Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi Prokurorluğun rəhbərliyi prokurorluğun peşə bayramında yeni kursantlarla görüşüb

Hərbi Prokurorluğun rəhbərliyi prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Müdafiə Nazirliyinin H.Əliyev adına Hərbi İnstitutuna, Dövlət Sərhəd Xidmətinin Akademiyasına və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutuna yeni qəbul olunmuş kursantlarla görüşüb.

Görüş zamanı kursantlara hərbi təhsil müəssisələrinin məzunlarının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müstəsna igidlik və qəhrəmanlıq nümunələri göstərməsindən danışılıb və ölkə rəhbərliyi tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğı barədə geniş məlumat verilib.

Çıxışlarda həmçinin, müasir dövrdə elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi vurğulanıb və kursantlara gələcək təcrübələrində tətbiq etmələri üçün elmi yenilikləri dərindən öyrənmələri, süni intellektin tətbiqi yollarını araşdırmaları tövsiyə edilib.

Tədbirin sonunda hərbi təhsil müəssisələrinə ən yüksək göstərici ilə qəbul olunmuş kursantlara hədiyyələr təqdim edilib və kursantlara təhsildə uğurlar arzulanıb.

 

2026-10-01 17:44:00
367 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 48 kəndi, 1 qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad edib

Bakı, 9 noyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.

Hamısını oxu
Azərbaycan Respublikasının Müdafə Naziri general-polkovnik Həsənov Zakir Əsgər oğluna

Hamısını oxu
Şəhid hərbçimiz dəfn edilir

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilir. Axar.az xəbər verir ki, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak edir. Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Hamısını oxu
Beynəlxalq konfransın iştirakçıları ilə Milli Məclisdə və Müdafiə Nazirliyində görüş keçirilmişdir

13 oktyabr 2017-ci ildə Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən Beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Respublikası Milli Məclisində və Müdafiə Nazirliyində görüş keçirilmişdir. Hər iki görüşdə Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsinin heç də təsadüfi olmadığından, onun müasir dövrdə mühüm əhəmiyyət kəsb etməsindən danışılmış, faşizm üzərində İkinci dünya müharibəsində qələbədə mühüm amillərdən biri olmuş xalqların birliyinin bu gün də eyni təmayüllərin, neofaşizmin, separatçılığın, terrorçuluğun, milli, dini zəmində təzahür edən ekstremizmin qarşısının alınmasında əvəzsiz rolundan bəhs edilmişdir. Milli Məclisdə Beynəlxalq konfransın iştirakçılarını salamlayan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycanın İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr verməsindən, qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyinin, Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs etmiş, Azərbaycan xalqının və dövlətinin nəinki regionda, bütün dünyada sülhün qorunmasına bu gün də öz töhfəsini verdiyini vurğulamışdır. Beynəlxalq konfransın iştirakçılarını qəbul edən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsinin yaşadılmasının gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Bakıda keçirilən tədbirin bu baxımdan diqqətəlayiq olduğunu vurğulamışdır. Hər iki görüşdə həmçinin, Azərbaycanın bu gün erməni faşizmi ilə qarşılaşması, ərazisinin 20 faizinin 25 ildən artıq müddətdə Ermənistanın işğalı altında olması barədə qonaqlara məlumat verilmiş, Azərbaycan və onun problemlərinin həlli ilə bağlı təəssüf ki, həmişə ikili standartların tətbiq edildiyi bildirilmişdir. Dövlət rəsmiləri  ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlərdən danışmış, iki ölkə arasındakı münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycan əsgərinin öz doğma torpaqlarını silah gücünə azad etməyə qadir olduğunu qeyd etmişlər. Bu görüşlərdə eləcə də Respublika Veteranlar Təşkilatının fəaliyyəti, veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə danışilaraq, Azərbaycan Respublikasında bütün zümrədən olan veteranlara münasibətdə ardıcıl dövlət siyasətinin həyata keçirildiyi qeyd edilmişdir. Onlar hər il 9 may ərəfəsində İkinci dünya müharibəsi veteranlarının ölkə rəhbərliyi tərəfindən qəbul olunmaları, onların hər birinə 1000 manat, həlak olmuş döyüşçülərin dul qadınları və arxa cəbhə iştirakçılarına 500 manat birdəgəlik pul müavinəti verilməsini, bu insanların cəmiyyətdə ən hörmətli, nüfuzlu insanlar kimi qəbul edilməsini diqqətə çatdırmışlar. Beynəlxalq konfransın iştirakçıları adından İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini, general-leytenant Qaponenko Alfred Qriqoryeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən həmin müharibədə qələbədə xalqıların birliyinin müstəsna əhəmiyyətini bir daha vurğulamış, belə tədbirlərin və görüşlərin qələbə irsinin yaşadılmasındakı rolundanb bəhs danımışlar. Çıxış edənlər həmçinin, İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin saxtalaşdırılması cəhdlərindən danışmış, bunun yolverilməz olduğunu qeyd etmişlər. Azərbaycan nümayəndələri ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının daim öz qəti etirazlarını bildirmələrini xüsusi diqqətə çatdırmış, bütün veteranları bu mövqeni müdafiə etməyə səsləmişlər. Beynəlxalq konfransın xarici ölkələrdən olan iştirakçıları konfransın işinin yüksək səviyyədə təşkilinə, hər iki qəbula, həmçinin Azərbaycanda gördükləri qonaqpərvərliyə görə, Azərbaycan dövlət və hökumət nümayəndələrinə, Respublika Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldıqlarını qeyd etmişlər.   Görüşün sonunda Beynəlxalq konfrans iştirakçılarına Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ziyafət verilmişdir.  

Hamısını oxu