Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

8 avqust 2025-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. 

Təbrik məktubunda deyilir:

“Çox hörmətli Cənab Prezident!

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sizinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında sülh mətninin paraflanması ilə bağlı əldə edilən razılıq bütün Cənubi Qafqazda yeni bir mərhələnin – sülh və təhlükəsizlik dönəminin başlanğıcını qoydu.

Siz bu tarixi qələbə ilə Azərbaycan Silahlı Qüvvələrinin hərb meydanında əldə etdiyi 8 Noyabr zəfərini siyasi müstəvidə uğurla başa çatdırdımız. Bununla sübut etdiniz ki, Azərbaycan həqiqətən də sülh dövlətidir və bütün regionun gələcəyini, inkişaf və tərəqqisini sülhdə görür.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 8 Avqust zəfəri ilə bağlı Sizi və Azərbaycan xalqını  bütün veteranlar adından təbrik edir, Sizə - dövlətimizin liderinə öz təşəkkürümüzü bildiririk.

Əminik ki, 8 Avqust razılaşması Cənubi Qafqazda yeni gərginliklər yaratmaq istəyən bütün məkirli qüvvələrin təxribatlarına birdəfəlik son qoyacaq, regionun çiçəklənməsində, bölgənin iqtisadi tərəqqisində mühüm rol oynayacaq”.

Hömətlə,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov

 

2025-08-09 21:09:23
2910 baxış

Digər xəbərlər

Hədəf Şirkətlər Qrupunun təmsilçiləri “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir

Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq və Hədəf liseyinin bir qrup şagird, müəllim və valideyn heyəti İzmir İzbilim Kollejinin təşkil etdiyi “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir. 24 mart tarixində Azərbaycan heyəti İzbilim kollecinin hazırladığı törəndə iştirak etmiş, kolleclə tanışlıq olmuş, sonra isə İzmir şəhər Mənəmən kaymakanı Fatih Yılmaz bəy Azərbıycan heyətinin bir qrupunu qəbul etmiş, Azərbaycan Türkiyə qardaşlığı, təhsil əlaqələri mövzusunda müzakirə edilmişdir. Şəmil Sadiq Azərbaycan Türkiyə qardaşlığını ifadə edən kitab və müxtəlif hədiyyələri kaymakan bəyə təqdim etmişdir!   Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov və Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət ediblər. Bütün şəhidlərimiz kimi Elxan Nəcəfinin də heç vaxt unudulmayacağına, Azərbaycan xalqının qəlbində, eləcə də qəhrəmanlıq tariximizdə hər zaman yaşayacağını bildirən polkovnik Cəlil Xəlilov, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Cəlil Xəlilov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər bir şəhid ailəsinin, hər bir veteranın yanındadır və bu kateqoriyadan olan vətəndaşlara Təşkilatın imkanları daxilində hər cür dəstəyi verməyə hazırdır. Zərifə Quliyeva da şəhid Elxan Nəcəfinin anası Afət Nəcəfinin arzu və istəkləri ilə maraqlanıb, əldə etdiyimiz şanlı qələbəyə görə xalq olaraq ilk növbədə şəhidlərimizə minnətdar olduğumuzu xatırladıb. Şəhidin anası Afət Nəcəfi ona göstərdikləri diqqətə görə Cəlil Xəlilov və Zərifə Quliyevaya təşəkkür edib. O, şəhid ailəsi olaraq hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss etdiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xatırladaq ki, Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin 14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərində iştirak edib. Elxan Nəcəfi 2023-cü il sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən döyüşlərdə şəhid olub, İkinci Fəxri Xiyabanda dəfn edilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqət ayırır

         Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasını təmin etmək məqsədi ilə 02 sentyabr 2016-cı il tarixdə Şəki şəhərində seminar–müşavirə keçirtmişdir.          Layihınin rəhbəri - Respublika Veteranlar Təşkilatının sədri ehtiyatda olan general- mayor Dadaş Qərib oğlu Rzayevdir. Seminar –müşavirəni Respublika Veteranlar Təşkilatın sədr müavini polkovnik Cəlil Malik oğlu Xəlilov açaraq layihə haqqında məlumat verib.          Layihə Oarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş, eyni zamanda, 2016-cı ilin aprel ayında şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihənin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.        Layihənin əsas məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.      Seminar-müşavirədə Şəki, Balakən Qəbələ, Qax, Oğuz, Zaqatala, Mingəçevir şəhər (rayon) veteran təşkilatlarının sədrləri, eyni zamanda Şəki şəhər Veteranlar Təşkilatının əməkdaşları, həmin rayonun fəal gəncləri, veteranları, şəhid ailələri, müvafiq dövlət və ictimai təşkilatlarının nümayəndələri iştirak etmişdir.      Seminar-müşavirədə “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Qəhrəmanlar unudulmur”, “Xalqı qəhrəmanlar ucaldır”, “Şəki qəhrəmanlar diyarıdır” mövzularında məruzələr dinlənilib, çıxışlar olub.         Tədbirin sonunda Azərbaycan Milli Qəhərmanlarına həsr olunan film nümayiş etdirilib, bir neçə şəhid ailəsinə ərzaq yardımı edilib.  

Hamısını oxu
SH-nin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birgə tədbir həyata keçirib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birlikdə veteranların sağlamlığının bərpası məqsədilə maarifləndirici tədbir həyata keçirib. Tədbirlə bağlı görüntüləri oxuculara təqdim edirik:

Hamısını oxu