Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dəli

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən IV yazı

 

Aşiq mənəm… Eşqlə doğuldum…

Qəlbim alov... Bədən ələnqə.

Mən özümü sevgiyə gömdüm,

Bürüməyin indi kəfənə.

 

Məşuq mənəm… Hər dəfə sərhoş,

Onun adın şərabtək içdi.

Baxışına sığındım hər dəfə,

Ayağına yıxıldım… Öpdüm…

 

Derviş mənəm… Məkansiz... Yersiz...

Ürək tikdim! Ona gizləndim.

Biri satdı məni bəlkə də,

Qəlbdən çıxdım… Sevdim, qırıldım.

 

Məğlub mənəm… Və qalib mənəm…

Çox qazandım, çoxca uduzdum.

Bisatimda – ürəyim idi…

Mən onu da sənə tutdurdum!

 

Unutamazsan

 

İllər keçəcəktir, keçir mövsümlər,

Taqdir deyəməzsən, yox, qəbul etəməzsən.

Əlindən də gəlməz, ürək ağrıyır,

Məni unutmazsan, unutamazsan.

 

Qucaqlarsan dizini, kirpik tərpədəməzsən,

Göyə baxarsan, heç öyrəşə bilməzsən,

Gözündən yaş süzər, xəyal dizginsiz,

Məni unutmazsan, unutamazsan.

 

Keçmişi düşünür, məni axtarırsan,

Xəyal ağacını yıxa bilməzsən,

Təəssüf, qayıdamazsan, qayıda bilməzsən,

Məni unutmazsan, unutamazsan!

 

Yuxuların dalaşır adım çağıraraq,

Günlərin səhv düşür izimdən gələrək,

Bağışla, qəlbini geri verəmədim,

Məni unutmazsan, unutamazsan!

 

Şairə Lətafət ƏMİROVA

Özbəkistan Respublikası

Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan

2025-03-27 23:46:23
681 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Maarifə həsr olunmuş ömür, qəhrəmanlıqlarla dolu soy: İsmayılovların tarixi irsi

Azərbaycan xalqının zəngin və şərəfli tarixində elə ailələr var ki, onların keçdiyi həyat yolu bütöv bir dövrün aynası, bir xalqın mübarizə və zəfər salnaməsinin ayrılmaz hissəsidir. Həmin ailələrdən biri də əsası Şamaxıda qoyulmuş, Balakənə, Laçına, Bakıya qədər uzanan böyük bir yolun yolçuları olan İsmayılovlar ailəsidir. Bu ailənin layiqli nümayəndəsi Aliyə Cavad qızı Həsənova  müəllimlik sənətinə həsr olunmuş ömrü, fədakar fəaliyyəti və zəhmətkeşliyi ilə neçə-neçə nəslin yaddaşında iz qoymuşdur. Aliyə Həsənova 1935-ci il iyulun 11-də Azərbaycanın füsunkar guşələrindən olan Balakən rayonunda dünyaya göz açmışdır. Erkən yaşlarından elmə, maarifə olan marağı onu təhsil yoluna yönəltmiş, əvvəlcə Bakı şəhərində yerləşən M.Ə.Sabir adına pedaqoji texnikumu, daha sonra isə 1960-1965-ci illərdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu müvəffəqiyyətlə başa vurmuşdur. Peşəkar müəllim kimi fəaliyyətə başlayan Aliyə xanım, qısa zamanda pedaqoji sahədə öz bilik və bacarığı, insanpərvərliyi, prinsipiallığı ilə seçilmiş, pedaqoji kollektivlər və valideynlər arasında böyük hörmət qazanmışdır. Onun rəhbərliyi altında fəaliyyət göstərən Bakı şəhəri Yasamal rayonundakı 150 nömrəli orta məktəb 1982–1998-ci illərdə dinamik inkişaf etmiş, nümunəvi təhsil ocaqlarından birinə çevrilmişdir. Aliyə xanımın təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. 3 mart 1988-ci ildə Bakı şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə o, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Bu təltif onun təhsil sisteminə verdiyi töhfələrin və gənc nəslin formalaşmasında oynadığı mühüm rolun parlaq ifadəsidir. 1998-ci ildən təqaüdə çıxmasına baxmayaraq Aliyə xanımın pedaqoji ideyaları, mənəvi irsi bu gün də yetirmələri tərəfindən yaşadılır. Aliyə Həsənovanın ailəsi İsmayılovlar təkcə maarif sahəsində deyil, həm də Vətən qarşısında şücaət və fədakarlıq nümunəsi göstərmiş bir nəsildir. Ailənin atası Cavad İsmayılov 1912-ci ildə Şamaxıda doğulmuş, ömrünü meşə təsərrüfatının inkişafına həsr etmiş, müxtəlif bölgələrdə Şamaxı, Balakən, Laçında məsul vəzifələrdə çalışmışdır. Lakin onun həyatını yarımçıq qoyan İkinci Dünya müharibəsi oldu. 1942-ci ilin yanvarında ordu sıralarına çağrılmışdır. 182-ci atıcı diviziyasının 747 nömrəli tank əleyhinə qırıcı artilleriya alayının 14-cü əlahiddə tank əleyhinə 2-ci dərəcəli Kutuzov ordenli briqadasında hərbi xidmət keçmişdir. Xidmətlərinə görə top komandiri rütbəsinə yüksəldilmişdir. Təəssüf ki, 1945-ci il fevralın 3-də Königsberq yaxınlığındakı varten kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Sonradan Kalininqrad vilayətində yerləşən sovet döyüşçülərinin qardaşlıq qəbiristanlığında dəfn olunmuş və onun adı Qələbə memorialında əbədiləşdirilmişdir. Cavad İsmayılovun qardaşları da müharibənin alovundan keçmişdir. 1919-cu il təvəllüdlü əmisi Xələf İsmayılov cəbhədə sağ qolundan ağır yaralanaraq ordudan tərxis olunmuş və müharibədən sonra xalqına müəllim kimi xidmət etməyə davam etmişdir. Digər əmisi Vahid İsmayılov 1923-cü ildə anadan olmuş, müharibədə itkin düşmüş və bu günə qədər taleyi haqqında heç bir məlumat əldə edilə bilməmişdir. Ailənin ən kiçik üzvlərindən olan Saqi İsmayılov 1932-ci ildə doğulmuş, tank qoşunlarında xidmət etmiş, kapitan rütbəsinə qədər yüksəlmiş, lakin səhhətindəki problemlərə görə ordudan tərxis edilmişdir. Bu ailənin həyat yolu bir xalqın fədakarlıqla dolu keçmişinin, maarif və mübarizə ruhunun, zəhmət və qəhrəmanlığının parlaq təcəssümüdür. Aliyə Həsənovanın həyat və fəaliyyəti müəllimlik sənətinə vurğunluğun, vətənə, xalqa bağlılığın rəmzidir. Onun ailəsinin müharibədə göstərdiyi qəhrəmanlıq bir daha sübut edir ki, xalqın gücü onun mübarizə ruhunda, vətənə sədaqətində gizlidir. Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq bütün fədakar övladların ruhuna sonsuz ehtiram və dərin minnətdarlıqla baş əyirik.  Cəlil Xəlilov  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Bayrağımız Şuşada dalğalanacaq!

Strateji Kommunikasiyalar Mərkəzi vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb. Publika.az sözügedən videonu təqdim edir:

Hamısını oxu
Vətənpərvərlik dönməz prosesdir

Vətənpərvərlik tərbiyəsi müxtəlif formalarda, müxtəlif üsullarla aparılır. Bu üsullardan biri də veteranlarla görüşlərdir. Veteranların tarixə, milli mentalitetə söykənən söhbətləri istər yeniyetmələrin orduya hazırlığına, istərsə də əsgərlərin mənəvi hazırlığına təsirsiz ötüşə bilməz. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirdə birinci dərəcəli kapitan Natiq Bağırov qonaqları təqdim etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında bilavasitə şəxsi heyətlə işləyən zabitlərin üzərinə düşən vəzifələrdən, zabit-əsgər münasibətlərinin daha da möhkəmləndirilməsi zərurətindən əsgərin mənəvi hazırlığının döyüş hazırlığı qədər vacib olmasından danışaraq qeyd etdi ki, aprel döyüşləri həm ordumuzun gücünün, həm də ordu ilə xalqın birliyinin təsdiqi oldu. “Təsdiqləndi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir, sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın döyüş əmrinə hazırdır.” Ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxışında dedi ki, vətənpərvərlik hisslərinin daha dinamik yüksəlişi ordunun gücü deməkdir. “Ordumuz kifayət qədər güclüdür. Ən müasir silahlar da əsgərə həvalə edilir. Deməli, əsgərin həm döyüş, həm də mənəvi hazırlığı bir-biriylə təmasda aparılmalıdır. Zabitlərimiz bu amili həmişə diqqətdə saxlamalıdırlar.” Silahlı Qüvvələrimizdə, əsasən də Hərbi Dəniz Qüvvələrində 1-ci dərəcəli kapitan Aleksandr Qritçenko yaxşı tanınır. O, 51 kitab müəllifidir, 95 yaşı var. İstər təcrübəsini, istərsə də xatirələrini Silahlı Qüvvələrimizin əsgər və zabitləriylə böyük səxavətlə bölüşür. Tədbirdə iştirak edən qocaman hərbçi Böyük Vətən müharibəsində azərbaycanlı əsgər və zabitlərin xidmətlərindən, şücaətlərindən söz açaraq bildirdi ki, mən ömrümün yarısını Bakıda yaşamışam. “Özümü bakılı hesab edirəm. Silahlı Qüvvələrimizlə həmişə fəxr etmişəm. Ona sevinirəm ki, yazdığım kitablar Azərbaycan Ordusunun əsgər və zabitlərinin mənəvi hazırlığında az-çox gərəkli olur.” Sonra tədbir iştirakçılarına müraciətlə "Sevin Vətəni" - dedi. "Vətəni sevin, Xəzəri sevin. Gəncliyimin şahidi olan Bakı da, Xəzər də mənim ömrümün məbədidi...". 1-ci dərəcəli kapitan Zaur Hümmətov gərəkli tədbir üçün qonaqlara minnətdarlığını bildirdi. Sonda bir qrup zabit Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının idarə heyəti adından ordenlə, fəxri fərmanla təltif edildi. Tədbir bir daha təsdiqlədi ki, vətənpərvərlik dönməz prosesdir...   Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"

Hamısını oxu
Müzəffər ordunun Zəfər yürüşü: Bakı parada hazırlaşır

Xəbər verdiyimiz kimi, artıq günlərdir Bakıda keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına hazırlıq işləri davam edir.   Həmçinin, bildirilib ki, cəbhə xəttindən ermənilərdən hərbi qənimət olaraq götürülmüş hərbi texnikalar da paradda nümayiş etdiriləcək. Paradın hazırlıqlarından yeni görüntüləri təqdim edirik:  

Hamısını oxu