Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“8 noyabr Zəfər Bayramı” ilə əlaqədar olaraq müharibə əlil və veteranlarına ziyafət verilib

Tədbir “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib

“8 noyabr Zəfər Bayramı” ilə əlaqədar olaraq 70-ə yaxın müharibə əlil və veteranlarına ziyafət verilib. Tədbir “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən həyata keçirilib.

Tədbirdən öncə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri Dayaq təşkilatının sədr müavini Məcid Məmmədov açaraq qeyd etmişdir ki, bu gün biz müstəqil Azərbaycanın ən şanlı, ən qürurlu səhifələrindən birini – 8 Noyabr Zəfər Gününü böyük fəxarət və iftixarla qeyd edirik! Bu gün tariximizin qızıl hərflərlə yazıldığı gündür. Bu gün — xalqımızın 30 illik nisgilinə, işğal acısına son qoyulduğu, torpaqlarımızın azad edildiyi, ədalətin bərpa olunduğu gündür! Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın birliyi, igid oğullarımızın qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandıq. Şuşanın azad olunması ilə bu qələbə zirvəyə çatdı, düşmən ordusu darmadağın edildi, üçrəngli bayrağımız yenidən Qarabağ səmasında ucaldı. Bu zəfər təkcə bir hərbi qələbə deyil. Bu zəfər xalqın birliyinin, dövlətin gücünün, vətən sevgisinin təntənəsidir.

Biz bu qələbəni qanı, canı, namusu ilə qoruyan şəhidlərimizin, igid qazilərimizin hesabına qazandıq. Onların hər biri bizim fəxrimiz, qürurumuzdur!

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür, can sağlığı versin!

Bu gün artıq Qarabağda həyat yenidən qaynayır. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında yenidən tikinti, quruculuq işləri aparılır. Doğma yurda qayıdan hər bir vətəndaşımızla birlikdə torpaqlarımız yenidən dirçəlir, “Qarabağ Azərbaycandır!” şüarı artıq bütün dünyada gerçəkliyə çevrilib. Bu qələbə bizə həm də böyük məsuliyyət verir. Çünki bu zəfəri qorumaq, onu əbədiləşdirmək hər birimizin borcudur. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməli, azad Qarabağın sabahını qurmaq üçün çalışmalıyıq. Çünki Zəfər yolu heç vaxt bitmir — o, əbədi inkişaf, güc və birlik yoludur!

Zəfər Gününüz mübarək! Qarabağ Azərbaycandır!

Tədbirdə çıxış edən Dayaq təşkilatının sədri Qalib Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edərək qeyd etdi ki, bu möhtəşəm gün Azərbaycan xalqının şərəf və qürur tarixində ən parlaq səhifələrdən biridir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və sarsılmaz iradəsi nəticəsində 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız azad edildi.

Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli birliyin, vətənpərvərliyin, milli ruhun təntənəsidir. Bu qələbə hər bir azərbaycanlının ürəyində fəxarət, qürur və sonsuz minnətdarlıq hissi oyadır.

Biz bu gün Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik, eyni zamanda şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edirik. Onların qanı, igidliyi və fədakarlığı sayəsində bu torpaqlarda sülh, azadlıq və sabitlik bərqərar olub. Qazilərimizə isə minnətdarlığımız sonsuzdur onların hər biri qəhrəmanlıq salnaməmizin canlı nümunəsidir. Bu qürur dolu gün bizə bir daha xatırladır ki, Azərbaycan xalqı bir olduğu müddətcə qarşısında heç bir qüvvə dura bilməz.
Qoy üçrəngli bayrağımız daim Qarabağ səmasında dalğalansın, Vətənimiz əbədi azad, xalqımız xoşbəxt olsun!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki,  Bu gün biz Azərbaycanın ən şanlı, ən qürurlu günlərindən biri – 8 Noyabr Zəfər Gününü böyük iftixar hissi ilə qeyd edirik!

Bu möhtəşəm tarix Azərbaycan xalqının birliyinin, ordumuzun igidliyinin və Ali Baş Komandanımızın müdrik rəhbərliyinin parlaq təntənəsidir. Bu qələbə asan başa gəlməyib. On illərlə həsrətini çəkdiyimiz doğma torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəman oğul və qızımız canından keçdi. Onların hər biri bu gün azad və müstəqil Azərbaycanın əbədi qəhrəmanlarıdır. Biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiram və minnətdarlığımızı bildiririk. Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi, öz tarixi ədalətini bərpa etdiyi dövrdür.
Həmin günlərdə xalqımız ordusuna dayaq oldu, əsgərimiz Vətən naminə canını fəda etdi və nəticədə düşmən üzərində möhtəşəm Zəfər qazandıq. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, bu xalqın iradəsi sarsılmaz, ordusu məğlubedilməz, torpaqları isə bölünməzdir! Bu ruhu qorumaq, onu gənclərə ötürmək bizim borcumuzdur.

Vətən Müharibəsi qazisi Polkovni-leytenant Anar Həsənov və digər qazilərimiz çıxış edərək 44 günlük vətən müharibəsindən danışaraq  8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi ürəkdən təbrik edərək bu qələbə xalqımızın birliyi, ordumuzun rəşadəti və şəhidlərimizin müqəddəs qanı bahasına qazanıldığını bildirdilər.
Biz qazilər olaraq fəxr edirik ki, bu şanlı tarixdə payımız var və Vətən uğrunda mübarizə aparmaq bizə nəsib olub. Qoy bayrağımız daim azad Qarabağ səmasında dalğalansın! Zəfər Günümüz mübarək olsun!

Qarabağ Azərbaycandır!

Tədbirin sonunda Vətən Müharibəsi Əlilərinə Dayaq təşkilatının hədiyyələri təqdim olundu.

 

2025-11-03 18:17:34
2832 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndələri aprel döyüşlərinin beşinci ildönümü ilə bağlı tədbirə qatılıb

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 7 aprel 2021-ci il tarixində  Nəsimi rayonunda aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunan tədbirdə iştirak edib.   Tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, BVM iştirakçısı Ağababa İsgəndərov, 2016-cı ilin aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin qaziləri Mətləb Əhmədov, Elxan İmranov, Elçin Əhmədov və digər qonaqlar iştirak edib.   Validə Vəliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib  Daha sonra söz Zərifə Quliyevaya verilib. Z.Quliyevanın təklifi ilə ilk növbədə torpaqlarımız azadlığı uğrunda qəhrəmancasına həlak olan  şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Qazilərlə səmimi söhbət edən Zərifə xanım, onlarla yanaşı durmaqdan qürur duyduğunu ifadə edib.   Daha sonra çıxış edən Yasəmən xanım Vətən müharibəsinin önəmindən danışıb, habelə bu cür tədbirlərin təşkilində göstərdiyi köməkliyə görə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya və sədr müavini Cəlil Xəlilova minnətdarlığını bildirib.   Ehtiyatda olan polkovnik Adil Haqverdiyev isə çıxışında Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştiakçılarına çatdırıb. Daha sonra aprel döyüşlərinin önəminə toxunan Adil Haqverdiyev, Azərbaycan ordusunun öz qəhrəmanlığı ilə tarix yazdığını qeyd edib.   Tədbirin sonunda qazilərə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Zəfər” futbol turniri keçiriləcək

Turnir Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə təşkil olunur   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə “Zəfər” futbol turniri keçiriləcək. Ölkəmizin tarixi qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirin açılış oyunu sentyabrın 27-də baş tutacaq. Turnirdə 17 komanda birincilik uğrunda mübarizə aparacaq. Finala yüksələn komandalar arasında həlledici oyun noyabrın 8-də baş tutacaq və qalib komanda müəyyənləşəcək.   Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən “Zəfər” futbol turniri Vətən Müharibəsində Zəfərin ən böyük pay sahibləri olan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.  

Hamısını oxu
Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir

Xəbər verildiyi kimi, 22 aprel 2021-ci il tarixdə 24 nəfərdən ibarət Azərbaycan Respublikası prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri tərəfindən yığıncaq keçirilərək “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin təsis edilməsi barədə qərar qəbul olunmaqla, yığıncaqda birliyin İdarə heyəti formalaşdırılaraq hüquqi ünvanı müəyyən edilmişdir.  Qeyd olunmalıdır ki, Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasının prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sosial, mənzil-məişət problemlərinin həlli, sağlamlıqlarının möhkəmləndirilməsi, o cümlədən qanunla nəzərdə tutulmuş digər maddi və mənəvi yardımların göstərilməsi istiqamətində əməli köməklik göstərilməsi və digər məsələlərdən ibarətdir. Bu gün Baş Prokurorluğun rəhbərliyi ilə 30 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir.  Tədbirdə giriş nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev Birliyin fəaliyyətə başlaması münasibətilə veteran və pensiyaya çıxmış əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, hazırkı dövrədək prokurorluq orqanlarından yaşa görə 18-i qadın olmaqla 381 nəfərin təqaüdə çıxdığını qeyd etmişdir. Kamran Əliyev zəngin təcrübəyə malik prokurorluğun veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşməyin vacibliyini vurğulamışdır. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunmuşdur. Göstərilən gündəlik diqqət və qayğıya görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri  Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə etmiş, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulamışdır. Sonda xatirə fotoşəkli çəkdirilmişdir.  

Hamısını oxu
PA nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb

2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Görüşdə Rəyasət Heyətinin üzvləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva tərəfindən daim göstərilən diqqət və qayğıya görə təşəkkür edib, bunun bariz nümunəsi kimi təşkilatın rəhbəri Fatma Səttarovanın yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmasını mənmunluqla xatırlayıblar. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi üçün əlavə imkanlar müzakirə edilib, təkliflər dinlənilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi müvafiq qeydlər götürüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu