Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycandan Ermənistana DƏHŞƏTLİ ZƏRBƏ - AĞLASIĞMAZ RƏQƏMLƏR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Vətən müharibəsində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının məbləğini hesablayıblar. UNEC-dən Publika.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının adlarını və sayını açıqlayıb. Ölkə Prezidenti çıxışında mütəxəssislərə həmin qiymətin hesablanması barədə də müraciət etdi. UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun alimləri Prezidentin müraciətinə operativ reaksiya verərək, sadalanan hərbi texnikaların qiymətini hesablayıblar. Alimlərin əldə etdiyi nəticəyə əsasən, Vətən müharibəsndə Ermənistan ordusununun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard 8 milyon ABŞ dolları təşkil edib.

2020-12-02 00:00:00
2806 baxış

Digər xəbərlər

Bu gün görkəmli alim, professor Aida İmanquliyevanın doğum günüdür

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsini dərin ehtiramla anırıq. Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.   Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.   Onun dünyadan vaxtsız getməsi bütün şərqşünaslar, Azərbaycanın bütün elmi ictimaiyyəti üçün çox böyük itki oldu. Elmimizdə onun yoxluğu ilə yaranmış boşluğu biz bu gün də hiss edirik. Bu gün bizim təsəllimiz odur ki, Aida xanımın tələbələri onun elmdə açdığı cığırla gedirlər. Təsəllimiz həm də odur ki, Aida xanımın yadigarı olan Mehriban Əliyeva Azərbaycan üçün böyük işlər görür. O, Azərbaycanın mədəniyyətini, tarixini bütün dünyaya tanıtdırır. Hesab edirik ki, Aida xanımın verdiyi tərbiyə nəticəsində Mehriban xanım ömrünü həsr etdiyi işlərlə belə vətənpərvərcəsinə, fədakarcasına məşğul olur. O, bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çox böyük töhfələr verir.   İnsan bu dünyada müvəqqəti bir varlıqdır. Ancaq bu müvəqqəti həyatda insanın qəribə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır. Aida İmanquliyeva öz qısa ömründə bu şərtlərin hamısını yerinə yetirib, ürəklərdə özünə abidə qoyub. Demək, sağlığında ölməzlik qazanıb. Onun xatirəsi hər bir zaman ürəklərimizdə yaşayacaq.

Hamısını oxu
“Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları”

Zəfərin səsi bu torpağın hər daşından, hər nəfəsindən ucalır bu gün... 8 Noyabr - Azərbaycan xalqının qürur, şərafət və birlik günüdür. Bu gün yalnız bir bayram deyil, bu gün həm də bir millətin dirçəlişinin, bir ordunun qəhrəmanlıq dastanının rəmzidir. Bu zəfərin arxasında minlərlə igidin, yüzlərlə komandanın qətiyyəti, dəyanəti və Vətən sevgisi dayanır. O igidlərdən biri də general-mayor ömrünü Vətənə həsr etmiş bir əsgər, bir sərkərdə, bir qəhrəman nümunəsi olan Hikmət Hüseynovdur! Füzulinin Pirəhmədli kəndində doğulan bu Vətən oğlu, cəbhənin ən qaynar nöqtələrində, taleyin sınaq yerlərində Vətən bayrağını ucaldanlardan oldu. Uşaqlıqdan torpağın hər qarışını sevə-sevə böyüyən Hikmət Hüseynov gənclik illərini hərbi forma ilə bəzədi, mərdliyin, intizamın və vətənpərvərliyin simasına çevrildi. Aprel döyüşlərində “Ohanyan səddi” deyilən o səddi cəmi 40 dəqiqəyə darmadağın edən, Suqovuşan əməliyyatına qəhrəmanlıqla rəhbərlik edən bu sərkərdə Qarabağ zəfərinin memarlarından biri kimi tarixə düşdü. Onun adı bu gün gənclərə igidliyin, vətənpərvərliyin və qətiyyətin nümunəsi kimi təqdim olunur. Ali Baş Komandanın “Dəmir Yumruq” iradəsi, ordumuzun birliyi və xalqımızın duaları bu qələbəni yaratdı. Bu zəfərin səsi bu gün hər evdə, hər ürəkdə eşidilir, çünki bu səs Vətənə sədaqətin, millətə sevginin səsidir. Hikmət Hüseynov kimi qəhrəmanların göstərdiyi rəşadət bu gün və gələcək nəsillər üçün örnəkdir. Bu gün biz 8 Noyabr – Zəfər Gününü qeyd edərkən Hikmət Hüseynov kimi igidlərin xidmətini, fədakarlığını və Vətənə sonsuz bağlılığını minnətdarlıqla yad edirik. Onlar döyüş meydanında tarix yazdılar, biz isə onların adını qürurla söyləyirik və deyirik: Azərbaycan xalqı öz qəhrəmanının adını tarixə qızıl hərflərlə yazır, yaddaşına möhürləyir və heç zaman unutmur. Dövlət isə qəhrəmanına qürurla sahib çıxır! Necə ki, General-mayor Hikmət Hüseyn oğlu Həsənov göstərdiyi igidliyə və yüksək komandanlıq bacarığına görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüş, həmçinin “Qarabağ” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu gün Hikmət Həsənovun keçdiyi şərəfli hərbi yol – Vətənə sədaqətin, peşəkarlığın və əsl əsgər rəşadətinin parlaq nümunəsidir. Onun adı Azərbaycan Ordusunun Qələbə salnaməsində şərəf və qürur mənbəyi olaraq əbədi yaşayacaq. Respublika Veteranlar Təşkilatı olaraq, torpaqlarımızın azadlığı uğrunda canını, sağlamlığını və illərini Vətənə həsr etmiş bütün igid qəhrəmanlarımızla fəxr edirik. 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik! Eşq olsun Azərbaycan Ordusuna!   Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
İçərişəhər sakinləri üçün qəbul günü keçirilib

Veteran.gov.az xəbər verir ki, 31 may 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İçərişəhər sakinləri üçün qəbul günü keçirib. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onların sualları cavablandırlıb, maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların təklif və problemlərinin həlli, eləcə də araşdırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına aidiyyəti üzrə tapşırıqlar verilib. Xatırladırıq ki,İçərişəhər və Qala qoruqlarının sakinləri üçün mütəmadi qaydada görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd sakinlərin arzu, istək və problemləri ilə yaxından tanış olmaq, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün imkanlardan maksimum istifadəyə nail olmaqdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Моя война

Respulika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov    Ramazanov Nazim Tağı oğlu   Cümşüdov Əlikişi Mirzəməmməd oğlu   Шевченко Валентина Федотовна     Fərəcov İsmayıl Mövsüm oğlu

Hamısını oxu