Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib. 

Xatırladaq ki, Xalq artisti Rasim Balayev“Ulduzlar sönmür”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavid ömrü” və s. filmlərdə yaratdığı obrazlarla böyük tamaşaçı sevgisi qazanıb. O, 1976-cı ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf”, 2023-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunub.

Allah rəhmət eləsin.

 

2026-03-30 10:39:00
3113 baxış

Digər xəbərlər

AQTİ ilə Türkiyənin müvafiq qurumu arasında bitki sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri ilə görüş keçirilib.   Görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri, eləcə də, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qida təhlükəsizliyi sisteminə daxil olan laboratoriyalarının optimallaşdırılması, modernləşdirilməsi və akkreditasiyası sahəsində əməkdaşlığın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda AQTİ ilə Türkiyənin elmi-tədqiqat institutları arasında təcrübə mübadiləsi, araşdırma institutlarının elmi-texniki ədəbiyyat bazasından yararlanmaq istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.   AQTİ ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Aqrar Tədqiqatlar və Siyasət Baş idarəsi arasında bitki sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycan və Türkiyədə bitki sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə elmi-tədqiqat və inkişaf layihələrinin, bitki sağlamlığı məsələləri üzrə nəzəri və praktiki biliklərə dair təlim proqramlarının, bitki sağlamlığı sahəsində tədqiqat məsələləri üzrə və bitki sağlamlığı üzrə kliniki xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Mehdiyev Mehdi Səməd oğlu vəfat edib. Mehdi Mehdiyev İkinci Dünya müharibəsinin ilk illərindən faşizmə qarşı mübarizədə aktiv iştirak etmiş, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mehdi Mehdiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
“XVII Beynəlxalq Müsəlman Forumunda ermənilərin ekoloji terror siyasəti uğurla ifşa edildi”

Aqil Şirinov: “Erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması milli maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir”   Dekabrın 15-də Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi və Beynəlxalq Müsəlman Forumunun Katibliyinin birgə təşkilatçılığı ilə “Ekoloji təbliğatdan ekoloji düşüncəyədək: danışıq üslubunun optimal yolunun axtarışı” mövzusuna həsr olunmuş XVII Beynəlxalq Müsəlman Forumu keçirilib. Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Ermənistanın ekoloji terror siyasətini ifşa edib, din xadimlərinin də ekologiyanın qorunmasında fəallıq göğstərməsinin zəruriliyini vurğulayıb.   Ermənistanın ekoloji terror siyasətinin  bu cür beynəlxalq forum və toplantılarda ifşa edilməsi nə dərəcədə önəmlidir? Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi ekoloji layihələr, təbiətin qorunması istiqamətində atdığı addımlar bütün dünyaya nümunə sayıla bilərmi?   Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov məlum forum və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının həmin forumdakı çıxışının dövlətimizin maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:   “Bu cür beynəlxalq forum və toplantılarda ekosistemin qorunması istiqamətində Azərbaycanın gördüyü işlər haqqında məlumat vermək, ermənilərin Qarabağ bölgəsində təbiətə yönəlik vəhşiliklərini ifşa etmək, meşələrin məhvi, su hövzələrinin çirkləndirilməsi və s. kimi cinayətləri dünuya birliyinin diqqətinə çatdırmaq olduqca vacibdir.   Bu forum mahiyyət və miqyasına görə olduqca mühüm və əhəmiyyətli forum idi. Sözügedən forumun mövzusu da birbaşa ekologiyaya aid idi ki, bu da müasir dünyamızın ən aktual məsələlərindən biridir. Bu foruma dünyanın böyük din xadimləri - Misirin baş müftisi, Türkiyənin Diyanət İşləri başqanı və s. kimi görkəmli simalar qatılmışdı. Rusiya Müsəlmanları İdarəsinin sədri də həmin forumda təşkilatçı qismində iştirak edirdi. Məhz belə bir mühüm forumda Mübariz müəllim Azərbaycan dövlətinin ekologiyaya verdiyi önəmə toxundu,  habelə işğal dönəmində ermənilərin təbiətə yönəlik həyata keçirdiyi terrora diqqət çəkdi. Mübariz müəllim həmçinin bu gün dövlətimizin həmin ərazilərdə həyata keçirdiyi ekoloji layihələrin miqyasından, onun bütün region üçün əhəmiyyətindən danışdı.  Ermənilərin ekoloji terror siyasəti XVII Beynəlxalq Müsəlman Forumu çərçivəsində uğurla ifşa edildi.   Bildiyiniz kimi, cənab prezidentin tapşırğı ilə Qarabağın bərpası prosesində ekologiyaya mühüm diqqət yetirilir. Ekologiyaya ziyan vurmayan “yaşıl enerji”nin istehsalı və istehlakı hər şeydən öncə təbiətin qorunmasına yönələn layihələrdir. Meşə sahələrinin salınması, yaşıllıqların genişləndirilməsi də Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir.   Məlum olduğu kimi, ermənilər 30 illik işğal dönəmində təbiətə qarşı əsl terror törədib. Nəticədə, bir çox meşələrimiz məhv edilib. Ermənilər Kəlbəcəri tərk edərkən belə meyvə ağaclarını kəsdilər, meşələri doğrayıb daşıdılar. Bu gün isə cənab prezidentin tapşırığı əsasında işğaldan azad edilən ərazilərdə geniş yaşıllıqlar salınır. Ağdamda böyük meşə massivinin salınması, digər rayonlarda yaşıllıqların genişləndirilməsi gündəmdədir. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə yaşıllıqların artıırlması planı mövcuddur. Bütün bunlar Azərbaycan dövlətinin təbiətə, ekologiyaya verdiyi önəmi göstərir və bu baxımdan görülən işlər digər dövlətlər üçün nümunə sayıla bilər”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mənəvi bütövlüyümüzün təmini olacaq”

“Vaxtiylə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından zəruridir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir: “Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki, dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.  Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz prioritetliyini qoruyub saxlayacağını  göstərir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu