Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri vəfat edib

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Məmmədəli oğlu Şiriyev 74 yaşında vəfat edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məmmədağa Şiriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

 

2025-02-17 11:11:15
2853 baxış

Digər xəbərlər

“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həbsi ilə bağlı məlumat yayıb, onun rüşvət alması ilə bağlı görüntülər təqdim edib. İslam Rzayev həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən sui istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəməkdə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməkdə şübhəli bilinir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov DTX-nın keçirdiyi bu əməliyyatların həm qanunların qorunması, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından önəminə diqqət çəkib: “Hər bir dövlətin inkişafı və tərəqqisi üçün vətəndaşların seçim azadlığı olmalı, insanlar öz bilik və bacarıqlarına uyğun olaraq dövlət vəzifələrində təmsil olunmaq hüquqlarından istifadə edə bilməlidirlər. Seçim azadlığı, ədalətli münasibət həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlətin inkişafı baxımından vacibdir. Rüşvət və korrupsiya isə bu hüquqi insanların əlindən alır. Bu kimi neqativ hallar olan yerdə vəzifəyə layiqli insanlar deyil, bu vəzifəyə layiq olmayan, öz işinin öhdəsindən gələ bilməyən insanlar gəlir. Onlar müxtəlif əyri yollarla öz şəxsi ambisiyalarını təmin edirlər. Belə olanda isə digər insanların hüququ pozulur, qanunun tələbi tapdanır, insanlarda dövlətin ədalətinə olan inam sarsılır. DTX-nın Balakəndə və digər rayonlarda keçirdiyi əməliyyatların ən böyük önəmi ondan ibarətdir ki, bu əməliyyatlar nəticəsində qanun pozuntusunun qarşısı alınır, rüşvət və korrupsiya kimi hallar önlənilir. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması, vicdan və ədalətli yanaşma prinsipi təmin olunur. Bu səbəbdən də DTX-nın keçirdiyi əməliyyatlar qanunların tələbləri ilə yanaşı, həm də milli-mənəvi dəyərlərimizin müdafiəsi baxımından yüksək qiymətləndrilməli, təqdir olunmalıdır. Bu əməliyyatlar dövlət idarəçiliyində neqativ halların qarşısını almağa, bununla da respublikamzn daha sürətli inkişafını təmin etməyə xidmət edir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb. Report xəbər verir ki, haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur. Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb.   İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub. Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib. İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.

Hamısını oxu
Mehriban Əliyevanın Qarabağla bağlı arzuları Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarından Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarının daha da intensivləşməsi nəticəsində iki ölkə arasındakı mövcud gərginliyin hərbi qarşıdurma vəziyyətinə gəlməsi barədə paylaşımları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “Sabah”, “Yeni şəfəq”, Hüriyyət”, “Təqvim” və digər populyar qəzetlər, eləcə də nüfuzlu xəbər portalları bu məlumatı geniş oxucu auditoriyasına təqdim ediblər. Bildirilir ki, paylaşımda Azərbaycan dövlətinin heç vaxt başqasının torpaqlarına iddialı olmadığı, heç zaman insanlığa qarşı cinayət törətmədiyini diqqətə çatdıran Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən səmimi dəstəyə görə Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib.   Qardaş ölkə KİV-lərində Birinci vitse-prezidentin aşağıdakı fikirləri də yer alıb: “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”       

Hamısını oxu
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi

Murov döyüşlərində yaralanan Sərxan Yolçuyev müalicəsini başa vurduqdan sonra doğma yurduna, Gəncəyə qayıdıb. Qələbə xəbəri, qalibiyyət sorağı ilə dönən qazimizi dostları, qohumları, doğmaları və Baku TV çəkiliş qrupu qarşılayıb.   Döyüşün ilk günlərdə yaralandığını deyən qəhrəman qazimiz hazırda yoldaşlarının Kəlbəcərdə olduğunu, özünün isə onlardan ayrdı düşdüyü üçün kədərləndiyini bildirib: “Qismət olmadı, amma bilirəm ki, onlar məni orda canla-başla əvəz edirlər. Mənim ürəyim onların yanındadı”. Döyüşlər başladığı vaxt cəbhəyə könüllü yollanan Sərxan Yolçuyev dostunun şəhid olması haqqında danışarkən göz yaşlarına hakim ola bilməyib. Ətraflı süjetdə…

Hamısını oxu