Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatlar və imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Bu səfər və əldə olunan razılaşmalar təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, regional sabitliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir.

Strateji tərəfdaşlığın formalaşması siyasi iradə və qarşılıqlı etimada əsaslanır.

Prezident İlham Əliyev bəyanatında Tramp–Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibəti xüsusi vurğulayaraq, bu siyasətin ölkələrimiz arasında etimada əsaslanan tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini qeyd etdi.

Altı ay ərzində aparılan intensiv danışıqların nəticəsi olaraq Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan və ABŞ arasında uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını təsdiqləyir. Xüsusilə Prezident İlham Əliyevin Prezident Donald Trampla Vaşinqtonda keçirdiyi tarixi görüşdən sonra yaradılmış işçi qrupunun fəaliyyəti bu prosesin sistemli şəkildə aparıldığını göstərir.

Bu sənəd dövlətlərarası münasibətlərin hüquqi, siyasi və institusional əsaslarını daha da möhkəmləndirir.

Sülh gündəliyi və regional sabitlik ölkəmiz üçün hər zaman prioritet olub. Burda ABŞ-ın mühüm rolunu da vurğulamaq yerinə düşər.

Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesi oldu. ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar, Ağ Evdə paraflanmış sülh sənədi və Birgə Bəyannamə regionda yeni reallıqlar yaradıb.

Altı aydır davam edən sülh şəraiti göstərir ki, Azərbaycan konstruktiv mövqeyi və prinsipial siyasəti ilə regionda sabitliyin əsas təminatçısıdır. Bu prosesdə ABŞ-ın göstərdiyi dəstək beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Sülhün möhkəmlənməsi həm iqtisadi inkişaf, həm nəqliyyat əlaqələri, həm də humanitar əməkdaşlıq üçün yeni imkanlar açır.

Tramp–Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi regionun nəqliyyat və logistika xəritəsini köklü şəkildə dəyişəcək strateji layihədir.

Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirir, Azərbaycan və Ermənistan üzərindən Asiya ilə Avropanı əlaqələndirir, Orta Dəhlizin imkanlarını genişləndirir, beynəlxalq ticarətin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə şərait yaradır.

Azərbaycanın Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırması, neft məhsullarının tədarükünə başlaması sülhün praktik nəticələrinin bariz nümunəsidir.

TRIPP layihəsi regionda əməkdaşlıq mədəniyyətinin formalaşmasına və qarşılıqlı asılılığın artmasına xidmət edir.

Enerji təhlükəsizliyi də gprüşdə danışıqların əsasını təşkil etdi. Çünki bu sahədə Azərbaycanın strateji rolu əvəzsizdir.

Azərbaycan bu gün Avropanın və regionun enerji təhlükəsizliyində əsas aktorlardan biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz 16 dövlətin enerji təhlükəsizliyini təmin edir ki, onların əksəriyyəti NATO üzvü və ABŞ-ın müttəfiqləridir.

Cənub Qaz Dəhlizi, “Əsrin müqaviləsi” kimi layihələr Azərbaycan–ABŞ əməkdaşlığının uğurlu nümunələridir. Xartiyada enerji sahəsində marşrutların şaxələndirilməsi, interkonnektor layihələri, elektrik enerjisi əməkdaşlığı, mülki nüvə sahəsində əməkdaşlıq kimi istiqamətlərin yer alması tərəfdaşlığın dərinləşdirildiyini göstərir.



Bu, Azərbaycanın qlobal enerji bazarında mövqeyini daha da möhkəmləndirir.

Rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıq Xartiyanın mühüm istiqamətlərindən biri və rəqəmsal infrastruktur sahəsidir. Bu, Azərbaycanın innovasiyaya əsaslanan iqtisadi modelə keçid strategiyasının mühüm tərkib hissəsidir.

Sənəddə nəzərdə tutulan AI data mərkəzlərinin yaradılması, texnologiyaların ötürülməsi, startapların dəstəklənməsi, R&D mexanizmlərinin qurulması kiber təhlükəsizlik sahəsində əməkdaşlığa tövhə verəcək.

Amerikanın aparıcı texnoloji şirkətləri ilə qurulan tərəfdaşlıq Azərbaycanın regional texnoloji mərkəzə çevrilməsi perspektivini gücləndirir.

Azərbaycan beynəlxalq təhlükəsizliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi tanınır. Ölkəmizin sülhməramlı missiyalarda iştirakı, terrorla mübarizədə fəal rolu ABŞ tərəfindən yüksək qiymətləndirilir.

Xartiyada aşağıdakı istiqamətlərini xüsusi vurğulamaq yerinə düşər. Müdafiə sənayesi əməkdaşlığı, hərbi texnika və məhsulların satışı, antiterror fəaliyyəti,

kibertəhlükəsizlik, kritik infrastrukturun mühafizəsi əsas istiqamətlər oldu.

Bundan əlavə, humanitar minatəmizləmə sahəsində ABŞ-ın maliyyə və texniki dəstəyi işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayacaq.

İnstitusional mexanizmlər və davamlı əməkdaşlıq Xartiya çərçivəsində yaradılacaq işçi qrupları və illik görüş mexanizmləri tərəfdaşlığın formal sənədlə məhdudlaşmadığını, real layihələrlə möhkəmləndiriləcəyini göstərir.

Üç ay ərzində hazırlanacaq yol xəritələri əməkdaşlığın konkret nəticələr verməsinə zəmin yaradacaq.

Bu yanaşma Azərbaycan diplomatiyasının praqmatik və nəticəyönümlü xarakterini bir daha sübut edir.

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin səfəri, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və Prezident İlham Əliyevin verdiyi bəyanatlar göstərir ki, Azərbaycan beynəlxalq arenada etibarlı, güclü və söz sahibi olan dövlətdir.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təhlükəsizliyi möhkəmlənir, iqtisadi imkanlar genişlənir, regional liderlik mövqeyi güclənir, Azərbaycan qlobal proseslərin fəal iştirakçısına çevrilir.

Bu strateji tərəfdaşlıq modeli Azərbaycanın milli maraqlarına tam cavab verir və uzunmüddətli inkişaf strategiyasının mühüm sütunlarından biri kimi çıxış edir.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

2026-02-12 12:50:00
2058 baxış

Digər xəbərlər

Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, polkovnik Adil Haqverdiyevin bacısı Qəmər xanım dünyasını dəyişib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Qəmər xanımın vəfatı ilə bağlı mərhumun bütün doğmalarına, o cümlədən qardaşı  Adil Haqverdiyevə dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!    

Hamısını oxu
Azərbaycanın ən yaşlı polis veteranı müharibə xatirələrindən danışır

Bu gün onlar barmaqla sayılacaq qədərdir. Bu dəfə ki müsahibim 100 yaşın astanasında olan Azərbaycanın ən yaşlı polis veteranı Əlikişi Cümşüdovdur . Mozdokdan Berlinə qədər ağır döyüş yolu keçən Əlikişi müəllim üç dəfə yaralansa da yenidən səngərə qayıdıb.Müharibənin ağrı - acısı bu gün də gözümün önündədir deyir qocaman veteran. O illəri xatırlayarkən həm kövrəlir, həm də fərəhlənir.                                                                  Müharibə veteranı Əlikişi Cümşüdov: Bizə verilən ömür payında hərə bir yolu seçir və o yolun yolçusu olur. Məndə müharibədən qayıtdıqdan sonra polis peşəsini seçdim. Düz 35 il Daxili işlər orqanlarında qürürla xidmət edib Əlikişi Cümşüdov.Səkkiz övlad, 24 nəvə və 24 nəticə sahibidir Əlikişi Cümşüdov. 100 yaşın astanasında olan qocaman veteran deyir ki, ürəyimdə bir tək arzum qalıb. O da Dağlıq Qarabağdan QƏLƏBƏ xəbərini eşidib o torpaqlara getməkdir. Tezliklə arzunuz çin olsun qocaman veteran.

Hamısını oxu
“Natiq Qasımovla bağlı film hərb tariximizin və qəhrəmanlarımızın təbliği baxımından mühüm hadisədir”

Məlum olduğu kimi, iyunun 4-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı keçirilib. Mövzu ilə əlaqədar Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu cür filmlərin hərb tariximizin təbliği baxımından son dərəcə önəmli olduğunu vurğulayıb: “Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr edilmiş filmin hazırlanması istər qəhrəmanlarımızın gənc nəslə tanıdılması, istərsə də hərb tariximizin təbliği baxımında xüsusi əhəmiyyət daşıyan bir hadisədir. Dünya təcrübəsi sübut edir ki, tarixin təblğində heç bir bədii-elmi əsər, yaxud digər vasitələr film qədər effektiv olmur. Bu baxımdan Birinci Qarabağ müharibəsində erməni faşizminə qarşı qəhrəmanlıqla mübarizə aparan, öz cəsarəti, əzmkarlığı ilə düşməni dəhşətə gətirən, əbədiyyətə dünyanı heyrətləndirən mərdliklə qucaq açan Natiq Qasımovla bağlı belə bir filmin ərsəyə gətirilməsi hər mənada təqdirəlayiqdir. Bu film Natiq Qasımovun həyat və döyüş yolunun daha dərindən öyrənilməsi və təbliğinə dəstək verəcək, gənclərdə Birinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında daha dolğun təəssürat formalaşdıracaq. Mən süni intellekt tenologiyaları vasitəsilə “Düşmənə qarşı tək”filmini ərsəyə gətirdiyinə görə "SOY" Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyevaya, filmin ssenari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseynə, filmin hazırlanmasında əməyi olan hər bir şəxsə, o cümlədən, filmin ərsəyə gəlməsinə dəstək verən Bakı Media Mərkəzinin rəhbəri hörmətli Arzu xanım Əliyevaya bütün veteranlar adından öz minnətdarlığımı bildirirəm. İnanıram ki, yaxın gələcəkdə digər qəhrəmanlarımızla bağlı da bu cür filmlərin hazırlanmasına şahid olacaq, bu filmlərdən hərb tariximizin öyrənilməsində, qəhrəmanlarımızın təbliğində geniş şəkildə istifadə edəcəyik”. Seymur ƏLİYEV

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Zəfərin Qəhrəmanı – İmran Əliyev

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi əsrlər boyu igid oğulların qanı, canı və Vətənə sonsuz sevgisi ilə yazılıb. Bu salnamənin ən parlaq səhifələrindən biri isə 44 günlük Vətən müharibəsidir. Bu müqəddəs savaşda Azərbaycan Ordusu öz qüdrətini, gücünü və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu zəfərin arxasında isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti dayanırdı. Bu gün azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması şəhidlərimizin bizə əmanətidir. Onlar təkcə tarix yazmadılar, onlar həm də xalqın ruhunu dirçəldən, 30 illik Qarabağ nisgilinə son qoyan müqəddəs bir yol açdılar. Şəhidlərimiz Azərbaycanın ən şanlı səhifəsinin müəllifləridir. Onların hər biri bir dastan, bir örnək, bir məktəbdir. Belə qəhrəmanlardan biri də Əliyev İmran Əli oğludur. 7 aprel 1993-cü ildə Göyçay şəhərində dünyaya göz açan İmran Əliyev uşaqlıq və gənclik illərini Bakı şəhərində keçirmişdir. O, paytaxtda yerləşən 54 nömrəli məktəbdə təhsil almış, daha sonra Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olaraq ali təhsilini başa vurmuşdur. Vətənə xidmət amalını həyatının əsas məqsədinə çevirən İmran Əliyev Naxçıvan Muxtar Respublikasında Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət etmiş, sonra isə təlim-tədris mərkəzində kurs keçərək leytenant rütbəsi ilə Bərdə şəhərində yerləşən hərbi hissədə fəaliyyətə başlamışdır. 2020-ci ilin əvvəlindən etibarən xidmətini davam etdirən İmran, qısa zamanda özünü nizam-intizamlı, məsuliyyətli və cəsur zabit kimi göstərmişdir. Daha sonra Tərtər istiqamətinə ezam olunan İmran Əliyev Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılmışdır. Suqovuşan uğrunda gedən ağır və şiddətli döyüşlərdə o, misilsiz igidlik nümayiş etdirmiş, son damla qanına qədər Vətən uğrunda vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Onun həyat yolu Vətənə bağlılığın, şərəfin, qeyrətin və sonsuz vətənpərvərliyin təcəssümüdür. İmran Əliyev sübut etdi ki, Azərbaycan oğulları yenilməzdir, qorxmazdır və Vətən uğrunda canlarını fəda etməyə hər zaman hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İmran Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bu mükafatlar onun qəhrəmanlığına dövlət tərəfindən verilmiş yüksək qiymətin göstəriciləridir. Bu gün İmran Əliyev təkcə doğmalarının deyil, bütün Azərbaycan xalqının qəlbində yaşayır. Azərbaycan var olduqca onun adı da yaşayacaq, xatirəsi daim ehtiramla anılacaq. Çünki şəhidlər ölmür, onlar Vətənin yaddaşına çevrilir, xalqın ruhunda əbədi yaşayırlar. Ruhun şad olsun, qəhrəman         Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov

Hamısını oxu