Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Milli Mətbuatının 150 İllik Yubileyi nünasibətilə TƏBRIK MƏKTUBU

Hörmətli media nümayəndələri,

 

Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, çətin, şərəfli və son dərəcə məsuliyyət tələb edən xidmətinizdə yeni uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə milli mətbuatımızın 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu 150 illik zəngin mətbuat tariximizə verilən yüksək qiymətin və dərin ehtiramın ifadəsidir.  

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycanın ilk milli mətbuat nümunəsi və oyanışın başlanğıc səsi oldu.   Cəmi iki il nəşr olunsa da, milli düşüncənin təməlini qoydu, ictimai və siyasi fikrin formalaşmasına təkan verdi. Bu gün xalqımızın jurnalistika irsində "Əkinçi" qəzetinin mövqeyi bir təməl, bir başlanğıc olaraq yaşayır.  

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı söz və fikir azadlığının Konstitusiya ilə təsbit olunması ilə daha da genişlənmiş, yüzlərlə qəzet və jurnalın nəşri həyata keçirilmişdir. Bu nəşrlər cəmiyyətin demokratik dəyərlərlə tanış olmasında və dövlətin fəaliyyətinin izahında mühüm rol oynamışdır.  

Azərbaycan mətbuatı XX əsrin ikinci yarısında da öz maarifçilik missiyasını davam etdirdi. “Azərbaycan”, “Ulduz”, “Elm və Həyat” jurnalları, “Ədəbiyyat və İncəsənət” qəzeti, dövrün ədəbi, elmi və mədəni həyatının daşıyıcısına çevrildi.

1990-cı illər Milli Azadlıq Hərəkatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yeni bir dövr başlandı. “Azadlıq”, “Yeni Musavat”, “Ayna”, “Zerkalo”, “525-ci qəzet”, “Bizim yol” kimi nəşrlər azad sözün səsinə çevrildi. Mətbuat, ictimai nəzarətin, milli ideya və demokratik cəmiyyət quruculuğunun əsas dayaqlarından birinə çevrildi.

Bu dövrdə Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Ümummilli lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv edildi, jurnalistlərin sosial müdafiəsi gücləndirildi. Onun rəhbərliyi ilə dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoydu.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənə uğurla davam etdirildi.  

Bu gün Azərbaycan mətbuatı rəqəmsal dövrə qədəm qoymuşdur. Sosial şəbəkələr, media, vətəndaş jurnalistikası informasiya məkanını daha da genişləndirmiş, informasiya əldə etmə imkanlarını artırmışdır. Eyni zamanda, media etikası, informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi yeni çağırışlar jurnalistikanın qarşısında yeni məsuliyyətlər qoyur.  

Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi dövründə bu missiya daha da böyük əhəmiyyət qazandı. Cəbhədə döyüşən əsgərlərimiz torpaqlarımızı işğaldan azad edərkən, informasiya cəbhəsində jurnalistlər və media nümayəndələri də öz qəhrəmanlıqları ilə seçildilər. Vətən müharibəsi təkcə silahlarla deyil, həm də informasiya ilə aparılırdı. Düşmən saxta xəbərlər yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı bir vaxtda, Azərbaycan mətbuatı dəqiq, rəsmi və obyektiv məlumatlarla informasiya savaşının ön cəbhəsində yer aldı. Jurnalistlərimiz öz həyatlarını riskə ataraq cəbhə bölgəsindən reportajlar hazırlayır, dünyaya həqiqətləri çatdırırdılar. Onların fəaliyyəti nəticəsində beynəlxalq mediada da Azərbaycan reallıqlarına yer verildi. Bu dövrdə Azərbaycan mətbuatı təkcə məlumat ötürücüsü olmadı, həm də milli birliyin, həmrəyliyin nümunəsi oldu.

 

Hörmətli media nümayəndələri,

 

Bu möhtəşəm yubiley münasibətilə Azərbaycan mətbuatının bütün nümayəndələrini, qələm sahiblərini, ziyalılarımızı və jurnalist camiəsini ürəkdən təbrik edir, onlara haqq səsini daim ucaldan, cəmiyyətin vicdanını ifadə edən nurlu yolçular kimi tükənməz yaradıcılıq enerjisi, əqidə möhkəmliyi və möhkəm can sağlığı arzulayırıq.

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının çoxsaylı milli üzvləri və təşkilatın sədri olaraq öz adımdan, eləcə də Azərbaycan ictimaiyyəti adından əziz media nümayəndələrinə dərin minnətdarlığımızı bildirir, fədakar fəaliyyətinizin xalqımıza daim işıq tutmasını diləyirik.

 

Dərin hörmətlə,

 

Azərbaycan Respublikası Müharibə, Əmək və

Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

polkovnik Cəlil Xəlilov

 

2025-07-15 11:29:56
5739 baxış

Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə: 2.1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,2 milyon (üç milyon iki yüz min) manat vəsait ayrılsın; 2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin; 2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.

Hamısını oxu
Опыт работы «Московского дома ветеранов» в помощь ветеранам Великой Отечественной войны Республики Азербайджан

 12 июля 2019 произошла запланированная встреча в г.Москва  Руководителя представительства  Международного Союза «Наследники Победы» в республике Азербайджан, заместителя председателя организации ветеранов войны, вооруженных сил Республики Азербайджан полковника, доктора философии Халилова Джалила Маликовича, с Председателем Совета Государственно-общественного объединения «Московский дом ветеранов (пенсионеров) войн и Вооруженных Сил», генерал-лейтенантом Степановым Виктором Вениаминовичеми руководителем Общественного мемориально-патронатного центра при Московском доме ветеранов войн и Вооруженных Сил Валерий Ивановичем Корольковым. Основная цель встречи передача опыта работы «Московского Дома ветеранов (пенсионеров) войн и Вооруженных Сил» (Московского Дома ветеранов) по социальному обслуживанию ветеранов.        Уже более 20 лет в рамках Московского Дома ветеранов  проводится огромная плановая работа по социальной, медицинской, психологической поддержке и обслуживанию ветеранов. На сегодня  выстроенный механизм по круглосуточному мониторингу и оперативному оказанию помощи ветеранам, касающихся всего спектра  жизненно необходимых услуг не имеет аналогов в мире. Деятельность осуществляется  в тесним взаимодействии с отделом по работе с ветеранами Управления организации социального обслуживания, а также с другими структурными подразделениями Департамента социальной защиты населения города Москвы, Управлением организации медицинской помощи Департамента здравоохранения города Москвы, учреждениями социальной защиты населения, здравоохранения и ветеранскими организациями районов и административных округов города Москвы.         Полковник  Халилов Д.М. ознакомился с работой социально- реабилитационного центра, медико-социального управления, а также  управления надомного обслуживания ветеранов войны  и его структурным подразделением службой неотложной помощи.        Служба неотложной помощи «тревожная кнопка» создана для оказания неотложной помощи инвалидам и участникам Великой Отечественной войны, участникам боевых действий – инвалидам 1 группы, постоянно проживающих по месту регистрации в городе Москве. Основной задачей Службы неотложной помощи является обеспечение неотложной (медицинской и социальной) помощью инвалидов и участников Великой Отечественной войны. Выполнение основной задачи Службой неотложной помощи осуществляется через работу диспетчерского пункта, оснащенного аппаратным и программным комплексом (колл-центр).      Служба неотложной помощи: -осуществляет круглосуточный прием обращений от ветеранов по системе связи «тревожная кнопка» (IP телефония, мобильная связь) и по линиям московской городской телефонной сети. -Оказывает ветеранам неотложную помощь через службы 01,02, 03,04, 112. -Решает задачи медицинской помощи и лекарственного обеспечения путем передачи поступивших по системе «тревожная кнопка» обращений в медицинские учреждения Департамента здравоохранения г. Москвы. -Помогает решению социальных вопросов, поступивших от ветеранов по системе «тревожная кнопка», путем обращений в учреждения Департамента социальной защиты, территориальные центры социального обеспечения, муниципальные структуры районов, Отдел правовой и консультативной работы Московского Дома ветеранов.       По результатам встречи в рамках подготовки празднования 75-летия Победы в Великой Отечественной войне намечены пути дальнейшего сотрудничества   Международного Союза «Наследники Победы» его представительства в республике Азербайджан, Координационного Совета Международного Союза «Содружество общественных организаций ветеранов (пенсионеров) независимых государств», организации ветеранов войны, вооруженных сил Республики Азербайджан  по реализации в Республике Азербайджан, в частности г.Баку многолетнего прогрессивного опыта работы Московского Дома ветеранов.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  görkəmli dövlət xadimi, diplomat və yazıçı Hidayət Orucovun vəfatı ilə əlaqədar olaraq veteranlar adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbr diləyib.  Allah rəhmət eləsin! Veteran.gov.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 1944-cü il təvəllüdlü Hidayət Orucov uzun illər ərzində dövlət idarəçiliyi, diplomatik xidmət və ədəbi yaradıcılıq sahələrində fəaliyyət göstərib. 27 dekabr 2012-ci ildə ona Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Həmin gün Prezident sərəncamı ilə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2019-cu ilin iyul ayında Hidayət Orucov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, 2021-ci il oktyabrın 6-da Qırğızıstandakı səfir vəzifəsindən geri çağırılıb. Hidayət Orucov həmçinin ədəbi yaradıcılığı ilə də tanınıb. Onun poeziya, nəsr, publisistika və tərcümə sahələrində 60-dan çox kitabı nəşr olunub. Əsərləri bir çox dillərə tərcümə edilərək xarici ölkələrdə də maraqla qarşılanıb. Onun “Mən belə yaşayıram”, “Nura qovuşacağıq”, “İntizar”, “Sənsiz”, “Sabaha çox var”, “Dağlar nəğməsi” kimi əsərləri müxtəlif dillərdə işıq üzü görüb və geniş oxucu auditoriyası qazanıb. Hidayət Orucov 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.  

Hamısını oxu
“Ermənistan hərbi müstəvidə olduğu kimi, hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq”

Cəlil Xəlilov: “Türkiyənin erməni cinayətlərinin ifşasında Azərbaycana dəstək verməsi təqdirəlayiqdir”   “Ermənistan hərbi müstəvidə olduğu kimi hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq”.   Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu gün olduğu kimi bundan sonra da sərhədlərimizi pozan, ölkəmizə qarşı terror və təxribat həyata keçirən şəxslərin məhkəmə qarşısında cavab verəcək:   “Emənistanın istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində çoxsaylı hərbi cinayətlərə imza atdığı, böyük vəhşiliklər törətdiyi birmənalıdır. Dünən Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə qarşısına çıxarılması erməni faşizminin hüquqi müstəvidə ifşasıdır. Hər kəs bilməlidir ki, sadəcə Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç deyil, Azərbaycan xalqına qarşı cinayət törədən bütün ermənilər, o cümlədən Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyi, həmçinin Vətən müharibəsi zamanı mülki obyektlərin bombalanması əmrini verənlər də gec-tez məhkəmə qarşısında cavab verməli olacaqlar. Bu gün iki erməninin məhkəmə qarısına çıxrılması gerçəyi artıq bu prosedura start verildiyini göstərir”.   Cəlil Xəlilov erməni vəhiliklərinin beynəlxalq məhkəmə qarısında ifşası məsələsində Türkiyənin Azərbaycana verəcəyi dəstəyi də yüksək qiymətləndirdiyini vurğuladı:   “Bildiyiniz kimi, Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin  Türkiyənin Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcəyini bildirib. Bu, qardaş Türkiyənin Azərbaycana növbəti dəstəyi kimi olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Çünki erməni cinayətlərinin beynəlxalq məhkəmələrdə ifşa edilməsinə çox böyük ehtiyac var. Bu, həm Azərbaycanın haqq işinin dünyada tanınması, həm erməni faşizminin iç üzünün ifşa edilməsi, həm də cinayətkarların qanun qarşısında cavab verməsinin təmin olunması baxımından əhəmiyyətlidir.   İnanıram ki, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə qısa zamanda bu müstəvidə də böyük uğurlar əldə edəcək, Vətən müharibəsində olduğu kimi beynəlxalq hüquqi platformada da Ermənistanı ağır məğlubiyyətə məhkum edəcək.   Onu da unutmaq olmaz ki, erməni faşizminin hüquqi müstəvidə cəzalanması gələcəkdə bu kimi hərbi cinayətlərin dünyanın hər hansı bölgəsində yenidən təkrarlanmaması baxımından da mühüm əhəmiyyətə malikdir. Odur ki, bu məsələdə beynəlxalq təşkilatlar, aparıcı dövlətlər də maraqlı olmalı, erməni hərbi canilərinin beynəlxalq məhkəmə qarşısında dayanması üçün səy göstərməlidirlər”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu