Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: Veteranlarla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi Prezidentin onlara diqqət və qayğısının göstəricisidir

Prezident İlham Əliyev “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır” şüarını müntəzəm olaraq gördüyü işlərlə gerçəkləşdirir. Dövlətimizin başçısı hər bir vətəndaşın, Vətən və xalq qarşısında xidmətləri olan şəxslərin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial məsələlərinin həllini hər zaman prioritet vəzifə hesab edir. Dövlətimizin başçısının “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanı bu istiqamətdə növbəti mühüm addımdır. Bu fikirləri AZƏRTAC-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycanın iqtisadi qüdrətinin artması həm ölkənin müdafiə potensialının gücləndirilməsi, həm də hərbi qulluqçuların sosial müdafiəsinin etibarlı təmin edilməsi üçün şərait yaradıb. Hərbi sahədə həyata keçirilən islahatlar, müasir hərbi infrastruktur, eləcə də hərbi kadr potensialının yüksəldilməsi sahəsində görülən işlər göz önündədir. Azərbaycan dövlətinin hər zaman öz vətəndaşlarına sahib çıxması, xüsusən veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməsi bu fəaliyyətin bariz və qürur doğuran nəticəsidir. Respublika Veteranlar Təşkilatının sədr müavini vurğulayıb ki, Prezident İlham Əliyev bununla Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verdiyini bir daha sübut etdi. Bu Fərman Ali Baş Komandanın Azərbaycanın veteranlarımıza və onların yaxınlarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajıdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır. Prezident İlham Əliyev bu Fərmanla bir daha təsdiq etdi ki, Azərbaycan vətəndaşlarının qayğı və problemləri dövlətin daim nəzarətindədir. Dövlətimizin başçısının bu məqsədlə həyata keçirdiyi ardıcıl sosial siyasət gələcəkdə daha da gücləndiriləcək.

2019-04-17 00:00:00
4004 baxış

Digər xəbərlər

ÇİN VƏ ƏFQANISTAN SƏRHƏDLƏRİNDƏ XİDMƏT EDƏN HƏRBÇİMİZ SONUNDA VƏTƏNƏ QAYIDIR

Hamısını oxu
Hərbi Prokurorluğun rəhbərliyi prokurorluğun peşə bayramında yeni kursantlarla görüşüb

Hərbi Prokurorluğun rəhbərliyi prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi İnstitutuna, Dövlət Sərhəd Xidmətinin Akademiyasına və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutuna yeni qəbul olunmuş kursantlarla görüşüb. Görüş zamanı kursantlara hərbi təhsil müəssisələrinin məzunlarının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsindən danışılıb və ölkə rəhbərliyi tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğı barədə geniş məlumat verilib. Çıxışlarda həmçinin, müasir dövrdə elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi vurğulanıb və kursantlara gələcək təcrübələrində tətbiq etmələri üçün elmi yenilikləri dərindən öyrənmələri, süni intellektin tətbiqi yollarını araşdırmaları tövsiyə edilib. Tədbirin sonunda hərbi təhsil müəssisələrinə ən yüksək göstərici ilə qəbul olunmuş kursantlara hədiyyələr təqdim edilib və kursantlara təhsildə uğurlar arzulanıb.  

Hamısını oxu
Əli Nağıyev: "Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidir"

Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları qəbul etməlidir. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib. O bildirib ki, Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər: “Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”,- deyə Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi bildirib. Əli Nağıtev bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!”.  

Hamısını oxu
TƏBİB-in son bir ildə əldə etdiyi uğurlara həsr edilən hesabat xarakterli videoçarx

Hamısını oxu