

“Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Bakıda məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı absurd açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Zatulin məlum açıqlamasında separatçılara haqq qazandırıb, Cənubi Qafqazla bağlı tarixi faktları saxtalaşdırıb:

 

“Zatulin xalqımıza qarşı ağır cinayətlərə yol verən şəxslərin Bakıda keçirilən məhkəmə prosesini “şəxsi qisas”, repressiya kimi dəyərləndirib ki, bu da yumşaq desək, həyasızlıqdır. Çünki bu gün məhkəmə qarşısında dayanan şəxslərin uzun illərdir ki, xalqımıza qarşı çoxsaylı təxribatlara, qanlı əməllərə yol verdiyi, separatizmi alovlandırdığı hər kəs məlumdur. Bu şəxslərin vaxtiylə Ermənistan mediasına verdiyi müsahibələrə baxmaq kifayətdir ki, onların öz qanlı əməlləri ilə necə fəxr etdikləri, necə böyük cinayətlərə imza atdıqları isbatlansın. Belə olan halda həmin separatçıların məsuliyyətə cəlb edilməsini “şəxsi qisas” kimi səciyyələndirmək, bunu ədalətsiz yanaşma kimi şərh etmək gülüncdür.

 

Zatulin açıqlamasında Cənubi Qafqazın tarixi ilə bağlı da yalan danışır, xalqımıza böhtan atır. O, bildirir ki, guya ermənilər Cənubi Qafqazın qədim, aborogen xalqıdır və onlar bu coğrafiyada azərbaycanlılardan öncə məskunlaşıb. Halbuki, Rusiyanın özündə bugünə qədər bir çox tarixçi və siyasətçi ermənilərin Cənubi Qafqaza “Gülüstan” və “Türkmənçay” müqavilələrinin nəticəsi olaraq köçürüldyünü etiraf ediblər. Bununla bağlı müxtəlif tarixi mənbələrdə çoxsaylı faktlar mövcuddur. Belə olan halda erməniləri Cənubi Qafqazın qədim xalqı kimi səciyyələndirmək ağ yalandan başqa bir şey deyil.

 

Hesab edirəm ki, Zatulin və onun kimilərin anti-Azərbaycan bəyanatları davamlı olaraq ifşa edilməli, Rusiya dövləti onun imicinə zərbə vuran bu cür şəxslərlə bağlı konkret addımlar atmalıdır. Çünki Zatulin və onun kimilərin nifrət dolu, qızışdırıcı bəyanatları Cənubi Qafqazda sülh prosesinə ziyan vurmaqla yanaşı, Rusiya-Azərbaycan dostluğuna da kölgə salır, ictimai rəydə Rusiya dövləti haqqında xoşagəlməz fikir formalaşdırır. Bu baxımdan, Rusiya hakimiyyətindən zatulinçilərlə bağlı əməli addımlar atmağı, onları əxlaqa, vicdana, məsuliyyətə dəvət etməyi  gözləyir, gələcəkdə bu kimi halların bri daha yaşanmayacağına ümid edirik”.

 

Seymur ƏLİYEV

2025-03-01 19:33:40
3053 baxış

Digər xəbərlər

Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

22 dekabr 2018-ci il tarixdə Müdafiə nazirliyinin xətti ilə əfsanəvi partizan Mixaylo ləqəbli Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Yasamal rayon ərazisində yerləşən Mehdi Hüseynzadənin abidəsi önündə təşkil olunmuşdur. Həmin tədbirdə Müdafiə nazirliyinin əməkdaşları, generallar, əsgərlər və zabitlər iştirak etmişlər. Eyni zamanda tədbirə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev və həmin təşkilatın gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və İkinci Dünya müharibəsi veteranları cəlb edilmişlər. Veteranlar adından İkinci Dünya müharibəsi veteranı Nəbiyev Damət çıxış etmiş Mehdi Hüseynzadə haqqında öz təəsüratlarını bölüşmüşdür. D.Nəbiyev eyni zamanda Respublikanın Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi qayğıdan danışaraq Prezidentə və Respublika Veteranlar Təşkilatın rəhbərliyinə öz razılığını bildirmişdir. Tədbirdə Respublika Müdafiə nazirinin birinci müavini general-leytenant Kərəm Vəliyev çıxış etmiş və ölkə Prezidentinə Mehdi Hüseynzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə görə öz minnətdarlığını bildirmişdir. Tədbirdə Mehti Hüseynzadənin bacısı oğlu Mehti Əzizbəyov, bacısı qızı Svetlana Əzizbəyova   və publisist-politoloq Ruqiyyə Əliyeva da iştirak etmişdir. Mehti Əzizbəyov çıxış edərək öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkilmişdir.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında pulsuz tibbi müayinə

Prezident İlham Əliyevin əhalinin pulsuz kütləvi tibbi müayinədən keçməsi ilə bağlı verdiyi tapşırığa əsasən respublikamızın hər yerində fevralın 15-dən əhalinin ümumi tibbi-profilaktik müayinəsi aparılır. Əhalinin sağlamlığını qorumaq, xəstəlikləri erkən mərhələdə aşkarlayaraq qarşısını almaq məqsədilə keçirilən müayinələrə təcrübəli həkim və tibb işçiləri cəlb olunur.          Mart ayının 1-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında da veteranların pulsuz tibbi müayinəsi həyata keçirildi. Müayinə üçün 37 saylı şəhər poliklinikasının həkimləri səfərbər olunmuşdurlar. Həkimlərdən kardioloq Sevil Mehdiyeva, oftalmoloq Sevda Daşdəmirova, cərrah Vilad Əliyev, stomatoloq Adil Abbasov, tibb bacıları Səbinə Ələkbərova, Rəsmiyyə Kərimova, Reyhan Hüseynova veteranalar öz sahələri üzrə müayinə edərək, müvafiq təyinatlar yazdılar. Ümumilikdə, kardioloji, laborator analizlər, EKQ və digər müayinələr aparıldı.          Aksiyadan təxminən 50-yə yaxın II Dünya müharibəsi, əmək, Silahlı Qüvvələr veteranı istifadə etdi. Müayinə olunmuş veteranların bir neçəsi aksiya ilə bağlı təəssüratlarını bizimlə bölüşdülər:           Binəqədi RVT-nin sədri Telman Hətəmov: “Mən dövlət başçısının bu təşəbbüsündən olduqca razıyam. Vətəndaşlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə ona dərin minnətdarlığımı bildirirəm. Veteranlar həmişə ölkə rəhbərliyinin diqqət və qayğısını görür bu gün onların sağlamlığı üçün atılan addımları yüksək qiymətləndirirəm. Bu gün bizimlə maraqlanan, qayğımıza qalan bütün həkimlərə təşəkkür edirəm”. II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov: “Belə bir tibb aksiyasının təşkil olunması haqqında tapşırıq verilməsi bir daha sübut edir ki, prezidentimiz hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir. Mən bütün veteranlar adından prezidentimizə, bu təşəbbüsün veteranalar üçün həyata keçirilməsinə görə Respublika Veteranlar Təşkilatnın sədri Dadaş Rzayevə, sədr müavini Cəlil Xəlilova öz minnətdarlığımı bildirirəm”. II Dünya müharibəsi veteranı Məmməd Əliyev: “Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbir hamının ürəyincədir, xüsusilə də biz veteranların. Əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.”          Poliklinikanın baş həkimi Təranə Məmmədova səhiyyə aksiyası ilə bağlı bildirdi ki, tibb ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb, keçirilən müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar idarələrdə, məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər.           Xatırladaq ki, cari ilin fevralın 15-dən mayın 15-dək ölkənin bütün ərazisində əhali pulsuz tibbi müayinədən keçə bilər. SƏİDƏ ABDULLAYEVA  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xalq şairi Sabir Rüstəmxanlını doğum günü və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Sabir müəllim! Sizi doğum gününüz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinizə görə “Şərəf” ordeni ilə təltif edilməyiniz münasibətilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu şərəfli təltif Sizin ana dilimizin, milli kimliyimizin və vətənpərvərlik ideyalarının təbliğinə həsr etdiyiniz yaradıcılıq yoluna və dövlətçiliyimizə olan sonsuz sədaqətinizə verilən ən yüksək qiymətdir. Veteranlarımız adından Sizə ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq”.  

Hamısını oxu
“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL

“Bu il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq. 15 sentyabr həqiqətən də qürurverici, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.Azərbaycan əsgər və zabitlərinin türklərlə birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşdüyünü deyən ehtiyatda olan polkovnik bildirib ki, 1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib:“Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Leninin direktiv göstərişlərini həyata keçirən S.Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədi ilə Türkiyə, o zamankı Osmanlı hökumətinə müraciət etdilər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət yeni yaradılmış Qafqaz İslam Ordusunu 1918-ci ilin may ayında Azərbaycan ərazisinə köməyə göndərdi. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən, Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti vardı”.C.Xəlilovun sözlərinə görə, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya yaxınlaşıblar: “Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam etdi. Müqavimətinə baxmayaraq, düşmən Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri tərəfindən məğlub edildi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişdi, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaratdı. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyul ayının 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi oldu”.Qurum rəsmisi söyləyib ki, Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilmədilər: “Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkildi. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edirdi. Cümhuriyyət rəhbərləri Bakının nəyin bahasına olursa-olsun azad olunması üçün ardıcıl iş aparırdılar. Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən artıq əsgər və zabit şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad etdi”.C.Xəlilov qeyd edib ki, bu tarixi günü qeyd etdiyimiz vaxt hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir: “Biz inanırıq ki, hazırda Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin aprel döyüşləri Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin qələbə əzmi nümayiş etdirildi. Biz veteranlar erməni işğalında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”.

Hamısını oxu