Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi prokuror Müdafiə Nazirliyinin artilleriya hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində tədbir keçirib. 

 Görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

 Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.

Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi – Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmaları bildirilib.

Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

 

2026-05-05 15:34:00
966 baxış

Digər xəbərlər

Ordunu hədəf almaq, düşmən dəyirmanına su tökməkdir

“Orduya qarşı aparılan qarayaxma kampaniyası əsassızdır və kimlərinsə şəxsi maraqlarına xidmət edir”    Bunu Moderator.az-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Təhlükəsizliyimizin məhz Azərbaycan ordusu hesabına təmin edildiyinə diqqət çəkən C.Xəlilov, ordu haqqında böhtan və yersiz ittihamlar səsləndirməyin hər şeydən öncə mənəvi baxımdan yolverilməz olduğunu bildirib:   “Azərbaycanın təhlükəsizliyi, sərhədlərimizin toxunulmazlığı məhz ordumuzun, Silahlı Qüvvələrimizin hesabına təmin edilir. Əsgərlərimiz qışın soyuğunda, yayın istisində əldə silah ayıq-sayıq şəkildə ona görə xidmət aparırlar ki, heç bir məkirli düşmən xalqımızın rahatlığını, dövlətimizin riufahını pozmasın. Belə olan halda ordunu hədəf almaq, onu hansısa xırda məqsədlərə alət etməyə çalışmaq heç şübhəsiz ki, hər şeydən əvvəl bu kampaniyanın arxasında dayanan qüvvələrin mənəvi cılızlığından və səbatsızlığından xəbər verir. Kimsə onu öz həyatı bahasına qoruyan orduya ləkə yaxırsa, onun nüfuzunu kölgə salmağa çalışırsa, bu, hər şeydən əvvə onların mənəvi faciəsi və tənəzzülüdür. Çünki ordunu hədəf almaq, mahiyyət etibari ilə düşmən dəyirmanına su tökməkdir”.   Bu cür böhtan və qarayaxmaların nəticə verməyəcəyinə, xalqın orduya olan sevgi və inamını azaltmayacağını bildirən polkovnik, Azərbaycan cəmiyyətində orduya olan məhəbbət və inamın tam olduğunu vurğuladı:   “Son vaxtlar ordu haqqında irəli sürülən ittihamlar təəssüf doğursa da, bu kampaniyanın iştirakçısı və sifarişçisi olan qüvvələr bilməlidir ki, onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin orduya olan sevgi və məhəbbəti, inam və etibarı tamdır. Heç bir qüvvə bu inam və sevginin üzərinə kölgə sala bilməz. Buna ümid edən kəslərin məyus olacağı, öz əməllərinin acı nəticəsi ilə üzləşəcəyi gün uzaqda deyil”.    Seymur ƏLİYEV

Hamısını oxu
Göygöl Rayon İcra Hakimiyyəti (Xəbərlər)

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Göygöl rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb. Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Göygöl rayon şöbəsinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Rusiya səfiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 7 may 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli   səfiri Yevdokimov Mixail Nikolayeviç faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, veteranlarla görüşüb. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, qələbəyə neft Bakısı və Azərbaycan döyüşçülərinin böyük töhfə verdiyini vurğulayıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, faşizm üzərində qələbədən illər sonra – 2020-ci ilin 8 Noyabr tarixində xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmi üzərində qalib gəlməsi Azərbaycan gəncliyinin öz babalarının qəhrəmanlıq ənənəsinə sadiqliyini göstərir.  Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov  da Azərbaycanın faşizm üzərində qələbəyə böyük töhfə verdiyini qeyd edib, bu şanlı tarixin hər zaman ehtiram hissi ilə xatırlanmasının vacibliyinə toxunub. Tədbirin sonunda İkinci Dünya müharibəsində faşizm üzərində qələbəni simvolizə edən “Xatirə məşəli” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təqdim olunub.  

Hamısını oxu
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilir

Veteran.gov.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, ədəbiyyatşünas alim,  professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği və tanıdılması məqsədi ilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib.   Azərbaycan ədəbiyyatında mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran görkəmli yazıçı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcəkdir.    “Aləmdə səsim var mənim” adlı layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və yaradıcı məqalələrin hazırlanması, tanınmış yazıçının  yaradıcılığına dair Özbəkistanın sayt, qəzet və jurnallarında silsilə məqalələrin dərc edilməsi, habelə Əzizə Cəfərzadəyə dair Wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında  Özbək dilində xüsusi bölmənin yaradılması nəzərdə tutulub. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaqdır.   Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır.   Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı  Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur.  

Hamısını oxu