Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəkidə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

23 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan tədbirdən öncə polkovnik Cəlil Xəlilov və icra başçısı Elxan Usubov Ulu öndərin Heydər Əliyev Mərkəzi qarşısındakı heykəlini ziyarət edib, heykəl önünə gül dəstələri qoyublar.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və resublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqımızın İkinci Dünya müharibəsi və 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığını əks etdirən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Eklxan Usubov tariximizin qəhrəmalıqlarla zəngin olduğunu bildirib. Xalqımızın İkinci dünya müharibəsində faşizmin məğlub edilməsində mühüm rol oynadığını bildirən icra başçısı, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə qazandığını, respublikamızın ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

İcra başçısı çıxışında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib, bu fəaliyyətin həm qəhrəmanlıq tariximizin təbliği, həm də vətənpərvərlik ruhunun qorunması baxımından mühüm önəm kəsb etdiyini qeyd edib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1945-ci ildə xalqımızın alman faşizmi üzərində əldə etdiyi qələbəni 2020-ci ildə erməni faşizmi üzərindəki tarixi zəfərlə təkrarladığını bildirib. Təşkilat sədri qeyd edib ki, Azərbaycan gəncliyi cəmi 44 gün ərzində erməni işğalçılarını darmadağın etməklə öz babalarının qəhrəmanlıq ənənəsinə sadiqlik nümayiş etdirib, xalqımıza böyük zəfər bəxş ediblər. Bununla yanaşı polkovnik Cəlil Xəlilov Vətən müharibəsindəki həmrəyliyin bundan sonra da qorunub saxlanılmasının vacibliyini vurğulayıb:

“Azərbaycan xalqı Vətən müharibəsində öz böyük oğlu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək tarixi qələbəni təmin etdi. Bütün dünyaya göstərdi ki, xalq öz ordusunun, öz Ali Baş Komandanının yanındadır. Biz bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, dövlətimizin, dövlət başçımızım hər bir çağırışını dəstəkləməliyik.

Bu gün dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Şəhid ailələrinə, veteranlara dövlətimiz tərəfindən göstərilən qayğı göz qabağındadır. Bizim üçün qürurvericidir ki, Prezidentimizin bu siyasəti yerlərdə də yüksək səviyyədə təşkil olunur. Şəki Şəhər İcra Hakimiyyətinin bu istiqmaətdə gördüyü işləri xüsusilə vurğulanmalıdır. Şəki Şəhər İcra Hakimiyyəti, eləcə də şəhərdəki digər dövlət qurumlarının yetkililəri vətəndaşlarla mütəmadi görüşlər keçirir, onları qayğı və istəkləri ilə maraqlanır, dövlətimizin inkişafı üçün bir bütöv olaraq əllərindən gələni əsirgəmirlər.

Hazırda çoxsaylı sosial layihələrin icrasını təmin etməklə yanaşı, dövlətimiz Silahlı Qüvvələrimizi daha da gücləndirmək üçün mühüm addımlar atır. Müdafiə və təhlükəsizliyimin etibarlı şəkildə təmininin bir nömrəli vəzifə kimi daim diqqət mərkəzində saxlayır. Bütün bunların fonunda bizim dövlətimizin yanında olmağımız mütləqdir və əminəm ki, xalqımız hər zaman olduğu kimi bundan sonra da ordusu, Prezidenti, dövləti ilə həmrəy olmaqda davam edəcək”.

Tədbirdə çıxış edən İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun övladı Cavanşir Cəbrayılov atasının döyüş yolundan bəhs edib, müasir Azərbaycan gəncliyinin qəhrəmanlıq tarixinə, milli-mənəvi dəyərlərə sadiqliyindən qürur duyduğunu bildirib.

44 günlük Vətən müharibəsi qazisi Taleh Qurbansoy döyüş xatirələrindən danışıb, qalib müharibənin qalib əsgəri olmaqla fəxr etdiyini bildirib.

Tədbirin sonunda şəhid ailələri, veteranlar, gənclər və ctimai fəallarla xatirə şəkli çəkilib.

Seymur ƏLİYEV

 

 

2025-04-23 20:31:32
3982 baxış

Digər xəbərlər

İlham Əliyev Azərbaycan xalqına müraciət edir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edir.   Dövlət başçısının müraciəti canlı yayımlanır:

Hamısını oxu
İstənilən təxribat cavabsız qalmayacaq

Ermənistanın növbəti genişmiqyaslı təxribatı üçtərəfli Bəyanatın tələblərinə, bu ölkənin siyasi-hüquqi öhdəliklərinə, sülh prosesinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir. İşğalçı və məğlub ölkə bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Amma İrəvan məqsədinə nail ola bilməyəcək. Çünki Azərbaycan Ordusu təxribatların qarışısını alaraq və layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, “dəmir yumruq” yerindədir. Digər tərəfdən, Ermənistan yeni reallıqlara təsir etmək imkanında, sülh prosesini pozmaq iqtidarında deyil. Azərbaycanın gücü, nüfuzu və mövqeyi həlledicidir və ölkəmiz bütün hədəflərinə nail olacaq! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
Düşmənə dərs verən daha bir şəhid müəllim

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan daha bir müəllimin adı açıqlanıb. Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Cəlilabad rayon Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi Tural Rəhimov Qubadlı rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Hamısını oxu
Azərbaycan Mədəniyyət Mərkəzindən “Heydər Əliyev ili” münasibətilə maraqlı aksiya...

Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il “Heydər Əliyev ili” münasibətilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi kitabxanaya  Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 40 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Surxandərya, Cizzax, Sırdərya, Nəmənqan, Fərqanə, Əndican vilayət, Qaraqalpaqıstan Respublikası informasiya-kitabxana mərkəzi olmaqla hər bir mərkəzi kitabxanaya 82 adda, ümumilikdə isə 1148 nüsxə kitab və elektron nəşr hədiyyə olunub. Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan və rus dillərində kitablar, “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca” lüğət, danışıq kitabları, dərsliklər, elektron nəşrlər, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində nəşr edilmiş Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər də yer alıb. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq bu kolleksiyalara əsasən ulu öndər Heydər Əliyev, Azərbaycan dövlətçiliyi, Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Azərbaycan tarixi kimi mövzuları əhatə edən müxtəlif nəşrlər daxil edilib. Bundan başqa, kolleksiyada dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Əzizə Cəfərzadənin əsərləri, habelə Ermənistanın Azərbaycan ərazilərini işğalı, Xocalı soyqırımına dair kitablar, özbək müəllif Şuxrat Salamovun mövzulara aid özbək və rus dillərində nəşrləri də yer alıb. Cari ilin 24 yanvar tarixində Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi də keçirilib. Seymur ƏLİYEV

Hamısını oxu