Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zərifə Quliyeva əsl Azərbaycan xanımı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin ən fəal təbliğatçılarındandır”

Bu gün Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyevanın ad günüdür.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə Veteran.gov.az-a açıqlamasında Zərifə Quliyevanı təbrik edib, onunla bağlı arzulrını dilə gətirib:

“Hər şeydən öncə ad günü münasibətilə hörmətli Zərifə xanımı təbrik edir, ona uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Zərifə xanm əsl Azərbaycan xanımı olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin ən fəal təbliğatçılarındandır. Onun rəhbərlik etdiyi təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə aktiv iştirak etməkdə, Ümummilli Lider Heydər Əliyev ideyalarını və Prezident İlham Əliyevin siyasətini yolrulmadan təbliğ etməkdədir.

Təsadüfi deyil ki, bu gün Zərifə xanım şəhid ailələrinin, müharibə əlillərinin, veteranların ən yaxın dostu kimi tanınmaqdadır. O, tez-tez həssas kateqoriyadan olan ailələrlə baş çəkir, onlara yardımlar edir, Prezident İlham Əliyevin siyasətini əməli şəkildə dəsəkləməklə gənc nəslə nümunə göstərir.

İnanıram ki, Zərifə xanım bundan sonra da ölkəmizin çiçəklənməsinə böyük töhfələr verəcək, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətindəki fəaliyyətini eyni müvəffəqiyyətlə davam etdirəcək.

Bir daha Zərifə xanımı təbrik edir, uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

 

 

 

2026-02-13 21:20:00
1681 baxış

Digər xəbərlər

Paşinyanı devirmək istəyən revanşistlərin planı: “nə sülh, nə də müharibə” şəklində də olsa...

“Revanşistlər Paşinyanı məğlub etməklə Ermənistanda hakimiyyəti birmənalı şəkildə ələ keçirməyə çalışırlar. Onlar Paşinyanı məkrili plan və ambisiyaları yolunda ən böyük əngəllərdən biri hesab edirlər”. Bu sözləri Publika.az-a açıqlamasında Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, revanşistlər hesab edir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalaya, bölgədəki gərginliyə son qoya bilər ki, bu da revanşist qüvvələrin marağına uyğun deyil: “Onlar “nə sülh, nə də müharibə” şəklində də olsa, Azərbaycanla gərginlyi davam etdirməkdə maraqlıdır. Revanşistlər hesab edir ki, əgər proses bir qədər uzana və Ermənistan xarici himayədarlarından kifayət qədər dəstək ala bilərsə, o zaman post-müharibə dövründəki məlum status-kvonu dəyişdirə bilərlər. Təbii ki, bunlar cəfəng fikirlərdir və həqiqətdən çox-çox uzaqdır. Ancaq erməni revanşistlər xülyalara dalmaqda, özlərinin uydurduqları yalanlara inanmaqda davam edir və Paşinyanı onların hədəfinə çevirən də məhz budur”. Ekspertin sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyinin bölgədə hansı nəticələrə səbəb olacağını indidən qəti şəkildə demək mümkün deyil: “Çünki hər şey hakimiyyətə gələcək qüvvələrin məqsəd və məramından asılı olacaq. Əgər Ermənistanda hakimiyyətə revanşist qüvələr gələrsə, o zaman çox böyük ehtimalla, regionda vəziyyət daha da gərginləşəcək. Çünki bu qüvvələr açıq şəkildə yeni qarşıdurmaların tərəfdarı olduqlarını bəyan edirlər. Odur ki, indiki halda Paşinyan hakimiyyəti erməni toplumunun maraqlaırna daha çox cavab verir. Çünki Paşinyan post-müharibə dövrünün reallıqlarını qismən də olsa dərk edir, ciddi daxili və xarici təzyiq altında olsa da, rəsmi Bakı ilə anlaşmağa cəhd edir. Ola bilsin ki, bütün bu cəhdlər sadəcə imitasiyadır. Amma ən azından Paşinyan Azərbaycana qarşı açıq çağırışlar etmir, müharibə anonsları vermir. Bu isə o deməkdir ki, əslində Paşinyan hakimiyyəti erməni toplumu, onun maraqları baxımından daha sərfəli, daha təhlükəsizdir. Təxribatlara gəlincə, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan istənilən təxribata qətiyyətlə cavab verəcək, öz təhlükəsizliyini təmin etmək üçün ən sərt tədbirlərdən belə çəkinməyəcək”. Nəzrin Cavadzadə

Hamısını oxu
Vətənin müdafiəsinə töhfə verən hər kəs ölümsüzdür!

Azərbaycan Respublika Müharibə Əmək və Silahlı Qüvvələrinin Veteranları Təşkilatı Qələbənin 80 illiyi ərəfəsində keçmiş SSRİ şəhərlərinin müdafiəsində və yaşayış məntəqələrinin faşist işğalçılarından azad edilməsində qəhrəmanlıq göstərən həmvətənlərimizin xatirələrinin əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Qəhrəmanlar yaddaşımızda yaşayanda, adları mədəniyyətə, ölkənin salnaməsinə uyğun gələndə ölmürlər. Belə ki, Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Mirzə Cabiyevin və bir çox başqalarının şücaətləri yaxşı məlumdur və indi ağızdan-ağıza ötürülür. Bizim vəzifəmiz naməlum qəhrəmanların adlarını tapmaq, müasirlərinə bu qəhrəmanlar barədə məlumat verməkdir.  Respublika Veteranlar Təşkilatı bu ideyanın həyata keçirilməsini öz müqəddəs vəzifəsi hesab edirlər. İkinci Dünya müharibəsi bəşəriyyət tarixində dağıdıcı, bəlkə də ən dəhşətli müharibə idi. Orada 27 milyondan çox sovet vətəndaşı öldü. Dünyanın kütləvi faciələrlə üzləşməməsi üçün bəşəriyyəti faşizmdən xilas edən bu insanların qəhrəmanlığını xatırlamalıyıq. İkinci Dünya müharibəsi cəbhələrində 700 minə yaxın azərbaycanlı döyüşüb, onların yarısı döyüş meydanlarından qayıtmayıb. Müharibədə altı Azərbaycan diviziyası iştirak edib, onlardan beşinin tərkibinin 95% - i Azərbaycanın yerli sakinlərindən təşkil olunub. 416-cı Taqanroq diviziyası Berlinə qədər gedib.  77-ci diviziya Ukrayna, Kerç, Sevastopolun azad edilməsində iştirak edib. Azərbaycanlılar cəbhələrdə ləyaqətlə vuruşublar.Onlardan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 17 nəfər Şöhrət ordeninin tam kavalieri oldu. Bəzilərinin xatirəsi əbədiləşdirilib.  Məsələn, Volqoqradda, Belarusda Həzi Aslanovun abidələri ucaldılıb. Kalininqradda küçələrdən birinə Mirzə Cabiyevin adı verilib. Kişinyovada Moldova ərazisində müharibə zamanı qəhrəmancasına həlak olmuş 300-dən çox azərbaycanlının adları olan mərmər lövhə quraşdırılıb. Ancaq azərbaycanlıların bir çox qəhrəmanları haqqında məlumat yoxdur. İstərdim ki, Qələbənin 80 illiyi ərəfəsində onların adları aydınlaşdırılsın və əbədiləşdirilsin. Bu, faşizmlə mübarizə aparan insanların xatirəsinin bu gün də xatırlandığını sübut edəcəkdir. Qəhrəman cəsarəti, şücaəti ilə seçilən, tez-tez həyatının bahasına uğur qazanan bir insandır. Qəhrəman insan, yaxınlarının, qohumlarının, bütövlükdə ölkənin rifahı naminə özünü qorumağın təbii instinktini dəf etməyə imkan verən son dərəcə güclü bir iradəyə malikdir. Həqiqətən, bəşəriyyət üçün həyatın mənası varlığı sonsuzluğa qədər uzatmaqdırsa, bir insan üçün öz ömrünü mümkün qədər uzatmaqdır.  Qəhrəman bu barədə düşünmür. Nəsillərin yaddaşı sayəsində ölümsüzlüyə çatır. Xalq yaddaşı Qəhrəmanı gələcək nəsillərə, əbədiyyətə bağlayan körpü rolunu oynayır. Bu, qəhrəmanı uca Allahın ona verdiyi fərdi vaxtın gücündən azad edir. Beləliklə, Vətənin müdafiəsinə xüsusi töhfə verən insanlar ölməz olurlar. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, keçmiş SSRİ-nin şəhər, qəsəbə, kəndlərində Sovet İttifaqı Qəhrəmanı adını almış və ya Şöhrət ordeninin tam kavalieri olmuş azərbaycanlıların İkinci Dünya müharibəsi illərində müdafiə və azad edilməsində iştirak etdikləri ərazilərdə xatirələri əbədiləşdirilsin. Bu məqsədlə biz MDB Veteran Təşkilatına, Vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi Komissiyasına, Azərbaycanın Birlik ölkələrindəki səfirliklərinə müraciətlər göndərdik. Eyni zamanda, Qələbənin yubiley ildönümü ilə əlaqədar veteranlar təşkilatımız bir sıra tədbirlər, o cümlədən Azərbaycanın faşizmin məğlubiyyətinə verdiyi töhfələrə həsr olunmuş beynəlxalq konfrans keçirməyi planlaşdırır. Onu da qeyd edim ki, qələbəyə Azərbaycan nefti həlledici töhfə verib. Bakı neftçiləri müharibə illərində gecə-gündüz çalışırdılar, cəbhəni fasiləsiz neftlə təmin edirdilər. Ordunun ehtiyacları üçün yanacaq və sürtkü yağlarının 85%-ni Azərbaycan təmin edib. Respublikada əfsanəvi "Katyuşa"da daxil olmaqla 123 növ silah istehsal edən bir sıra müdafiə müəssisələri yerləşdirildi. Respublika cəbhəni qida ilə də təmin edirdi. Azərbaycan alimləri ümumi işə fəal töhfə vermişlər. Xüsusilə, akademik Yusif Məmmədəliyev yüksək oktanlı aviasiya yanacağının, donmayan yağların istehsalını təklif etmiş və həyata keçirmişdir ki, bu da düşmənin aviasiyası üzərində keyfiyyət üstünlüyünü təmin etmişdir. Müharibə illərində Azərbaycanda 45 hospital fəaliyyət göstərib, 440 min cəbhəçini sağaldıb və xidmətə qaytarıblar. Bakıda üç xatirə məzarı var, burada Bakı şəhərindəki hospitallarda döyüş xəsarətlərindən ölən döyüşçülər istirahət edir. Bütün qəbirlər baxımlıdır. Hər il mayın 9-da memoriallarda təntənəli tədbirlər keçirilir. Ümumiyyətlə, Azərbaycanda 1941-1945-ci illər müharibəsinə həsr olunmuş xatirə məzarlarına və abidələrə böyük qayğı göstərilir. Belə abidələr ölkənin bütün rayonlarında ucaldılıb. Onlar yerli hakimiyyət orqanları, gənclər təşkilatlarının üzvləri və qazilər tərəfindən qorunur və abadlaşdırılır. Təəssüflər olsun ki, Azərbaycanda keçmiş cəbhəçilərin sayı azdır - cəmi 18 nəfər. Ənənəyə görə, hər il mayın 9-da müxtəlif ictimai təşkilatların nümayəndələri və könüllülər veteranları evdə ziyarət edəcək, təbrik edəcək, hədiyyələr təqdim edəcəklər. Dövlət səviyyəsində hər il 9 May ərəfəsində müharibə iştirakçılarının veteranlarına və dullarına, arxa işçilərə maddi yardım göstərilir.  Qeyd etmək istəyirəm ki, bu, təkcə İkinci Dünya müharibəsi veteranlarına deyil, Qarabağ müharibəsi veteranlarına da aiddir. Polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar. Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, "Mercedes Sprinter 416" bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib. "Ford Transit" bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib. Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. video Milli.Az

Hamısını oxu
Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib

Veteran.gov.az xəbər verir ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçularımızın il mərasimi keçirilib. Bununla əlaqədar Yasamal rayonundakı 2-ci Fəxri Xiyabanda dəfn edilən şəhidlərin məzarlarıı ziyarət edilib. Şəhid hərbi qulluçular Hüseyn Tağıyev, Sübhan Əbdürrəhmanov, Sənan Kərimov və Rəşad Quliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.   İl mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri, YAP rayon təşkilatlarının sədrləri, Müdafiə Nazirliyinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb.Bildirilib ki, şəhidlərimiz xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqlar. Şəhidlərimizin fədakarlığını, onların Vətənə bağlılığını dövlətimiz, Ali Baş Komandan cənab İlham Əliyev, bütün xalqımız hər zaman yüksək qiymətləndiriblər.  

Hamısını oxu