Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsi qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində tanınmış şair-publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevə həsr etdiyi poemanın təqdimat mərasimi keçirilib. Təqdimatda şəhid ailələri, veteranlar, Müdafiə Nazirliyinin, İctimai birliklərin və yaradıcı təşkilatların nümayəndələri iştirak ediblər.

Öncə Dövlət himni səsləndirilib və  torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Mərasimdə Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, həmin kitaba dəyərli və geniş ön söz yazmış Respublika Veteranlar Təşkilatının sədri,  polkovnik Cəlil Xəlilov, XTQ qazisi "Qarabağ" ordenli Famil Fərəcov, Cəlilabad rayon İcra Hakimiyyətinin "Şəhid ailələri və Vətən Müharibəsi  veteranları ilə işin təşkili" şöbəsinin müdiri Füzulu Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, XTQ- nin qazi və şəhid ailələri İctimai birliyinin sədri Bəhruz Məmmədzadə və başqaları çıxış edərək Vətən Müharibəsində qazandığımız zəfərdən, şəhid kapitan Rəşad Abdullayevin şərəfli döyüş yolundan danışıb, qəhrəmana həsr olunmuş əsərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayacağını xüsusi vurğulayıblar.

Kitabın müəllifi, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü,  Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 44 günlük Zəfər yürüşümüzün 5 illiyi ərəfəsində qələmə aldığı "Murovun Aslanı" poeması üzərində yaradıcılq prosesi barədə danışıb, kitabın nəşrində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.

Ölməz qəhrəman Rəşad Abdullayevin valideynləri Arif və Sevil Abdullayevlər, həyat yoldaşı Gülnar xanım xatirələrini bölüşüblər və təqdimat mərasiminə gələnlərə  öz minnətdarlıqlarını bildiriblər.

Sonda vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olundu.

2025-09-17 14:38:27
2620 baxış

Digər xəbərlər

Cüdo üzrə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyinə start verilir

Yarışda 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq 26-27 iyul tarixlərində ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyi keçiriləcək. Veteran.gov.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, U-15 kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqdır. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcəkdir. Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Qeyd edək ki, turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhid Həmid Abbasbəylinin xatirəsinə həsr edilən Şahmat turniri keçiriləcək

Moderator.az xəbər verir ki, 5 Aprel 2021-ci il tarixində saat 19:00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai Gii və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları və "QARABAĞ" ordeni ilə təltif olunmuş BAŞ LEYTENANT ABBASBƏYLİ HƏMİD-in xatirəsinə həsr olunmuş onlayn Şahmat turniri keçiriləcək.   Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə.   Turnirdə iştirak üçün 1.Lichess.org onlayn şahmat platformasında şahmatçının qeydiyyatı olmalı 2.Profil bölməsinde ad,soyad təvəllüd qeyd edilməlidi 3.Lichess.org virtual "İdea " Şahmat Klubuna üzv olmalıdı.ling: https://lichess.org/team/idea-sahmat-klubu 4.turnirin lingi: https://lichess.org/swiss/RNDqXWSr   Turnirdə l, ll, lll yeri tutan qızlar və oğlanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomla təltif olunacaq.   Seymur ƏLİYEV

Hamısını oxu
Cəlil Xəlilov: “Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur”

Azərbaycanın dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunur, bu istiqamətdə bütün zəruri tədbirlər böyük ustalıqla həyata keçirilir. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ölkəmizə qarşı xarici təhdidlərin artdığı bir zamanda dövlət təhlükəsizliyinin, milli təhlükəsizliyin yüksək səviyyədə qorunması həyati əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı təhdid və təxribatların artdığı heç kimə sirr deyil. Ermənistan və ona dəstək olan bəzi qüvvələr bu cür təxribatlar hesabına ölkəmizdə daxili sabitliyi pozmağa, postmüharibə dönəminin özü ilə gətirdiyi yeni reallıqlara kölgə salmağa çalışırlar. Son vaxtlar Ermənistanın və İranın ölkəmizə yönəlik təxribatları buna nümunədir. Lakin sevindiricidir ki, dövlətimizə və xalqımıza qarşı bütün bu təxribatların qarşısı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmaqda, uğurla ifşa edilməkdədir. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlarla İran agentinin de-şifrə edilərək məsuliyyətə cəlb edilməsi faktı buna nümunədir. Bu fakt sübut edir ki, ölkəmizdə casus şəbəkəsi formalaşdırmağa, onun təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar əldə etməyə çalışan qüvvələr ifşa olunmaqda, qanun qarşısında məsuliyyətə cəlb edilməkdədir. Bu kimi nümunələr hüquq-mühafizə orqanlarımızın dövlət təhlükəsizliyinin keşiyində son dərəcə ayıq-sayıq dayandığını sübut edir”. Polkovnik Cəlil Xəlilov son vaxtlar bəzi qüvvələr tərəfindən Azərbaycanın hüquq-mühafizə orqanları haqqında səsləndirilən böhtanların sayının artmasının səbəblərini də şərh edərək deyib: “Məlum olduğu kimi, bəlli bir müddətdir ki, bəzi qüvvələr dövlətimizi, onun təhlükəsizliyinin qarantı olan hüquq-mühafizə orqanlarını hədəf seçməkdə, onlar haqqında böhtan dolu məlumatlar səsləndirməkdədir. Məqsəd anti-Azərbaycan qüvvələri ifşa edən, onların ölkəmizlə bağlı təxribatçı planlarına mane olan güc strukturlarımızı gözdən salmaq, onların nüfuzuna xələl gətirməkdir. Bu baxımdan böhtanların əsas hədəfinin Ermənistan və İran agentlərinin ardıcıl ifşasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti olması da təsadüfi deyil. Çünki bu qurum faktiki olaraq xarici ölkələrin agentura şəbəkəsini göz açmağa qoymur, onları elə ilk addımında ifşa edir. Buna görə də antimilli qüvvələr daha çox Dövlət Təhlükəsizliyi Xidmətini ləkələməyə cəhd edir. Lakin onlar bilməlidirlər ki, Azərbaycan xalqı kimin kim olduğunu bilir. Azərbaycan xalqı yaxşı bilir ki, onun ən böyük düşməni öz dövlətinə, xalqına, ordusuna, güc qurumlarına ləkə vurmağa çalışanlardır. Onların hər biri gec-tez etdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər. Mən fürsətdən istifadə edib, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli vəzifələrində uğurlar arzulayıram! Əminəm ki, hər zaman olduğu kimi, bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti Prezidentimizin və xalqımızın ona olan etimadını doğruldacaq, gələcəkdə də ölkəmizdəki sabitliyin və əmin-amanlığın qarantı rolunda çıxış edəcək”.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Bir Ömürlük Qəhrəmanlıq: Ruşan Məhərrəmovun İbrətamiz Həyat Yolu

Tarixi yaddaş qəhrəmanların həyat yolu ilə yaşayır. Müharibələr millətlərin ən çətin sınağıdır və bu sınaqdan keçənlər tarix boyu unudulmaz iz qoyurlar. Azərbaycan xalqı da Böyük Vətən Müharibəsində öz fədakarlığı, igidliyi və qətiyyəti ilə seçilmiş, minlərlə soydaşımız cəbhəyə yollanaraq ümumi qələbəyə töhfə vermişdir. Bu qəhrəmanlardan biri də Ruşan Məhərrəmovdur. Onun həyatı və döyüş yolu təkcə şəxsi şücaətin deyil, eyni zamanda xalqımızın ümumi xidmətlərinin güzgüsüdür. 1922-ci ildə Beyləqanda doğulan Ruşan Məhərrəmov gənclik illərində arzu və ümidlərlə dolu idi. Lakin 1941-ci ildə faşist Almaniyasının Sovet İttifaqına hücumu bu arzuları yarımçıq qoydu. Minlərlə azərbaycanlı gənc kimi o da könüllü olaraq cəbhəyə yollandı. Müharibə zamanı Ruşan Məmmədov 416-cı Taqanroq diviziyasının 73-cü motoatıcı polkunda pulemyotçu olmuşdur. Mazdok və Taqanroq şəhərlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu döyüşlərlə yüzlərlə alman hərbçisi və texnikasını sıradan çıxarmışdır. Sambel təpələri uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. 22 yanvar 1943-cü ildə ağır yaralandıqdan sonra yeddi gün düşmən səngərinə yaxın döyüş sahəsində qalmışdır. Nəticədə 21 yaşında ikən hər iki ayağını itirmişdir. 1943-44-cü illərdə Qroznı, Mahaçqala və Bakıdakı hərbi hospitallarda müalicə almışdır. Müalicəsi tamamlandıqdan sonra bir müddət hərbi əlillər evində qalmışdır. Yaralandıqdan doqquz il sonra 1950-ci ildə ata yurduna qayıtmışdır. Bu qayıdış həm də mənəvi iradənin, xalqın ruhunun qələbəsi idi. Ruşan Məhərrəmov Müharibədəki fəaliyyətlərinə görə bir sıra orden və medallarla təltif edilmişdir. Bu medallara nümunə kimi 1-ci dərəcəli “Böyük Vətən Müharibəsi” ordeni və “Mı Pobedili” (“Biz Qalib Gəldik”) medalı xüsusi yer tutur. Ruşan Məhərrəmovun həyatı sübut edir ki, qəhrəmanlar unudulmur. Onların adı tarixdə, əməlləri isə ürəklərdə yaşayır. Ruşan Məhərrəmov 2008-ci ildə 86 yaşında Beyləqanda vəfat etmişdir. Əsrin dahi siyasi liderlərindən biri olan Ümummilli lider Heydər Əliyev müharibə veteranlarına və qazilərə göstərilən diqqət və qayğını daim dövlət siyasətinin prioriteti kimi saxlamışdır. Onun təşəbbüsü ilə müharibə iştirakçılarının sosial təminatı yaxşılaşdırılmış, onlara yüksək ehtiram göstərilmiş və gənc nəslin onları tanıması üçün müxtəlif təşəbbüslər həyata keçirilmişdir. Heydər Əliyev deyirdi:“Keçmişinə sahib çıxmayan xalqın gələcəyi olmaz.” Bu düşüncə ilə o, Azərbaycanın qəhrəman oğullarının xatirəsinin əbədi yaşadılmasına çalışırdı. Ruşan Məhərrəmovun həyatı və qəhrəmanlığı bizə bir daha sübut edir ki, igidlər təkcə döyüş meydanında deyil, həm də həyatın çətinlikləri qarşısında sınanmaqla qəhrəman olurlar. O, həm ön cəbhədə, həm də müharibədən sonra göstərdiyi iradə ilə əsl xalq qəhrəmanına çevrildi. Bu gün biz onu və onun kimi minlərlə igidin adını hörmətlə anırıq. Onların göstərdiyi fədakarlıq və qəhrəmanlıq salnaməsi, o cümlədən xalqımızın müharibədəki ümumi xidmətləri Heydər Əliyevin diqqəti nəticəsində unudulmadı. Ruşan Məhərrəmovun adı sadəcə tarixdə deyil, hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır. Onu xatırlamaq isə bu gün keçmişə ehtiram, gələcəyə ümid deməkdir.

Hamısını oxu