Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənova

Hörmətli Zakir müəllim! 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sizi və Nazirliyin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, çətin və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. Azərbaycan Xalq Cümhuriyyəti dövründən qurulan Silahlı Qüvvələrimiz həqiqətən şanlı, qurur doğurası tarixi yol keçib. İlk demokratik respublikasının müdafiəsindən başlanan bu yolun cığırdaşları olan insanlar çətin şəraitə baxmayaraq, qısa müddətdə həqiqətən güclü, nizami ordu yarada bilmişdilər. Son 28 ildə Silahlı Qüvvələr sıralarında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün müdafiəsində sayıq dayanan əsgər və zabitlər onların davamçıları olmaları ilə fəxr edə bilərlər. Azərbaycanın bu gün müasir, güclü orduya malik olmasında həmin ənənələrin də özünəməxsus yeri vardır. Xüsusilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə ölkədə digər sahələrdə olduğu kimi ordu quruculuğu prosesində də tarixi varislik prinsipi əsas götürülmüşdür. Məhz bunun, həmçinin beynəlxalq təcrübənin mənimsənilməsinin nəticəsidir ki, bu gün Azərbaycan istənilən vəzifənin öhdəsindən gəlməyə qadir nizami və peşəkar Orduya  malikdir. Hazırda bu proses Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə görülən işlərdə rəhbərlik etdiyiniz Nazirliyin xüsusi rolu və yeri vardır. Biz bunu yüksək qiymətləndirir və Qələbə naminə gərgin fəaliyyətinizi təqdirəlayiq hesab edirik. İnanırıq ki, Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir və həmin gün uzaqda deyil. Sizi və bütün şəxsi heyəti bu əlamətdar gün münasibətilə bir daha ürəkdən təbrik edir, xidməti işinizdə uğurlar, cansağlığı və ailələrinizə firəvanlıq arzulayıram.   Hörmətlə,   Respublika Veteranlar  Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

2019-06-22 00:00:00
2947 baxış

Digər xəbərlər

Bu gün görkəmli alim, professor Aida İmanquliyevanın doğum günüdür

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsini dərin ehtiramla anırıq. Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.   Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.   Onun dünyadan vaxtsız getməsi bütün şərqşünaslar, Azərbaycanın bütün elmi ictimaiyyəti üçün çox böyük itki oldu. Elmimizdə onun yoxluğu ilə yaranmış boşluğu biz bu gün də hiss edirik. Bu gün bizim təsəllimiz odur ki, Aida xanımın tələbələri onun elmdə açdığı cığırla gedirlər. Təsəllimiz həm də odur ki, Aida xanımın yadigarı olan Mehriban Əliyeva Azərbaycan üçün böyük işlər görür. O, Azərbaycanın mədəniyyətini, tarixini bütün dünyaya tanıtdırır. Hesab edirik ki, Aida xanımın verdiyi tərbiyə nəticəsində Mehriban xanım ömrünü həsr etdiyi işlərlə belə vətənpərvərcəsinə, fədakarcasına məşğul olur. O, bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çox böyük töhfələr verir.   İnsan bu dünyada müvəqqəti bir varlıqdır. Ancaq bu müvəqqəti həyatda insanın qəribə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır. Aida İmanquliyeva öz qısa ömründə bu şərtlərin hamısını yerinə yetirib, ürəklərdə özünə abidə qoyub. Demək, sağlığında ölməzlik qazanıb. Onun xatirəsi hər bir zaman ürəklərimizdə yaşayacaq.

Hamısını oxu
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”

Veteran.gov. az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov ad günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Milli Qəhrəman Mehriban Əliyevanın tarixi xidmətlərinə diqqət çəkib, gördüyü işlərdən bəhs edib: “26 avqust Azərbaycan Respublikasının Birinci vitse- prezidentinin və Birinci xanımının doğum günüdür. Görkəmli dövlət və ictimai xadim kimi Mehriban xanım Əliyevanın fəaliyyəti boyu əldə etdiyi uğurları müqabilində layiq bilinmiş titulları sadalasaydım, çox böyük siyahı alınardı. O, sadəcə birinci xanımdır. O, bütün parametrlərə görə birincidir. Açığı, Azərbaycanın tarixi mühitində mübariz xanım surəti bir növ şifahi xalq ədəbiyyatının məhsulu kimi şişirdilmiş qadın obrazlarını xatırladır mənə. Lakin müasir dünya texnoloji imkanlarına görə çox kiçilib. Odur ki, Mehriban xanımın zəngin həyat fəaliyyətini izləmək çox asandır. Hər şey göz önündədir. Yuxarıda qeyd etdiyim kimi, Mehriban xanımın saysız-hesabsız titullarını sadalamaq fikrində deyiləm. İstisna olaraq deyim ki, 20 il öncə onun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Heydər Əliyev Fondunun timsalında durmadan göstərdiyi fəaliyyəti özlüyündə hər şeyi əhatə edir. Ulu Öndər Heydər Əliyev irsinin, azərbaycançılıq fəlsəfəsinin ölkədə yayılmasını başlıca istiqamət  götürən fond nizamnamədə göstərilən bütün sahələr üzrə fəaliyyət proqramı üzərində fenomenal uğurlara imza atmaqda davam edir. Şəhid ailələri və müharibə veteranlarına, imkansız ailələrə göstərilən maddi və mənəvi yardım, səhiyyəyə göstərilən qayğı, mədəni və tarixi irsimizin qorunması, ekologiyaya verdiyi töhfə, Azərbaycan idmanının inkişafı, saysız –hesabsız sosial tədbirlər prezidenti olduğu Heydər Əliyev fondunun fəaliyyətinin qayəsini təşkil edir. Elm, mədəniyyət və təhsilə göstərilən diqqəti xüsusi qeyd etməyə lüzum yoxdur. Mehriban xanım Əliyevanın fəaliyyəti ictimai həyatın bütün aspektlərini əhatə etməklə dövlət strukturlarına göstərilən ən böyük dayaq kimi qəbul edilir. Şübhəsiz ki, adı çəkilən sahələr üzrə görülən işlərin tam siyahısını tərtib etsək,  bitməyən fantastik nailiyyətlərə artıq müvəffəq olmağın şahidi olarıq. Təbii ki, belə bir statistika Mehriban xanımın marağında deyil. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım ölkədə ən böyük xeyriyyəçi kimi  qəbul edilir. Heydər Əliyev Fondu və onun rəhbəri çarəsiz insanların son ümid yeri, istinad nöqtəsidir. Bu gün Mehriban xanım Azərbaycanda o qədər sevilir ki, ad çəkmədən “xanım” sözü  işlədilirsə, bu, mütləq Mehriban xanım kimi qəbul edilir: sadəcə XANIM. Belə deyirlər ki, hər güclü liderin arxasında güclü xanım dayanır. Etiraf edək ki, bugünkü Azərbaycan reallığında bu, həqiqətən belədir. Ulu Öndəri ən layiqli davamçısı İlham Əliyev hakimiyyəti illərində Azərbaycan fantastik uğurlara imza atmışdısa, onu hər an dəstəkləyən ömür-gün yoldaşı Mehriban xanım olub. İşğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng  tikinti layihələrinin həyata keçirilməsində Mehriban xanımın göstərdiyi əməli fəaliyyət göz önündədir. Bir zamanlar Mehriban xanıma Şuşada muğama qulaq asmaq imkanı yaratmağı söz verən məxluqatlar necə rəzil vəziyyətə düşdükləri həzm edə bilmirlər. Məhz Mehriban xanımın təşkilatçılığı ilə muğama, Qarabağ muğam məktəbinə göstərilən qayğı, məhz Şuşada keçirilən möhtəşəm muğam konsert proqramları hər birimizin ürəyini riqqətə gətirir. Xalqın sevgisini qazanmış Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi  və Ulu Öndər Heydər Əliyevin görmək istədiyi çiçəklənən Azərbaycan uğrunda göstərdiyi yorulmaz  fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirəm. Mehriban xanımın adı belə insanda pozitiv aura yaradır. Bu, bəlkə də Tanrının lütfündəndir”.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında Mədəniyyət Nazirliyinin təşəbbüsü və  “Respublika Xatirə Kitabı” redaksiyası əməkdaşları tərəfindən hazırlanan “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabın baş redaktoru Nəzakət Məmmədova kitabda yer alan məqalələr haqqında ətraflı məlumat verib, Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki xidmətlərinə diqqət çəkib.   Xalqımızın  hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu bildirən Nəzakət Məmmədova, ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətin də bu gerçəyin növbəti təsdiqi olduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən kitabın önəminə toxunub, bunun gənc nəslin maarifləndirilməsi, tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın cəsur oğullarının şücaətləri ilə bağlı beynəlxalq ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından mühüm rol oynadığını qeyd edib.   Daha sonra çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Hikmət Məlikzadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, Azərbaycan xalqının XX əsrin ortasında faşizmə qarşı sərgilədiyi qəhrəmanlığı XXI əsrin əvvəllərində erməni faşizminə qarşı mübarizədə təkrarladığını bildirib.   Tədbirdə çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Vüqar Əsgərov kitabda Azərbaycan dili ilə yanaşı, rus dilində də məlumatların yer aldığını bildirib. Qeyd edib ki, bu faktor faşizmə qarşı mübarizə aparan azərbaycanlıların beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.   Respublika Veteranlar Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev isə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların sayının 700 mindən çox olduğunu vurğulayıb, bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edib.   Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Samir Musayev isə qeyd edib ki, “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan kitabdan daha səmərəli istifadə etmək, Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini dünyaya çatdırmaq üçün sözügedən kitabın XİN vasitəsi ilə xarici ölkələrdəki səfirliklərimizə çatdrırılması faydalı olardı.   Maraqlı müzakirələr şəraitində keçən tədbirin sonunda iştirakçılara “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı təqdim edilib, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Gənc və köhnə nəsil arasında mənəvi bağ

Hamısını oxu