Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salmanla görüş keçirilib

17 iyun 2025-ci ildə ADPU-nun Cəlilabad filialı və Rayon Ağsaqqallar Şurasının  birgə təşkilatçılığı ilə   Rayon Veteranlar təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin  üzvü, şair-publisist   Ədalət Salmana Prezident  Təqaüdünün verilməsi münasibətilə görüş keçirilib.

Tədbirdə ilk olaraq Ulu  Öndərin və Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib . 

Tədbirdə Qarabağ Qaziləri İctimai Nirliyinin,  Rayon Ağsaqqallar Şurasının, Cəlilabad RİH yanında İctimai Şuranın üzvləri, Əmək və Müharibə veteranları, şair və yazıçılar, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan filialın direktoru X. Sultanlı Ədalət Salmanı  Prezident  Təqaüdünə layiq görülməsi münasibətilə təbrik edib. Onun  "Açın bu dünyanın qapılarını", "Bu dünyada yaxşılıqlar qalacaq", "Məni tənha buraxın", "Gəl dərdləşək", "Gedək,bəxtim əlini ver" və "İlahi,sən bizi sözə bağışla" şeir kitablarının, "Şərəfli ömür yolu" və "Şəhidlik zirvəsinə ucalanlar" publisistik kitablarının müəllifi olduğunu vurğulayaraq yaradıcılıq fəaliyyətində uğurlar arzu edib.

Sonra tədbir iştirakçıları Ədalət Salmanın həyat və yaradıcılığı haqqında hazırlanmış video-çarxa baxıblar.

Daha sonra Qarabağ Qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri  Ədalət Əsgərov, Cəlilabad RİH yanında İctimai Şuranın  sədr müavini  Rza Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Zülfi Vellidağ, Veteran müəllimlərdən Kəramət Həsənov, Adıgözəl Nuriyev, qonşu rayonlardan gəlmiş  şairlərdən  Əhməd Qala, Salamat Biləsuvarlı və başqaları çıxış edərək Prezident Təqaüdçüsü  Ədalət Salmanın eyni zamanda  Cəlilabad RİH-nin Fəxri Fərmanı, Respublika Mətbuat Şurasının "Təşəkkürnamə"si, Azərbaycan Jurnalistlər Birliyinin "Diplom"u ilə təltif   olunduğunu qeyd ediblər və ona uğurlarının davamlı olmasını arzulayıblar.

Tədbirin davamında Prezident Təqaüdçüsü Ədalət Salman tədbirin təşkilatçılarına və iştirakçılara xoş sözlərinə,  təbriklərə görə öz təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub.

Sonda isə tədbir iştirakçıları ilə  xatirə şəkli çəkilib.

2025-06-21 15:18:18
2974 baxış

Digər xəbərlər

Kazım Qurbanov: “İdmançılarımızın Avropa çempionatındakı qələbəsi şəhidlərimizə ithaf olunur”

“Uğurlarımıza səbəb ölkə başçısının idmana, idmançılara olan diqqət və qayğısıdır”   Moderator.az xəbər verir ki, bu gün Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov bir qrup idmançı ilə görüşüb, Avropa çempionatında əldə etdikləri uğurlu nəticəyə görə onları təbrik edib. İdmançılarımızın bu qələbəsinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsinə ithaf edildiyini bildirən Kazım Qurbanov qeyd edib ki, idmançılarımızın əldə etdiyi qalibiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana olan qayğısının nəticəsidir. Kazım Qurbanov Azərbaycan Gənclər və İdman Nazirliyinə, Milli Olimpyia Komitəsinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə idmançılara göstərilən diqqət və qayğıya görə də minnətdarlığını bildirib. Xatırladaq ki, 21-28 iyun 2021-ci il tarixlərində Tatarstan Respublikasının Kazan şəhərində Kəmər güləşi üzrə dünya çempionatı və sumo üzrə gənclər və böyüklər arasında keçirilən Avropa çempionatının yekun nəticələri bəlli olub. İdmançılarımızdan Feyziyev Camal sumo güləşi üzrə +115 kq çəkidə III yerə, mütləq çəkidə I yerə,kəmər güləşi üzrə mütləq çəkidə I yerə, Əliyev Sadiq sumo güləşi üzrə U 21 gənclər arasında 77 kq çəkidə III yerə, Ələsgərov Kamal U 23 gənclər arasında 77 kq çəkidə III yerə, Abdullayev Xəyyam kəmər güləşi üzrə 70 kq çəkidə III yerə, Hacıyev Vəliş sumo güləşi üzrə gənclər arasında 92 kq çəkidə III yerə və kəmər güləşi üzrə 90 kq çəkidə III yerə layiq görülüb. Yığma komandamız kəmər güləşi üzrə komanda hesabında II yeri tutub. Komandanın üzvü Feyziyev Camala kəmər güləşi üzrə mütləq çəkidə qalib gəldiyinə görə maşın hədiyyə edilib. Çempionatda Seymur Qurbanov və Rəsul Həsənov hakim qismində ədaləti qoruyublar.   Sumo üzrə gənclər və böyüklər arasında Avropa çempionatı Camal Feyziyev gənclər arasında (+115 kq çəki dərəcəsində) III yer, mütləq çəkidə I yer Sadiq Əliyev (77 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yerKamal Ələsgərov (77 kq çəki dərəcəsində) U-23 gənclər arasında III yer Vəliş Hacıyev (92 kq çəki dərəcəsində) U-21 gənclər arasında III yer Kəmər güləşi idman növü üzrə dünya​ çempionatı Camal Feyziyev mütləq çəkidə (130+ kq çəki dərəcəsində) I yer. Xəyyam Abdullayev (70 kq çəki dərəcəsində) III yer Vəliş Hacıyev (90 kq çəki dərəcəsində) III yer Yığmamız bu nəticə ilə​ komanda hesabında II yeri tutub.   Seymur ƏLİYEV

Hamısını oxu
Ağdamda şəhid Məmmədəli Məmmədəlizadənin anım günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 11 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi Məmmədəlizadə Məmmədəli Asif oğlunun anım günü qeyd olundu. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti, şəhid valideyinləri, Agdam Rayon Müharibə,Əmək və Silahlı Qüvvələr veteranlar Təşkilatı, icra nümayəndələri, Ağdam rayon dörd yol,  iki tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Şagirdlər şəhidlərimiz haqda şeirlər deyiblər.  Şəhidlərimizin məzarları üstünə güllər düzülüb ,əkil qoyulub.  Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib

Şəhid ailələrinə və Qarabağ qazilərinə göstərdiyi diqqət və qayğıya görə Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov Qarabağ Əlillərinin "Qayğı" İctimai Birliyinin Cəlilabad filialı tərəfindən Fəxri Fərmanla təltif  olunub.  Bu münasibətlə keçirilən görüşdə "Qayğı"  İctimai birliyin rəsmisi, Qarabağ qazisi Asəf İsmayılov Fəxri Fərmanı Ədalət müəllimə təqdim edib. Rayon Veteranlar Təşkilatının sədri Ə. Salmanov öz çıxışında qeyd edib ki, mənə verilən bu ödülü bizim təşkilatımızın fəaliyyətinə verilən dəyər kimi qiymətləndiririk və buna görə Qarabağ Əlillərinin "Qayğı" İctimai Birliyinə təşəkkür edirik.  

Hamısını oxu
Gənclər və İdman Nazirliyi Nərimanov Rayon Gənclər və İdman İdarəsini təltif edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Nərimanov Rayon Gənclər və İdman İdarəsini təşəkkürnamə ilə təltif edib. Bu barədə Nərimanov Rayon Gənclər və İdman İdarəsi sosial mediadakı hesabında məlumat verib. Məlumatda deyilir:   “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “8 noyabr – Zəfər Günü” münasibəti ilə həvəskarlar arasında “Unutma, YAŞAT” şüarı ilə mini futbol turniri keçirilmişdir. Mini futbol turnirində Nərimanov Rayon Gənclər və İdman İdarəsini rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin bədən tərbiyəsi müəllimlərindən ibarət komanda layiqincə təmsil etmişdir.   Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin həvəskarlar arasında “Unutma, YAŞAT” şüarı ilə təşkil etdiyi mini futbol turnirinə 8 noyabr 2021-ci il tarixdə - Zəfər günündə yekun vurulmuşdur.   64 komandanın iştirakı ilə başlanan turnirdə bir sıra nazirliklər, idman federasiyaları, ali təhsil müəssisələri, QHT-lər və Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan idarə və təşkilatlar təmsil olunmuşlar.   Beləliklə, “8 noyabr – Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həvəskarlar arasında keçirilən Unutma, YAŞAT” şüarı ilə mini futbol turnirində fəal iştirak etdiyinə görə Nərimanov Rayon Gənclər və İdman idarəsi təşəkkürnamə ilə təltif edilib.   Rayonumuzun komandasını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!”  

Hamısını oxu