Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti, dünyaya mesajı və ədalətin təntənəsidir”

“III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti, dünyaya mesajı və ədalətin təntənəsidir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan III Şuşa Qlobal Media Forumu ilə öz haqq səsini, ədalət simasını bir daha dünyaya nümayiş etdirdi:

“III Şuşa Qlobal Media Forumu bir çox baxımdan böyük tarixi önəmə, siyasi əhəmiyyətə malikdir. Bu Forum hər şeydən öncə dövlətimizin, onun Prezidenti möhtərəm İlham Əliyevin timsalında ədalətin təntənəsi, haqqın yenilməzliyinin isbatıdır.

Prezident İlham Əliyevin Forum çərçivəsində ən müxtəlif məsələlərlə bağlı jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın yalnız milli maraqlarının deyil, həm də beynəlxalq hüququn, əzilən, işğala məruz qalan bütün xalqların yanında yer aldığını, dövlətimizin hər zaman haqqa, ədalətə sadiqliyini qoruyub saxladığını bri daha sübut etdi.

Təkcə bir faktı qeyd edək ki, dövlət başçısı Ukrayna xalqına işğalla barışmamağı, öz azadlığı, haqqı uğrunda mübarizəni sona qədər davam etdirməyi tövsiyə etdi. Öz fikirlərini əsaslandırmaq üçün Azərbaycan xalqının keçdiyi yolu, Vətən müahribəsini xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalsa da, heç bir böyük dövlət, beynəlxalq təşkilat ona praktiki olaraq yardım etmədi. Lakin bütün bunlar Azərbaycanı ruhdan salmadı, əksinə, Azərbaycan xalqı öz mübarizəsini davam etdirdi. Nəticədə, erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin etdi. Bu baxımdan, Prezident İlham Əliyev Ukrayna xalqına da ruhdan düşməməyi və işğala qarşı mübarizəni davam etdirməyi tövsiyə etdi”.

Polkovnik Cəlil Xəlilov dövlət başçısının AZAL təyyarəsi ilə bağlı ortaya qoyduğu mövqeyin də mühüm mətləblərdən xəbər verdiyini vuğuladı:

“Prezident İlham Əliyev Forumda Rusiya səmasında vurulan AZAL təyyarəsi ilə bağlı da dövlətimizin gözləntisini aydın şəkildə ortaya qoydu. Prezident qeyd etdi ki, təyyarə vurulub və onun qəza enişi etməsinə səbəb də məhz bu olub. Bu səbəbdən də dövlət başçısı Rusiyanı baş verənləri etiraf etməyə, günahkarları cəzalandırmağa səslədi. Habelə, bildirdi ki, Rusiya öz günahını etiraf etməklə yanaşı, zərər çəkən bütün tərəflərə kompensasiya ödəməlidir. Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan artıq baş verənlərlə bağlı beynəlxaqlq instansiyalara müraciət etməyə hazırlaşır və sona qədər öz mübarizəsini davam etdirəcək.

Prezidentimizin AZAL təyyarəsi ilə bağlı sərgilədiyi bu mövqe dövlət başçısının Azərbaycanın maraqlarını necə böyük qətiyyətlə qoruduğunu, milli maraqlarımıza necə dərindən sadiqlik göstərdiyini sübut edir. Bu fakt bir daha sbut edir ki, Azərbaycan dövləti, onun Prezidenti xalqımızın maarqlarını qorumaq üçün dünyanın ən güclü dövlətləri ilə də mübarizə aparmaqdan, öz mövqeyini cəsarətlə ortaya qoymaqdan çəkinmir və bundan sonra da çəkinməyəcək”.

Prezidentin Azərbaycan jurnalistlərinin əməyini yüksək qiyətləndirdiyinə diqqət çəkən təşkilat sədri, milli mətbuatın bundan sonra da dezinformasiaylara qarşı mübarizədə aktiv rol oynayacağına inamını ifadə edib:

“Prezident İlham Əliyev Forumdakı çıxışında medianın önəminə diqqət çəkməklə yanaşı, Azərbaycan mediasının, jurnalistlərin əməyini də yüksək qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan həqiqətlərinin dünyada təbliğində, dezinformasiayların qarşısının alınmasında Azərbaycan mediası yaxından iştirak edib və böyük uğurlar əldə edib. Medianızın lazım gələndə, həm də hücum strategiyasə sərgilədiyini bildirən Prezident İlham Əliyev, bundan sonra da beynəlxalq ictimai rəyin düzgün informasiya ilə təminində jurnalistlərin üzərinə böyük öhdəliklər düşdüyünü vurğulayıb.

Onu da qeyd edək ki, Azərbaycan mediasının dövlərt maraqlarımızın müdafiəsində rolu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən də yüksək qiymətləndirildi.

Hesab edirəm ki, bu, mediamıza, jurnalsitlərimizə, onların əməyinə göstərilən böyük ehtiramdır.

Onu da qeyd edək ki, istər Vətən müharibəsi, istərsə də post-müharibə dönəmində Prezident İlham Əliyevin mediaya verdiyi müsahibələr də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm rol oynamış və bu gün də oynmaqdadır. Dövlət başçısının rəhbərliyi altında hörmətli Hikmət Hacıyevin də media ilə əməkdaşlığı, verdiyi müsahibə və açıqlamalar dövlətimizlə bağlı həqiqətlərin beynəlxalq miqyasda yayılmasında əhəmiyyətli rol oynayır. Xarici KİV və diplomatların işğaldan azad edilən ərazilərə mütəmadi təşkil edilən səfərləri də imkan verir ki, onlar erməni faşizminin vəhşilikləri ilə yanaşı, dövlətimizin bu ərazilərdə apardığı böyük quruculuq işlərini bilavasitə müşahdi etsinlər.

İnanıram ki, Azərbaycan mediası bundan sonra da dövlətimizin maraqlarını qətiyyətlə qorumaqda davam edəcək, dövlətimizin, Prezident İlham Əliyevin ona olan etimadını bundan sonra da əzmlə doğruldacaq.

Mən 22 iyul – Milli Mətbuat günü ilə bağlı jurnalistlərimizi də təbrik edir, onlara uğurlar, müvəffəqiyyətlər arzulayıram”.

2025-07-21 12:44:41
4475 baxış

Digər xəbərlər

Veteranlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 26 fevral Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə soyqırım qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyan veteranlar soyqırım qurbanlarının ruhuna dualar oxyub, erməni faşizminin qanlı cinayətini lənətləyiblər.

Hamısını oxu
Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbdə Beynəlxalq Sülh Günü qeyd edilib

Bu gün Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli tam orta məktəbdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlarının iştirakı ilə 21 sentyabr – Beynəlxalq Sülh Günü təntənə ilə qeyd edilib. Açıq səma altında keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nəcibə Axundova tədbir iştirakçılaırnı salamlayaraq dövlətimizin sülhə, əminamanlığa verdiyi önəmə diqqət çəkib. Məktəb direktoru bildirib ki, Azərbaycan bu gün regionda sülhün və sabitliyin əsas qarantıdır və dünyadakı bütün qarşıdurmaların sülh yolu ilə həllini vacib sayır. Tərəqqi və inkişafa yalnız sülh şəraitində nail olmağın mümkünlüyünü vurğualayan Nəcibə Axundova azyaşlılar, yeniyetmə və gənclər arasında bu ideyanın təbliğinin mühüm önəm kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev Sülh gününün önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan dövləti hər zaman sülhün, sabitliyin bərqərar olması üçün bütün resurslardan istifadə edib, bu gün də bölgədə sülhün əsas təminatçısı qismində çıxış edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı Rasim Mirzəyev də çıxışında sülh və sabitliyin əhəmiyyətindən bəhs edib, sülhün mövcudluğunu hər bir dövlətin inkişafı üçün başlıca şərt kimi qiymətləndirib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş mütəxəssis Nəbi Hacıyev və digər veteranlar iştirak edib. Azərbaycanın sülh dövləti olduğuna diqqət çəkib, sülhün alternativinin olmadığnı bildiriblər.   Tədbirdə azyaşlılar sülhə aid şeirlər səsləndirib, mahnılar oxuyub. Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb.

Hamısını oxu
“Ermənistana qarşı siyasi, iqtisadi, hərbi sanksiyalar tətbiq olunmalıdır”

Cəlil Xəlilov: “Minsk qrupu, BMT və aparıcı dövlətlər Paşinyanın təxribat xarakterli bəyanatına münasibət bidlirməlidir”   “Düşmən bizi məcbur edir ki, Qarabağ problemini hərbi müstəvidə həll edək”   Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə sonuncu səfəri əsnasında Qarabağın Ermənistana məxsusluğu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanda ciddi rezonansa səbəb olub. Baş verənləri rəsmi İrəvanın növbəti həyasızlığı kimi dəyərləndirən bəzi siyasətçilər, partiya sədrləri və vətəndaş cəmiyyəti nümayəndələri məlum bəyanatdan sonra Azərbaycanın Qarabağ probleminin həllində daha sərt addımlar atmasının vacibliyini vurğulamaqdadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Paşinyanın məlum bəyanatı və bu bəyanatın doğurduğu situasiyanı şərh etməyə çalışdıq.   -Cəlil müəllim, öncə Paşinyanın məlum bəyanatı ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə Paşinyanın Qarabağı Ermənistan ərazisi adlandırmasından sonra beynəlxalq təşkilatlar, xüsusilə də BMT və ATƏT işğalçı ölkə ilə bağlı hansı addımlar atmalıdır?   -Hər şeydən əvvəl, ATƏT-in Minsk qrupuna həmsədrləri Paşinyanın bəyanatına çevik şəkildə münasibət bildirməlidirlər. Bu bəyanat sübut edir ki, Ermənistan heç də problemin sülh yolu ilə həllinə maraq göstərmir, təxribatçı fikirlərlə həm beynəlxalq ictimaiyyəti çaşdlrmağa çalışır, həm də danışıqlardan yayınmağa cəhd göstərir. Paşinyan dünya ictimaiyyətinin gözü qarşısında tarixi həqiqəti inkar edərək Qarabağın Ermənistana məxsusluğunu iddia edir. Bununla bir daha sübut edir ki, Qarabağ probleminin arxasında məhz Ermənistan dayanır. Paşinyan sözdə Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, əməli baxımdan separatçı mövqe tutub və işğalçılıq siyasətindən əl çəkmək istəmir. Odur ki, dünyanın aparıcı dövlətləri, xüsusilə də Rusiya, ABŞ və Fransa, eləcə də BMT, ATƏT baş verənlərə münasibət bidlriməlidirlər.   -Xankəndi olayları Paşinyan və onun rəhbərlik etdiyi hökumətə qarşı cəza xarakterli hansısa sanksiya və qadağaların tətbiqini aktualalşdıra bilərmi?   -Təbii. Hesab edirəm ki, Paşinyan hökumətinə qarşı xüsusi sanksiyalar tərbiq edilməlidir. Onun bu addımına hüquqi qiymət verilməlidir. Paşinyan beynəlxalq təşkilatlar tərəfindən də qınaq hədəfinə çevrilməlidir. İrəvana qarşı siyasi, iqtisadi və hərbi sanksiyalar tətbiq olunmalıdır. Erməni separatçılarının işağldakı torpaqlardan çıxarılması üçün ölkəmizə dəstək verilməlidir. Bütün bu addımların atılması işğalçının cəzalandırılması, işğala məruz qalan ölkənin hüquqlarının qorunması baxımından zəruridir.   -Sizcə Ermənistanın bütün region üçün təhlükə doğuran təxribatçı bəyanatlarına Azərbaycana qonşu olan dövlətlərin də münasibət bildirməsi məntiqli olmazmı?   -Şübhəsiz. Baş verənlərə qonşu ölkələr də münasibət bildirməli, öz mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar. Ermənistanla siyasi-iqtisadi əlaqələrə malik olan İran və Rusiyanın belə bir mövqe ortaya qoyması xüsusilə vacibdir. Onlar erməni separatçılarına qarşı mübarizədə ölkəmizə dəstək verməli, ədalətin yanında yer almalıdırlar. Aparıcı dövlətlər də bu məsələdə susqunluq sərgiləməməlidir. Maraqlıdır, aparıcı dövlətlərin ərazisində hansısa xalq özünə ikinci bir dövlət yaratmaq istəsə, onların reaksiyası necə olar? Onlar buna razı olarlarmı? Əlbəttə, olmazlar! Əgər olmazlarsa, o zaman niyə Azərbaycanın haqlı mövqeyinə, haqlı tələbinə dəstək vermirlər? Onlar unutmasınlar ki, Qarabağ gərginliyi alovlana və beynəlxalq münaqişəyə çevrilə bilər. Bu isə bütün region, bütün dünya üçün ciddi təhlükə deməkdir.   -Respublika Veteranlar Təşkilatı olaraq Paşinyanın təxribatçı bəyanatı ilə bağlı hansı addlmlar atmağı düşünürsünüz?   - Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayacaq, bəyanatlarla çıxış edəcəyik. Tələb edəcəyik ki, təcili olaraq aparıcı dövlətlər, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirsinlər. Ermənistanı işğalçılıq iddiasından əl çəkməyə vadar etsinlər.   -Paşinyanın sözügedən bəyanatından sonra Azərbaycan cəmiyyətində müharibə çağırışlarının artması müşahidə edilir. Sizcə düşmənin öz işğalçılıq mövqeyində təkid etməsi, ölkəmizlə bağlı yeni təxribatlara əl atması Azərbaycanı Qarabağ probleminin həllində sülh variantından imtina etmək, müharibə variantına əl atmaq məcburiyyəti ilə üz-üzə qoya bilərmi?   -Əslində Ermənistan Azərbaycanı məcbur edir ki, danışıqları dayandırıb torpaqların hərbi yolla azad edilməsi istiqamətində addımlar atsın. Azərbaycanın öz torpaqlarının sahibi kimi belə bir addım atmağa hüququ var. Azərbaycan sülhməramlı ölkədir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri ilə yanaşı, ermənilər də yaşaır. Onlar dövlət orqanlarında da təmsil olunur. Lakin Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunlarına əməl etməli, konstitusiyamızın tələblərini yerinə yetirməlidir.  Xalqın səbri tükənib. Biz problemin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq və praktikanın bütün imkanlarından istifadə etmişik. Ölkə başçımız problemin danışıqlar yolu ilə həllinə böyük qüvvə və enerji sərf edib. Bütün imkanlardan istifadə olunub ki, problem sülh yolu ilə həll edilsin. Lakin görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib. Ermənistan bununla beynəlxalq hüquqi normaları təhlükə altında qoyur, bunu qəbul etmədiklərini göstərirlər. Bu isə Azərbaycanın səbrini daşırmaqdadır. Odur ki, əgər Ermənistan təxribatlarından əl çəkməzsə, bu, Azərbaycanı Qarabağ probleminin həllini fərqli müstəviyə daşımaq məcburiyyəti ilə üz-üzə qoya bilər.   Seymur ƏLİYEV

Hamısını oxu
Qürurun və Qələbənin Ad günü

Avqustun 27-si... Bu tarixdə Azərbaycan torpağına iki qəhrəman övlad göz açmışdı. Onların biri Xaliq idi, digəri isə Cavid. Ad günü eyni, ömür yolu bənzər, taleləri isə şəhidlik zirvəsində qovuşmuşdu. Hər ikisi bu torpaq uğrunda Vətənin bütövlüyü naminə gözlərini belə qırpmadan can verdilər. Xaliq Əzizzadə 1996-cı ildə dünyaya gəlmişdi. Uşaqlıq illəri Xətai rayonunda, 116 nömrəli məktəbin sıralarında keçdi. Əsgər geyimini geydiyi gündən Vətənin harayına hazır idi. 2016-cı ilin Aprel döyüşlərində ön cəbhədə yer aldı və düşmənin təxribatlarına qarşı rəşadətlə vuruşdu. O, həmin günlərdə torpaq üçün döyünən bir ürək, şəhidlik zirvəsinə ucalan bir igid idi. Aprelin 6-da minlərlə insan onun tabutunun arxasınca yürüdü. Ən ağır yaylım atəşi torpağa deyil, könüllərə sancıldı. Amma o gün Vətən oğlunu sinəsinə basdı, Xaliq Əzizzadə şəhid oldu, ancaq xalqının qəlbində əbədi yaşadı. Beş il sonra, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı başqa bir qəhrəman Cavid Paşazadə döyüş meydanında tarixin səhifəsinə öz adını yazdı. 2001-ci ilin 27 avqustunda doğulmuşdu. Məktəbdə tərbiyəsi, biliyi ilə seçilərdi, lakin bacıları kimi təhsil yolunu tamamlamağa imkan tapmadı. Vətən çağırdı, o da cavab verdi. Xocavəndin sərt dağlarında, alınmış postların qorunması üçün saatlarla döyüşdü. Dörd gəncdən biri idi. Göz qırpmadan, addım geri atmadan vuruşurdu. Və nə qədər də acıdır ki,  bacısı Zeynəbin ad günündə şəhidlik zirvəsinə ucaldı. İllər ötür, amma zaman bu igidlərin adını unutdura bilmir. Xaliq Əzizzadə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə, Cavid Paşazadə isə "Vətən uğrunda" medalı ilə ölümündən sonra təltif edildi. Bu gün artıq beş ildir ki, Qarabağ azaddır. Şuşada, Füzulidə, Xocavənddə, Laçında, Zəngilanda, Kəlbəcərdə Azərbaycan bayrağı dalğalanır. Bu torpaqlarda şəhidlərin ruhu dolaşır. Bugün biz həm onların, həm də Zəfərimizin doğum gününü qeyd edirik. Onlar şəhid oldular ki, Vətən yaşasın, biz yaşayaq. Və biz yaşadıqca onların adını yaşadacağıq. Qoy bu torpaq onları heç vaxt unutmasın. Qoy bütün nəsillər bilsin ki, azadlıq şəhidlərin qanı ilə yazılır. Şəhidlər ölməz, Vətən bölünməz! Cəlil Xəlilov:  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu