Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Milli təhlükəsizliyimizin peşəkarlara etibar olunması dövlətçiliyimizin xeyrinədir”

Prezident İlham Əliyevin son sərənacamları ilə ölkənin güc orqanlarının rəhbərliyində ciddi dəyişikliklər edilib. Belə ki, general Əli Nağıyev DTX-ya, general Vilayət Eyvazov DİN rəhbərliyinə, sabiq daxili işlər naziri Ramil Uusbov isə prezident yanında Təhlküəsizlik Şurasının katibi vəzifəsinə təyinat alıb. Sabiq DTX rəisi Mədət Quliyev isə müdafiə sənayesi naziri təyin olunub. Moderator.az-a açıqlamasında məlum təyinatları şərh edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təyinatların dövlətimizin nüfuzu və təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini vurğuladı: “Ölkə başçısının son təyinatları Azərbaycan dövlətinin təhlükəsizliyinin etibarlı şəkildə təmini, onun nüfuzunun artması, dövlətçiliyimizin dayaqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə də general Əli Nağıyevin DTX-nın rəhbərliyinə gətirilməsi, bu sahənin peşəkarlara etibar edilməsi milli təhlükəsizliyimizlə bağlı təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparmağa imkan verəcək. Sabiq DİN rəhbəri Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinat alması da ölkəmizin təhlükəsizliyi ilə bağlı daha effektiv addımların atılmasına imkan verəcək. Bir sözlə, hesab edirəm ki, son təyinatlar ölkə başçısı tərəfindən dövlət maraqlarımızın ən yüksək səviyyədə qorunması baxımından hərtərəfli düşünülərək atılan addımlardır. Bu təyinatların cəmiyyət tərəfindən təqdir edilməsi, ictimai rəy tərəfindən alqışlanması da həmin təyinatların önəmindən xəbər verir. Düşünürəm ki, bu təyinatlar güc orqanlarının daha effektiv fəaliyyətini stimullaşdırmaqla yanaşı, dövlət maraqlarımızın, milli təhlükəsizliyimizin bütün sahə və sferalarda daha effektiv qorunmasını təmin edəcək, bu müstəvidə daha böyük uğurların əldə edilməsinə rəvac verəcək”.   Seymur ƏLİYEV  

2019-06-23 00:00:00
3831 baxış

Digər xəbərlər

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahibinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildirib.

Hamısını oxu
Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz - Prezidentə yazırlar

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər. Publika.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. Həbib Fətəliyevdən, Bakı, Azərbaycan Hörmətli Prezidentimiz. Dünyada Sizin kimi müdrik lider, təmiz qəlbli Ali Baş Komandan görmədim. Bizim üçün Sizdən qüdrətli rəhbər, Prezident yoxdur. Buna görə də mən və ailə üzvlərim Sizə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsini və ömürlük Prezidentimiz olmağınızı istəyirik. Allah Sizi və ailənizi qorusun. Hörmətlə, Fətəliyev Həbib Tofiq oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Hamısını oxu
Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Cəlil Xəlilov: Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı “Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki mövcud reallığın nəticəsidir””. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün Qarabağda tamam fərqli bir mənzərə mövcuddur: “Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxt Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbi qarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün erməni silahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütün vətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tam təmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədə qalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya və Azərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tez bölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”. Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılması onların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı: “Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikal müxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlış addımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaq mümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı ölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bu cür tənqidlər qərəzdən başqa bir şey deyil”.

Hamısını oxu
General-polkovnik Məhərrəm Əliyevin doğum günüdür

General-polkovnik Məhərrəm Əliyevin 69 yaşı tamam olur. Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevin doğum günüdür. Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından, eyni zamanda çoxsaylı veteranlar adından Məhərrəm müəllimə doğum günü münasibəti ilə ən xoş arzularını çatdırır, fəaliyyətində uğurlar arzulayır, Qarabağ cəbhəsində əldə edilən ardıcıl qələbələrimiz münasibəti ilə də təbrik edir!

Hamısını oxu