Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AzTU-nun əcnəbi tələbələri Hərbi Qənimətlər Parkında olub

Mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub.   Səfərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr də iştirak edib. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Qeyd olunub ki, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındasdır. Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.  

2021-05-04 00:00:00
3602 baxış

Digər xəbərlər

İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Hamısını oxu
Vüsal Quliyev: “QHT-lər Ermənistanın terror aktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək”

“Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də hüquqi qiymət verilməyib”. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib.   V. Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal olmalıdırlar: "Bu gün QHT nümayəndələrinin Gəncəyə səfərində də məqsəd budur ki, bu terror aktını, faciəni bir daha gözləri ilə görməklə əlaqədə olduqları xarici QHT-lərə, beynəlxalq təşkilatlara müraciət etsinlər. Bu gün bu səfərdə 100-ə yaxın QHT nümayəndəsi iştirak edir. Onların əksəriyyəti insan hüquqları, qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərdir. Bu QHT-lər adından müraciət də qəbul olunacaq. Müraciətdə Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edəcək və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirəcək. Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət ediləcək, onlar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırılacaq”.      

Hamısını oxu
Bunu edən də, buna susan da potensial qatildir!

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin üzərinə kənar əşyaların qoyulması ilə bağlı müraciət yayıb. Müraciətdə təkcə cari il ərzində ADY-ə məxsus dəmir yolu xətlərinin üzərinə 22 kənar əşya qoyulduğu, bu cür halların həm sərnişinlərin, həm də qatar heyətinin həyatı üçün risk təşkil etdiyini bildirib. Müraciətdə dəmir yolu xətti üzərində kənar əşya görənlərin yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verməsi xahiş olunur. Hər şeydən öncə qeyd edək ki, dəmir yolu xəttinin üzərinə hansısa əşya qoymaq sadəcə şüursuzluq və ya məsuliyyətsizlik deyil, bu, bədxahlıq, daha dəqiq desək məqsədli şəkildə həyata keçirilən qanun pozuntusudur. İstənilən halda bu addımın atılmasında məqsəd qatarın hərəkətinə mane olmaq, onu dayandırmaq və ya relsdən çıxmasına nail olmaqdır. Bu isə bilavasitə insan həyatı üçün ciddi təhlükə, açıq qəsddir. Bu cür məkirli addım qatarın xətdən çıxımasına və çoxsaylı insan ölümünə səbəb ola bilər ki, bu da mahiyyətcə terror aktı deməkdir. Odur ki, yaşından, kimliyindən asılı olmayaraq, bunu edən hər bir şəxs bu cür əməllərədn çəkinməli, belə təhlükəli əməllərə şahid olan insanlar bu barədə əlaqədar qurumları dərhal məlumatlandırmalıdır. Unutmaq olmaz ki,  dəmir yolu xətlərinin üzərinə kənar əşya qoyan, bu cür halları gördüyü halda susan, bu barədə yetkililərə məlumat verməyən hər bir şəxs potensial qatildir. Bunu edənlə bu qanun pozuntusunu gördüyü halda əlaqədar qurumlara məlumat verməyə hər bir şəxs, hüquqi baxımdan olmasa da, mənəvi baxımdan eyni məsuliyyət daşıyır.   Gəlin öz laqeydliyimiz, biganəliyimizlə qatilə çevrilməyək. Bu cür hallara qarşı həssaslıq sərgiləyərək həyat qurtaraq və bir ömür boyu vicdanımızın ağrısı ilə deyil, təqdiri ilə yaşayaq. Seymur ƏLİYEV

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Minifutbol Federasiyasını təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Minifutbol Federasiyasını təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:

Hamısını oxu