Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyevin Çin səfəri: Əməkdaşlığın zirvəsi

Bu gün dünyada baş verən proseslərdə Azərbaycanın atdığı qətiyyətli addımlar ilk növbədə Dövlət başçımızın, Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin adı və qazandığı hörmətin bariz nümunəsidir.Onun Çin xalq Respubliikasına tarixi səfəri iki dövlət arasında əlaqələrin, əməkdaşlığın strateji səviyyəyə qalxmasının nəticəsidir.

Cənubi Qafqazın lider dövlətinin başçısı cənab İlham Əliyev Azərbaycan-Çin münasibətlərini yeni və daha yüksək  səviyyəyə qaldırmaqla həm siyasi, həm iqtisadi əlaqələri genişləndirir. Bu sahələrdə əldə olunan nailiyyətlər gələcəkdə hər iki dövlətin maraqlarına uyğun digər sahələrə də oz təsirini göstərəcək.

Bölgədə nəqliyyat marşrutlarının şaxələnməsi, qədim İpək Yolunun bərpası yalnız Azərbaycan üçün deyil, eyni zamanda qonşu dövlətlərin də iqtisadiyyatına töhfə verəcək. Bu baxımdan Azərbaycan digər ölkələr üçün körpü rolunu oynamaqla yanaışı yeni reallıqları gündəmə gətirir.

Dövlət başçısının Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində yeni və mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar və imzalanmış sazişlər həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətlidir. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas tranzit mərkəzlərdən biridir, Orta Dəhlizin aparıcı ölkəsi kimi rolu danılmazdır. Eyni zamanda Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin Avropaya ən qısa yolla və təhlükəsiz yükdaşımaları üçün imkanlar yaradır. 

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası keçirilib. “ Zirvə görüşünə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb. ŞƏT ölkələri “Tiencin Deklarasiya” sını imzalayıb. Deklarasiyada təşkilata üzv olan ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və mədəni sahələrdə əməkdaşıqla bağlı 10 illik strateji plan nəzərdə tutulur.

Bundan başqa, ŞƏT-ə üzv dövlətlər İnkişaf Bankının yaradılması barədə razılığa gəliblər. Sənəddə əlavə olaraq, üzv ölkələrin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə yol xəritəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

ŞƏT ölkələri liderlərinin 25-ci Şura iclasında 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üçün yol xəritəsi də təsdiqlənib.

ŞƏT dövlət başçıları Şurasının 25-ci iclasında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Prezident İlham Əliyev “ŞƏT plyus” formatında tədbirdə çıxış edib. İlham Əliyev deyib ki, Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir: “Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir.

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Qeyd olunanlar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan–Çin münasibətlərinin yeni mərhələyə qədəm qoymasının, Orta Dəhliz və enerji sahəsində əməkdaşlığı gücləndirilməsinin, eyni zamanda, bölgədəki ölkələr ilə strateji əməkdaşlığın genişləndirilməsinin əyani sübutudur və Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini daha da möhkəmləndirən tarixi addım kimi qiymətləndirilir.

Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

 

 

2025-09-02 14:13:08
4261 baxış

Digər xəbərlər

Səhər Laçını, axşam Şuşanı alanlara əsgərimizin mesajı...

“Təkcə kəndlər?”, “Bəs, Şuşaya nə vaxt çatacağıq?”, “Ordumuz niyə irəliləmir?” və bu kimi suallar sosial şəbəkələri bürüyüb. İnsanların gözləntisi anlaşılandır, 30 ildən sonra həsrətini çəkdiyimiz torpaqlara tezliklə qovuşmaq istəyirik, amma nəzərə almalıyıq ki, əsgərin əlindəki klaviatura deyil və “Enter”i basmaqla 30 illik işğala bir gündə son qoymaq olmur.Azərbaycan əsgəri mümkün olan hər şeyi edir və bunun nəticəsi ortadadır.Düşmənin 4 ilə işğal etdiyi ərazilərin yarısı cəmi 1 aya azad olundu: Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı da daxil olmaqla 200-dən çox yaşayış məntəqəsi azad edilib.Bir cümlə ilə yazanda adi görünür və təəssüf ki, bəzən “cəmi 200, bəs qalanları?” kimi suallar irəli sürülür.4 il öncəni, “aprel müharibəsini” xatırlayın: 23 il sonra ordumuz bir kəndi – Cocuq Mərcanlını azad etdi, 23 il sonra ilk dəfə üçrəngli bayrağımız Lələtəpədə dalğalananda keçirdiyimiz qüruru xatırlayın.İdmançımızın erməni idmançını məğlub edərkən ekran qarşısında keçirdiyimiz həyacanı, erməni rəqiblərimizə qarşı siyasi, mədəni, idman platformalarında qazandığımız uğurlara görə keçirdiyimiz sevinc hissini xatırlayın.Kiçik qələbəni bayram edən bizlər 30 il sonra 4 şəhəri, 3 qəsəbəni, 200 yaşayış məntəqəsinin azad olunmasına niyə bu qədər rahat və asanmış kimi yanaşırıq?Axı bu torpaqların hər qarışı Azərbaycan əsgərinin qanı, canı bahasına azad olunur.Qarşımızda kofe, isti evimizdə əyləşib fiberoptik internetlə klaviaturaya sarılır, səhər yeməyində Laçını, günorta yeməyində Xankəndini, axşam yeməyində Şuşanı alır, yatmamışdan öncə də “təkcə kənd?” gileyi ilə yumşaq yataqda yuxuya gedirik.Və biz şirin yuxuda olarkən Azərbaycan əsgəri hər qarış torpaq uğrunda döyüşür, mübarizə aparır.Və səhər açılır, əsgərin mübarizəsindən xəbərsiz halda biz yenə rayon tələbinə başayırıq.Həqiqət olmasa belə bununla bağlı maraqlı və yerində olan mizah var: “Komandir zəng edir və deyir ki, sosial şəbəkələrdə yazanlara deyin ki, əsgərlər onların sürətinə çata bilmir, bir az yavaşlasınlar”.Doğrudan da, bəlkə bir az yavaşlayaq, səbr edək, təmkinli olaq.Azərbaycan Ordusu düşmənin 4 ilə işğal etdiyi, 30 ilə möhkəmləndirdiyi torpaqlarda döyüşür.Cəmi bir aya bütün cəbhə boyu istiqamətdə düşmənin 30 il ərzində qurduğu təmas xətti yarıldı, bunkerlər yerləbir edildi. Ermənistan ordusu darmadağın olub, minlərlə canlı qüvvəsi məhv edilib, yüzlərlə hərbi texnika ələ keçirilib.Bunu Azərbaycan ordusu edib və Ali Baş Komandanın bəyan etdiyi kimi, sona qədər gedəcəyik.Amma biz nə edirik? Azad olunan kəndlərə lağlağı edir, “Cəbrayılın kəndləri qurtarsaydı, qabağa gedərdik” kimi zarafatlar qoşuruq.Çünki döyüşən biz deyilik, hər kəndin, hər məhəllənin uğrunda mübarizə aparan biz deyilik və hər şey asan gəlir.Halbuki, xəritəyə və baş verənlərə baxsaq anlamaq çətin deyil:1. Ordumuzun sürətlə irəlilədiyi cənub cəbhəsi daha çox düzənliklərdir. İndi döyüşlər dağlarda gedir və irəliləmək o qədər də asan deyil.2. Sürətli hücumla nəticəni daha tez əldə etmək mümkündür, amma bu, çoxsaylı itkilər hesabına başa gələcək. Bu lazımdırmı? Xeyr. Nəticə bir qədər gec ola bilər, əsas olan əsgərin həyatıdır.Ali Baş Komandan İlham Əliyevin “minimum itki-maksimum nəticə” prinsipinin hədəfi də budur. Bunu unutmamalıyıq.Həmdə unutmamalıyıq ki, indiyə qədər verdiyi vədləri yerinə yetirən Prezident İlham Əliyev Vətən torpaqlarının son qarışına qədər azad edəcək, beynəlxalq təzyiqlərə rəğmən sona qədər gedəcək.Bizim üzərimizə çox sadə bir vəzifə düşür: Ali Baş Komandanın və ordumuzun arxasında olaq, arxa cəbhədə boşluqlara yol verməyək, düşmənin uydurma xəbərlərinə inanmayaq, əsgərimizin həyatını və hərbi əməliyyatların taleyini təhlükəyə atacaq dezinformasiyalar, eləcə də video-foto yaymayaq, təmkinli olaq, səbr edək.Və unutmayaq ki, bu müharibədir, idman oyunu deyil, hər şeyin öz vaxtı var. Nəyi nə vaxt etmək lazım olduğunu Ali Baş Komandan bilir. Etiraf edək, çoxumuz müharibəyə “Pubg” oyunu kimi baxırıq. Etiraf edək, sonra da dua edək: Allah əsgərimizi qorusun.Asif Nərimanlı

Hamısını oxu
“Bu Sərəncam dövlətimizin və Prezidentimizin veteranlara olan diqqət və qayğısından xəbər verir”

“1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətimizin və Prezidentimzin veteranlara olan diqqət və qayğısından xəbər verir”. Bunu saytımız açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 24 aprel 2026-cı il tarixli məlum Sərəncam vətən qarşısında xidmətləri olan şəxslərin illər, qərinələr sonra belə unudulmadığını, daim dövlətimizin diqqət mərkəzində olduğunu göstərir: “Hər il olduğu kimi bu il də Prezident İlham Əliyev İkinci Dünya müharibəsində iştirak edən şəxslərə, eləcə də həlak olan döyüşçülərin dul arvadlarına, həmçinin, arxa cəbhədəki xidmətlərinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardımın verilməsi ilə bağlı Sərəncam imzaladı. Ölkə başçısı bununla bir daha göstərdi ki, hər bir veteran, eləcə də onların ailə üzvləri daim dövlətin diqqət mərkəzindədir və onların vətən qarşısındakı xidmətlərindən uzun zaman ötməsinə baxmayaraq, bu xidmətlərin heç biri unudulmur, hər zaman minnətdarlıq hissi ilə yad edilir. Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dövlət başçısının bu Sərəncamını veteranlarımızla yanaşı, həm də şanlı hərb tariximizə verilən böyük diqqət və yüksək qiymət kimi dəyərləndirir, buna görə Müzəffər Ali Baş Komandanımza öz təşəkkürümüzü bildiririk.  Bu Sərəncam İkinci Dünya müharibəsində iştirak edən şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial rifahına  maddi dəstək olmaqla yanaşı, mənəvi baxımdan da ciddi sitimuldur. Prezidentimiz tərəfindən veteranlarmıza göstərilən bu qayğı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm rol oynayır ki, bu da milli-mənəvi dəyərlərimizin təbliği, xalqımızın və dövlətimizin gələcək təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu nəcib, xeyirxah addıma görə bütün veteranlar adından bir daha Prezident İlham Əliyevə təşəkkür edir, Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk”. Seymur ƏLİYEV  

Hamısını oxu
Milli Qəhrəman Riad Əhmədov dəfn edilib.

“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub. Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirblər. Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.        

Hamısını oxu
“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

“Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarının DTX tərəfindən məsuliyyətə cəlb olunması, milli qanunvericiliyimizə tam uyğundur”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Burada söhbət, yalnız Azərbaycan vətəndaşlarından gedir. Aydındır ki, həm Rusiyada, həm də Ukraynada kifayət qədər soydaşlarımız yaşayır və onların bir hissəsi həmin ölkələrin pasportunu daşıyırlar. Bu baxımdan, vətəndaşlıqları olanların, Azərbaycanda məsuliyyətə cəlb olunması qeyri-mümkündür. Təbii ki, onların yaşadıqları dövlətlər qarşısında hüquqi öhdəlikləri nəzərə alınır. DTX-nin keçirdiyi əməliyyatlara, bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, döyüş əməliyyatlarında iştirak edənlərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunması, Azərbaycan qanunlarının icrası, ikincisi, genofondun qorunması deməkdir. Digər tərəfdən, müharibə ölüb, öldürmək deməkdir. Vuruşmaq üçün motivasiya olmalıdır. 44 günlük müharibədə xalqımız, Vətən torpaqlarının işğaldan azad olunması üçün, vahid yumruq kimi birləşdi. Müqəddəs ideya uğrunda, gənclərimiz ölümə getdi. Rusiya-Ukrayna müharibəsində isə, təsəvvür edin, hər iki tərəfdən azərbaycanlı vuruşur və nəyə görə ölümə getdiyini özü də bilmir. Bunun izahı yoxdur, sadəcə dəhşətdir. Bir məsələni də məxsusi qeyd etmək istərdim. Müharibələrdə, döyüş əməliyyatlarında iştirak etmiş insanların əksəriyyətində müəyyən psixoloji pozğunluqların, bəzilərində isə, psixi problemlərin olduğu hər kəsə məlumdur. Ona görə də, bu kateqoriyalardan olan şəxslərin mülki həyata, cəmiyyətə inteqrasiyasını təmin edən bərpa mərkəzlərində müalicə keçmələri mütləqdir. Müalicə-bərpa kurslarını keçməyən müharibə əlilləri, veteranlar, əlavə problemlərdir. Cəmiyyətin kriminogen durumuna təsir edirlər. DTX-nin keçirdiyi əməliyyatlar, cəmiyyət tərəfindən müsbət qiymətləndirilir və heç şübhəsiz, bu yola getmək istəyənlər üçün düşündürücü, təsirli nümunədir. Hesab edirəm ki, bu istiqamətdə təbliğat xarakterli işlər aparılmalıdır”. Seymur ƏLİYEV

Hamısını oxu