Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"SOS" MMC fəaliyyətinə dair hesabat tədbiri keçirib

Peşəkar mühafizə xidməti “Security Operation Services” MMC 31.01.2025-ci il tarixdə xidməti fəaliyyətin yekunlarına dair hesabat-məruzə keçirmişdir. 

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov tədbirə dəvət olunan qonaqları salamlayıb, bu dövr ərzində rəhbəri olduğu təşkilatın uğurlarından, nailiyyətlərindən söz açmış, dövlət əhəmiyyətli sosial layihələri istiqamətində görülən işlərin önəmini diqqətə çatdırmışdır. 

Ardınca MMC-nin direktorunun müşaviri xidməti fəaliyyətin nəticələrinə dair iştirakçılara, qonaqlara məlumat vermiş, cəmiyyət tərəfindən hesabat dövrü ərzində görülmüş işlər və sosial layihələri əks elətdirən videoçarx nümayiş olunmuşdur. 

Bundan sonra A. Məmmədov dəvət olunan qonaqlar - millət vəkili Vüqar Rəhimzadəni, SOCAR-ın Baş ofisinin şöbə rəisi Cavad Tınayevi, Təhlükəsizlik idarəsinin rəis müavini Şaiq Osmanovu, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovu, SOCAR "Downstream Management" (SDM) nümayəndəsi Tural Səfərlini, portnyorlardan "Rabitəban"kın şöbə müdürü Nəbi Əhmədovu, “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini, “Gününs.info” saytının rəhbəri Pərviz Həşimlini hesabat dövrü ərzində birgə əməkdaşlığa görə xüsusi plaketlə təltif etmişdir. 

Tədbirin sonunda A.Məmmədov və C.Xəlilov tərəfindən üzvülüyə yeni qəbul olunmuş vətən müharibəsi iştirakçıları olan mühafizəçilər - Əliyev Mehman Mayıl oğluna, İsgəndərov Pərvin Qorxmaz oğluna, İsmayılov Qurbanəli Çingiz oğluna Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vəsiqələri təqdim edilmişdir. 

Hesabat dövründə xidməti fəaliyyəti nəzərə alınmaqla MMC-nin 15 saylı komandası ilin komandası seçilmiş, 28 dekabr "Vəkil günü" ilə əlaqədar əməkdaşlardan müşavir Şücaəddin Bağırov, "veteranlar təşkilatı ilə sıx əməkdaşlığa" görə Mürsəl Süleymanov, Fərid Həsənov, "səmərəli fəaliyyətinə" görə idarəetmə aparatı üzrə Natiq Əliyev, Niyazi Cəfərov, xidmət sahəsinin növbətçiləri Fuad Məmmədli, Xanlar Nəsirov, komanda rəisinin müavinləri Ülfət Süleymanov, Cavanşir Babayev, Müşfiq Tağıyev, Məmməd Abdullayev, Toğrul Hacızadə, növbə rəisləri Dövlət Dövlətzadə, Nuran Bünyadlı, Orxan Bağırov, Kənan Atayev, Orxan Məmmədov, Ehtiram Cahangirov, mühafizəçilər Faiq Qasımov, Tərlan Qəniyev, İman Quliyev, Cəmil Quliyev, Emil Nuriyev, Pərvin Mehdizadə, Röyal Rzayev, Anar Həsənov, Adil Abbasov və Rövşən Əliyev fəxri fərmanlarla təltif olunmuşdurlar.

 

2025-02-03 21:57:32
4003 baxış

Digər xəbərlər

Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

Hörmətli cənab Kavelaşvili. Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 dekabr 2024-cü il

Hamısını oxu
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi

Murov döyüşlərində yaralanan Sərxan Yolçuyev müalicəsini başa vurduqdan sonra doğma yurduna, Gəncəyə qayıdıb. Qələbə xəbəri, qalibiyyət sorağı ilə dönən qazimizi dostları, qohumları, doğmaları və Baku TV çəkiliş qrupu qarşılayıb.   Döyüşün ilk günlərdə yaralandığını deyən qəhrəman qazimiz hazırda yoldaşlarının Kəlbəcərdə olduğunu, özünün isə onlardan ayrdı düşdüyü üçün kədərləndiyini bildirib: “Qismət olmadı, amma bilirəm ki, onlar məni orda canla-başla əvəz edirlər. Mənim ürəyim onların yanındadı”. Döyüşlər başladığı vaxt cəbhəyə könüllü yollanan Sərxan Yolçuyev dostunun şəhid olması haqqında danışarkən göz yaşlarına hakim ola bilməyib. Ətraflı süjetdə…

Hamısını oxu
ADNSU-da müharibə veteranları ilə görüş keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə birgə “Gənclər bizim bu günümüz, həm də sabahımızdır” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gənclərlə müharibə veteranlarının görüşlərinin davamlı olaraq keçirilməsini dəstəklədiyini bildirib. ADNSU-da gənclərə yüksək səviyyəli təhsillə yanaşı, milli vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət yetirildiyini  deyən rektor, professor M.Babanlı universitetdə Milli qəhrəman Mübariz İbrahimovun heykəlinin qoyulduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da öz çıxışında gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmindən danışıb və bu təbliğatın prezident İlham Əliyev tərəfindən mühüm vəzifə kimi qarşıya qoyulduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər müharibə veteranları  İsmayıl Fərəcov, Adil Haqverdiyev və Bəhram Atakişiyev də Azərbaycan gənclərinin aprel döyüşlərində göstərdikləri şücaətlərdən danışıb və  şanlı tariximizin, döyüş ənənələrimizin hərtərəfli təbliğ olunmasında bilik və təcrübələrini əsirgəməyəcəklərini bildiriblər. Tədbirin sonunda rektor, professor M.Babanlı Polkovnik Cəlil Xəlilova xatirə hədiyyəsi təqdim edib. Polkovnik Cəlil Xəlilov da öz növbəsində rektor, prof. Mustafa Babanlıya "General Mehmandarov" adına medal təqdim edib.

Hamısını oxu
Qəbələdə mərkəzi küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

AZXEBER.COM BAKU.WS-ə istinadən məlumatına görə, üzərinə "Polad Həşimov" yazılan lövhələr artrıq küçə boyu yerləşdirilib. Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq vermişdi.    

Hamısını oxu