Novruz təbriki


Veteran.gov.az xəbər verir ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Cəlilabad rayon Veteranlar Təşkilatı tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları ilə yanaşı rayonun fəal gəncləri də iştirak edib. Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il 2 fevral tarixində Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir. O, öz çıxışına davam edərək fəxrlə vurğulayıb ki, Azərbaycanın qəhrəman gəncləri ordumuzun sıralarında rəşadətlə vuruşaraq adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların igidliyi sayəsində qazanılan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Tədbirdə şəhid atası Əsədxan Həşimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Gülbala Teymur, Mədəniyyət şöbəsinin 3 saylı klubunun müdiri Xeyrulla Şahbazov, “Dəmir yumruq” ictimai birliyinin sədri Rəfael Şükürov, Qarabağ qazisi, yazıçı Qurban Əhməd, Əmək veteranları İsrail Nuriyev, Telman Əsgərov, Mirzəbala Hüseynov, Mirhəbib Əzimov və gənclər adından Xəyal Əliyev çıxış edib qeyd etdilər ki, gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir. Sonda ictimai-siyasi tədbirlərdə fəal iştirak edən bir qrup gəncə Gənclər Günü münasibəti ilə rayon Veteranlar Təşkilatının Fəxri Fərmanları təqdim olunub.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Məmmədəli oğlu Şiriyev 74 yaşında vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məmmədağa Şiriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmi vurğulanıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev də iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu