Digər xəbərlər
Cəlil Xəlilov: “Türk xalqı hər zaman tarixin sınağından üzüağ çıxmağı bacarıb” “30 avqust Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 30 avqust tarixində türk xalqı Böyük Mustafa Kamal Atatürkün rəhbərliyi altında bir kəs daha öz milli kimliyini təsdiq edib, düşmənlərə öz gücünü, qüdrətini göstərib: “1922-ci ilin 30 avqust tarixində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə düşmən üzərində həlledici qələbə edən türk xalqı, bununla böyük tarixi zəfərə imza atdı. Türk xalqının 30 avqust zəfəri bütün dünyaya göstərdi ki, türkü məğlub etmək, əsarət altına almaq, onun azadlığına qəsd etmək mümkün deyil. Düşmənlərə öz gücünü, qüdrətini qanlı hərb meydanında bir kəs daha göstərən türk xalqı, bununla əzəli-əbədi yenilməzliyə malik olduğunu növbəti dəfə isbatlamış oldu. XX əsrin 20-ci illərində böyük uğurlara imza atan qardaş Türkiyə, bu gün – XXI əsrin 20-ci illərində böyük dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hərbi, siyasi, iqtisadi baxımdan ciddi uğurlar əldə etməkdədir. Bu gün türk ordusu dünyanın ən qüdrətli orduları sırasındadır və dünyanın ən böyük, aparıcı dövlətləri belə rəsmi Ankara ilə hesablaşmaq, onun mövqeyini nəzərə almaq məcburiyyətindədir. Şübhəsiz, Azərbaycan qardaş Türkiyənin uğurları ilə fəxr edir, onun hər bir müvəffəqiyyətindən qürur hissi keçirir. Mən 30 avqust Zəfər bayramı münasibəti ilə bütün türk dünyasını təbrik edir, türk xalqına ən xoş arzularımı bildirirəm”.
Hamısını oxu
“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılan bu məsələ bir çox aspektdən mühüm önəm kəsb edir: “Dünən Mili Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi olduqca böyük əhəmiyyətə malikdir. Müzakirə edilən dəyişikliklər uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması, onların yad təsirlərin altına düşməsinin əngəllənməsi, milli ruhda- vətənpərvərlik ruhunda yetişdirilməsi üçün daha optimal informasiya mühitinin formalaşdırılması baxımından olduqca vacibdir. Sözügedən qanun uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhdidlərindən - dezinformasiya, zorakılıq, eləcə də aqressiv məzmun, manipulyativ təsir və s.-dən qorunmasında mühüm rol oynayacaq, daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına bilavasitə təsir göstərəcək. Yəni qanun dəyişikliklərində əsas məqsəd uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşması, onların təhlükəsizliyinin daha etibarlı şəkildə təşkilidir. Yəni söhbət 16 yaşa qədər olan uşaqlara internet qadağasının tətbiqindən deyil, onların təhlükəsizliyinin təminindən, bu prosesə valideynlərin və dövlətin nəzarətinin artırılmasından gedir”. Polkovnik qeyd edib ki, uşaq və yeniyetmələrlə bağlı məlum qanun dəyişikliyi beynəlxalq təcrübə də özünü doğruldub: “Dünya təcrübəsinə, eləcə də beynəlxalq konvensiyalara nəzər salsaq görərik ki,16 yaşına qədər uşaqlarla bağlı oxşar müddəalar qabaqcıl dövlətlərin təcrübəsində də mövcuddur. Həmin ökələrdə 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilmir. Buna səbəb həmin yaş həddinə qədər olan uşaqların daha tez təsir altına düşməsi ilə bağlıdır. Hazırda Azərbaycanda müzakirə edilən qanun dəyişikliyi də sosial platformalarda qeydiyyatın 16 yaşından başlanmasını nəzərdə tutur. Hansı ki, bu yenilik ilk növbədə uşaqların özünün həyat və sağlamlığının qorunması baxımından son dərəcə zəruridir. Bir məqamı da vurğulamaq lazımdır ki, uşaq və yeniyetmələrlə bağlı qanun dəyişikliyinin tətbiqi gələcəkdə gənc nəslin milli dəyərərə bağlı ruhda tərbiyəsinə də müsbət təsir göstərəcək. Xatırladım ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev yeniyetmə və gənclərin milli ruhda, xalqımızın zəngin mənəvi dəyərlərinə bağlı şəkildə tərbiyəsinə böyük önəm verib, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə mühüm önəm kəsb etdiyini bildirib. Bu baxımdan, hesab edirəm ki, məlum qanun dəyişikliyinin qəbulu milli təhlükəsizliyimizin daha dolğun təminatı, uşaq və gənclərimizin ruhi-mənəvi sağlamlığının qorunması, uşaqların internet resurslarından istifadəsinə valideynlərin nəzarətinin artırılması baxımından olduqca zəruridir. İnanıram ki, biz yaxın gələcəkdə bu dəyişikliyin qəbuluna şahid olacaq, bununla da uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhlükəsindən qorunması baxımından ciddi yeniliyə imza atacağıq. Mən bu zəruri, həyati dəyişikliyi gündəmə gətirdiyinə görə başda Mili Məclisin sədri hörmətli Sahibə Qafarova olmaqla, bütün millət vəkillərimizə, xüsusilə də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruca, təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram. Onu da vurğulayıram ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də uşaq və yeniyetmələrin daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyəti, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyəsi, milli təhlükəsizliyimizin etibarlı şəkildə qorunması üçün əlimizdən gələni əsirgəməyəcək, bu istiqamətdə təbliğati işlər, maarifləndirici tədbirlər həyata keçirməkdə davam edəcəyik”. Seymur ƏLİYEV
Hamısını oxu
Asim Mollazadə: “Bu, Azərbaycana sevgi, Azərbaycan naminə fədakarlıq ideyasının təbliği deməkdir” Artıq uzun müddətdir ki, Hərbi Prokurorluq Azərbaycan Silahlı Qüvvələrində qanunçuluğun, nizam-intizamın möhkəmlənməsi ilə yanaşı, həm də Ümummilli lider Heydər Əliyev ideyalarının təbliği ilə bağlı ardıcıl iş aparmaqdadır. Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Silahlı Qüvvələrin yüksəkrütbəli hərbi qulluqçularının Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi birgə tədbirlər buna nümunədir. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə orduda Heydər Əliyev ideyalarının təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan Silahlı Qüvvələrində Ulu öndər Heydər Əliyevin ideyalarının təbliği olduqca mühüm önəm kəsb edir. Bu, gənclərimizin milli-mənəvi dəyərlərə, tariximizə, soykökümüzə, azərbaycançılıq ideyasına daha dərindən bağlanması, gənclərimizin vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından olduqca əhəmiyyətlidir. Unutmaq olmaz ki, Heydər Əliyev ideyaları Azərbaycana sevgi, Azərbaycana məhəbbət, Azərbaycan naminə fədakarlıq deməkdir. Bu ideyaların nüvəsini təşkil edən ən müqəddəs, ən ali dəyər doğma Azərbaycanımız, onun təhlükəsizliyi və çiçəklənməsidir. Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə Heydər Əliyev ideyalarının təbliği istiqamətində atdığı hər bir addımı dəstəkləyir, bunu milli maraqlarımız, dövlətçilik mənafeyimiz və sağlam gələcəyimiz baxımından son dərəcə zəruri hesab edir, alqışlayıram”. Seymur ƏLİYEV
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 30 noyabr qəzasında şəhid olan sərhədçilərin ailəsinə başsağlığı verib. Başsağlığında deyilir: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olmasından kədərlənir və onların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. Allah rəhmət eləsin!” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov
Hamısını oxu