Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“8 Noyabr Azərbaycanın dövlətçilik tarixində zəfər erasının başlanğıcıdır”

“Bu qələbə göstərdi ki, dünyanın Ordumuzdan və Prezidentimizdən öyrənməli olduğu çox şey var”

 Sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi günlə bağlı  “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev Moderator.az saytına müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

 -Səmyar müəllim, sabah 8 Noyabr – Zəfər Günüdür. Bu tarixi gün və onun əhəmiyyəti ilə bağlı fikirinizi bilmək istərdik.

 -Mən öncə bu tarixi və müqəddəs bayramla əlaqədar olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi adından 8 Noyabr zəfərinin baş memarı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi, hörmətli Birinci Vitse-prezident Mehriban Əliyevanı, Silahlı Qüvvələrimizi, qazilərimizi, bütün Azərbaycan xalqını təbrik edir, şəhidlərimizin ruhu qarşısında hörmətlə baş əyirəm.  

 Azərbaycanın yalnız hərb tarixinə deyil, bütövlükdə, dövlətçilik tarixinə qızıl hərflrə həkk olunan bu tarixi zəfər Prezidentimizin və Ordumuzun xalqımıza, dövlətçiliyimizə əbədi töhfəsi oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində 30 illik işğala son qoyan  Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərimizin bərpası baxımından da həyati addım atdı.

 Qələbə nəticəsində xalqımız özünə olan inamını tam bərpa etdi, xalqımızın qürur və ləyaqətinin tapdanmasına son qoyuldu. 8 Noyabr zəfəri sadəcə erməni faşizminə deyil, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı məğlubedilməzdir və onun sülh arzusunu zəiflik kimi qəbul etmək, onunla təhdid və təzyiq dili ilə danışmaq yanlışdır. Necə ki, cənab Prezident İlham Əliyev dəfələlər qeyd edib ki, heç kim Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz və bu cür danışmaq istəyənlər heç vaxt öz məqsədlərinə nail olmayacaqlar.

-Sizcə 8 Noyabr zəfəri dünyanın Azərbaycana olan baxışını necə dəyişdi?

 -Etiraf etmək lazımdır ki, qələbə ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, dünyanın bizə olan baxışının da əhəmiyyətli dərəcədə dəyişilməsində mühüm rol oynadı. Biz 2020-ci iln 8 Noyabr zəfərinə qədər təcavüzə məruz qalan, işğalın nəticələrini ortadan qaldıra bilməyən, məğlub tərəf idik. Demək olar ki, dünya dövlətlərinin böyük əksəriyyəti hesab edirdi ki, Azərbaycan işğaldakı torpaqlarını heç vaxt azad edə bilməyəcək. İşğal faktının üstündən 30 illik uzun bir zamanın keçməsi reallığı da bu düşüncəni qüvvətləndirirdi. Lakin Azərbaycan Silahlı Qüvvələri öz misilsiz zəfəri ilə bütün dünyaya göstərdi ki, xalqımız qələbə qazanmağa, özünü və öz torpaqlarını hər cür təcavüzdən hifz etməyə qadirdi.

 8 Noyabr zəfərini əvəzedilməz edən amillərdən biri də ordumuzun 44 günlük Vətən müharibəsi zamanı öz bacarığı və peşəkrlığı ilə dünyanın hərbi baxımdan inkişaf etmiş ən qabaqcıl dövlətlərinə belə dərs keçməsi idi. Şuşa kimi strateji bir şəhərin heç bir ağır texnikanın iştirakı olmadan  - sadəcə yalın əl və yüngül atıcı silahlarla azad edilməsi faktı dünya üçün əsl şok effekti yaratdı. Əminliklə bildirirəm ki, bir çox ölkələr, hərbi mütəxəssislər bu gün də həmin hadisənin təsirindən tam azad olmayıb. Onlar bu gün də 44 günlük Vətən müharibəsinin hər bir mərhələsini təhlil etməkdə, araşdırmaqdadır. 44 günlük Vətən müharibəsi sübut etdi ki, milyonlarla orduya, böyük nüvə arsenalına, yüksək texnologiyaya malik ölkələrin belə Azərbaycan Ordusundan, onun Ali Baş Komandanından öyrənməli olduğu çox şeyi var.

-8 Noyabr zəfəri Azərbaycanla yanaşı, regionun həyatında hansı yeniliklərə səbəb oldu?

 -Bu qələbə Azərbaycanla yanaşı, Cənubi Qafqazda da ciddi dəyişikliyə səbəb oldu. Faktiki olaraq regionda yeni bir status-kvo formalaşdı. 8 Noyabr zəfəri göstərdi ki, Azərbaycan regionda yalnız iqtisadi gücünə görə deyil, həm də hərbi potensialı və döyüş gücünə görə şəriksiz liderdir və onun iştirakı olmadan regionda sülhü və təhlükəsizliyi təmin etmək mümkün deyil.

8 Noyabr zəfərinin region üçün digər mühüm əhəmiyyəti bütün bölgənin erməni faşizmi təhlükəsindən sığortalanması oldu. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etdi. Ermənistan Silahlı Qüvvələrinin hərbi potensialının 80%-ni sırdan çıxarıldı. Erməni faşizmi sadəcə hərbi deyil, mənəvi-ideoloji baxımdan da ölümcül zərbə aldı.

Bu amil bütün regionda sülh və təhlükəsizlik üçün əlverişli ortam formalaşdırdı. Azərbaycan işğaldan azad edilən ərazilər üzərində nəzarəti təmin etməklə uzun illər bu torpaqlarda narkotik yetişdirən, terror təşkilatları üçün hərbi düşərgələr yaradan erməni faşizminin mənfur ənənəsinə son qoydu. Bu gün işğaldan azad edilən ərazilərdə həyata keçirilən böyük quruculuq və abadlıq işləri buna nümunədir.

8 Noyabr zəfəri regionun iqtisadi inkişafı üçün də böyük imkanlar açdı. Bu gün Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılır ki, bu da sadəcə Azərbaycanın deyil, bu dəhlizdən istifadə edəcək bütün ölkələrin iqtisadi həyatında müsbət yeniliklərə səbəb olacaq. Həmin ölkələrdə əhalinin sosial rifahı daha da yaxşılaşacaq ki, bu da hər bir dövlətin marağına uyğundur.

Bir sözlə, əminliklə qeyd etmək olar ki, 8 Noyabr zəfəri hərbi əhəmiyyət daşıdığı qədər də iqtisadi və mənəvi əhəmiyyətə malikdir. Bu zəfər xalqımızın mübarizə ruhu üçün ilham mənbəyi olmaqla yanaşı, həm də tarixi yaralarımıza çəkilən əvəzsiz bir məlhəmdir. Bu zəfər illər, əsrlər sonra da bizə öz milli kimliyimizi, mübarizliyimizi, yenilməzliyimizi xatırladacaq, bizə növbəti qələblərimiz üçün ciddi sitimul olacaq.

Mən bir daha 8 Noyabr – Zəfər Günü münasibətilə bütün xalqımızı, Prezidentimizi, Ordumuzu təbrik edirəm. Azərbaycan xalqı olaraq bizə bu zəfəri, bu sevinci bəxş edən qəhrəman şəhidlərinizi unutmayacaq, onların əziz xatirəsini daim sevgi və ehtiram hissi ilə yad edəcəyik. Çünki cənab Prezidentin dediyi kimi – qələbənin memarı qəhrəman Azərbaycan əsgəri, qəhrəman şəhidlərimizdir! Və şəhidlərimizin ölümsüz xatirəsi bizim qəlbimizdə sonsuza qədər əbədi yaşayacaqdır!

Seymur ƏLİYEV

 

2025-11-07 15:33:20
2609 baxış

Digər xəbərlər

Azərbaycan veteranları Qələbə gününə həsr olunmuş telegörüşlərdə iştirak ediblər

Respublika Veteranlar Təşkilatının rəhbərliyi faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, qurumun sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr müavini polkovnik Cəlil Xəlilov MDB dövlətlərinin təşkilatçılığı ilə 9 May - Qələbə günü münasibəti ilə keçirilmiş telegörüşlərə qatılıb, Azərbaycan xalqının qələbəyə verdiyi töhfələrdən, bu gün veteranlara göstərilən yüksək diqqət və qayğıdan danışıblar. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən telekonfransda isə general-polkovnik T.Ağahüseynov Azərbaycanın oğul və qızlarının İkinci Dünya müharibəsində rəşadətli döyüş yolundan söhbət açıb, gəncləri vətənpərvər olmağa, sülhü və əmin-amanlığı qorumağa səsləyib. Qeyd edib ki, gənclərimiz Böyük Vətən müharibəsi veteranlarının göstərdiyi igidliklərdən xəbərdar olmalı, erməni faşizminə qarşı mübarizədə bu böyük qəhrəmanlıqları təkrarlamalıdırlar. Polkovnik Cəlil Xəlilov telekonfransda çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik edib, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığını, əvəzsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının şanlı tarixinin bir parçasıdır. Qələbənin canlı yaddaşı isə veteranlardır. Xalqımız veteranları ilə hər zaman fəxr edir. Mayın 9-da bir sıra xarici dövlətlərin veteran təşkilatlarının rəhbərləri Qələbə Günü münasibəti ilə Azərbaycan veteranlarını təbrik ediblər. Bundan başqa, Heydər Əliyev Fondunun, həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri veteranları evlərində ziyarət edib, onlara sovqatlar çatdırıblar. Müharibə iştirakçılarına Qələbə Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib. Xatırladaq ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü və 77-ci milli diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Faşizm üzərində qələbədə Azərbaycan nefti həlledici rol oynayıb.

Hamısını oxu
“Daha iki rayonla bağlı minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir”

Cəlil Xəlilov: “Bu diplomatik uğur yüzlərlə, minlərlə vətəndaşımızın həyatının qorunması baxımından da mühüm addımdır”   “Ermənistanın daha iki rayonun – Füzuli və Zəngilanın minalanmış xəritəsini Azərbaycana verməsi ölkə başçısının növbəti diplolmatik qələbəsidir və bu qələbə Ali Baş Komandanımızın gücündən, onun hərbi müstəvidəki uğurlarının diplomatik müstəvidə müvəffəqiyyətlə davam etdirildiyindən xəbər evrir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu uğurların yaxın gələcəkdə davam edəcəyi şübhəsizdir:   “Azərbaycan daha iki rayonla bağlı xəritəni Ermənistandan almaqla sübut etdi ki, o, hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də diktə edən tərəfdir və  Ermənistan bu müstəvidə də Azərbaycana müqavimət göstərə, öz şərtlərini diktə edə bilməz. Azərbaycan bütün sahələrdə olduğu kimi diplomatik müstəvidə diktə edən tərəfdir və öz maarqlarını qətiyyətlə müdafiə edir.   Bu baxımdan iki rayonunun minalanmış əraziləri ilə bağlı xəritələrin Azərbaycana verilməsi hərbi müstəvidəki zəfərimizin diplomatiik müstəvidə davamı hesab edilə bilər”.   Cəlil Xəlilov bildirib ki, bu uğur minlərlə insanın həyuatının xials edilməsi deməkdir:   “Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi yüzlərlə, minlərlə insanın həyatının xilas edilməsi baxımından da olduqca önəmlidir. Bildiyiniz kimi, müharibədən sonra bir çox vətəndaşımız Ermənistanın basdırdığı minalara düşərək həlak oldu və ya ağır xəsarətlər aldı. Mina xəritəsinin əldə edilməsi bu təhlükəni də aradan qaldırır. Buna görə də, ölkə başçısının bu uğurunu bütün aspektlərdən son dərəcə uğurlu addım və böyük müvəffəqiyyət hesab edilməldir”.

Hamısını oxu
“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir”

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır: “Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün Xocavanddə keçirilən hərbi təlimlər sübut edir ki, türk dünyası öz hərbi gücünü, Silahlı Qüvvələrinin peşəkarlığını dinamik şəkildə artırmaqla yanaşı, qarşılıqlı əməkdaşlığa da xüsusi önəm verir, bu məsələdə vahid, koordinasiyalı mövqe ortaya qoyur”. Polkovnik qeyd edib ki, Xocavənddəki təlimlər gələcəkdə oxşar tədbirlərin daha geniş tərkibdə keçirilməsi üçün ciddi zəmin formalaşdırır: “Heç kimə sirr deyil ki, Azərbaycan dövləti hər zaman, eləcə də günümüzdə qardaş Türkiyə dövləti ilə çoxlu sayda silsilə təlimlər keçirib və bu təlimlər gələcəkdə də davam etdiriləcək. Xocavənddəki təlimlərin əsas özəlliklərindən biri bu təlimlərə qardaş Özbəkistan dövlərinin də qoşulmasıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə əksər türk dövlətlərinin iştirakı ilə birgə təlimlər keçirilə bilər ki, bu da türk dünyası daxilində hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, xalqlarımızın birliyinə də böyük töhfə vermiş olar. Əminəm ki, biz qarşıdakı dönəmdə oxşar hərbi təlimlərin Türkiyə və Özbəkistan ərazisində də keçiriləcəyinə şahid olacaq, türk dünyası daxilində hərbi əməkdaşlığın güclənməsi meyillərini qürurla izləyəcəyik”. Seymur ƏLİYEV

Hamısını oxu
Mehriban Əliyeva: Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!".

Hamısını oxu