Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci Dünya müharibəsindən çıxarılan dərslər

Bu günlərdə Qarabağ müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə və Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli  Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Sülh və dostluq missiyası-Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi: dərslər və müasirlik" adlı beynəlxalq humanitar aksiyada iştirak etmişdir. Dünyanın otuza qədər ölkəsindən nümayəndə heyətinin qatıldığı tədbirdə 12 məruzə dinlənilmişdir. Plenar iclasda Ehtiyatda və İstefada olan zabit təşkilatlarının Beynəlxalq Məsləhət Komitəsinin prezidenti  general Aleksandr Kanşin, Bolqarıstanın Ehtiyatda və istefada olan zabit və serjantlar təşkilatının sədri general Zlatan Stoykov, Assambleyanın baş katibi A.Kumaxovun məruzə və hesabatları dinlənilmişdir. Daha sonra Serbiya, Ukrayna, Rusiya və Azərbaycandan gəlmiş nümayəndələr məruzə etmişdir. B.Əhmədli məruzəsində Birinci Dünya müharibəsindən keçən müddətdə bir çox müharibə və münaqişələrin baş verdiyini və milyonlarla insanların bu müharibənin qurbanı olduğunu və lokal toqquşmaların bu gün də davam etdiyini nəzərə çatdırmışdır. B.Əhmədli qeyd etmişdir ki, bu müharibələrdən çıxarılan dərslər çoxdur, lakin bir çox dövlətlər bundan lazımi nəticə çıxarmayaraq qonşu xalqların torpağına göz dikir. O, demişdir: "Bu gün biz buraya onun başvermə səbəblərini də müzakirəyə yığışmamışıq. Bunun üçün artıq gecdir. Ancaq gec olmayan bir şey var: müharibədən çıxan dərsləri nəzərə almaq, gələcəyin inşasında bu dərslərdən çıxış etmək lazımdır.  Müharibə yalnız fiziki mövcud olmaya deyil, həmçinin iradəsini başqalarına qəbul etdirməyə xidmət edir. Azərbaycan xalqı həmişə sülh tərəfdarı olub, qonşularla dinc yanaşı yaşamağı üstün tutub. Bu gün Azərbaycanda müxtəlif xalqlar, millətlər birgə yaşayır. Baxmayaraq ki, Azərbaycan bu gün də terrorizmdən və seperatizmdən ən çox əziyyət çəkən ölkədir, ancaq multikultural siyasətini yürütməkdə davam edir. Müharibədə güc yolu ildə əldə etdiyini sülh yolu ilə vermək istəmirsənsə, demək ki müharibə tərəfdarısan".                  B.Əhmədli Bolqarıstanın Ehtiyatda və istefada olan  Zabitlər və Serjantlar İttifaqının sədri general Zlatan Stoykov ilə də görüşmüş və təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilmişdir.

2019-05-29 00:00:00
3599 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. “Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Hamısını oxu
Nazir Azad Rəhimov müharibə veteranları ilə görüşdü

IV İslam Həmrəyliyi oyunlarının açılışına  bir neçə gün qaldığı müddətdə nazir Azad Rəhimov İslam Həmrəyliyi oyunları Əməliyyat Komitəsində Böyük Vətən Müharibəsinin bir qrup veteranı ilə görüş keçirib. Nazir veteranları Qələbənin 72-ci ildönümü münasibətilə təbrik edərək, onların vətən, xalq qarşısında əvəzsiz xidmətlərindən, gənc nəslə nümunə olmalarından danışıb və hər birinə  can sağlığı arzulayaraq,   bu səpkili görüşlərin ardıcıl olmasının vacibliyini bildirib. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov veteranları daim diqqətdə saxladığına və səmimi qəbula görə Gənclər və İdman Naziri Azad Rəhimova təşəkkürünü bildirmişdir.Tədbirin yekununda nazir Azad Rəhimov  Veteranlara  IV İslam Həmrəyliyi oyunlrının açılış mərasiminə biletlər və eyni zamanda, Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim etdi, onlarla xatirə şəkili çəkdirdi. 

Hamısını oxu
Fatma Səttarova Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib

Bakı, 7 fevral, AZƏRTAC Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var. Həmçinin Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

Hamısını oxu
Ulu öndərin Anım Gününə həsr olunmuş tədbir keçirilib

Cəlilabad Rayon Veteranlar Təşkilatı Ulu  Öndər Heydər Əliyevin anım günü ilə əlqədar tədbir keçirib. Tədbir iştirakçıları Vetetanlar evində  Cəlilabad rayon Dövlət Rəsm Qaleriyasının təşkil etdiyi  Ulu Öndərə həsr olunan rəsm sərgisi ilə tanış olublar. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  ehtiramla anılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra sözü nəhəng ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə etmək üçün Göytəpə şəhər tam orta məktəbin tarix müəllimi Firudin Zeynalova verib. Dahi şəxsiyyətin ictimai-siyasi xidmətlərini dolğun əks etdirən məruzə tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanıb. "Qarabağ qaziləri" İctimai birliyinin rayon bölməsinin sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, "Gənc qazilər"İctimai birliyinin sədri Vüsal Muradzadə, Qarabağ müharibəsi iştirakçıları Aqil Məzərov, Paşa Əliyev, Qurban Əhməd, hərbçi mayor Elşən Abasov və başqaları çıxış edərək ümumxalq məhəbbəti qazanmış nadir tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz ürək sözlərini söyləyib və xüsusi olaraq vurğulayıblar ki, Ulu Öndərin unudulmaz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

Hamısını oxu