Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gənclər Günü ilə bağlı görüş keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatının təşkilatçılığı ilə şəhər 8 saylı məktəb-liseydə müharibə veteranları ilə məktəblilərin görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon Vetetanlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman görüş iştirakçılarını 2 Fevral-Gənclər Günü münasibətilə təbrik etdikdən sonra qeyd edib ki, ölkəmizin gələcək qurucuları olan gənclərimizə dövlətimiz tərəfindən həmişə diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyevin  tapşırığı ilə 1996-cı ildə I Gənclər forumu keçirilib. 1997-ci  ildən isə məhz onun sərəncamıyla ölkəmizdə 2 Fevral Gənclər günü kimi qeyd olunur.

Tədbirdə Daxili Qoşunların Xüsusi Təyinatlı  Qrupunun zabitləri Kamran Əskərov, İlqar Mehdiyev, Qarabağ Qaziləri İctimai Birliyinin Cəlilabad filialının sədri Maşalla Əliyev keçdiyi şərəfli  döyüş yolundan danışıb, maraqlı cəbhə xatirələrini söyləyiblər. Bu günki gəncliyin vətənpərvərlik ruhunda   böyüməsinə böyük önəm verilməsini xüsusi vurğulayıblar.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İman Abdulla şəhidlər haqqında qələmə aldığı "Zirvələrə ucalanlar" kitabını necə araya-ərsəyə gətirdiyindən söz açıb və həmin kitabdan bir neçə şerini oxuyub.

Tədbirin sonunda Veteranlar Təşkilatı adından görüş iştirakçılarına vətənpərvərlik mövzusunda  yazılmış kitablar hədiyyə olunub.

 

2026-02-04 11:16:00
2208 baxış

Digər xəbərlər

Peşə təhsil müəssisələrində 27 sentyabr “Anım Günü”nə həsr olunan silsilə tədbirlər həyata keçirilib

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr tarixində Bakı və regionlarda yerləşən peşə təhsil müəssisələrində  İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunan “Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirilib.   Tədbirlər çərçivəsində peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhid ailələri və məzun qazilərlə görüşlər təşkil olunub. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nəzərdə tutulan tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər iştirak edib, 44 günlük Vətən müharibəsinə həsr olunmuş videotəqdimat nümayiş etdirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbirindən sonra II Şəhidlər Xiyabını ziyarət edilib və Mərkəzin ərazisində ağacəkmə kampaniyası həyata keçirilib. Həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin girişində şəhidlərin fotostendləri hazırlanıb və onların mübarizə yolunu əks etdirən videoçarxlar, işğaldan azad edilmiş bölgələrdə quruculuq işlərini əks etdirən video materiallar nümayiş etdirilib. Lənkəran Peşə Liseyi də “Anım Günü” ilə əlaqədar şəhid ailələrinə verilən yeni yaşayış binasının həyətinə Lisey tərəfindən istehsal olunan masalar, oturacaqlar, tullantı qutuları, güldanlar yerləşdirilib. Bununla yanaşı Liseyin həyətində şəhidlərin əziz xatirəsinə ağaclar əkilib. Müəssisələr arasında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tarixi günlə əlaqədar geniş tədbir keçirib, həmçinin Mərkəz kollektivi tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub.   Azərbaycan Respublikasında “Anım Günü”nün təsis edilməsi 2020-ci il dekabrın 2-də İlham Əliyevin Sərəncamına əsasən qeyd olunur. “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Peşə təhsil müəssisələrinin pedaqoji kollektivi, tələbə və məzunları arasından II Qarabağ müharibəsində iştirak etmiş 54 nəfər vətənin azadlığı uğrunda göstərdikləri şücaətə görə ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif ediliblər. 44 günlük Vətən müharibəsində ümumilikdə 760 təhsil işçisi düşmənə qarşı vuruşub. 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. (vet.edu.gov.az)

Hamısını oxu
Şamil Süleymanov-85

Hamısını oxu
Xalqın qəlbində Ali Baş Komandanına olan ümid və güvən sonsuzdur - MÜRACİƏTLƏR

Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər. Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı və tarixi zəfərlə nəticələnmiş əməliyyatlar birmənalı olaraq alqışlanır və ölkə başçısına böyük dəstək ifadə olunur.   Müraciət edənlər bildirirlər ki, Prezidentin xalq üçün gördüyü işlər sadəcə bu zəfərlə kifayətlənmir. Ali Baş Komandanın xalqın xeyrinə yüzlərlə önəmli işləri olub. Şanlı qələbə tariximizə qızıl hərflərlə əbədi həkk edilib. İşğal altında olan müqəddəs torpaqlarımızı mənfur erməni tör-töküntülərindən, iblis xislətli erməni faşizmindən, insanlıqdan, humanizm və sivil düşüncə tərzindən uzaq cəlladlardan azad etdiyi üçün xalq Ali Baş Komandana minnətdarlıq edir. Döyüş meydanında və danışıqlar masası arxasında yenilməz iradə, siyasi müdriklik və əzm nümayiş etdirərək qazandığı möhtəşəm Qələbə Azərbaycan xalqında özünə inam formalaşdırdı, hər bir azərbaycanlının qəlbində və vicdanında Ali Baş Komandanına olan ümid və güvəni daha da yüksəltdi. Müraciətlərdə qeyd edilir ki, biz çox xoşbəxt xalqıq, çünki, Ali Baş Komandan kimi əvəzolunmaz Liderimiz var.

Hamısını oxu
“Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaqda belə filmlərin rolu olduqca böyükdür”

  Məşhur Məmmədov: “Üzləşdiyimiz bəlaların bir çoxuna səbəb məhz unutqanlığımız olub”   “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm”   Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən “Vətən naminə”, “Erməni vandalizmi”, “Qarabağın tarixi-dini abidələri” sənədli filmləri, o cümlədən Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə ərsəyə gələn “Mənəvi borc” filmi Xəzər televiziyasında nümayiş etdirilib.   Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi, habelə erməni vandalizmi tərəfindən törədilən vəhşiliklərin unudulmaması baxımından bu cür filmlərin hazırlanmasının tarixi-ictimai və mənəvi əhəmiyyəti nədən ibarətdir?  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan bu filmləri xalqımız və dövlətimiz qarşısında mühüm tarixi xidmət kimi dəyərləndirmək mümkündürmü?   Saytımıza açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi filmlərin bugünümüzlə yanaşı, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:   “Tarix sübut edir ki, bizim başımıza gələn bir çox bəlalara səbəb məhz bizim unutqanlığımız olub. Elə buna görə də tariximiz, keçmişimizlə bağlı həqiqətləri daim diqqət mərkəzində saxlamaq, onların unudulmasına yol verməmək üçün bu cür filmlərin çəkilməsi vacibdir.   44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi. Hərbçilərimiz düşmən işğalındakı torpaqları çox qısa zamanda işğaldan azad etdi. Torpaqlarımız işğaldan azad olunandan sonra bir bir daha şahid olduq ki, düşmən bu torpaqlarda böyük vəhşiliklər, dağıntılar və talanlar həyata keçirib.   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də sözügedən komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çəkilən filmlərdə həm xalqımızın müharibədə göstərdiyi əzm və fədakarlıq, həm də erməni faşizminin anti-insani mahiyyəti parlaq şəkildə öz əksini tapır. Bu filmlər tariximizin qorunması, olduğu kimi xatırlanması, yaşadılması üçün mühüm önəm kəsb edir. Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaq üçün belə filmlərin çəkilməsi olduqca əhəmiyyətlidir. Bu cür filmlər gələcək nəsillərə imkan verəcək ki, onlar tariximizə dərindən bələd olsunlar, üzləşdiyimiz bəlalardan dərs çıxarsınlar və daim ayıq-sayıq olsunlar.   Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm. İnanıram ki, həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də digər dövlət qurumlarının dəstəyi ilə bu cür filmlərin hazırlanması gələcək nəsillərin maariflənməsi baxımından mühüm rol oynayacaq, hər zaman gələcək nəsillərə hərbçilərimizin qəhrəmanlığından, erməni vandallarının törətdiyi vəhşiliklərdən danışacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu