Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Veteranlara verilən 80 manat təqaüdün artırılmasına ehtiyac var”

Cəlil Xəlilov: “Bu artımı zəruri edən əsas amil mövcud sosial-iqtisadi reallıqlardır”

Son günlər media və sosial mediada, eləcə də parlamentdə veteranlara verilən 80 manat təqaüdün artırılması ilə bağlı təkliflər səslənməkdədir.

Mövzu ilə bağlı saytımızın sualını cavablandıran Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  sədr müavini polkovnik Cəlil Xəlilov bu təqaüdün artırılmasının məqsədəuyğun olduğunu vurğulayıb:

“Müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılmasına ehtiyac var

“Hər şeydən öncə qeyd edim ki, veteranlara verilən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü dövlətimizin, Prezidentimizin veteranlara olan diqqət və qayğısından xəbər verir və biz buna görə bir daha Müzəffər Ali Baş Komandana öz təşəkkürümüzü bildiririk. Bu fakt bir daha sübut edir ki, şəhid ailəlrinin, müharibə əlillərinin, veteranların sosial rifahınn kompleks şəkildə yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı hesab edirəm ki, indiki şəraitdə bu təqaüdün artırılmasına ehtiyac var. Bu artımı zəruri edən əsas amil mövcud sosial-iqtisadi reallıqlardır.

Məlum olduğu kimi, bu gün müasir dünyada baş verən qiymət artımı, bahalaşma və s. kimi amillər bu və ya digər dərəcədə Azərbaycanda da özünü hiss etdirir. Habelə, son vaxtlar kommunal xidmətlərin də nəzərəçarpacaq dərəcədə artdığı hər kəsə məlumdur. Bu baxımdan veteranlara verilən 80 manatlıq təqaüdün artırılması vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına, onların ailə büdcəsinin daha da güclənməsinə kömək edə bilər. Ona görə də, hesab edirəm ki, əlaqədar qurum və instanasiyalar, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclisin Əmək və sosial siyasət komitəsi bu məsələyə həssaslıqla yanaşmalı, bu təqaüdün artırılmasını təmin etməlidirlər”.

Polkovnik qeyd edib ki, veteranlara verilən Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılması veteranlar üçün mənəvi-psixoloji baxımdan da ciddi stimul olar:

“Azərbaycan Respublikası Prezidentinin 80 manatlıq aylıq təqaüdünün artırılması dövlətimizin veteranlara sistemli qayğısının daha bir nümunəsi olmaqla yanaşı, veteranlarımız üçün mənəvi-psixoloji baxımdan da ciddi stimul olar.

Bundan başqa, bu artım ölkəmizə, dövlətimizin veteranlarla bağlı siaysətinə qarşı informasiya müstəvisində, o cümlədən sosial şəbəkələrdə çirkin təbliğat kampaniyası təşkil edən qüvvələrə də layiqli cavab olar. Bütün dünya bir daha şahid olar ki, ölkəmizdə veteranların sosial rifahının yaxşılaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasət praktikada dinamik şəkildə öz əksini tapır”.

 

2024-06-13 14:51:57
3733 baxış

Digər xəbərlər

“Veteranlarımız işğaldan azad edilən ərazilərdə aparılan nəhəng quruculuq prosesinin avanqardıdır”

“Verteranlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan nəhəng abadlıq və quruculuq prosesinin avanqardıdır”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlar, müharibə dönəmində olduğu kimi post-müharibə dövründə də Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdə, respublikamızın çiçəkənməsinə ciddi töhfələr verməkdədir:  “2020-ci ildə Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyan veteranlarımız post-müharibə dönəmində də xalqımız, dövlətimiz və Prezidentimizlə tam bir həmrəylik sərgiləməkdədir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan abaqlıq işlərində, qurucluq prosesində veteranlarımız yaxından iştirak etməkdə, yaşayış məntəqələrinin inşası, infrastrukturun formalaşdırılması prosesinə böyük töhfələr verməkdədir. Şəhid və veteranlarımızın fədakarlığı nəticəsində azad edilən torpaqlarımızda digər vətəndaşlarımızla yanaşı, veteranlarımız da böyük əmək sərf etməkdə, bu ərazilərin yenidən dirçəldilməsi üçün əsl fədakarlıq sərgiləməkdədirlər. Bu, veteranlarımızın xalqımız və dövlətimiz qarşısında tarixi xidmətlərindən biridir”.  Hazırda ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının keçirildiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, respublikamızın işğaldan azad edilən ərazilərdəki quruculuq təcrübəsinin öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:  “Mayın 17-də Bakıda start götürən və 22 may tarixinə qədər davam edəcək WUF13 yeni, müasir tələblərə cavab verən şəhərsalma ənənəsinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qürurvericidir ki, bu gün müasir şəhərsalma ilə bağlı WUF13-də səslənən çağırışların bir çoxu Azərbaycan Respublikası tərəfindən çoxdan həyata keçirilməkdədir. Biz işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələr çərçivəsində bunu aydın şəkildə görə bilərik. Bu baxımdan dünya dövlətlərinin ölkəmizin işğaldan azad edilən ərazilərdəki təcrübəsini öyrənməsi ümumbəşəri maraqlar konteksində mühüm önəm kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bu fakta diqqət çəkərək bildirdi ki, “biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”. Hansı ki, ölkəmizin əldə etdiyi bu zəngin təcrübənin dünya dövlətləri tərəfindən mənimsənilməsi bütün bəşəriyyətin maraq və mənafeyi baxımından son dərəcə faydalı və səmərəli olar.  Bu baxımdan, inanıram ki, WUF13-də iştirak edən dövlətlər Azərbaycanın şəhərsalma təcrübəsinə xüsusi diqqət yetirəcək və bu təcrübəni öyrənməklə öz ölkələrinin inkişafına əlavə töhfə verəcəklər”.  Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edib

Avqust ayının 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevayanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Mehriban xanım! Sizi doğum gününüz münasibəti ilə bütün veteranlar və şəxsən öz adımdan təbrik edir, Sizə xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Sizin xalqımızın sosial rifahının yaxşılaşması, respublikamızın çiçəklənməsi, ölkəmizin inkişafı, mənəvi-mədəni dəyərlərimizin təbliği istiqamətində atdığınız addımlar, ortaya qoyduğunuz əzm və fədakarlıq cəmiyyətimizin bütün təbəqələri kimi veteranlar tərəfindən də alqışlanmaqda, sevgi və məmnunluqla izlənməkdədir. Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, eləcə də, həssas kateqoriyadan olan digər vətəndaşlarımıza olan mütəmadi dəstəyiniz, həssas və qayğıkeş münasibətiniz cəmiyyətimizin hər bir fərdi üçün örnək təşkil edir. İstər ölkə daxilində, istərsə də respublikamızın hüdudlarından kənarda həyata keçirdiyiniz humanitar aksiyalar Sizin necə böyük və  nəcib qəlbə malik olduğunuzu göstərir. Bütün bu xeyirxah əməlləriniz sayəsində bütün dünya Sizin simanızda Azərbaycan qadınının nəcibliyinə, humanizminə, ülviliyinə həsəd aparır. Sadəcə veteranlara göstərdiyiniz qayğı və diqqətə görə deyil, həm də Azərbaycan qadını adına layiq həyata keçirdiyiniz saysız-hesabsız xeyirxah əməllərinizə görə Sizə təşəkkür edir, öz minnətdarlığımızı bildiririk. Dəyərli Mehriban xanım! Sizi xalqımıza sevdirən əsas xüsusiyyətlərinizdən biri də Azərbaycan Respublikasının Prezidenti - Müzəffər Ali Baş Komandana verdiyiniz böyük dəstəkdir. Biz bu dəstəyi həm 44 günlük Vətən müahribəsində, həm də post-müharibə dönəmində aydın şəkildə müşahidə etdik. Siz öz əməlləriniz, cəsarət və iradənizlə sübut etdiniz ki, Ali Baş Komandanın ən sadiq silahdaşısınız və ona sonadək dəstək olmaqda davam edəcəksiniz. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda tarixi və mədəni abidələrimizin bərpasındakı fəaliyyətiniz bütün dünyada heyranlıqla izlənilməkdədir. Hörmətli Mehriban xanım! Sizi bir daha döğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, zəngin və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, biz veteranlar bundan sonra da Prezident İlham Əliyevin və Sizin həyata keçirdiyiniz siyasəti dəstəkləməkdə davam edəcəyik”. Veteran.gov.az  

Hamısını oxu
Professor İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi” kafedrasının müdiri,  tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı professor İradə Hüseynova müəllifi olduğu kitabları Təşkilat sədrinə təqdim edib.  Görüş zamanı gənclər arasında milli mənəvi dəyərlərin təbliğinin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin vacibliyi qeyd olunub, bu məsələdə təbliğati işlərin önəmi vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev Füzuli ilə bağlı müjdəli xəbəri ELAN ETDİ

"Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. "Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır", - Prezident əlavə edib.

Hamısını oxu