Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans keçirilib

5 may 2026-cı il tarixdə “Quba Place” otelində Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatınin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyev rolu” mövzusunda konfrans keçirilib. Konfransdan əvvəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. 

Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, YAP İdarə Heyətinin üzvü, partiyanın veteranlar şurasının sədri Arif Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca müstəqilliyimizin qorunması yolunda ömrünü xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilibdir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Konfrans çərçivəsində çıxışlar dinlənilıb, Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP İdarə Heyətinin üzvü və partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov və YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək Ümummilli Liderin dövlətçilik tariximizdəki müstəsna rolundan bəhs ediblər.

Konfransın yekununda 10 nəfərə Fəxri Fərman, 10 nəfərə isə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

 

2026-05-05 19:43:00
1122 baxış

Digər xəbərlər

Polad Həşimov və İlqar Mirzəyevə Milli Qəhrəman adı verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Publika.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib: Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra) Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra) Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.

Hamısını oxu
Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib

03.10.2021-ci il tarixində Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, MTB mütəxəssisləri Orxan Məmmədov və Aqşin Bağırlının təşkilatçılığı, o cümlədən “Gənc Velosipedçilər” İctimai Birliyinin dəstəyi ilə Velosiped idmanının MTB-Downhill növü üzrə yarış keçirilib.   Veteran.gov.az xəbər verir ki, bu barədə Respublika Olimpiya Velosiped Məktəbinin sosial mediadakı rəsmi səhifəsində məlumat verilib.   Yarışda 30 iştirakçı mübarizə aparıb. Ekstrim həvəskarlarından fəxri kürsünün ən yüksək pilləsinə Mackay Kayl qalxdı. Məmmədov Kamran 2-ci, Abdullayev Şirxan isə 3-cü olub. Qaliblər medal, diplom, Berg Enerji, o cümlədən “2 Təkər” və “Velo lider” mağazalarından qiymətli hədiyyələrlə təltif edilib.      

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dünya veteranlarına çağırış edib: Bəyanat!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İranın Azərbaycana 5 mart 2026-cı il tarixli terror aktı ilə bağlı bəyanat yayıb, dünya veteranlarına müraciət ünvanlayıb. Bəyanatda deyilir: “5 mart 2026-cı il tarixində İran İslam Respublikasının Naxçıvan hava limanı ərazisinə, eləcə də digər mülki infrastrukturlara dron zərbələri endirməsi haqlı olaraq Azərbaycan xalqının böyük qəzəbinə və sərt etirazına səbəb olub. İran dövlətinin heç bir əsas olmadan dinc insanlara xəsarət yetirməsi, Azərbaycan ərazisində aşkar terror aktı törətməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərin və insani prinsiplərin də nümayişkəranə şəkildə pozulması deməkdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Naxçıvana edilən dron hücumlarının bütün insanlığa qarşı cinayət olduğunu bəyan edir və beynəlxalq ictimaiyyəti, dünya veteranlarını bu terror aktını qınamağa səsləyir.  Beynəlxalq ictimaiyyətin İranın terror aktı ilə bağlı sərgilədiyi etiraz Azərbaycan xalqına mənəvi dəstək nümunəsi olmaqla yanaşı, gələcəkdə digər dövlətlərə qarşı da oxşar terror aktlarının qarşısının alınması baxımından da böyük önəmə, çəkindirici əhəmiyyətə malikdir. İnanırıq ki, beynəlxalq ictimaiyyətin təzyiq və təkidi altında rəsmi Tehran bu terror aktına görə Azərbaycandan üzr istəyəcək, cinayətkarların cəzalandırılması üçün əməli addımlar atacaq”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Hamısını oxu