Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qarabağ müharibəsi veteranı Şahin Şabanov vəfat edib

Qarabağ müharibəsi veteranı, polis mayoru Şabanov Şahin Yusif oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə mərhumun qardaşı Nərimanov Rayon Veteranlar Təşkilatının sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanova, eləcə də mərhumun digər yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!

2025-10-27 15:01:57
2521 baxış

Digər xəbərlər

Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

Veteran.gov.az xəbər verir ki, 23 sentyabr tarixində dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub. Qonağı qarşılayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumla bağlı məlumat verərək bildirib ki, Şura Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov məsələnin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır. Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun Tərtər İcra Hakimiyyəti ilə birgə təsis etdiyi fəxri diplomu qonağa təqdim edib. R.Deqati Azərbaycana hər gəlişinin bir məqsəd daşıdığını vurğulayaraq bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurublar, ekoloji terror həyata keçiriblər, qəbirstanlıqlarda vəhşiliklər törədiblər, şəhərləri, kəndləri viran qoyublar. Səfərdən məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib. R.Deqati həmçinin Azərbaycan Mətbuat Şurası rəhbərliyinə əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib.   Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri – “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov da öz növbələrində R.Deqatinin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsindəki fəaliyyətinə toxunublar. Onlar bu fəaliyyətin önəmini informasiya savaşındakı mühüm amillərdən biri kimi dəyərləndiriblər.  

Hamısını oxu
“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması, habelə Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, həbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Tramp administrasiyasının dövlətimizə göstərdiyi etimad Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir: “Donald Trampın Ağ Ev rəhbərliyinə gəlməsindən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələyə şahid olmaqdayıq. Buna səbəb Prezident İlham Əliyevin hər zamankı kimi ABŞ-la münasibətlərin inkişafına xüsusi maraq göstərməsi, Tramp administrasiyasının isə sələflərindən fərqli olaraq ölkəmizə münasibətdə səmimi və ədalətli mövqe sərgiləməsidir. Məhz qarşılıqlı inam və etimadın nəticəsidir ki, Azərbaycan yeni dünya nizamının nəticəsi olaraq meydana gələn Sülh Şurasında təmsil olunmaqda, bir-birindən maraqlı təklif və təşəbbüslərlə çıxış etməkdədir. Prezident İlham Əliyevin fevralın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı, iclas zamanı Donald Trampın dəfələrlə dövlət başçımıza xitab etməsi, onun siyasi fəaliyyətini dünya liderlərinin gözü qarşısında aşkar şəkildə təqdir etməsi Azərbaycanın qlobal güclər səviyyəsində qəbul edildiyini, ölkəmizin siyasi iradəsi ilə super güclərin belə razılaşdığını göstərir”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Qəzzanın bərpası prosesində də aktiv iştirak edə bilər: “Sülh Şurasının ilk iclasında müzakirə edilən əsas məsələlərdən biri Qəzza ilə bağlı idi. Bildiyiniz kimi, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bir neçə ildir ki, geniş təmir-tikinti və abadlıq işləri həyata keçirir, bu sahədə zəngin təcrübəyə malikdir. Azərbaycan bu təcrübədən Qəzzanın bərpası prosesində də istifadə edə, müharibə nəticəsində viran qalan ərazilərin yenidən dirçəldilməsinə töhfə verə bilər. Ehtimal ki, ABŞ və Sülh Şurası Azərbaycanın bu təcrübəsindən Qəzzanın yenidən inşasında istifadə edəcək. Xatırladım ki, Azərbaycan zaman-zaman BMT institutları vasitəsilə Fələstinə humanitar yardımlar göstərib, müharibədən əziyyət çəkən insanların sosial təminatının yaxşılaşması istiqamətində konkret addımlar atıb. Bu baxımdan, yaxın gələcəkdə Azərbaycanın bu sahədəki fəaliyyətini də genişləndirməsi gözləniləndir. Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan yaxın gələcəkdə Sülh Şurasındakı aktivliyini daha da artıracaq və daha təhlükəsiz dünyanın formalaşmasına töhfə verəcək”.  

Hamısını oxu
“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi müqəddəs Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib.Tədbir “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı və iş adamı Rafiq Atakişiyevin dəstəyi ilə həyata keçirilib.Tədbirdə iş adamları, şəhid ailələri, qazilər, birliyin üzvləri və media nümayəndələri iştirak ediblər. Məqsəd Qurban ibadətinin neçə-neçə məna və faydasını dərk edərək birlik və bərabərliyin hikmətini, bəndələrə dünya və axirətlə bağlı yaxşı əməllərə sahib olmağın faydalarını çatdırmaqdır.Birlik sədri Yasəmən Qəyyumova öncə hər kəsi salamlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Yasəmən xanım çıxış edərək, Qurban bayramının xüsusi özəlliklərindən danışıb. O, bildirib ki, Allah-Təala hər bir işi Hakim ismi-şərifinə uyğun, yəni hikmətlə icra edir. İnsanın ağıl və idrakı isə bunun bir qismini bəzən dərk edir, bəzən də dərk edə bilmir. İbadətin hikməti isə onun məqsədi, yaxud səbəbi deyildir. İbadətlərin əsl səbəbi Allahın əmr etməsidir. Məhz Allah əmr etdiyinə görə Ona ibadət edilir. Qurban kəsmək də bir ibadətdir. Nə qədər dünya və axirət, maddi və mənəvi,  fərdi, ictimai hikmət və faydaları olsa da, bunlar üçün deyil, sırf Allahın əmri olduğuna görə yerinə yetirilir. Ona görə də hər şeydən əvvəl bu həqiqətə qəlbən etiqad etmək, inanmaq lazımdır.Deməli, qurban insanların Allahın uca adını zikr etməsi, yer üzündə olan bütün heyvanların Onun mülkü olduğunu bilməsi və heyvanların sırf ilahi mərhəmət olaraq bəşəriyyətin istifadəsinə verilməsi şüuruna çatması üçün bir ibadət kimi əmr buyurulmuşdur. Qurban Allah yolunda fədakarlıq şüuru aşılayır.Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. Qurban Allah-Təalanın həzrət İbrahimi çəkdiyi imtahanın davamıdır. Müsəlmanın Allaha qulluqda verdiyi imtahanlardan biridir. Quran bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Həzrət İbrahimdə möhtəşəm bir təslimiyyət, iman və itaət vardır. İllərdir, övlad həsrəti ilə alışıb yanmışdı. Allah ona ahıl yaşlarında oğul verdi, sonra oğul böyüyüb yeniyetmə çağına çatanda yuxusunda oğlunu qurban kəsdiyini gördü. Bu yuxunun oğlunu qurban etmək üçün Rəbbindən bir işarə bildi. Halbuki yuxuda gördüyü sadəcə işarə idi, açıq-aşkar vəhy deyildi. Lakin həzrət İbrahimə Allahın əmrlərinə boyun əymək və itaət etmək üçün bir işarə kifayət edirdi. Ata-oğul birlikdə Allah itaətin kamal zirvəsində əmri yerinə yetirməyə getmişdilər. Həzrət İbrahim oğlunu üzü üstə uzadıb kəsmək istəyəndə Allah-Təala onlara imtahandan alnıaçıq çıxdıqlarını bildirərək qurbanlıq qoç göndərmişdi. İmtahanın əsl üzü, itaətin gözəlliyi və təslimiyyətin böyüklüyü üçün bir məşəl kimi ucalan bu möhtəşəm hadisənin xatirəsi qurban adəti ilə davam edir. Qurban ibadəti İslam və möminlər üçün Allahın dini şüarlarından biri olaraq  insanı Allaha yaxınlaşdırır. Qurban Allah sevgisinin isbati kimi varlıya şükür, kasıba da təşəkkür hissini aşılayır. Birlik sədri çıxışının sonunda Qurban ibadəti, sözün əsl mənasında, bütün faydaları ilə birlikdə Allahın bəşəriyyətə ən böyük ərməğanlarından biri və ilahi ziyafət süfrəsi olduğunu bildirib. Daha sonra iş adamı Rafiq Atakişiyev çıxış edərək vurğulayıb ki, Qurban bayramının adət və ənənəsi sosial ədalətin təmin olunmasına xidmət edən İslamın ümumbəşəri yardımlaşma kampaniyasını təşkil edir. Bizdə bu müqəddəs Qurban bayramı münasibətilə yardımlaşma və həmrəyliyə xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin bizlərə əmanətləri olan ailələri və sağlamlığının bir qismini itirən qazilərlə bir arada olmağı  özünüzə borc bildik. Çıxış edən hər kəs bir-birini Qurban bayramı münasibətilə təbrik edib.Sonunda tədbir iştirakçılarının hər birinə qurban payları verilib. Fərid Səfərov Mətbuat katibi

Hamısını oxu
Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında konsul Aleksandr Arxipov Fatma Səttarovaya Belarus Prezidentinin təbrik məktubunu çatdırıb. Fatma Səttarova bayram münasibəti ilə ona ünvanlanan təbrik məktubuna görə Belarus Prezidentinə təşəkkürü bildirib, minnətdarlığını ifadə edib. Görüşdə həmçinin Azərbaycan və Belarus veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  

Hamısını oxu