Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

”Müstəqilliyə gedən yol” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2026-cı il tarixində Sabunçu  rayonunda tədbir keçiriblər.  20 Yanvar faciəsinin 36 –cı ildönümunə həsr edilmiş tədbir Bakı şəhəri Sabunçu  rayonu şəhid Rasim Quliyev adına 107 saylı tam orta ümum təhsil məktəbində  baş tutub.

”Müstəqilliyə gedən yol” adlı tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, müavini Adil Məmmədov, məktəbin direktoru Kəmalə Məmmədova, şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, 20 Yanvar faciəsinin qurbanları və torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Tədbidə çıxış edən Adil Haqverdiyevə verildi öncə Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ehtiyatda olan  polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.

20 Yanvar faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, bu hadisə xalqımızın tarixində həm qanlı bir gün, həm də qürur duyulacaq  tarixi gündür.Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq.

Nəbi Hacıyev və Adil Məmmədov da çıxışlarında 20 Yanvar faciəsini doğuran səbəblər və bu faciənin nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirin sonunda şagirdlər 20 Yanvar faciəsinə  həsr edilmiş şerlər səsləndiriblər.

Məktəbin direktoru Kəmalə Məmmədova qonaqlara təşəkkürünü bildirib, vətənpərvərlik mövzusunda davamlı şəkildə tədbirlər keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib. 

2026-01-21 14:32:00
2349 baxış

Digər xəbərlər

Özbəkistanda Vətən müharibəsi şəhidlərinin abidə kompleksinin açılışı olub

Veteran.org.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin həyətində yeni bağ salınıb, bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksi yaradılıb.   “Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulmuş, çoxsaylı ağaclar və gül kolları əkilmiş, ərazi abadlaşdırılmış və yaşıllaşdırma, dizayn işləri aparılıb.   Açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.   İlk öncə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Xarı bülbül” abidə kompleksinin açılışı olub.   Giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, bağın yaradılmasının əsas məqsədi Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən hər kəsin onlar haqqında məlumatlandırmaq, gənc nəsildə, yerli azərbaycanlılarda Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaq olduğunu söyləyib. Diplomat Ali baş komandan, müzəffər ordumuzun əldə etdiyi tarixi qələbə barədə danışaraq artıq yurd yerlərimizin öz azadlığına qovuşduğunu söyləyib. O, rəşadətli ordumuzun 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə Azərbaycanın möhtəşəm və şanlı zəfər tarixi yazdığını qeyd edib. S. Abbasov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqətində olduğunu və onların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğundan danışmış, Azərbaycanın haqq işində Özbəkistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Vətən müharibəsi illərində Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx təmasda  olaraq hər gün qardaş ölkə ilə maraqlandıqlarını, Özbəkistanın tanınmış ictimaiyyət nümayəndələri video müraciətlər edərək Azərbaycanla həmrəy olduqlarını bildirib. Ölkələrinin həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində Azərbaycanın öz torpaqlarını azad etməsi, ədaləti bərpa etməsinə dəstək ifadə etdiyini söyləyib. O, qəhrəman oğullarımızın, şəhidlərimizin qanları ilə Vətən torpaqlarının toxunulmazlığı, müstəqilliyimizin möhkəmlənməsinin təmin olunduğunu qeyd edərək, onların ruhu qarşısında baş əydiyini bildirdi. Özbəkistan jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist Karim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi zəfər münasibəti ilə xalqımızı təbrik etmişlər. Çıxışçılar 30 ilə yaxındır davam edən haqsızlığa, işğala son qoyan qəhrəman öndər, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun zəfərinin Özbəkistanda da böyük rəğbətlə qarşılandığını  qeyd etdilər, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Şəhidlər bağı” və abidə kompleksini yüksək qiymətləndirdilər.   Mədəniyyət Mərkəzinin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı foto sərgi ilə tanışlıq olmuşdur. Sərgidə Ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Azərbaycan Respublikasının Prezidentinin Vətən müharibəsi illərində Ermənistanın işğalçı siyasətinin ifşası, torpaqlarımızın azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər, xalqımızın düşmənə qarşı haqlı mübarizəsi,  işğal olunmuş ərazilərimizdə şəhər və kəndlərimizin dağıdılması, mədəni və dini abidələrimizin məhv və təhqir edilməsi, Erməni işğalçılarının torpaqlarımızdan qovulması və s. öz əksini tapmışdır. Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə quran oxunub və ehsan verilib.   Seymur ƏLİYEV

Hamısını oxu
AzTU-nun əcnəbi tələbələri Hərbi Qənimətlər Parkında olub

Mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub.   Səfərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr də iştirak edib. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Qeyd olunub ki, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındasdır. Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.  

Hamısını oxu
Cəlil Xəlilov: 15 İyun Azərbaycan dövlətçiliyinin xilas günüdür

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan ən önəmli günlərdən biri də 1993-cü il 15 iyun tarixidir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü həm də böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlayıb, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm fəaliyyətin əsası qoyulub. Vətənini, xalqını sevən, həmin çətin günlərin dəhşətlərini yaşayan insanlar üçün iyunun 15-i Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyinin qorunmasında, parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayan, daim xalqına dayaq olan dahi şəxsiyyət - Heydər Əliyevdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk edilib. Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında söyləyib. C.Xəlilov bildirib ki, xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Milli Qurtuluş Günü ölkəmizin hər yerində dahi lider Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun Vətən və xalq qarşısındakı fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. XX əsrin sonunda müstəqilliyini bərpa etmək kimi tarixi fürsət qazanan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ovaxtkı iqtidarın səriştəsizliyi, hakimiyyət böhranı 1993-cü ilin iyununda ən yüksək həddə çatmış, xaos və anarxiya ölkəni bürümüş, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. “Müstəqilliyini əldə etmiş Azərbaycan 1993-cü ilədək daxili çəkişmələr məkanına çevrilmişdi. Milli Qurtuluş Günü də məhz bu baxımdan böyük siyasi əhəmiyyət kəsb edir. 1993-cü il iyunun 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bu səbəbdən də Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas olduğu, Azərbaycanın hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə qovuşduğu gündür. Nəticədə nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı, idarəetmə sistemi formalaşdırıldı, insanların dövlətə inamı qaytarıldı, “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Qurtuluşun sayəsində Azərbaycan dünyada demokratik ölkə kimi tanınıb, dünya birliyində layiqli yer tutub. Azərbaycanın bugünkü uğurları da qurtuluş məfkurəsi ilə əlaqədardır”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı, dövlətçiliyimizi məhv olmaqdan xilas etməsi, güclü, inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi olub. Bugünkü uğur və nailiyyətlərimiz də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. “İkinci Dünya müharibəsi veteranları ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin şahidləridir. Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilib. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı dövlətimizin başçısı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara Prezident təqaüdünün verilməsi, hər il 9 May – Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək məbləğdə birdəfəlik maddi yardım edilməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır. Odur ki, veteranlar Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyurlar, - deyə polkovnik C.Xəlilov bildirib.

Hamısını oxu
"20 Yanvar – qanlı və şanlı tariximiz"

Cəlilabad rayon Veteranlar Təşkilatı 20 Yanvar Hüzn Günü ilə əlaqədar "20 Yanvar – qanlı və şanlı tariximiz” mövzusunda  tədbir keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları və tanınmış ziyalılar iştirak ediblər. Tədbirdən öncə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon Veteranlar Təşkilatının sədri  Ədalət Salman  çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində ölkəmizin azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş   dəhşətli cinayətlər haqqında ətraflı məlumat verib. O, 20 Yanvar hadisələrinin  qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizə həkk olunduğunu bildirib və  yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində  siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yanvar – Azadlığın qanla həkk olunan tarixi,  müstəqilliyimizin qanımız bahasına alındığını göstərən qəhrəmanlıq və qürur səhifəsidir. 20 Yanvar, Azərbaycan xalqının milli azadlıq hərəkatında, həm də mühüm bir mərhələdir. Məhz həmin gün yurdumuzun azadlığı uğrunda canını qurban vermiş insanlar  müstəqil Azərbaycanımızın bünövrəsini qanları ilə yazdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hamısını oxu