Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Faşizm üzərində qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq

Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.
APA xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq.
Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.

2026-04-30 08:24:00
3637 baxış

Digər xəbərlər

İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır?

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri əsnasında iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Həmçinin,Ermənistanın Müdafiə Nazirliyi İrəvanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb. Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanan müqavilə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterləri idxal olunacaq. Fransanın “SOFEMA Group” şirkəti ilə isə  müasir hərbi geyim və təchizatın alınmasına dair saziş bağlanıb. Xatırladaq ki, Ermənistan bundan öncə də Fransadan xeyli sayda zirehli maşın, artilleriya sistemləri və s. alıb. Makronun Ermənistana səfəri zamanı isə İrəvan öz hərbi təchizatını demək olar ki, Fransaya “həvalə edib”. Belə ki, artıq bundan sonra Ermənistan ordusunun nəqliyyat ehtiyacından tutmuş, geyim və digər texniki təchizatına qədər bir çox ehtiyacı Fransa tərəfindən qarşılanacaq ki, bu da ciddi yenilikdir. Bu, Rusiyaya açıq-aşkar arxa çevirən Ermənistanın Qərblə birmənalı yaxınlaşma xətti yürütdüyünü göstərir. Azərbaycan üçün isə işin daha maraqlı tərəfi İrəvanın silahlanma yanğısının heç cürə səngiməməsi, eyni vüsətlə davam etməsidir. Yada salaq ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa, Hindistan və s. ölkələrdən hərbi texnika idxalı pik həddə çatıb. Müharibənin başa çatmasından illər ötsə də, Ermənistanın silahlanma tempi nəinki azalmayıb, əksinə, artıb. Bu isə “Ermənistan bunca sürətlə niyə silahlanır” sualını avtomatik olaraq aktuallaşdırır. Çünki balaca Ermənistanın böyük silah ehtiyatına nəzər salanda insanda az qala belə bir təəssürat yaranır ki, İrəvan hasısa mistik qüvvələrin həmləsini dəf etməyə, yaxud UNO hücumuna hazırlaşır. Əgər belə olmasaydı, o zaman rəsmi İrəvan 44 günlük müharibədə darmadağın olan, hərbi potensialı ilə yanaşı, iqtisadi-maliyyə gücününü də önəmli bir qismini itirən ölkə kimi əsas diqqəti yeni silahların alınmasına deyil, çökən iqtisadiyyatın dirçəldilməsinə yönəldərdi. Hansı ki, bu gün biz tamamilə əks prosesi müşahidə etməkdəyik. Lakin Ermənistan bilməlidir ki, əgər bunca silah-sursat Azərbaycanla mümkün müharibə ehtimalı üçün yığılırsa, o zaman döyüş günü gələndə bu ehtiyatın İrəvana heç bir faydası olmayacaq. İrəvanın bunu anlaması üçün 44 günlük müharibəyə nəzər salması kifayətdir. Seymur ƏLİYEV  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə münasibətilə məktəbliləri və tələbələri təbrik edib Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında paylaşılan təbrikdə deyilir: "Əziz məktəblilər və tələbələr!⠀Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!" Milli.Az

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar

Bakı, 18 oktyabr, AZƏRTAC Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Hamısını oxu
Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir

Xəbər verildiyi kimi, 22 aprel 2021-ci il tarixdə 24 nəfərdən ibarət Azərbaycan Respublikası prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri tərəfindən yığıncaq keçirilərək “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin təsis edilməsi barədə qərar qəbul olunmaqla, yığıncaqda birliyin İdarə heyəti formalaşdırılaraq hüquqi ünvanı müəyyən edilmişdir.  Qeyd olunmalıdır ki, Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasının prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sosial, mənzil-məişət problemlərinin həlli, sağlamlıqlarının möhkəmləndirilməsi, o cümlədən qanunla nəzərdə tutulmuş digər maddi və mənəvi yardımların göstərilməsi istiqamətində əməli köməklik göstərilməsi və digər məsələlərdən ibarətdir. Bu gün Baş Prokurorluğun rəhbərliyi ilə 30 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir.  Tədbirdə giriş nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev Birliyin fəaliyyətə başlaması münasibətilə veteran və pensiyaya çıxmış əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, hazırkı dövrədək prokurorluq orqanlarından yaşa görə 18-i qadın olmaqla 381 nəfərin təqaüdə çıxdığını qeyd etmişdir. Kamran Əliyev zəngin təcrübəyə malik prokurorluğun veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşməyin vacibliyini vurğulamışdır. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunmuşdur. Göstərilən gündəlik diqqət və qayğıya görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri  Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə etmiş, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulamışdır. Sonda xatirə fotoşəkli çəkdirilmişdir.  

Hamısını oxu