Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:

 

2025-03-06 15:12:44
3241 baxış

Digər xəbərlər

Göygöl Rayon İcra Hakimiyyəti (Xəbərlər)

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb. Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Göygöl rayon şöbəsinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Səbail rayonu 2 saylı Texniki Humanitar Liseydə “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  əməkdaşları -  şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2024–ci il tarixində Səbail   rayonunda tədbir keçirib. Tədbir  Səbail rayonunda yerləşən 2 saylı Texniki Humanitar Liseydə baş tutub. “20 Yanvar –Xalqımızın hüzn, həm də şərəf günüdür “ adlı tədbirdə   Səbail rayon  VT-nın sədri Adilə Yaqubova, Qarabağ müharibəsi veteranı  Aslan Əmrahov, liseyin direktoru Turanə Məcidli, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri liseyin direktoru Turanə Məcidli açıb. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra müstəqilliymiz uğrunda, torpaqlarımızın qorunması yolunda  canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün söz ehtiyatda olan  polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini polkovnik Cəlil Xəlilovun  salamlarını tədbir iştirakçılarına çatdırıb.  Adil Haqverdiyev bildirib ki, o özü də  20 Yanvar qırğınının canlı şahididir: “Xalqımıza qarşı torədilmiş qırğın qədər dəhşətli qırğını Əfqanıstanda quluq etdiyim 4 il ərzində görmədim. Ordunun şəhərə ağır texnikalarla girməsi haqqında vətəndaşlarımızın xəbəri yox idi. Cinayətkarlar törədilmiş  qırğın xəbərinin yayılmaması üçün televiziya bulokunu partlatdılar. Soydaşlarımız böyük təşviş içərisində idilər. Rəhbər işçilər heç bir təşəbbüs göstərmirdilər. Xalqın ümid yeri, arxası görkəmli ziyallıları oldu. Xalqın ağır günündə Ulu Öndər Heydər Əliyev özünü, ailəsini təhlükəyə ataraq ailəsi ilə birlikdə  Moskva şəhərində Azərbaycanın daimi nümayəndəliyinə gedərək öz haqlı etirazını bildirdi. Bu gün şəhidlərimizin ruhları  şaddır. Ali Baş Komandan İlham Əliyevinbaşçılığı altında müzəffər ordumuz torpaqlarımızı düşməndən azad edib. İndi  Şuşada Xocalıda, Xankəndində və digər azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır”. Daha sonra Adilə Yaqubova, Aslan Əmrahov, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda  xatirə şəkli çəkilib.

Hamısını oxu
“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə genefondumuzun qorunması baxımından həyati əhəmiyyətə malikdir”

Məlum olduğu kimi, bugünlərdə DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Xatırladaq ki, bundan öncə də adıçəkilən qurumların keçirdiyi əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb, bu istiqamətdə mühüm addımlar atılıb.  Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla DTX və DSX-nın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı bu əməliyyatların cinayətkarlığa qarşı mübarizə ilə yanaşı, xalqımızın genefondunun qorunması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə xalqımızın sağlamlığının, onun genefondunun qorunması baxımından həyati əhəmiyyətə malikdir. Narkotik çox böyük bəladır və bu bəla çox insanları, çox ailələri bədbəxt edib. Odur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının qətiyyətlə alınması olduqca vacibdir. Bu baxımdan müvafiq dövlət qurumlarının bu bəlaya qarşı apardığı mübarizə təqdir olunmalı, alqışlanmalıdır. Biz narkotiklərin qanunsuz dövriyyəsinə qarşı  mübarizəni sərtləşdirməli, kimlərinsə xalqımızı zəhərləməsinə, onun genefonduna ölmcül zərbə endirməsinə imkan verməməliyik. Bu məsələdə hər kəsin ayıq-sayıqlıq sərgiləməsi, əlaqədar dövlət qurumlarına dəstək verməsi vacibdir”.  Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə soyqırımı nəticəsində həlak olan soydaşlarımızın və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, yazıçı-jurnalist Ədalət Salman çıxış edərək bildirib ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələrlə dolu səhifələr də yazılıb. Belə dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında rus bolşeviklərinin dəstəyi ilə erməni qəsbkarlarının törətdiyi azərnaycanlıların soyqırımı faciəsidir. Bu soyqırımı təkçə paytaxt Bakıda deyil, Gəncədə, Naxçıvanda, Qarabağda, Lənkəranda, Şamaxı və Quba qəzalaraında vəhşiliklə həyata keçirilib. Qətlə yetirilən soydaşlarımızla yanaşı, məktəblər, məscidlər, xəstəxanalar, milli memarlıq inciləri olan abidələr də məhv edilib.  O, daha sonra ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsini xüsusi vurğulayıb və qeyd edib ki, hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ehtiramla qeyd olunur. Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Firudin Zeynalov, "Qarabağ qaziləri" İctimai Birliyinin rayon bölməsinin sədri Maşallah Əliyev, ADP-nin Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdilla, Sakit Üçtəpəli və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı törədilən soyqırımı qətiyyətlə pisləyiblər. Vurğulayıblar ki, Prezident İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli "1918-ci il azərbaycanlıların soyqrımının 100 illiyi hsqqında" Sərəncamından sonra insanlıq əleyhinə olan bu cinayətlər barədə həqiqətlər beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılıb.

Hamısını oxu