Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur!

 

 

Tarix bəzən bir kitab olur – illərlə yazılır, bəzən isə bir an olur – əsrlər boyu unudulmur. Azərbaycan tarixində 8 Noyabr – Zəfər Günüdə məhz belə bir gündür. Bu gün təkcə hərbi zəfərin deyil, həm də bir xalqın birlik və iradə ilə ayağa qalxaraq öz haqqını bərpa etdiyi gündür. Bu zəfərin arxasında qanı ilə torpağı sulayan, canı ilə tarix yazan şəhidlərimizin müqəddəs izi var. Onlar bu torpağın azadlığı uğrunda ölümsüzlüyə qovuşan igidlərdir. Bu gün biz onların qəhrəmanlığı qarşısında baş əyirik, qürur və minnətlə xatırlayırıq. Xüsusilə də oktyabr ayında doğulmuş şəhidlərimizi ehtiramla anırıq. Onların doğum günləri bu torpaqda yeni həyatın, dirçəlişin rəmzinə çevrilib. Onlar bu dünyadan getsələr də, qəlblərimizdə daim yaşayır, hər doğum günlərində bir xalqın başı dik, ürəyi dolu olur. Respublika Veteranlar Təşkilatı olaraq bir daha sübut edirik ki, əsl döyüşçü silahdaşını heç zaman unutmur. Qəlbi hələ də səngər xatirələri ilə döyünən veteranlarımız üçün şəhidlər sadəcə keçmişin yox, həm də gələcəyin ilham mənbəyidir. Onlar bir zamanlar eyni bayrağın altında çiyin-çiyinə döyüşdükləri qardaşlarının ruhunu daim yaşadır, onların əmanətinə sahiblənirlər. Onların hər biri Azərbaycanın qəhrəmanlıq salnaməsinə öz adını qızıl hərflərlə yazdırıb. Ruhları qarşısında baş əyir, ailələrinə səbir, xalqımıza isə daim sülh və əmin-amanlıq arzu edirik. Unutmayaq: şəhidlər ölməz, Vətən bölünməz!

 

 

Həsən Abdullayev 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Vaqif Abdullayev 1996-cı il oktyabrın 15-də Ağsu rayonunun Hacıqədirli kəndində anadan olub. Vaqif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Abdullayev noyabrın 6-da Laçın döyüşləri zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

MAHHXHQ əsgər Dəmirli Elşən Gündüz oğlu 15 oktyabr 1998-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində dünyaya göz açıb.

Orta təhsilini Qəbələ rayon Nic qəsəbə 3 saylı tam orta məktəbində almışdır. 2016-cı ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidməti Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib. Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elşən Dəmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. 28 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Dəmirli ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlu oktyabrın 15-i 1996-cı ildə Culfa şəhərində anadan olub. 2002-ci ildə Culfa şəhər 2 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2011-2014-cü illərdə hərb sənətinə yiyələnmək üçün Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirərək leytenant rütbəsinə yüksəlib və Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində xidmətə başlayıb. Ceyhun “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

44 gün müharibədə qanı-canı bahasına torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Xüsusi Təyinatlı Qoşunların zabiti olan Ceyhun Dünyamalıyev 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə ayağından aldığı qəlpə yarası səbəbilə qan itkisindən şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanımız anadan olduğu Culfa şəhərində dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Əsgər Əhmədzadə Rüfət Əbülfət oğlu 2001-ci il oktyabrın 15-də Sumqayıt şəhərində dünyaya gəlib.

Orta təhsilinə Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə başlayıb. 2019-cu il oktyabrın 23-də müddətli həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə olanda atası dünyasını dəyişib. Rüfət Əhmədzadə 2021-ci il sentyabrın 29-da Tərtər - Ağdərə istiqamətində gedən döyüşlərdə artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Oktyabrın 1-də Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu 1990-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. 1996-2007-ci illərdə Firacəddin Məmmədov adına tam orta məktəbdə təhsil alıb.

2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə başlayıb. M.Ələkbərovun ilk xidmət yeri olan Lənkərandakı “N” saylı hərbi hissədə qüsursuz xidmətlərinə görə seçilib.

2015-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində təlim çevik hərəkəti taborunda müxtəlif vəzifələrdə xidmət edib. 2019-cu ildən xidmət yeri Çevik Hərəkat Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə dəyişdirilib. Sentyabrın 27-də başlayan Vətən müharibəsi sanki Məhəmmədəliyə qazandığı bilik və bacarıqları nümayiş etdirilməsi üçün bir meydan oldu. Məhəmmədəli Çevik Hərəkət Dəstəsinin tərkibində Füzuli və Cəbrayıl istiqamətlərində bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda uğurlu əməliyyatlarda iştirak edib. İran İslam Respublikası ilə dövlət sərhədlərimizin bərpası zamanı məhz onun fədakarlığı nəticəsində bir neçə halda döyüş yoldaşları mühasirədən çıxarılıb. Oktyabrın 19-da Zəngilan şəhərinin azad olunması əməliyyatlarında düşmən postlarının ələ keçirilməsində qəhrəmanlıq göstərib. 21 oktyabr 2020-ci ildə bir gün əvvəl işğaldan azad olunmuş Zəngilan şəhərinə düşmənin əks-hücumunun qarşısını alarkən gizir Ələkbərov Məhəmmədəli qəhrəmancasına şəhid olub. 22 oktyabr 2020-ci ildə Ağstafa rayonunun Poylu kəndində dəfn edilib. Vətənə əmanət iki övladı qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

 

Əsgər Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çataq kəndində anadan olub. 2003–2014-cü illərdə X.Cəfərov adına Çataq kənd tam orta məktəbində, 2014-2018-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alıb. Eltac 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin iyulunda Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, hərbi təxribatından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə gedərək, könüllü olaraq orduya yazılıb.

Nəhayət sentyabrda istəyi yerinə yetən Eltac xalqının Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, əks-hücum əməliyyatlarında fəal iştirak edib. Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.

Sərrast pulemyotçu olan Eltac cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən Eltac 27 oktyabr 2020-ci ildə şəhid olub.

Şəhidimiz Tovuz rayonunun Çataq kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Eltac Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Əsgər Həmidzadə Hüseyn Akif oğlu 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirib. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olub.

27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq qısa müddət ərzində ön cəbhəyə yollanır. O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn ötən il noyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Hüseyn Həmidzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Gizir Həsənov Səddam Aydın oğlu 15 oktyabr 1992-ci ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olub. 1999-cu ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində Rəşan Quliyev adına orta məktəbə daxil olub və 2010-cu ildə həmin məktəbi bitirib.

2010-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanan şəhidimiz xidmət müddətində öz vətənpərvərliyi, dözümü və iradəsi ilə fərqlənib. Hərbiyə olan marağı onu 2013-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir hazırlıq kursuna daxil olmasına gətirib çıxarır. Həmin kursu müvəffəqiyyətlə bitirən S.Həsənov Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirib. Daha sonra Xüsusi Təyinatlı Taborun qrup komandirinin müavini vəzifəsində təyin olunub. Şəhidimiz 2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə fərqlənib. Naxçıvanda xidmət edərkən Günnüt əməliyyatında iştirak edib, Günnüt kəndinin işğaldan azad edilməsində böyük şücaət göstərib.

Vətən müharibəsinin ilk günlərindən Murovdağ silsiləsinin azad olunmasında və Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. Həmçinin Cəbrayıl və Qubadlı şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərib və üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırıb. Döyüşlərdə fərqlənən S.Həsənov oktyabrın 17-də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Doğulub boya başa çatdığı Beyləqan rayonu Yeni Mil qəsəbəsində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsənov Səddam ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

 

Əsgər Hüseynli Əkbər Azər oğlu 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib. Lakin Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.

Əkbər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda başladılan Vətən müharibəsinin ilk günlərindən Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralanıb, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam edib. 27-29 sentyabr tarixlərində döyüş yoldaşları ilə xeyli irəliləyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv edib. 29 sentyabrda Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

MAHHXHQ əsgər Novruzlu Pərviz Qorxmaz oğlu 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olub.

Pərviz Novruzlu 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunub. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzlu 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı olub. Pərviz Novruzlu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Əsgər Osmanov Əyyub Azər oğlu 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olub. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbdə təhsil alıb. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanıb. 2018-ci il iyul ayında ordudan təxris olunub. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib.

Sentyabrın 29-da Vətənin müdafiəsinə yollanıb. Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən şəhidin nəşi 16 dekabrda ailəsinə təhvil verilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

MAHHXHQ əsgər Sarıyev Xəzri Elnur oğlu 2000-ci il oktyabrın 15-də Saatlı rayonunun Orta Muğan kəndində anadan olub. 2018-ci ildə Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Xidmətini başa vurduqdan sonra fəaliyyətini MAXE kimi davam etdirməyə qərar verib. Xəzri XTQ-in tərkibində təlimlərə qatılaraq bir sıra uğurlar əldə edib. Valideynləri onun uşaq vaxtlarından hərbi vətənpərvərlik ruhda böyüdüyünü, daim milli qəhrəman Mübariz İbrahimovdan örnək götürdüyünü deyir.

Xüsusi təyinatlı Qüvvələrin hərbçisi olan Xəzri Sarıyev ötən il sentyabrın 27-də vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində düşmənə ilk zərbələr endirən qəhrəmanlarımızdan biri olub. Döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak edib. Qəhrəmanımız sentyabrın 27-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qəhrəman şəhidimiz böyüyüb boya-başa çatdığı Orta Muğan kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xəzri Sarıyev ölümündən sonra “Vətən uğrunda”, “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

 

 

 

MAHHXHQ əsgər Vəlixanov Rövşən Aydın oğlu 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 2001-2012-ci illərdə F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Rövşən Vəlixanov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.

 

 

 

Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Rauf Süleymanov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Süleymanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Abasallı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhid Rauf Süleymanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir

 

 

İdrət Abdulov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İdrət Abdulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İdrət Abdulov oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

 

Nizami Aydəmirov oktyabrın 5-də Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Aydəmirov Nizami ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda medalları ilə təltif edilib. ”

 

Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1996-cı ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan Vətən müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölümündən sonra «Vətən uğrunda», “Şuşanın azad olunması uğrunda”, “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilib.

 

Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu il Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Rixard Zorge adına 90 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə «Azərbaycan Dövlət Pedaqoji Universitetinin» «Menecment» fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu «N2 saylı hərbi hissədə xidmət etmişdir. Tural Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş 2015-ci ildə tərxis olunmuşdur. Daha sonra 2017-ci ildə «SOCAR»-ın «Təhlükəsizlik idarəsinin» mühafizəçisi vəzifəsində çalışmağa başlamışdır.

Tural sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbçilərimizdən biri idi. 2-ci Qarabağ savaşının ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti və mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev qəlpə yarası alaraq Şəhidlik zirvəsinə yüksəlir. Ölümündən sonra Azərbaycan Respublikası Ali Baş Komandanı İlham Əliyevin Fərmanına əsasən «Vətən uğrunda» «Füzulinin azad olunması uğrunda» medalları ilə təltif olunmuşdur.

 

Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub.Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildi.

 

Ceyhun Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuşdur. C.Həsənov adına Ağcabədi rayon Arazbar kənd tam orta məktəbdə təhsil almışdır. Ceyhun Hüseynov 2009-cu ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Top komandiri olaraq xidmət etmişdir.

2016-cı ilin aprel ayında Cəbrayıl-Füzuli və Tərtər rayonu istiqamətində baş verən Aprel döyüşlərində Ceyhun Hüseynov iştirak etmişdir. O, təkbaşına 4 topdan 27 atəş açaraq Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini və artilleriya divizionunu müdafiə etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Topdan və minaatandan qarşı tərəfə atəş açmışdır. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Hüseynov 16 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Arazbar kəndində dəfn olunmuşdur.

 

Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Elmir Məmmədov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Rauf Qurbanov 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2001-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Rauf Qurbanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Rauf Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Qurbanov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edildi.

 

Xeyirbəy Səfərçinov 1993-cü il oktyabrın 5-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xeyirbəy Səfərçinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xeyirbəy Səfərçinov oktyabrın 22-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Suqovuşanın azad olunmasına" medalı ilə təltif edildi.

 

Əsgər Əzimov Saatmirzə Feyruz oğlu 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olub. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil alıb. Orta təhsil aldığı zaman 2006-2010-cu illərdə Siyəzən şəhər musiqi məktəbində qarmon üzrə kurs keçib. Saatmirzə Əzimov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib, döyüşlər zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından iştirak edərək fərqlənib.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Saatmirzə Əzimov sentyabr ayında hərbi xidmətə çağırılıb. Əsgər Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tərlan Gülüşov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur.Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Müşfiq İsmayılzadə 1994-cü il oktyabrın 16-da Tovuz rayonunun Alakol kəndində anadan olub. 2001-2005-ci illərdə Tovuz rayonunda Alakol kənd tam orta məktəbində, 2005-2009-cu illərdə isə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.Müşfiq İsmayılzadə 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Müşfiq İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Müşfiq İsmayılzadə oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  Müşfiq İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən  Müşfiq İsmayılzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Baş leytenant Gülüşov Tərlan Salman oğlu 16 oktyabr 1994-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Tərlan Gülüşov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Gülüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Gülüşov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tərlan Gülüşov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

2025-10-14 11:01:47
3379 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev “BBC News”a müsahibə verib

Bakı, 9 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib.  AZƏRTAC müsahibəni təqdim edir. - Prezident Əliyev, BBC News-da bizimlə söhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz? - Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur. - Bu, o deməkdir ki, Siz sona qədər döyüşəcəksiniz? - Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq. - Lakin cənab Prezident, Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlar üçün böyük bir ilkin şərtdir. - Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq. - Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış olmadığına görə aydınlaşdırmaq istəyirəm. Siz deyirsiniz ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, Siz dayanarsınız və döyüşməzsiniz? - Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir. Eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil. Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra “müstəqillik” elan etdilər. - Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir. - Bu, əsassız ittihamdır. Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq. - Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələb etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələb edirsiniz? - Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisinə gəlincə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bu mövqeyi ifadə etmişəm. - Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada Sizdən sitat gətirirəm: “onlar çıxmasalar, biz onları iti qovan kimi qovacağıq”. Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər. - Xeyr. Xahiş edirəm, mənim bəyanatlarıma dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işğal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermənistanın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası “hökumətini”, bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yeri gəlmişkən, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası “rəhbəri” artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum. - Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz? - Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki? - Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki? - Xeyr, bu yanlış məlumatdır. - Bu məlumat burada yaşayan insanlardan daxil olur. - Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır. - Prezident Əliyev, əgər təbliğat varsa, aydındır ki, hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində burada ermənilərə qarşı institusional mesajlar səslənir, insanlarda digər tərəfə qarşı nifrət aşılanır. Siz onların, həqiqətən də, birgə yaşaya biləcəklərini gözləyirsiniz? - Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər? - Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz? - Hesab edirəm ki, bu, mümkündür. Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki? Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın, onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğma torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri məhv etdilər. - Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar. - Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər Azərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdan qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlar şəhərlərin, kəndlərin adlarını dəyişiblər. - Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyə hücum olub. - Bu, Ermənistanda olmayıb. - Üzr istəyirəm, cənab Prezident, Dağlıq Qarabağda hücum olub. Eyni gündə kilsə iki dəfə mərmi atəşinə tutulub. Siz həmin gün dediniz ki, ola bilsin, bu, səhvdir. Siz dediniz ki, araşdırma aparacaqsınız. Araşdırmanın nəticəsi nədir? - Bu məsələni araşdırmaq üçün biz orada olmalıyıq. Araşdırmaq üçün. Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvidir, ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir təxribatdır. - Onlar öz kilsəsini atəşə tutublar? - Bəli, elədir ki, var. - Onlar, əlbəttə ki, bunu inkar edirlər. - Bəli, əlbəttə ki, onlar bunu inkar edirlər. Onlar hər şeyi inkar edirlər. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raketlə zərbə endirildiyini inkar edirlər. Ermənistanın baş naziri bunun yanlış məlumat olduğunu demişdir. Buna baxmayaraq, sizin ölkəniz, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, onlar ballistik raketin haradan buraxıldığını asanlıqla aşkar edə bilərlər. - Kilsəyə gəldikdə... - Kilsəyə gəldikdə. Mən bunun ya səhv olduğunu, ya da onların bunu qəsdən etdiklərini demişəm. Çünki həmin kilsənin mənim gördüyüm təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Bu zədəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi. İkincisi, siz burada, Bakıdasınız. Yəqin ki, siz şəhər mərkəzində bizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Əgər biz ermənilərin dediyi kimi kilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmamışıq? - Siz birmənalı şəkildə öz qüvvələrinizin kilsəyə hücum etmədiyini deyə bilərsiniz? - Mən birmənalı şəkildə dəfələrlə demişəm. Bu ya bizim artilleriyanın səhvidir... - Beləliklə, Siz bunu edə bilərdiniz? - Kim? Siz kimi nəzərdə tutursunuz? - Sizin qüvvələriniz bunu edə bilərdi. - Bu, yalnız səhv nəticəsində ola bilərdi. Çünki hərbi hədəf yox idi. Kilsə hərbi hədəflər arasında deyil. Bizim Xankəndi şəhərində, - ermənilər onu Stepanakert adlandırırlar, - hərbi hədəflərimiz var idi. Bizim Şuşada hərbi hədəflərimiz var idi və biz bu hərbi hədəflərə zərbələr endiririk, çünki onlar bizə hücum ediblər. Yəqin ki, bu, səhv olub. - Eyni gündə iki dəfə səhv edə bilərdiniz? Kilsəyə iki dəfə zərbə endirilib. - Nəyə görə yox? İşğal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin şəkillərini görmüsünüz? Onlar hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir. - Siz öz ordunuzun hərbi üstünlüyü haqqında danışarkən fikir irəli sürmüsünüz, yüz min insanınız var, Sizin İsraildən, Türkiyədən alınan ən müasir avadanlığınız var, xüsusilə türk dronları. Sizin sərəncamınızda olan bütün bu imkanları nəzərə alaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə səhvə yol verilə bilər? - Əlbəttə ki, ola bilər. Çünki bu məsələni araşdırmaq üçün bizim orada olmamız lazımdır. Biz orada olanda onu təmir edəcəyik. - Lakin bu... - Biz onu bərpa edəcəyik, siz bunu görəcəksiniz. Biz Şuşaya geri qayıdanda onu bərpa edəcəyik. - Bu, o demək deyil ki, bu silahların bu dərəcədə qeyri-dəqiq olması və belə səhvlərə asanlıqla yol verməsi ehtimalına görə Siz onları mülki yerlərdə istifadə etməməlisiniz? - Biz onlardan mülki yerlərdə istifadə etmirik. Biz onlardan hərbi infrastrukturu məhv etmək üçün istifadə edirik. - Prezident Əliyev... - Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar, ballistik raketlərlə Gəncəyə hücum etdilər. - Prezident Əliyev, icazə verin, bizim BBC həmkarlarımızın nə gördüklərini Sizə deyim. Bu, şayiə deyil. Bu, BBC həmkarlarımız tərəfindən çəkilmişdir, onların gördükləridir. Onlar oktyabrın biri, ikisi və üçü Stepanakertdə və Dağlıq Qarabağda olublar. Onlar şəhərin, o cümlədən təcili tibbi yardım mərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yaşayış binasının dağıdılmasını, insanlar qaçmağa cəhd göstərəndə onların başlarının üstündə dronun olmasını, bir az sonra yaxınlıqda əlavə mərmi atəşlərinin açılmasını görüblər. Onlar bunu aydın hərbi hədəflər olmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizə etdilər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lentə aldığı hadisədir. - Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var. Şübhələrim var. - Lakin Prezident Əliyev, onlar orada idilər. - Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu, feyk xəbər ola bilər. Bizim hərbi... - Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə oraya gedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alsın ki? - Münaqişəyə qərəzli mövqeyinə görə, beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma təbliğatına görə. - Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz? Hər şey feyk xəbərdir? - Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram. - Onlar bunu lentə alıblar. Əlbəttə ki, hər iki tərəfdə mülki şəxslərin qətlə yetirildiyini qeyd etmək mühüm əhəmiyyət kəsb edir. Hər iki tərəf xaotik atəş açmışdır. Biz özümüz burada ballistik raketin istifadə edildiyi Gəncə hücumunun fəsadlarının şahidi olmuşuq. Beləliklə, bu tərəfdə də itkilərin olması şübhə doğurmur. - Təşəkkür edirəm. - Lakin eynilə, Siz kassetli silahlardan danışdıqda, sübut var ki, Siz də mülki yerlərdə, Stepanakertin küçələrində kassetli silahlardan istifadə etmisiniz və bu, “Human Rights Watch” təşkilatı tərəfindən geniş şəkildə sənədləşdirilmişdir, şəkillər çəkilmişdir, videolar çəkilmişdir, şahidlər ifadə vermişdir. Onların hadisə yerinə getmək imkanı var idi. Nəyə görə Siz o dərəcədə qeyri-dəqiq ola bilən kassetli silahlardan mülki yerlərdə istifadə edirsiniz? - Biz onlardan istifadə etmirik. Bu, növbəti bir feyk xəbərdir. Ermənistan kassetli bombalardan istifadə edir. - Deməli, hər şey feyk xəbərdir? - Əlbəttə ki. Niyə də yox? Biz feyk xəbərlərlə on illərdir üzləşirik. - Lakin Siz etiraf edirsiniz ki.... - Heç bilirsiniz, Britaniya mətbuatında Azərbaycan haqqında nə qədər feyk xəbər dərc edilmişdi? Minlərlə. - Lakin, Prezident Əliyev, Siz müharibə apardığınızı, irəli getdiyinizi etiraf edirsiniz. Sonra isə digər tərəfdən bizə bu silahlardan istifadə etmədiyinizi deyirsiniz. - Xeyr, istifadə etmirik. Çünki biz döyüş meydanında döyüşürük. Biz erməni ordusuna qarşı döyüşürük. Biz mülki şəxslərə qarşı döyüşmürük. Bunun heç bir mənası yoxdur, çünki bizim vəzifəmiz torpaqları azad etməkdi və biz kəndləri, şəhərləri bir-birinin ardınca azad edirik. Biz kassetli bombalardan istifadə etmirik, bizim buna ehtiyacımız yoxdur. Bizim kifayət qədər başqa alətlərimiz var... - Beləliklə “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilmiş sübutlar da feykdir? - Əlbəttə ki. Çünki “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı çox qərəzli mövqeyinə, hətta jurnalistlərin həbsxanalarda öldüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanada olduqda belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlar barədə heç bir məlumat vermir. Onlar yalnız bizə qarşı məlumat verirlər. Buna görə də biz “Human Rights Watch” təşkilatı ilə əməkdaşlığı beş-altı il bundan əvvəl dayandırdıq. Yalnız indi bu müharibə başlayanda biz onları bura gəlməyə və öz gözləri ilə görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini istəyirdik, çünki onlar üçün “yox” demək imkanı yox idi. Buna görə biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad yoxdur. - Prezident Əliyev, bu tərəfdə neçə nəfər mülki şəxs öldürülüb? Onların sayı nə qədərdir? - Paşinyan rejimi tərəfindən 92 mülki şəxs öldürülmüşdür, 405 nəfər yaralanmışdır, demək olar ki, 3 min ev ya dağıdılmışdır, ya da ciddi zərər görmüşdür. Beləliklə bunlar faktlardır və siz oraya gedib onları yoxlaya bilərsiniz. - Biz cəbhə xəttini özümüz gedib görmək istəyirik və sonuncu dəfə buraya səfər etdikdə, bizim oraya müstəqil səfər etmək üçün qarşımız alınmışdır. Bizə bu dəfə oraya gedə biləcəyimizə dair təminat verə bilərsinizmi? - Bəli, hesab edirəm ki, bu, mümkündür. Ancaq sizi qorumaq üçün təhlükəsizlik tədbirləri görülməlidir. Lakin düşünürəm ki, bu, mümkündür. Bu, ümumi durum və hərbi vəziyyət haqqında qanunvericiliklə tənzimlənir. Ona görə, bu səfər müvəqqəti qaydalara uyğun olmalıdır. - Beləliklə, biz cəbhə xəttində sərbəst hərəkət edə bilmərik? - Cəbhə xətti dedikdə nəyi nəzərdə tutursunuz? Döyüşlərin baş verdiyi yerə getməyi? - Bəli. - Orada jurnalistlər olublar. - Lakin onlar sərbəst hərəkət etməyiblər. - “Sərbəst” dedikdə nəyi nəzərdə tutursunuz? - Hökumətin müşahidəçiləri olmadan sərbəst hərəkət etmək. Öz istəyinə görə hərəkət etmək. Biz başqa münaqişələrdə bunu edirik. Biz haraya getmək istədiyimizi qərarlaşdırırıq, biz öz seçimlərimizi edirik, oraya gedirik və hadisələri lentə alırıq. - Mən bu barədə əmin deyiləm. Düşünürəm ki, belə bir imkanın olub-olmadığını səlahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır. Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var - onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat vermək. Lakin gizlədiləsi bir şey yoxdur. Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədə olmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görə bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardır və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı alırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar qalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıra qədər qovacağıq. - Bu, erməni vətəndaşlarına çox dəhşətli bir mesaj kimi səslənir. - Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq. Bizim onlarla təmaslarda heç bir yanlışlığımız yoxdur. Mən dəfələrlə demişəm və dediklərimin üstündə dururam. Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar. Onların daha çox məvacibləri olacaq, çünki Azərbaycandakı məvaciblər daha yüksəkdir. Onların daha yüksək təqaüdləri olacaq, çünki Azərbaycanda təqaüdün məbləği Ermənistandan üç dəfə çoxdur. Onlar sosial müdafiə ilə təmin olunacaqlar. Biz bu ərazilərə böyük sərmayələr yatıracağıq, onlar yoxsulluqdan xilas olacaqlar... - Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı? - Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz? - Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər. - Hansı müstəqil mənbələrdən? - Bir çox müstəqil mənbələrdən. - Deyin mənə, hansılardır? - Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm. - Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz. - Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil? - Xeyr. Əsla yox. - Fəal azad müxalif media var? - Əlbəttə ki. - Mən bunu harada görə bilərəm? - Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz. - Qəzetlərdə yox. - Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız? - Burada müxalifətin olmasına icazə varmı? - Bəli, icazə var. - QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır. - Xeyr, əsla. - Tənqidçilər həbsxanadadır. - Xeyr, əsla. - Bunların heç biri həqiqət deyil? - Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür? - Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik. - Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək. - Yox, Prezident Əliyev. - Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur. - Münaqişəyə qayıdaraq... - Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız. - Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev. - Bu, sizin xoşunuza gəlmir. - Bu, xoşa gəlmək məsələsi deyil. - Siz buna öyrəşməmisiniz. - Bu, bizim müsahibənin mövzusu deyil. - Çünki siz ancaq hücum etməyə adət etmisiniz. - Bu, bizim müsahibənin mövzusu deyil. - Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız. - Siz bu məsələni qaldırdınız. - Xeyr, siz qaldırdınız. - Siz Asanj məsələsini qeyd etdiniz. - Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır. - Prezident Əliyev, Siz suala cavab verdiniz. Münaqişə mövzusuna qayıdaraq, Sizin dediyiniz kimi 40 gündür ki, toqquşma davam edir, Siz münaqişənin nə qədər davam etməsini gözləyirsiniz? Qışda da döyüşlər gedəcək? - Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinə qayıdaraq, əgər Paşinyan bu gün “mən əsas prinsipləri qəbul edirəm və mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir həftə və ya iki həftə içində boşaldacağam” desə, biz dərhal dayanarıq. - Lakin onun Sizə Dağlıq Qarabağda yerdə qalan ərazilərin boşaldılması ilə bağlı təminat verməyə ehtiyacı yoxdur. Siz kənarda qalan ərazilərdən danışırdınız. Mən Sizin mövqeyinizi başa düşmək üçün çox aydın olmalıyam. - Bəli, bu, əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çox aydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonra azərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycan vətəndaşlarının, köçkünlərin Dağlıq Qarabağa qayıtması. - Beləliklə, o, Dağlıq Qarabağı da Sizə verməlidir? - O azərbaycanlıların oraya geri qayıtmasına imkan verməlidir. Geri qayıtmasına. Şuşaya. - Beləliklə, Sizin Dağlıq Qarabağı nəzarət altında saxlamağınıza ehtiyac yoxdur? - Siz “nəzarət altında” deməklə nəyi nəzərdə tutursunuz? - Sizə Dağlıq Qarabağ üzərində fiziki olaraq nəzarəti ələ keçirmək və Dağlıq Qarabağın müdafiə qüvvələrini geri çəkmək, orada olan erməniləri geri çəkmək lazımdır, yoxsa mülki şəxslərinizin geri qayıtmasına icazə verilsəydi, bu, Sizi qane edərdi? - Ermənistanın qəbul etmədiyi əsas prinsiplərdə, - onlar faktiki olaraq etibarsızdır, çünki Ermənistan onları qəbul etməyib, - bir müddəa var ki, azərbaycanlılar oraya qayıdacaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminatı ilə orada yaşayacaqlar. Biz orada hansı idarəçilik formasının olacağını dəqiq müəyyənləşdirmək üçün danışıqlar prosesində o qədər irəliyə getməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulini azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmür. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yol yoxdur. Biz ölkənin bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sona qədər gedəcəyik. – Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcə də irəliləmisiniz və Dağlıq Qarabağ yaxınlığında əraziləri qaytarmısınız. Mülki şəxsləri nə vaxt geri qaytarmağa başlamağı planlaşdırırsınız? – İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə demək olar ki, hər şey dağıdılıb. Mən dəfələrlə demişəm ki, on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də, biz, ilk növbədə, dəymiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütün muzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki, məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim insanların orada yaşaması üçün azı ilkin şərait yaratmağa ehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli, infrastruktura investisiya yatırmalıyıq. – Beləliklə, Siz düşünürsünüz ki, bunun üçün real olaraq illər lazımdır? –Bilirsiniz, bütün işğal dövründə biz artıq 300 min qaçqın və məcburi köçkünü yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayan illər olub, çünki təkcə bu il biz 7 min köçkün ailəsini yerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq. – Prezident İlham Əliyev, icazənizlə sonda bir və ya iki qısa sual verim. Azərbaycanın çox güclü müttəfiqi olan Türkiyə Sizə böyük dəstək verib. Siz Prezident Ərdoğanla nə dərəcədə tez-tez danışırsınız? – Çox tez-tez. Xüsusilə indi, həftədə bir neçə dəfə. – Bəs gündə? - Gündə yox, amma ehtiyac olsa, gündə bir neçə dəfə ola bilər. Biz qardaşıq, dostuq. Dediyiniz kimi, böyük dəstək, siz haqlısınız. Lakin mən dəqiqləşdirmək istəyirəm, bu, siyasi dəstək və mənəvi dəstəkdir. Başqa heç nə. – Burada istifadə olunan dronları idarə edən türk pilotlar varmı? – Xeyr. – Beləliklə, onlar Sizin qüvvələriniz tərəfindən istifadə olunur? – Bəli, hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur. Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimizdən edilir. – Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz gün gələcəkmi? – Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik. – Prezident Əliyev, icazənizlə mən daha iki sualla bağlı yardımınızı xahiş edəcəyəm. Münaqişənin indi yenidən alovlanmasının və Sizin belə güclü irəliləməyinizin səbəblərindən biri kimi Türkiyənin çox güclü dəstək verdiyini, bunun həqiqətən də həlledici olduğunu iddia edənlərə nə deyərdiniz. Əminəm ki, belə iddiaları eşitmisiniz. – Xeyr, qətiyyən. Yeri gəlmişkən, Türkiyənin hərbi iştirakı haradadır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kim görüb? – Yerində iştirak deyil, güclü siyasi dəstək, daimi bəyanatlar, çox güclü regional gücdən çox güclü dəstək. Bu, burada amil deyil? – Bəli, bu, amildir. Lakin bu amil münaqişə başlayandan sonra çox mühüm əhəmiyyət kəsb etdi. Çünki əgər münaqişənin xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizə hücum edəndən və biz cavab verəndən saatlarla sonra başladı. Amma Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən baş vermədi. Bu, hər zaman belə olub. Niyə münaqişə başladı? Mən sizə deyə bilərəm. Çünki Ermənistan danışıqları pozmaq istəyirdi. Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizim ərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4 gün davam etdi və biz onları Azərbaycandan sıxışdırıb çıxarandan sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı terror hücumları planlaşdırdıqlarını etiraf etdi. Sonra sentyabrın 27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağa başladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilk qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlar bizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu, belə başladı. Niyə başladı? – Prezident Əliyev, üzr istəyirəm. Bilirəm Siz bizə tarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlıq gətirmək istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz. Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər? – Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danışa bilmərik. Hər bir insanın həyatı qiymətsizdir. Lakin bizim itkilərimiz Ermənistanınkından xeyli aşağıdır. Çünki bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi. Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq, əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb. – Prezident Əliyev, amma demək olar belə çıxmır ki, Sizin bu müharibədən başqa yolunuz yoxdur, Siz hər sonuncu qarışı geri almaq üçün döyüşməlisiniz? – Bəli, mənim dediyim məhz budur. Lakin, eyni zamanda, mən əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər naziri deyil, şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən, Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarır və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq. Biz bu müharibəni davam etdirmək istəmirik. İstəmirik. Biz dayanmaq istəyirik. Mənim indi dediyim lap əvvəldən dediklərimdir. Məni tanıyan insanlar bilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onu edirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, biz dərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri almaq istəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insan səfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir. Qeyd etdiyiniz ki, indi o, hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məğlubiyyətini etiraf edib. Əgər o, məğlubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq? Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır. Onlar bu əraziləri bizə geri qaytarmalıdırlar. Əgər onlar bunu etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu yoxdur. – Siz bilirsiniz Sizin qüvvələrinizin fəaliyyəti nəticəsində Dağlıq Qarabağda neçə mülki şəxs həlak olub? - Xeyr, bilmirik. Biz Ermənistanın Müdafiə Nazirliyinin rəsmi məlumatını eşitmişik. Biz bu rəsmi məlumata inanmırıq. – Onlar 45 mülki şəxs deyir. – Bəli, bilirəm 45, ya 47 - biz bilmirik. Mən bilmədiyim bir şeyi deyə bilmərəm. Lakin mən düşünürəm ki, bu, çox şişirdilib. Çünki biz onların kəndlərinə hücum etməmişik. Biz onların şəhərlərinə hücum etməmişik. – Hörmətli Prezident Əliyev, onların kənd və şəhərlərinə hücumlarla bağlı sənədli sübutlar var. – Mən hələ bitirməmişəm. Biz Xankəndiyə hücum etmişik, çünki Xankəndi hərbi istehkamlarla dolu idi, biz onları məhv etməli idik. – Mülki şəxslərin evləri dağılıb. - Müharibə vaxtı bu, bəzən baş verir. Belə olur. Biz o qədər dəqiq deyilik, əgər onların artilleriyası düz evin yanındadırsa. Bu, Gəncədə olduğu kimi deyil ki, onlar bəlkə də 20-30 kilometr radiusunda heç bir hərbi obyektin olmadığı mülki obyektə qəsdən ballistik raketlərlə hücum etdilər. – Mülki şəxslərin ölümü ilə bağlı məlumatlar Sizi narahat edirmi? – Bəli, əlbəttə. Mən təəssüf edirəm. Təəssüf edirəm ki, bu, baş verib. Mən qohumlarını itirən hər kəsə başsağlığı verirəm. Mən Dağlıq Qarabağdakı mülki şəxsləri nəzərdə tuturam. Lakin yenə də münaqişənin miqyasını nəzərə alaraq, yenə də hər bir insanın həyatı qiymətsizdir deyərək, itkilər yenə də çox aşağıdır. Bu, onu göstərir ki, biz mülki şəxslərə qarşı döyüşmürük. Bilirsiniz onlar 1990-cı illərdə müharibədə neçə mülki şəxsi qətlə yetiriblər? Minlərlə, minlərlə. Xocalı soyqırımında onlar 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 günahsız insanı qətlə yetiriblər, onların yalnız azərbaycanlı olduqlarına görə. Xocalı soyqırımı çox yaxşı tanınan sübuta yetirilmiş faktdır. – Siz bu qışda Dağlıq Qarabağda humanitar fəlakət təhlükəsinin olmasını qəbul edirsiniz? Siz yaxınlaşırsınız və tezliklə ərazini mühasirəyə almaq mövqeyində ola bilərsiniz. İçəridəki mülki şəxslərin taleyi necə olacaq? – Bu sual mənə yox, Paşinyana verilməlidir ki, dayansın və mən necə dayanmağı deyirəm. – Lakin Siz onları təcrid edə bilərsiniz. Əgər Sizin qüvvələriniz onları təcrid etsə, onlar necə sağ qalacaq? – Biz onların qayğısına qalacağıq. Onların qayğısına qalacağıq. Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə - ərzaqla, su ilə, hər şeylə təmin edəcəyik. Buna şübhə olmasın. Münaqişənin ilk saatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşa göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz bizim Hadrutda tapdığımız yaşlı iki adam haqqında əhvalatı bilirsiniz? Onların qohumları və hərbçilər onları, sadəcə olaraq, tərk edərək qaçmışdılar. Bir qadın və bir kişi, təxminən 90 yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya yerləşdirdik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş verdi? Həmin yaşlı kişi artıq sərhəddə, Qazaxda, buradan uzaqda olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər ki, o, xəstədir, tezliklə öləcək, biz onu istəmirik. Bilirsiniz? Onlar məhz belə etdilər. Həmin şəxs Qırmızı Xaçın himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar olsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranırıq. Ona görə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacağıq və onlar Azərbaycanın himayəsi altında daha yaxşı yaşayacaqlar. – Lakin onların təxminən 90 mini artıq qaçıb. Görünür Sizin təminatlarınız onları sakitləşdirmir. – Bizdə olan məlumata görə, Dağlıq Qarabağda yaşayan real əhali 60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox şişirdilib. Ona görə də, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70 min nəfərdir. – Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlı sual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz? Buraya sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki, Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülhün olacağı günü görürsünüzmü? – Bəli, əgər mənim mövqeyimi soruşursunuzsa, düşünürəm ki, bu, mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız Ermənistan tərəfindən asılıdır. Müharibənin bu 40 günü ərzində mən dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın, biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın balansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar Ermənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı illərdə bunu onlara təklif etmişik. Biz dedik - əraziləri boşaldın, gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər – yox. Mən Minsk qrupu həmsədrləri vasitəsilə, - onlar bunu təsdiqləyə bilərlər, - dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda sosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalar. Onlar deyiblər – yox. Mən Dağlıq Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət təklif etmişdim. Ermənistan dedi – yox. Onlar hər şeyə “yox” deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki, - bu, 1990-cı illərin ortalarında olub, - azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər. - Siz indi Dağlıq Qarabağ üçün muxtariyyət statusunu qəbul edərsiniz? – İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünki indi yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişdim və ermənilər bunu rədd etdilər. – Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə istəyirsiniz? - Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki, regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq. – Sülh naminə Sizin təklif edə biləcəyiniz hər hansı bir kompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyə biləcəyiniz nəsə varmı? – Digər tərəf kompromis arzulamadığı halda, mən kompromis təklif edə bilmərəm. Bilirsiniz, bu müddət ərzində Ermənistanın baş naziri də bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya televiziyasında bir veriliş var. Onlar eyni sualı mənə də, ona da verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi – Dağlıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddəratını təyinetmə. Amma bu kompromis deyil. Onlar hansı kompromisə getməyə hazırdırlar? Yeri gəlmişkən, bu gün onların kompromisə getmək imkanları azalır. Çünki biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarsaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə barədə danışacağıq? Beləliklə, hazırda Ermənistanın baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, “Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq”, biz dayanarıq, atəşkəs olar, əgər onlar onu yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə - status, muxtariyyət, mədəni muxtariyyət, icma və digərlərinə geri qayıdarıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımıza düz danışıram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdiyim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir. – Sizin sülh yolu ilə həllə ümidiniz varmı? – Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş meydanındakı uğurumuza əsaslanır. Mənim ümidim Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır. Çünki bizim döyüş meydanında gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtımızı aldı. -Prezident Əliyev, icazənizlə mən Sizə BBC-nin Azərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdə cavab verməyə şad olsanız, düşünürəm ki, onlar çox şad olarlar. Bu münaqişədən sonra burada, Azərbaycan xalqı üçün necə gələcək görürsünüz. Bəziləri deyər ki, bilirəm Siz razılaşmazsınız, lakin bəziləri deyər ki, bu, hələ də tam azadlığı, tam insan haqları olmayan cəmiyyətdir. Əgər münaqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onları düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansı gələcəyi görürsünüz. -Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.

Hamısını oxu
Sumqayıtda “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib

Sumqayıtda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Almazakademi Tibbi Treninq Mərkəzi, TƏBİB və Sumqayıt Tibb Mərkəzinin  təşkilatçılığı ilə “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib. Tədbir iştirakçıları öncə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Müxtəlif ixtisaslı həkimlərin iştirak etdiyi konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili,   Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, deputat Müşfiq Məmmədli çıxış edərək konfransın işinə uğurlar arzu ediblər. TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov  çıxışında bildirib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Qeyd edib ki, son illər bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, həyata keçirilən cərrahi əməliyyatlardan bəhs edib. Vurğulayıb ki, bu kimi konfransların təşkili səhiyyənin daha da inkişafına öz töhfəsini verəcək. Konfrans M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsağın cərrahlığı şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov tərəfindən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında icra edilərək 300-ə yaxın iştirakçı üçün zala translyasiya edilən canlı cərrahiyyə ilə işinə başlayıb. Plenar iclasla davam edən konfransda professorlar Qurbanxan Müslümov, Rəşad Mahmudov, İslam Mahalov, tibb üzrə fəlsəfə doktorları Emil Muxtarov, Fərid Rəfiyev, Nicat Alışov və Cavanşir Vahabov tərəfindən tibbin müxtəlif sahələrini əhatə edən təqdimatlar edilib və  iştirakçılarla bərabər səmərəli müzakirələr təşkil edilib. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hamısını oxu
Nizami Rayonunda Zəfər Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda   4 saylı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib. 5 noyabr 2022-ci il tarixində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırliğı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  liseyin direktoru Mahir Namazov, direktor müavini Vüsal Balakişiyev, şəhid anası Kəmalə Fəxri, qazilər Arzuman Vəliyev, Vasif Zeynalov, Mehdi Əhmədov və digər qonaqlar iştirak ediblər. İlk öncə  Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Mahir Namazov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Çıxış üçün söz Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Respublika Veteranlar Təşkilatının rəisi  Fatma xanım Səttarovanın və müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb: “Bu gün biz dünya azərbaycanlılarının  qürur və fəxirlə qeyd etdikləri unudulmaz bir gunun, Zəfər Gününün  qeyd olunmasına toplaşmışıq. Bu unudulmaz günü bizə bəxş edən ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Onlar nəinki, torpaqlarımızı, qürurumuzu mənliyimizi qaytardılar. İndi  başımız dik, alnımız açıq gəzirik. Ölkəmizin hüdudlarından kənarda  fəxrlə söyləyirik “mən azərbaycanlıyam”. Mən ehtiyatda olan bir zabit, bir vətəndaş kimi olkəmizə atılan iftiralara, qərəzli fikirlərə Prezident İlham Əliyevin tutarlı cavablarını izləyirəm. O, hər zaman çıxşlarında söyləyir ki, bizim tutduğumuz yol ədalətlidir. Bizim heç kəsin torpağında gözümüz yaxdur. Əgər düşmən üzərinə düşən öhtəliyi yerinə yetirməsə, dəmir yumruq işə düşəcək. Mən bir daha Allahdan şəhidlərimizə rəhmət,qazi və veteranlarımıza cansağlığı diləyirəm”. Çıxış edənlərdən direktor müavini Vüsal Balakişiyev 44 gün ərzində ordumuzun göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhid anası Kəmalə Fəxri bildirib ki, şəhidlər bir ailənin, bir nəslin yox, bütün Azərbaycanın övladlarıdır: “Mən əminəm ki, şəhidlərimiz qədirbilən  xalqımızın daim qəlbində yaşayacaq. Mən bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
“Vətən uğrunda ölərəm”

Oturub düşünsən bir az dərindən Bu torpaqda ulu hər yan, hər yerdi. Bu qədər dəyərsiz idisə Vətən, Mübariz nə üçün canını verdi?! Bu misraları yazanda əsgər Əlikram Xanışovun heç 20 yaşı yox idi. Qonşu rayondan olan əfsanəvi Milli Qəhrəman Mübariz İbrahimov haqqında düşüncələ­rini qələmə almağa çalışmışdı. Elə bu duyğularla da onun yolunu davam etdir­mək üçün müddətli hərbi xidmətdən cəmi 20 gün sonra müqavilə əsasında işləyən kiçik komandir heyətinə qəbul olunmuş­du.  Bir neçə ay keçməmiş Vətən mühari­bəsi başlananda həyatını hərb işinə həsr edən Əlikram sevinmişdi ki, nəhayət, iş­ğalçılardan qisas almaq üçün fürsət yara­nıb. Buna görə də ön cəbhədə mərdliklə döyüşür, azacıq sakitlik yaranan kimi isə qeyd dəftərçəsinə Vətənlə bağlı poetik duyğularını yazırdı:  İnsan deyərəm mən sənə, haqqına can ver, Gəl, saxlama öz haqqını pünhan ürəyində. Bəli, Vətən uğrunda şərəflə vuruşa­raq ölmək onun amalı idi. Odur ki, döyüş­lər başlanandan bir həftə sonra şəhadətə ucalması ilə sanki arzusuna qovuşdu Əlikram. “Əgər ölsəm, eləyin cismimə bayrağı kəfən”, – deyən şəhid, arzuladı­ğı kimi, üçrəngli Azərbaycan bayrağına bükülərək doğma Göytəpə şəhərinə gə­tirildi...  Əlikram Xanışov ölümündən sonra Prezident sərəncamları ilə “Cəsur dö­yüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan şe­irlər kitabına isə onun müqəddəs məslə­kinə uyğun ad qoyulub: “Vətən uğrunda ölərəm”.  Cəlilabad şəhərindəki 3 nömrəli tam orta məktəbin geniş akt zalında şəhid şairin kitabının təqdimat mərasiminə top­laşanlar – hərbçi dostları, qazilər, əmək və müharibə veteranları, ictimaiyyət nü­mayəndələri, müəllim və şagirdlər öncə onun ölməz xatirəsinə baş əyiblər. Ra­yon Veteranlar Təşkilatının sədri – kita­bın redaktoru və ön sözünün müəllifi, şair Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikramın həyat və döyüş yolu haqqın­da danışıb, onun fitri istedad sahibi kimi erkən yaşlarından yaradıcılıqla məşğul oldugunu bildirib. Qeyd edib ki, kitabdakı şeirlərin böyük əksəriyyəti vətənpərvərlik ruhunda yazılan nümunələrdir.  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, tanın­mış mədəniyyət işçisi Xeyrulla Şahba­zov, hərbçi mayor Elşən Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Rəşidov, şəhidin döyüş yoldaşı Mirnatiq Cabbarlı, AYB üzvləri Əfrahim Abbas, İman Abdulla, Sakit İsayev, xeyriyyəçi sahibkar Rafiq Abışov və başqaları çıxış edərək torpaq­larımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu, şəhid ailələrinə və qa­zilərə dövlətimizin daim diqqət və qayğı göstərdiyi xüsusi vurğulayıblar. Şəhid Əlikram Xanışovun məktəblilərin ifasın­da səslənən şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şəhidin anası Xoşqədəm Xanışova kitabın nəşrini və təqdimatını təşkil etdi­yinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda şəhid Əlikram Xanışovun "Vətən uğrunda ölərəm" adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub.  “Xalq” qəzeti Ə.ƏLİYEV  

Hamısını oxu