Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır?

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri əsnasında iki ölkə arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb.

Həmçinin,Ermənistanın Müdafiə Nazirliyi İrəvanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb. Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanan müqavilə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterləri idxal olunacaq. Fransanın “SOFEMA Group” şirkəti ilə isə  müasir hərbi geyim və təchizatın alınmasına dair saziş bağlanıb.

Xatırladaq ki, Ermənistan bundan öncə də Fransadan xeyli sayda zirehli maşın, artilleriya sistemləri və s. alıb. Makronun Ermənistana səfəri zamanı isə İrəvan öz hərbi təchizatını demək olar ki, Fransaya “həvalə edib”. Belə ki, artıq bundan sonra Ermənistan ordusunun nəqliyyat ehtiyacından tutmuş, geyim və digər texniki təchizatına qədər bir çox ehtiyacı Fransa tərəfindən qarşılanacaq ki, bu da ciddi yenilikdir. Bu, Rusiyaya açıq-aşkar arxa çevirən Ermənistanın Qərblə birmənalı yaxınlaşma xətti yürütdüyünü göstərir. Azərbaycan üçün isə işin daha maraqlı tərəfi İrəvanın silahlanma yanğısının heç cürə səngiməməsi, eyni vüsətlə davam etməsidir.

Yada salaq ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa, Hindistan və s. ölkələrdən hərbi texnika idxalı pik həddə çatıb. Müharibənin başa çatmasından illər ötsə də, Ermənistanın silahlanma tempi nəinki azalmayıb, əksinə, artıb. Bu isə “Ermənistan bunca sürətlə niyə silahlanır” sualını avtomatik olaraq aktuallaşdırır. Çünki balaca Ermənistanın böyük silah ehtiyatına nəzər salanda insanda az qala belə bir təəssürat yaranır ki, İrəvan hasısa mistik qüvvələrin həmləsini dəf etməyə, yaxud UNO hücumuna hazırlaşır. Əgər belə olmasaydı, o zaman rəsmi İrəvan 44 günlük müharibədə darmadağın olan, hərbi potensialı ilə yanaşı, iqtisadi-maliyyə gücününü də önəmli bir qismini itirən ölkə kimi əsas diqqəti yeni silahların alınmasına deyil, çökən iqtisadiyyatın dirçəldilməsinə yönəldərdi. Hansı ki, bu gün biz tamamilə əks prosesi müşahidə etməkdəyik.

Lakin Ermənistan bilməlidir ki, əgər bunca silah-sursat Azərbaycanla mümkün müharibə ehtimalı üçün yığılırsa, o zaman döyüş günü gələndə bu ehtiyatın İrəvana heç bir faydası olmayacaq. İrəvanın bunu anlaması üçün 44 günlük müharibəyə nəzər salması kifayətdir.

Seymur ƏLİYEV

 

2026-05-07 15:00:00
893 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illiyi münasibətilə Cəlilabad rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibətilə Cəlilabad rayonunda tədbir  keçirilib. Cəlilabad rayon Veteranlar  Təşkilatının təşkilatçılığı ilə şənbə günü keçirilən yubiley tədbirində  rayon Veteranlar  Təşkilatının sədri, şair-publisist Ədalət Salman Azərbaycan Veteranlar Təşkilatının yaranma tarixindən və onun səmərəli fəaliyyətindən ətraflı danışıb, tədbir iştirakçılarına rayon təşkilatının gördüyü işlər haqqında da məlumat verib. Əmək və müharibə veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Veteranlar Təşkilatına yeni üzv qəbul edilmiş 27 nəfər Əmək, Qarabağ və Əfqanıstan müharibələri veteranlarına vəsiqələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında və rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etdiyinə görə bir qrup veteran yubiley münasibəti ilə Fəxri Fərmanlarla təltif edilib. Tədbirdə çıxış edən veteranlar Azərbaycan Veteranlar Təşkilatının ünvanına xoş sözlər söyləyib, rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.    

Hamısını oxu
Novxanı 1 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib

Novxanı 1 nömrəli tam orta məktəbdə 04.05.2023-cü il tarixdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.  Veteran.gov.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkədəki hesabında məlumat verilib. Məktəbin həyətində başlayan tədbir məktəblilərin bir-birindən maraqlı çıxışları, xor kollektivinin ifası, şeir və rəqs nümunələri ilə davam edib. Ümummilli liderin 100 illik yubileyi münasibətilə hazırlanan fləşmob tədbir iştirakçılarında xüsusilə böyük maraq doğurub. Heydər Əliyevin zəngin həyat yolu və  siyasi fəaliyyəti ilə bağlı məktəb müəllimlərinin etdiyi çıxışlar da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları, habelə digər qonaqlar iştirak edib. Seymur ƏLİYEV  

Hamısını oxu
ВС АЗЕРБАЙДЖАНА ПРОВОДЯТ УСПЕШНЫЕ ОПЕРАЦИИ

Hamısını oxu