Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İrəvan regional sülhü revanşist qrupların hikkə və avantürasına qurban verməməlidir”

Redaktor.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İrəvan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xəbərdarlıqlarından ciddi nəticə çxıarmalı, revanşist qruplara meydan verməməlidir:

“Prezident İlham Əliyev ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirdi, regionda sülh və təhlükəsizliyin təmininin həm də Ermənistanın atacağı addımlardan asılı olduğunu bildirdi. Həmçinin, dövlət başçısı vurğuladı ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur. Prezident qeyd etdi ki, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır. Bir sözlə, dövlət başçısı İrəvana üzərinə düşən məsuliyyəti bir daha xatırlatdı, Ermənistanın nicatının region dövlətləri ilə səmimi əməkdaşlıqda olduğunu söylədi.

Hesab edirəm ki, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıqlarından, çağırışlarından ciddi nəticə çxıarmalı, regional sülh və təhlkəsizlik üçün konkret addımlar atmalıdır. Bu addımlar mahiyyət etibarilə olduqca sadədir. Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləməli, revanşist qrupların regionda vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan anlamlıdır ki. Ermənistan üçün real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir və bu variantın heç bir alternativi yoxdur

2025-04-10 17:43:22
4959 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Hamısını oxu
Müxtəlif peşə sahibləri Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik ediblər

Azərbaycanda çalışan müxtəlif peşə sahələrinin nümayəndələri Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşılan videoda müxtəlif sahələrdə çalışan insanlar Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Milli.Az

Hamısını oxu
“Hərbi Prokurorluğun orduda Heydər Əliyev irsini təbliğ etməsi alqışlanmalıdır”

Artıq bəlli bir müddətdir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu müxtəlif hərbi hissələrdə Heydər Əliyev irsinin, Ulu Öndər ideyalarının təbliği ilə bağlı silsilə görüşlər keçirməkdə, tədbirlər təşkil etməkdədir. Nümunə üçün qeyd edək ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib, müasir ordumuzun formalaşmasıdna Ümummilli Liderin tarixi xidmətlərinə diqqət çəkib.  Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə hərbçilər arasında Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğinin ordumuzun mənəvi-psixoloji və ideoloji hazırlığının yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm önəm kəsb etdiyini bildirib:  “Şübhəsiz, Hərbi Prokurorluq tərəfindən həyata keçirilən bu tədbirlər hərbçilərimizin Heydər Əliyev ideyalarına daha dərindən sahiblənməsi, Ulu Öndər irsinə daha yaxından bələd olması baxımından mühüm əhəmiyyətə malikdir. Ordumuzun istər mənəvi-psixoloji, istərsə də ideoloji hazırlığının yüksəlməsi, vətənpərvərlik tərbiyəsinin güclənməsi, milli-mənəvi dəyərlərə daha dərindən bağlanması baxımından onların Heydər Əliyev irsi ilə yaxından tanış edilməsi son dərəcə önəmlidir.  Bildiyiniz kimi, Azərbaycanda müasir ordunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Liderin əzmkarlığı, qətiyyət və fədakarlığı sayəsində ölkəmizdə vahid komandanlığa tabe olan nizami ordu formalaşıb. Hansı ki, sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Silahlı Qüvvələrimizin daha da güclənməsini təmin edib, işğaldakı torpaqlarımızın azadlığına nail olunub.  Mən Hərbi Prokurorluq tərəfindən Silahlı Qüvvələrimizdə Heydər Əliyev irsinin təbliği istiqamətində atılan addımları yüksək qiymətləndirir, bunu ordu qarşısında mühüm xidmət kimi dəyərləndirirəm. İnanıram ki, bu qəbildən olan tədbirlərin təşkili bundan sonra da davam etdiriləcək, Heydər Əliyev ideyalarına daha dərindən bələd olmaq hərbçilərimizi daha güclü, daha yenilməz edəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndələri aprel döyüşlərinin beşinci ildönümü ilə bağlı tədbirə qatılıb

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 7 aprel 2021-ci il tarixində  Nəsimi rayonunda aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunan tədbirdə iştirak edib.   Tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, BVM iştirakçısı Ağababa İsgəndərov, 2016-cı ilin aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin qaziləri Mətləb Əhmədov, Elxan İmranov, Elçin Əhmədov və digər qonaqlar iştirak edib.   Validə Vəliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib  Daha sonra söz Zərifə Quliyevaya verilib. Z.Quliyevanın təklifi ilə ilk növbədə torpaqlarımız azadlığı uğrunda qəhrəmancasına həlak olan  şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Qazilərlə səmimi söhbət edən Zərifə xanım, onlarla yanaşı durmaqdan qürur duyduğunu ifadə edib.   Daha sonra çıxış edən Yasəmən xanım Vətən müharibəsinin önəmindən danışıb, habelə bu cür tədbirlərin təşkilində göstərdiyi köməkliyə görə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya və sədr müavini Cəlil Xəlilova minnətdarlığını bildirib.   Ehtiyatda olan polkovnik Adil Haqverdiyev isə çıxışında Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştiakçılarına çatdırıb. Daha sonra aprel döyüşlərinin önəminə toxunan Adil Haqverdiyev, Azərbaycan ordusunun öz qəhrəmanlığı ilə tarix yazdığını qeyd edib.   Tədbirin sonunda qazilərə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu