Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

3 il öncə 3 dünya nəhənginin etirazına rəğmən qurulan sərhəd-keçid məntəqəsi – Laçın!

Bu gün 23 aprel – Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasının 3-cü ildönümüdür. Düz 3 il bundan öncə olduqca mürəkkəb hərbi-siyasi vəziyyətdə yaradılan Laçın sərhəd-keçid məntəqəsi suvereliyimizin bərpası prosesində mühüm rol oynayıb, ərazi bütövlüyümüzün praktiki şəkildə təmin edilməsinə böyük töhfələr verib.

Laçın sərhəd-keçid məntəqəsinin əhəmiyyətini və tarixi missiyasını daha yaxşı anlamaq üçün yaxın keçmişimizə qısa nəzər salmaq kifayətdir.

Erməni revanşizmi, Rusiya sülhməramlıları və Azərbaycan sərhədçiləri...

Laçın sərhəd-keçid məntəqəsi 2023-cü ilin 23 aprel tarixində yaradıldı ki, həmin dönəmdə Xankəndidə silahlı erməni revanşistləri aktiv fəaliyyət göstərir, yeni müharibə çağırışları səsləndirir, azərbaycanlılara qarşı ciddi aqressiya sərgiləyirdilər. Bu, o dönəm idi ki, Ermənistandan müxtəlif dağ yolları vasitəsilə Xankəndiyə silah və texnikalar daşınır, şəhər ətrafında müdafiə mövqeləri inşa edilirdi.

Bundan başqa, bir sıra hallarda Rusiyanın ərazidəki sülhməramlı qüvvələri də Xankəndiyə silah-sursat daşınmasında iştirak edir, erməni hərbi karvanlarını müşayiətini həyata keçirirdi. Məhz buna görə də Azərbaycan tərəfi dəfələrlə Rusiya sülhmərmalılara öz etirazını bildirmiş, mediada bununla bağlı çoxsaylı tənqidi materiallar dərc olunmuşdu.

Laçın sərhəd-keçid məntəqəsinin yoxluğu fonunda erməni terrorçuları, separatçı qüvvələr Xankəndi və şəhər ətrafında rahat hərəkət edir, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə pozurdu. Belə ağır, mürəkkəb bir zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və dəmir iradəsi sayəsində Laçın sərhəd-keçid məntəqəsi yaradıldı. 2023-cü ilin 23 aprel tarixində Dövlət Sərhəd Xidməti Prezident İlham Əliyevə məlum tarixi hadisə ilə bağlı məruzə etdi və qeyd etdi ki, Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə “sərhədlərimizin bütövlüyü təmin edilib”.

Laçın sərhəd-keçid məntəqəsinin qurulması ilə Azərbaycan sərhədçiləri bu istiqamətdə də vətən torpağının mühafizəsini həyata keçirməyə başladı və bu, erməni revanşistlərinin, habelə, Rusiya sülhmərmalılarının aktivliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı.

İlham Əliyevin dəmir iradəsi 3 dünya nəhənginin etirazını necə üstələdi?

Laçın sərhəd-keçid məntəqəsinin yaradılması sadəcə Ermənistanın deyil, onun beynəlxalq aləmdəki himayədarlarının da ciddi etirazına səbəb oldu. Baş verənlərlə bağlı bəyanat verən Fransa, Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasını pisləydi və qeyd etdi ki, bu, “atəşkəs sazişi çərçivəsində götürülmüş öhdəliklərə ziddir”.

Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasına ABŞ da səssiz qalmadı. ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel məsələ ilə bağlı açıqlama verdi. ABŞ rəsmisi baş verənləri sülh səylərini sarsıtmq cəhdi kimi dəyərləndirdi və bildirdi ki, “ABŞ “Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır.”

Ermənistanın tarixi himayədarı olan Rusiya isə baş verənlərə daha kəskin reaksiya verdi. Məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış edən Rusiya XİN-i baş verənlərin “yolverilməz” olduğunu vurğuladı:

“23 aprel hadisələrinin son inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarının pozulması ilə bağlı hər hansı bir birtərəfli addımların - Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişikliyindən söhbət gedirmi və ya ondan sülh gündəminə cavab verməyən məqsədlər üçün istifadə etmək cəhdlərindən - qəbuledilməz olduğunu xüsusilə qeyd edirik”.

Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı etirazlar sonrakı dönəmlərdə də davam etdi. Ermənistana himayədarlıq edən güclər bu etirazlarla Azərbaycanı geri çəkilməyə vadar etməyə, Laçın sərhəd keçid məntəqəsinin ləğvinə nail olmağa çalışırdılar. Lakin Prezident İlham Əliyevin qətiyyəti, sarsılmaz iradəsi sayəsində bu etirazların heç biri mövcud reallığa təsir göstərmədi. Laçın sərhəd-keçid məntəqəsi öz fəaliyyətin uğurla davam etdirdi və ciddi nailiyyətlərə imza atdı.

Laçın sərhəd-keçid məntəqəsi: Terrorçular üçün “sonuncu dayanacaq”

Laçın sərhəd keçid məntəqəsi fəaliyyətə başladığı ilk gündən etibarən sərhəd nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atdı, səmərəli nəzarət sistemi tətbiq etdi. Nəticədə, çox keçmədi ki, erməni terrorçularının bir qismi məhz Laçın sərhəd-keçid məntəqəsində ələ keçirilərək ölkəmizin hüquq-mühafizə orqanlarına təhvil verildi. Ələ keçən terrorçular arasında Azərbaycan xalqına qarşı xüqsusilə ağır cinayətlər törədən şəxslər də var idi ki, bunlardan da biri Vaqif Xaçaturyan idi.

Vaqif Xaçaturyan 29 iyul 2023-cü il tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb və əlaqədar qurumlara təhvil verilmişdi.

Laçın sərhəd-keçid məntəqəsi 2023-cü ilin lokal anti-terror əməliyyatına qədər və ondan sonrakı dönəmdə də terrrçuların ələ keçirilməsində mühüm rol oynayıb, sərhəd toxunulmazlığımızın təmininə böyük töhfələr verib.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Laçın sərəd-keçid məntəqəsinin yaradılması suverenliyimizin və ərazi bütövlüyümüzün möhkəmlənməsinə təkan verən unikal bir hadisədir və illər, əsrlər sonra da öz tarixi, fəaliyyəti, mübarizə əzmi ilə insanları ovsunlamaqda, onlarda özünə böyük maraq və heyranlıq oyatmaqda davam edəcək.

Fərid İmranlı

 

2026-04-23 19:41:00
1222 baxış

Digər xəbərlər

Vətən müharibəsi Azərbaycan gəncliyinin qüdrətini bütün dünyaya göstərdi

Bakı, 1 fevral, AZƏRTAC 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, bu gün Azərbaycan gəncləri öz əxlaqına, mənəviyyatına, intellektual səviyyəsinə, vətən sevgisinə görə dünya gəncliyinə nümunə təşkil edir. Bununla bağlı AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyev də, dövlətimizin başçısı İlham Əliyev də hər zaman Azərbaycan gəncliyinə, onun yaradıcı gücünə, qəhrəmanlıq potensialına inanıb, bunu çıxışlarında dönə-dönə vurğulayıblar. 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin necə böyük iradə və əzmə, cəsarət və fədakarlığa malik olduğunu təsdiqlədi. Azərbaycan gəncliyi Vətən müharibəsindəki qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi. Gənclərimizin mübarizə əzmini, vətənə sevgisi və bağlılığını alqışladığını vurğulayan polkovnik deyib: “Bu gün biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq gənclərlə geniş iş aparır, nəsillər arasında sağlam mənəvi bağlılığın formalaşmasına xüsusi diqqət yetiririk. Təşkilatımızın sıraları gənc veteranlar hesabına sürətlə genişlənməkdədir. Orta və ali təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlər keçirir, onların milli tariximizə, soykökümüzə, zəngin mənəvi dəyərlərimizə bağlı şəkildə inkişafına xüsusi diqqət göstəririk. İnanıram ki, Vətən müharibəsində böyük qəhrəmanlıqlar, əsl Vətən sevgisi nümayiş etdirən gənclərimiz bundan sonra da milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq, respublikamızın inkişafına, onun gücünün və nüfuzunun daha da yüksəlməsinə töhfəsini bundan sonra da verəcək”.

Hamısını oxu
“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edilib. Maraqlıdır, bu yürüş Ümummilli Liderə ehtiram əlaməti olmaqla yanaşı, həm də gənclərin idmana təşviq edilməsi, idmanın təbliği baxımından atılan addım kimi də dəyərləndirilə bilərmi? Veteran.gov.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikrlər səsləndirib: “Şübhəsiz ki, DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü Ümummilli Lider Heydər Əliyevin xatirəsinə sonsuz ehtiram nümunəsi kimi mühüm əhəmiyyətə malikdir və olduqca təqdirəlayiqdir. Bununla yanaşı, qeyd etdiyiniz kimi, bu cür addımlar həm də idmanın təbliği, sağlam həyat tərzinin təşviqi baxımından da böyük önəm kəsb edir. Bildiyiniz kimi, Ulu Öndər hər zaman ölkəmizdə idmanın inkişafına böyük önəm verib, bu istiqamətdə ciddi addımlar atıb. Ümumiyyətlə, ölkəmizdə idman hərəkatının inkişafı, idman sahəsində ilk ciddi uğurların əldə edilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə gənclətinin həm fiziki, həm də ruhi-mənəvi baxımdan sağlam yetişdirilməsi üçün onların idmanla məşğul olmasını zəruri hesab edirdi. Hansı ki, sonrakı dönəmdə Prezident İlham Əliyev Ulu Öndərin bütün sahələrdəki siyasəti ilə yanaşı, idman siyasətini də uğurla inkişaf etdirdi, Azərbaycan bu müstəvidə də böyük nailiyyətlər əldə etdi. Bu baxımdan DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü ölkə gənclərinə verilən praktiki mesaj kimi də dəyərləndirilə bilər. Bu mesaj gənclərimizin idmanla məşğul olmasının, idmanın kütləviləşməsinin nə qədər mühüm önəm kəsb etdiyini əks etdirir. İnanıram ki, gənclərimiz ölkəmizdə idmanın inkişafı ilə bağlı Ulu Öndərin çağırışlarına hər zaman sədaqət hissi ilə yanaşacaq, bu çağırışlara idman sahəsindəki uğurları ilə cavab verəcəklər. Heydər Əliyevin idmanla, sağlam həyat tərzi ilə bağlı çağırışlarını əməli müstəvidə yaşatdığına, gənclərə davamlı örnək olduğuna görə DTX əməkdalarına da təşəkkür edir, onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
İki əsgərimiz şəhid olub, beş yaralı var.

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.   Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.   Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab General-polkovnik Tofiq Ağahüseynov şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 18 dekabr 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.  İclasda çıxış edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov cari ildə görülən işlərlə bağlı Rəyasət Heyətinin üzvlərinə ətraflı məlumat verib, onların sullarını cavablandırıb. İclasda gələn ilin iş planı təsdiqlənib, habelə, həyata keçiriləcək layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.  

Hamısını oxu