Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xatirələrdə əbədi yaşayan Azərbaycan xanımı!

Bu gün Zərifə xanım Əliyevanın anadan olmasının 102 ili tamam olur. Zərifə xanım Əliyevanın parlaq obrazı yaddaşımıza əbədi həkk olunub. O, insanlara nur bəxş edən həkim - dəyərli alim, fədakar ömür-gün yoldaşı və qayğıkeş ana idi. 

Tibb elminə çox mühüm yeniliklər gətirən, həkim-mütəxəssis və alim kimi fəaliyyəti yüksək qiymətləndirilən Zərifə Əliyeva milli-mənəvi dəyərlərə bağlılığı və sadiqliyi ilə fərqlənirdi. Zərifə xanım Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın öyrənilməsi və aradan qaldırılmasında, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsində xüsusi rol oynayıb.

Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə həyatını bölüşmək onun üçün həm böyük xoşbəxtlik, həm də məsuliyyət idi. Fərəh və qürur hissi ilə qeyd edirik ki, iki unikal şəxsiyyətin - Zərifə Əliyeva ilə Heydər Əliyevin ailəsində yetişən cənab Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, xalqa və dövlətə sədaqət andını gerçəkləşdirərək Azərbaycana parlaq nailiyyətlər qazandırır.

Bu, Azərbaycan xalqının iftixarı və xoşbəxtliyidir!

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

2025-04-28 14:13:07
2938 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib. Paylaşımda deyilir: “Əziz həmvətənlər! Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında general-mayor Mustafa Nəsirovun 95 ilik yubileyi qeyd edildi

Mustafa Nəsirov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələr tutmuş, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasıda xidmətləri olmuşdur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov açaraq demişdir: Mustafa Nəsirov, onun keçdiyi zəngin və şərəfli həyat yolu haqqında izlədiyimiz filmdə tam da olmasa, bir çjö epizodlar öz əksini tapmışdır. Şübhə etmirəm ki, yvbilyarın burada iştirak edən həmkarları, dostları, ailə üzvləri öz çıxışlarında bu böyük insanın keçdiyi həyat yoluna geniş nəzər salınacaqlar. Buna görə də mən qısa danışmaqla, bu yolun yalnız bəzi məqamlarını sizə xatırlatmaq istəyirəm. Onun II Dünya müharibəsində əsl Azərbaycanlı rəşadəti göstərməsini və bütün həyatı boyu bu ənənəsinə sadiq qalmasını xüsusi vurğulamaq istərdim. 1942-ci ildə döyüş cəbhəsindən Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilən Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr etmişdir. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərmişdir. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışmışdır. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olmuşdur. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsinin rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olmuşdur. 1977-ci ildə SSRİ Hərbi Qüvvələrinin Baş Qərargahı nəznindəki Akademiyada rəhbər heyətinin təkmilləşdirilməsi üzrə ali akademik kurslarını bitirmişdir. Mustafa Nəsirov 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri olmuşdur. Bir faktı fəxrlə qeyd etmək lazımdır ki, o, sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı zabit olmuşdur. General-mayor M.C.Nəsirov 1987-ci ilin iyununda 65 yaşında istefaya çıxmışdır. M.Nəsirov Respublikamızda veteran hərəkətinin inkişafına da böyük tövhələr vermişdir. Bu gün biz qürurla deyə bilərik ki Mustafa Nəsirov 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilmişdir. Onun veteranlara göstərdiyi diqqət və qayğı ilə bugünki veteran hərəkatının təməli olmuşdur. Biz, Mustafa Nəsirovun Bakı Təşkilatından Respublika səviyyəsinə yüksəltdiyi təşkilatda fəaliyyət göstərməyimizdən qürür duyur, onun yaratdığı ənənələri bu gün də yaşatmağa çalışırıq. Mustafa Nəsirovun həyat və fəaliyyətindən bəhs edən bir neçə kitab yazılmış, sənədli və bədi film çəkilmişdir. Vətən qarşısındakı xidmətlərinə Mustafa Nəsirov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Veteranlar heç bir zaman bu böyük insanın Azərbaycan naminə xidmətlərini unutmurlar. O bizim qəlbimizdə bu gün də yaşayır, sabah da yaşayacaq və nəsillərə nümunə kimi tanıdılacaqdır”.   Daha sonra çıxış üçün söz İctimai Televiziya və Radio yayımları şirkətinin direktoru Cəmil Quliyevə verildi. C.Quliyev M.Nəsirovun xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən bəhs etdi. General-mayor Abbasəli Novruzov Mustafa Nəsirovla bağlı xoş xatirələrini yada saldı, onun peşəkar hərbiçi olmasından, əsl sərhədçi rəşadətindən danışdı. Bildirdi ki, müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının qurulmasında və inkişafında M.Nəsirovun danılmaz rolu olmuşdur. A.A.Qritçenko, Soltan Məmmədov və başqaları çıxışlarında Mustafa Nəsirovun keçdiyi mənalı ömür yolundan bəhs etdi. Onunla bağlı xatirələrini çatdırdılar.    Tədbirin sonunda bir neçə şəxs Respublika Veteranlar Təşkilatının təsis etdiyi yubiley medallarları ilə təltif edildilər. Daha sonra general-mayor Mustafa Nəsirov haqqında film nümaiş olundu.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Rusiya Federasiyasının ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Respublika Veteranlar Təşkilatını ziyarət edib, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb.   Görüş əsnasında Respublika Veteranlar Təşkilatnın fəaliyyəti ilə yaxından tanış olan səfirə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında məlumat verilib, Rusiya və Azərbaycan veteran təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.   Azərbaycan və Rusiya xalqları arasında möhkəm dostluq əlaqələrinin mövcudluğuna diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova, faşizmə qarşı xalqlarımızın birgə mübarizə apardığını, bəşəriyyətin gələcəyi təhdid edən “qəhvəyi taun”a qarşı mübarizədə tarixi həmrəylik sərgilədiklərini bildirib. Bu gün də iki dövlət arasında sıx dostluq münasibətlərinin mövcudluğuna diqqət çəkən Fatma Səttarova, Azərbaycan və Rusiyanın dövlət başçıları arasında da şəxsi dostluq münasibətinin mövcudluğunu vurğulayıb, bu dostluğun xalqlarımız üçün də nümunə olduğunu qeyd edib.   Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov da Azərbaycan-Rusiya münasibətlərinin tarixən dinamik şəkildə inkişaf etdiyini, hər iki xalqın bir-birlərinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib. Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da ətraflı danışıb.   Daha sonra çıxış edən Rusiya Federasiyasının səfiri Mixail Boçarnikov səmimi qəbula görə Fatma Səttarovaya təşəkkürünü bildirib, təşkilat sədrinə gül dəstəsi təqdim edib.  Azərbaycan-Rusiya xalqlarının dostluq və əməkdaşlığından məmnunluğunu ifadə edən Mixail Boçarnikov Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini yüksək qiymtələndirib, birgə tarixi mübarizənin xalqlarımızın həmrəyliyinə nümunə olduğunu bildirib. Mixail Boçarnikov onu da qeyd edib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətini maraq və məmnunluqla izləyir.   Görüşün sonunda səfir Mixail Boçarnikov Fatma Səttarovaya Rusiyanın “Qələbə” Təşkilatı Komitəsinin “1941-1945-ci illər Böyük Vətən Müharibəsi Qələbəsinin 75 ili” medalını təqdim edib. Respublika Veteranlar Təşkilatına bu cür mötəbər medalın təqdim edilməsinə, təşkilata və şəxsinə göstərilən etimada görə Mixail Boçarnikova, onun timsalında Rusiya dövlətinə təşəkkür edən Fatma Səttarova, Azərbaycan-Rusiya dostluğunun bundan sonra da davam edəcəyinə inamını ifadə edib.   Seymur ƏLİYEV

Hamısını oxu
Qazi və şəhid ailələrinə diqqət göstərilir

Hamısını oxu