Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ramiz Mehdiyevlə bağlı baş verənlər göstərdi ki, Prezidentimizin ətrafında daha sıx birləşməliyik”

“Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı baş verən son hadisələr bir dah sübut etdi ki, biz xalq olaraq Prezidentimizin ətrafında daha sıx birləşməli, dövlətimizi mümkün təhlükələrdən qorumaq üçün ciddi həmrəylik sərgiləməliyik”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Ramiz Mehdiyev olayı göstərdi ki, nəinki ölkəmizin xaricində, hətta ölkə daxilində belə dövlətimizi istəməyən, dövlətçiliyimizi sarsıtmaq üçün qüvvələr mövcuddur və bu qüvvələr aktiv fəaliyyətdədir. Həmin qüvvələr öz çirkin məqsədlərini həyata keçirmək üçün kənar dövlətlərlə belə təmaslar qurmağa, onlardan dəstək almağa çalışır.

Biz gələcəkdə bu kimi halların qarşısını almaq, bu qüvvələrin anti-milli, anti-dövlət fəaliyyətini vaxtında əngəlləmək üçün daim ayıq-sayıq olmalı, eyniylə 44 günlük Vətən müharibəsində olduğu kimi hər an dövlətimizin, Prezidentimizin yanında olmalıyıq. Anlamalıyıq ki, dövlətimizin gələcəyi, xalqımızın təhlükəsizliyi sadəcə dövlət qurumlarından deyil, həm də bizim hər birimizdən asılıdır və biz vətəndaş olaraq bu məsələdə əlimizdən gələni əsirgəməməliyik”.

Polkovnik, Ramiz Mehdiyevlə bağlı yaşananların Azərbaycan dövlətinin gücü baxımından da bir sıra mühüm həqiqətləri ortaya çıxardığını bildirdi:

“Ramiz Mehdiyev olayı sübut etdi ki, Azərbaycan dövləti, onun hüquq-mühafizə orqanları kifayət qədər güclüdür və bu kimi təxribatların vaxtında de-şifrə edilməsini təmin edə bilir. Sabiq administrasiya rəhbəri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin ortaya qoyduğu peşəkarlıq buna nümunədir.

Azərbaycan xalqına, Azərbaycan dövlətinə düşmən olan, bu xalqın, bu dövlətin çörəyini yeyə-yeyə onun məhvinə çalışan hər kəs bilməlidir ki, onların hamısının sonu acınacaqlı olacaq. Onların hamısının gizli fəaliyyəti aşkara çıxarılacaq və bu şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Bu məsələdə hər bir azərbaycanlı dövlətimizə, əlaqədar dövlət qurumlarına dəstək verməli, anti-Azərbaycan mahiyyətli ən xırda fəaliyyətin belə qarşısını qətiyyətlə almalıdır. Dövlətimizin təhlükəsizliyi, xalqımızın rifahı bizdən məhz bunu tələb edir”.

Seymur ƏLİYEV

2025-10-22 14:25:52
2818 baxış

Digər xəbərlər

Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olublar

Veteran.gov.az xəbər verir ki, 6 may 2026-cı il tarixində Qırğızıstan Respublikasının Veteranlar Təşkilatının üzvləri – Adılbayeva Venera, Altımışova Nurula, Kasımbekova Kamiya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər. Polkovnik Cəlil Xəlilov görüş əsnasında qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə  ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Daha sonra qarşılıqlı xatirə hədiyyələri təqdm olunub. Məlumat üçün qeyd edək ki, Qırğızıstan Veteranlar Təşkilatının üzvləri 2018-ci ildə 7 min metr hündürlükdəki Lenin Pikinə qalxaraq üzərində Ümummilli Lider Heydər Əliyevin rəsmi əks olunan vimpel nümayiş etdiriblər. Seymur ƏLİYEV

Hamısını oxu
Nəsimi rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri, e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 22 aprel 2022-ci iltarixində  Bakı şəhəri Nəsimi   rayonunda yerləşən 111  saylı tam orta məktəbdə tədbirdə iştirak  ediblər.  Tədbir   Böyük Vətən Müharibəsinin  qələbə ilə başa çatmasında  Azərbaycan xalqının rolu və  Qarabağ torpaqlarının işğaldan azad olunmasında ordu-xalq birliyinə həsr edilmişdir. Tədbirdə BVM-si veteranı Ağababa İskəndərov, Nəsimi rayon VT –nın sədri Validə Vəliyeva, məktəbin direktoru Jalə Hacıyeva, şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açdı. O, qonaqları tədbir iştirakçılarına təqdim etdi. Vətən, torpaq  ugrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra söz BVM-si veteranı Ağababa İskəndərova verilib. Ağababa İskəndərova keçdiyi şərəfli döyüş yolundan şakirdlərə bəhs edib. Vətənimizi, torpaqlarımızı, xalqımızı sevməyi onlara tövsiyə etdi. Sonra söz Adil  Haqverdiyevə verildi.O, çıxış edərək bildirdi ki, BVM –nin qələbə ilə başa çatmasında xalqımızın misilsiz xidmətləri olmuşdur: “Alman faşistlərinin böyük hərbi planlarından biri Bakını işğal etmək və neft buruqlarını ələ keçirmək idi.Qəhrəman döyüşçülərimiz faşistlərin arzusunu gözlərində qoydular. Müharibənin sonuna qədər ordu  neftlə təmin olundu. Qələbədən sonra mütəxəssislər dəfələrlə etiraf etmişdilər ki, Bakı nefti olmasaydı, bəlkə də qələbə çalmaq mümkün olmayacaqdı. Ön və arxa cəbhənin birgə fədakarlığı qələbəni təmin etdi. Şanlı tarixi olan bir xalqın torpağına göz tikmək sadəcə ağılsızlıqdır.Uzun illərin sülh danışıqlarına məhəl qoymayan düşmən, Müzəffər Ordumuzun gücü qarşısında  44 gün ərzində darmadağın olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda Azərbaycanın üçrəngli  bayrağı dalğalanır. Mən çıxışımın sonunda  bir daha torpaq uğrunda həlak olanlara, şəhidlərə uca Allahdan rəhmət diləyirəm!” Tədbirin sonunda xatirə şəkli çəkildi.  

Hamısını oxu
Vüsal Abdullazadə: Gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək əsas məqsədimizdir

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdilər. Haqq savaşına çıxan Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoymaqla tarixi ədaləti bərpa etdi.   Bu sözləri Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri zamanı Azərtac-a müsahibəsində bildirib. Xalqımızın bu günlər torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasını, tarixi Qələbənin birinci ildönümünü böyük qürurla qeyd etdiyini bildirən V.Abdullazadə Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, eləcə də turnirlərin təşkilinin artıq ənənə halını aldığını vurğulayıb: “Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, turnirlərin təşkili artıq ənənə halını alıb. Bu cür tədbir və yarışların təşkilində əsas məqsəd idmançıların yarış təcrübələrini zənginləşdirməklə yanaşı, gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaqdır”.   Qeyd edək ki, sentyabrın 25-də uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Bakı İdman Sarayında start götürmüş və Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri bu gün başa çatacaq.  

Hamısını oxu
Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır

Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları əməkdaşlarının bu gün peşə bayramıdır.1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, həm cümhuriyyət, həm də Sovetlər Birliyi dövründə öz şərəfli missiyasını layiqincə yerinə yetirib, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq, daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, böyük təcrübə qazanaraq, daha da möhkəmlənib. Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır .-deyə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynov qeyd edib.Polisin şanlı tarixinin ən mühüm mərhələləri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər, mərhum Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən məhz bu tarixi gün - 2 iyul respublikada hər il polis əməkdaşlarının peşə bayramı - Polis günü kimi qeyd edilir.İllərin danılmaz həqiqətlərindən biri də budur ki, artıq heç bir qüvvə daxili işlər orqanlarına Vətənə xidmət borcunu yerinə yetirməkdə mane olmaq iqtidarında deyil. Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara da uyğunlaşdırılır. Bu çətin günlərdə biz hamımız vətəndaşlarımızın sağlamlığı naminə onların atdığı qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinin və peşəkarlığının şahidi oluruq.Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının kollektivi adından və şəxsən öz adımdan peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edir. General Tofiq Ağahüseynov   

Hamısını oxu