Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni uşağı doğulmuş kişi və qadınlara şad xəbər

Prezident İlham Əliyevin təsdiq etdiyi dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsindəki anlayışlar sırasına "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib. Bu anlayış tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara) və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq (köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan işçini nəzərdə tutur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri sosial məzuniyyətlərlə bağlı müvafiq maddələrin “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında" 1952-ci il, 183 nömrəli Konvensiyasına uyğunlaşdırılması məqsədi daşıyır.

Təsdiq edilən dəyişikliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinə yeni məzmunda 3-cü və 4-cü hissələr əlavə edilmişdir:

“3. Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.

4. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.”

 

2026-01-26 14:11:00
2275 baxış

Digər xəbərlər

“Dövlət Sərhəd Xidməti erməni faşizmi üzərindəki tarixi qələbəmizə böyük töhfə verib”

Cəlil Xəlilov: “Sərhədçilər bu gün də vətənimizin keşiyində ayıq-sayıq dayanmaqdadır”   18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Bu tarixi günlə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, peşəkar sərhədçi polkovnik Cəlil Xəlilov Dövlət Sərhəd Xidmətinin 8 Noyabr zəfərinin əldə edilməsindəki tarixi roluna toxunub, sərhədçilərin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib:   “27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsindən biri kimi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları da  yaxından iştirak etmiş, qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Suqovuşan, Füzuli, Zəngilan, Cəbrayıl və s. yaşayış məntəqələrimizin erməni işğalından azad edilməsində sərhədçilər mühüm rol oynamış, düşməni  həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərlə üz-üzə qoymuşdular. Müharibənin taleyinə həlledici təsir göstərən Şuşa döyüşlərində də sərhədçilərimiz şücaətlə döyüşmüş, şəhərin azad edilməsinə böyük töhfə vermişdir. Qürurvericidir ki, sərhədçilərimiz  bu gün də vətənimizin, onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanmaqda, onu etibarlı şəkildə qorumaqdadır.   Mən 18 avqust peşə bayramı münasibəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla bütün sərhədçiləri təbrik edir, onlara ağır və şərəfli peşələrində uğurlar arzulayıram. Sərhədçilərimiz bilməlidir ki, onların fədakarlığı Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirilir və minnətdarlıq hissi ilə yad edilir”.  

Hamısını oxu
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev və rayon Veteranlar Təşkilatının sədri Cəmaləddin Zeynalov Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev və rayon Veteranlar Təşkilatının sədri Cəmaləddin  Zeynalov veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahiblərinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və  Veteranlar Təşkilatının sədri Cəmaləddin  Zeynalov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildiriblər.

Hamısını oxu
“Azərbaycanın təşkilatçılığı ilə keçirilən COP29 qlobal ekoloji fəlakətdən dönüş nöqtəsidir”

Cəlil Xəlilov: “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır”   “COP29-un gedişatında yeni ekoloji yanaşma və dəyərlər formalaşmaqdadır” .   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29 bəşəriyyətin diqqətini dünyadakı iqlim problemlərinə cəlb etməklə yanaşı, həm də bu problemlərdən xilas yolunu özündə əks etdirməkdədir:   “COP29-un bütün bəşəriyyət üçün əsl önəmi sammit çərçivəsində artan ekoloji problemlərin müzakirəsi ilə yanaşı, bu problemlərdən qurtulmaq üçün xilas yollarının gündəmə gətirilməsi, bu istiqamətdə konkret qərarların qəbuludur. Yəni Azərbaycanın moderatorluğu altında keçirilən COP29 sammiti, dünyanı ekoloji fəlakətdən qurtarmaq üçün dönüş nöqtəsidir. Bütün dünya məhz COP29 sayəsində ekoloji fəlakətin nə qədər yaxında olduğunu, planetin gələcəyinin necə böyük təhlükə ilə üz-üzə qaddığını dərk etdi. Habelə, dünya gördü ki, bu fəlakətdən qurtulmaq üçün ya indi kritik, fundamental addımlar atmalı, ya da öz məhvinə hazır olmalıdır”.   Polkovnik bildirib ki, COP29 sammitindən irəli gələn vəzifələrin təbliği istiqamətində qeyri-hökumət təşkilatları da aktiv iş aparmalıdır:   “Azərbaycan “yaşıl enerji”yə keçid, ekoloji mühitin yaxşılaşması, meşələrin bərpası, səhralaşma prosesinin qarşısının alınması və s. istiqamətində həm təbliğati, həm də praktiki müstəvidə mühüm addımlar atmalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatları da fəal iş aparmalı, xüsusilə media və sosial şəbəkələrdə bu ideyaların yayılması, təbliği istiqamətində ciddi aktivlik sərgiləməlidir.   Biz bütün bunlarla yanaşı, həm də dövlətimizin COP29 çərçivəsində qlobal ekoloji mühitin yaxşılaşmasına verdiyi dəstəyin təbliğatında da fəal iştirak etməli, eyni zamanda Ermənistanın ekoloji cinayətlərini ifşa etməliyik. Bütün dünya görməlidir ki, Ermənistanın vaxtiylə işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji vəhşiliklər bütün planetin təhlükəsizliyi üçün necə böyük təhdiddir və ölkəmiz bu qorxunc siyasətin nəticələrini ortadan qaldırmaq üçün necə böyük əmək sərf edir”.   Seymur ƏLİYEV

Hamısını oxu
"SOS" MMC fəaliyyətinə dair hesabat tədbiri keçirib

Peşəkar mühafizə xidməti “Security Operation Services” MMC 31.01.2025-ci il tarixdə xidməti fəaliyyətin yekunlarına dair hesabat-məruzə keçirmişdir.  Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov tədbirə dəvət olunan qonaqları salamlayıb, bu dövr ərzində rəhbəri olduğu təşkilatın uğurlarından, nailiyyətlərindən söz açmış, dövlət əhəmiyyətli sosial layihələri istiqamətində görülən işlərin önəmini diqqətə çatdırmışdır.  Ardınca MMC-nin direktorunun müşaviri xidməti fəaliyyətin nəticələrinə dair iştirakçılara, qonaqlara məlumat vermiş, cəmiyyət tərəfindən hesabat dövrü ərzində görülmüş işlər və sosial layihələri əks elətdirən videoçarx nümayiş olunmuşdur.  Bundan sonra A. Məmmədov dəvət olunan qonaqlar - millət vəkili Vüqar Rəhimzadəni, SOCAR-ın Baş ofisinin şöbə rəisi Cavad Tınayevi, Təhlükəsizlik idarəsinin rəis müavini Şaiq Osmanovu, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovu, SOCAR "Downstream Management" (SDM) nümayəndəsi Tural Səfərlini, portnyorlardan "Rabitəban"kın şöbə müdürü Nəbi Əhmədovu, “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini, “Gününs.info” saytının rəhbəri Pərviz Həşimlini hesabat dövrü ərzində birgə əməkdaşlığa görə xüsusi plaketlə təltif etmişdir.  Tədbirin sonunda A.Məmmədov və C.Xəlilov tərəfindən üzvülüyə yeni qəbul olunmuş vətən müharibəsi iştirakçıları olan mühafizəçilər - Əliyev Mehman Mayıl oğluna, İsgəndərov Pərvin Qorxmaz oğluna, İsmayılov Qurbanəli Çingiz oğluna Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vəsiqələri təqdim edilmişdir.  Hesabat dövründə xidməti fəaliyyəti nəzərə alınmaqla MMC-nin 15 saylı komandası ilin komandası seçilmiş, 28 dekabr "Vəkil günü" ilə əlaqədar əməkdaşlardan müşavir Şücaəddin Bağırov, "veteranlar təşkilatı ilə sıx əməkdaşlığa" görə Mürsəl Süleymanov, Fərid Həsənov, "səmərəli fəaliyyətinə" görə idarəetmə aparatı üzrə Natiq Əliyev, Niyazi Cəfərov, xidmət sahəsinin növbətçiləri Fuad Məmmədli, Xanlar Nəsirov, komanda rəisinin müavinləri Ülfət Süleymanov, Cavanşir Babayev, Müşfiq Tağıyev, Məmməd Abdullayev, Toğrul Hacızadə, növbə rəisləri Dövlət Dövlətzadə, Nuran Bünyadlı, Orxan Bağırov, Kənan Atayev, Orxan Məmmədov, Ehtiram Cahangirov, mühafizəçilər Faiq Qasımov, Tərlan Qəniyev, İman Quliyev, Cəmil Quliyev, Emil Nuriyev, Pərvin Mehdizadə, Röyal Rzayev, Anar Həsənov, Adil Abbasov və Rövşən Əliyev fəxri fərmanlarla təltif olunmuşdurlar.  

Hamısını oxu