Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

2026-04-27 16:44:00
3032 baxış

Digər xəbərlər

Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun ömrü çox uzaq gələcəyə hesablanıb

12 dekabr Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anım günüdür. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.   Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir. Allah Ulu Öndərə rəhmət eləsin! Azərbaycan dövləti var olduqca Ümummilli liderimiz anılacaq, onun zəngin həyat təcrübəsi, güclü dövlətçilik, idarəçilik ənənəsi davam etdiriləcək.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Fətullah Əliməmmədov vəfat edib

Qəbələ rayon Bum kəndində anadan olmuş, 8 mart 1942-ci ildə hərbi xidmətə çağırılmış, 1942-1943-cü illərdə əfsanəvi 416-ci Azərbaycan atıcı diviziyasında  xidmət etmiş, döyüşlərdə sücayətinə görə bir orden, altı medalla təltif olunmuş, Mazdok şəhərində ağır yaralanmış birinci dərəcəli müharibə əlili 100 yaşlı Əliməmmədov Fətullah Səbzəli oğlu 11 yanvar 2026-cı ildə vəfat etmişdir. Fətullah Əliməmmədov Qəbələ rayonunda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər görmüşdür. Respublika Veteranar Təşkilatının rəhbərliyi və kollektivi Böyük Vətən müharibəsi veteranı Fətullah Əliməmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin.

Hamısını oxu
“Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir”

Cəlil Xəlilov: “Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”   “Ermənistan mina xəritələrindən siyasi şantaj elementi kimi istifadə edir. Rəsmi İrəvanın bu siyasəti bütün region üçün təhdiddir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi, onun terrorçu, təcavüzkar xarakterinin təcəssümüdür:   “Bildiyiniz kimi, Ermənistan bəzi rayonlarla bağlı mina xəritələrini Azərbaycana versə də, bu xəritələrin yetərincə dəqiq olmadığı, oradakı məlumatların sadəcə 25%-nin öz təsdiqini tapdığı məlum oldu. Başqa sözlə desək, Ermənistan bu rayonlarda basdırdığı minaların dəqiq xəritəsini ölkəmizə vermədi. Təbii ki, bunda məqsəd Azərbaycanın minalarla mübarizəsini zəiflətmək, bu mübarizənin sürət və tempini aşağı salmaqdır. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Bu siyasət həm də Ermənistanın terorçu xarakterini bir kəs daha ortaya qoyur. Baş verənlər göstərir ki, Ermənistan bu gün də mina terrorunu davam etdirir və bu terroru dayandırmaq niyyətində deyil”.   Cəlil Xəlilovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin uzanması, vaxtiylə bu torpaqlardan didərgin salınmış insanların doğma torpaqlarına qayıtması yolunda başlıca əngəldir:   “Məlumdur ki, işğaldan azad edilən ərazilərə qayıdışın başlıca şərti vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Vətən müharibəsindən dərhal sonra dövlətimiz bu istiqamətdə mühüm addımlar atıb və bu gün də atmaqdadır. Bu baxımdan ANAMA-nın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz ANAMA-nın səyi nəticəsində hektarlarla ərazi minalardan təmizlənib, orada quruculuq işlərinin həyata keçirilməsi üçün gərəkli olan təhlükəsizlik təmin edilib. Lakin Azərbaycan tərəfinin əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün bu prosesi maksimum sürətlə həyata keçirmək mümkün deyil. Bu isə 30 il bundan öncə həmin torpaqlardan didərgin salınan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışına mane olur, bu prosesi uzadır. Yəni Ermənistan Vətən müharibəsində məğlub olmasına, hərbi müstəvidə rüsvayçı məğlubiyətə uğramasına baxmayaraq, hələ də vətəndaşlarımızın geri qayıdışına mane olmağa çalışır. Əslində, Ermənistan dövləti Azərbaycana qarşı terror siyasəti aparmaqla bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır. Bunun özü beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.    Təbii ki, Azərbaycan dövləti istənilən halda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesini uğurla başa çatdıracaq, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin edəcək. Lakin Ermənistanın mina terroru siyasəti tarixin yaddaşında erməni faşizminin qorxunc təzahürlərindən biri kimi daim nifrət və ikrah hissi ilə xatırlanacaq”.  

Hamısını oxu
"Həmin proses bu gün də davam et­dirilir"

"2020-ci ilin 27 Sentybar tarixi 44 günlük şanlı Vətən müharibəsinin baş­ladığı, ordumuzun bütün cəbhə xətti boyu əks-hücuma keçdiyi gündür". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib. O bildirib ki, məhz 27 sentyabr tarixində Azərbaycan xal­qı, Azərbaycan Ordusu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 30 illik erməni işğalına qarşı hərbi müstəvidə mübarizəyə başladı və bu mübarizə cəmi 44 gün ərzində yağı düşmənin məğlub olması, Ermənistanın hərbi potensia­lının 80 faizdən çoxunun darmadağın edilməsi ilə nəticələndi: "Azərbaycan 44 gün ərzində düşməni torpaqlarımızdan qovub çıxardı. Bir sıra iri rayonlarımız – Ağdam, Laçın və Kəlbəcər isə bir güllə belə atılmadan, Prezident İlham Əliyevin diplomatik səriştəsi nəticəsində erməni işğalından azad edildi. Ermənistanın bu 30 ildə qurduğu bütün istehkamlar 44 gün ərzində yarıldı, hərbi texnikaları dəmir yığınına çevrildi. Bu, Azərbaycan hərb tarixinin ən böyük, ən möhtəşəm qələbəsi idi. Əminəm ki, illər, əsrlər keçsə də, bu qələbə Azərbaycan xalqı­nın qan yadaşında, Azərbaycan tarixində ən şanlı qalibiyyət kimi yaşayacaq, öz əzəmətindən heç nə itirməyəcəkdir. 27 Sentyabr həmişə tarixin yaddaşında qalacaq. 27 sentyabr Anım Günüdür. Belə bir günün təsis olunması heç şübhəsiz cənab Prezidentin, dövlətimizin şəhidlərimizə olan sevgi və ehtiramının nümunəsidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman şəhidlərimizin təbliğinə, onların xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət yetirib və bu amil təşkilatın gələcək fəaliyyətində də əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Hesab edirəm ki, kimliyindən, sosial statusundan, ha­rada, hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər kəs şəhidlərimizin xatirəsini uca tutmalı, onların xatirəsinin əbədiləşdirlməsi, müharibədə göstərdikləri qəhrəmanlıqların təbliğ edilməsi, gənc nəslə tanıdılması istiqamətində əlindən gələni etməlidirlər. Bu mənada, təşkilatımız gənclərin ordu­ya hazırlanması ilə bağlı müxtəlif qurum­larda, təhsil ocaqlarında görüşlər keçirib. Hərbi qanunvericiliyi, Azərbaycanın tari­xini xüsusi təbliğ edirik. Ordumuzda olan texnikalardan istifadə qaydaları, nizam-intizama riayət edilməsi məsələlərinin təbliği istiqamətində, gənclərin fiziki hazırlığı cəhətdən xeyli işlər görmüşük. Təkcə ölkə daxilində deyil, müxtəlif xa­rici dillərdə dünya ictimaiyyəti, dünya veteranlar təşkilatları qarşısında da təbliğatımızı yüksək səviyyədə aparmı­şıq". Onun sözlərinə görə, həmin proses bu gün də davam et­dirilir: "Biz həm xaricə dəvət olunur, həm də ölkəmizə qonaqlar dəvət edərək nəzərlərinə çatdırırıq ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməsi üçün mübarizə aparır, heç bir dövlətə ərazi id­diası yoxdur. Sadəcə, bugünkü gənclər deyil, gələcək nəsillər də bilməlidirlər ki, biz 8 Noyabr Zəfərinə görə kimlərə borcluyuq. Bu baxımdan Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteran­lar Təşkilatı mütəmadi iş aparmaq­da, orta və ali təhsil müəssiələrində, müxtəlif auditoriyalarda şəhidlərimizin və onların qəhrəmanlıqlarının təbliği ilə məşğul olmaqda, onların xatirəsinin əbədiləşdirilməsi üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldır­maqdadır. Biz hər vasitə ilə çalışırıq ki, gənclərimiz şəhidlərimizi tanısın, onların döyüş yoluna dərindən bələd olsunlar. Bu, həm milli və hərb tariximi­zin öyrənilməsi, həm də qəhrəmanlıq ənənələrinin davam etdirlməsi baxımın­dan əhəmiyyətlidir. Müharibə, Əmək və Silahlı Qüvvələrt Veteranlar Təşkilatı ola­raq gələcəkdə bu istiqaməti daim diqqət mərkəzində saxlayacaq, şəhdilərimizin təbliği istiqamətində yeni-yeni addımlar atacaq, layihələr həyata keçirəcəyik". Müəllif: Söylü Ağazadə

Hamısını oxu