Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Naxçıvan – memar Əcəmi irsi” gümüş sikkəsi təqdim olundu

“AzerGold” QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsi təqdim olunub.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir. Azərbaycanın orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan “Smartminting” texnologiyasının tətbiqi ilə həkk edilib. Metal səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əks olunub. 

Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib.

Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.

2026-05-09 08:59:00
2571 baxış

Digər xəbərlər

“SHXÇDX-nin müharibə iştirakçılarını həqiqi hərbi xidmətə qəbul etməsi alqışlanmalıdır”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş veteranları həqiqi hərbi xidmətə qəbul edib. Onlardan 4 nəfərə leytenant ilk hərbi rütbəsi, 1 nəfərə isə Silahlı Qüvvələrin ehtiyatından baş leytenant hərbi rütbəsi verilib.  Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  məlum addımını təqdir edib: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına münasibətdə bu cür həssaslıq sərgiləməsi, onları həqiqi hərbi xidmətə qəbul etməsi olduqca müsbət və təqdirəlayiq tendensiyasdır. Xarırladım ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan öncə də Vətn müharibəsi iştirakçılarının həqiqi hərbi xidmətə qəbul edib, onların bundan sonra da Vətənə hərbçi kimi xidmət etməsinə şərait yaradıb. Mən buna görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təşəkkür edir, onlara öz minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətən müharibəsi iştirakçılarına olan bu münasibəti digər dövlət qurumları üçün də nümunə olmalı, onlar da müharibə iştirakçılaırnın işlə təminatında aktivlik göstərməli, hər addımda bu kateqoriyadan olan vətəndaşlarımıza qayğıkeş münasibət sərgiləməlidir. Müharibə iştirakçılarına bu cür münasibət hər birimizin mənəvi borcudur. Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi qulluğa qəbul edilən şəxlərə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.      

Hamısını oxu
Şəhid polkovnikin oğlu: Hərbi təlimlərdə iştirak etməyə hazıram

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi təlimlər çox gözəl bir addımdır.   AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.   Onun sözlərinə görə, bu təlimlərdə iştirak etmək hər bir vətəndaşın borcudur:   "Bu, planlı bir təlimdir. Ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə cəlb olunur və hərbiyə aid bilikləri təkmilləşdirilir. Bu da öz növbəsində çox gözəl bir addımdır və əlbəttə, çağırılsaq, hər bir Azərbaycan gənci kimi, vətənpərvər vətəndaş kimi borcumuzdur ki, belə bir təlimlərdə iştirak edək.   Hər zaman hazırıq və hər zaman hazıram. Sadəcə olaraq əmr gözləyirik və səbr edirik”.

Hamısını oxu
Azərbaycanın ən yaşlı polis veteranı müharibə xatirələrindən danışır

Bu gün onlar barmaqla sayılacaq qədərdir. Bu dəfə ki müsahibim 100 yaşın astanasında olan Azərbaycanın ən yaşlı polis veteranı Əlikişi Cümşüdovdur . Mozdokdan Berlinə qədər ağır döyüş yolu keçən Əlikişi müəllim üç dəfə yaralansa da yenidən səngərə qayıdıb.Müharibənin ağrı - acısı bu gün də gözümün önündədir deyir qocaman veteran. O illəri xatırlayarkən həm kövrəlir, həm də fərəhlənir.                                                                  Müharibə veteranı Əlikişi Cümşüdov: Bizə verilən ömür payında hərə bir yolu seçir və o yolun yolçusu olur. Məndə müharibədən qayıtdıqdan sonra polis peşəsini seçdim. Düz 35 il Daxili işlər orqanlarında qürürla xidmət edib Əlikişi Cümşüdov.Səkkiz övlad, 24 nəvə və 24 nəticə sahibidir Əlikişi Cümşüdov. 100 yaşın astanasında olan qocaman veteran deyir ki, ürəyimdə bir tək arzum qalıb. O da Dağlıq Qarabağdan QƏLƏBƏ xəbərini eşidib o torpaqlara getməkdir. Tezliklə arzunuz çin olsun qocaman veteran.

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu