Digər xəbərlər
Mayın 11-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilən tədbirdə Respublika Veteranlar Təşkilatı veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə hospitalın bir qrup tibb işçilərini mükafatlandırmışdır. Mərasim ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəis müavini, tibb xidməti polkovniki Vüqar Mürsəlov tədbiri açıq elan edərək bildirdi ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, hərbi səhiyyə sahəsi də durmadan inkişaf edir. “Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ən son elmi-texniki nailiyyətlərə əsaslanan tibbi avadanlıq və cihazlarla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür.” Daha sonra veteranlara göstərilən tibbi qayğıdan danışan Vüqar Mürsəlov vurğuladı ki, bu hərbi səhiyyə müəssisəsi yarandığı gündən zabit və əsgər heyətinə, həmçinin veteranlara daim yüksək səviyyədə tibbi xidmət göstərir. Arzu edirəm ki, veteranlar xəstələnməsinlər. Bu gün yaşının ahıl çağında olan II Dünya müharibəsi veteranlarına "sağ olun" deyirik. Biz təkcə sözlə deyil, həm də əməllə qəhrəmanlarımıza diqqət göstərməyə çalışırıq. Veteranların həyat və fəaliyyətləri nəsillər üçün örnək, özləri isə bizlər üçün canlı əfsanə simvoludurlar. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov Baş Klinik hospitalla Təşkilatın sıx əməkdaşlığını yüksək qiymətləndirərək dedi: “Millət, dövlət güclüdür ki, hörmətlə yad edilməli qəhrəmanları var. Bizim vəzifəmiz müharibə veteranlarının qəhrəmanlığını, cəsarətini və sonsuz Vətən sevgisini elə onların öz dilindən nəsillərin diqqətinə çatdırmaqdır. Lakin bu gün yaşı 90-nı keçən veteranlarımız xəstələnirlər. Bu səbəbdən də bu gün onların sağlamlıqlarının bərpası üçün tibbi təminat məsələləri vacibdir. Hospitalda həqiqətən veteranlar, maksimum diqqət və qayğı ilə əhatə olunublar və onların sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir . Burada yaradılan şərait qısa vaxtda xəstələrə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verir. Bu sahədə görülən işlər, doğrudan da yüksək səviyyədədir. Dünya müharibəsi veteranlarına xüsusi münasibət cəmiyyət tərəfindən də təqdir olunur. Bütün bunlar Azərbaycan dövlətinin yalnız bu gün xidmət edən hərbçilərin sağlamlığına və onların problemlərinin həllinə həssaslıqla yanaşdığının, bu insanların hər cür diqqət və qayğı ilə əhatə olunmalarının bariz nümunəsidir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov hospitaldamülaicə alan müharibə veteranlarını ziyarət etdiyi zaman aldığı təəssüratları da tədbir iştirakçıları ilə bölüşdü. “Səmimi deyim ki, hospitalda rahat və təmiz ev şəraiti hökm sürür. Burada olan unikal tibbi avadanlıq və cihazlar xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyəimkan verir. Xəstələrin müalicəsinə olduqca həssas və diqqətli yanaşan həkimlər və tibb bacıları daim yüksək peşəkarlıq göstərirlər. Veteranlar bu tibb ocağında sağalır, yenidən sağlam həyata qayıdırlar. Mən xüsusilə kardiologiya bölməsinin fəaliyyətini qeyd etmək istərdim. Veteranlara göstərdiyiniz bu cür dəstəyə görə sizə öz minnətdarlığımı bildirirəm.” Sonda veteranlara göstərdikləri nümunəvi tibbi xidmətə görə bir qrup həkim və tibb bacısı Respublika Veteranlar Təşkilatının yubiley medalları və fəxri fərmanı ilə mükafatlandırıldılar. Çıxış edən həkimlər verdikləri dəyərə görə Respublikası Veteranlar Təşkilatına təşəkkür edib, veteranlara göstərdikləri xidmətin vəzifə borcu olduğunu bildirdilər. Tədbirdən sonra xatirə şəkilləri çəkdirildi.
Hamısını oxu
Ötən həftə Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoydu. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti durmadan artır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanın iqtisadi inkişafı, texnoloji modernləşməsi və beynəlxalq inteqrasiyası baxımından mühüm tərəfdaş olaraq qalır. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və davamlı inkişafı üçün yeni imkanlar yaradır.Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə 1 iyul 2026-cı il tarixində Bakıda keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki tərəf arasında diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Azərbaycanın regional və qlobal geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bəyanatda səslənən fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini xeyli aşaraq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik, regional sabitlik və geosiyasi tərəfdaşlıq istiqamətlərində çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə daxil olub.Son aylarda Antonio Koşta, daha sonra Kaja Kallas və nəhayət Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərləri təsadüfi diplomatik aktivlik deyil. Bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın mərkəzi aktor kimi qəbul edilməsinin göstəricisidir. Faktiki olaraq Brüssel region siyasətini Bakı ilə daha sıx dialoq üzərində qurmağa başlayır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsidir.Prezident İlham Əliyevin "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi mövcud reallığı tam əks etdirir. Son illər Azərbaycan Avropa üçün yalnız enerji ixrac edən ölkə deyil, etibarlı siyasi tərəfdaş, regional sabitlik yaradan dövlət və Avrasiyanın mühüm nəqliyyat qovşağı statusunu möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə keyfiyyətcə yeni mərhələ yaranıb.Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkənin xarici iqtisadi strategiyasının uğurunu nümayiş etdirir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi Azərbaycanın Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu göstərir. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin region iqtisadiyyatında aparıcı mövqeyini təsdiqləyir. Bu göstəricilər Azərbaycanın iqtisadi çəkisinin təkcə regional deyil, Avropa miqyasında da artdığını nümayiş etdirir.Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Müasir geosiyasi şəraitdə enerji artıq iqtisadi resurs olmaqdan daha çox milli təhlükəsizlik faktoruna çevrilib. Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər Avropanı enerji mənbələrinin şaxələndirilməsinə sövq edib. Bu kontekstdə Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun nəticələri artıq konkret rəqəmlərlə özünü göstərir. Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, qaz ixracının yarısının Avropa bazarına yönəlməsi və artıq 10 Avropa İttifaqı üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Bu əməkdaşlığın yaxın illərdə daha da genişlənməsi üçün kifayət qədər potensial mövcuddur.Ölkə rəhbəri vurğuladığı kimi, bu nəticələr təsadüfi deyil. Azərbaycan onilliklər ərzində siyasi iradə nümayiş etdirərək milyardlarla dollar həcmində investisiya yatırıb, mürəkkəb diplomatik danışıqlar aparıb və nəticədə dünyanın ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizini reallaşdırıb. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Avropa ilə Xəzər regionunu birləşdirən strateji enerji arteriyasıdır. Bu layihə Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri olduğunu sübut edir.Bəyanatın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların marşrutları dəyişir və alternativ dəhlizlərin əhəmiyyəti artır. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit ölkə kimi çıxış edir. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir dəniz limanları, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat platformalarından birinə çevrilməsinə imkan yaradıb.Yükdaşımaların bütün istiqamətlər üzrə artması mövcud infrastrukturun daha da genişləndirilməsini zəruri edir. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəqliyyat və logistika sahəsində əldə olunan üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu göstərici Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkə tədricən yalnız neft və qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində irəliləyir.Bu transformasiya Avropanın yaşıl keçid strategiyası ilə tam uzlaşır. Azərbaycanın zəngin Günəş və külək potensialı, Xəzər dənizinin külək ehtiyatları və yaradılan yeni enerji infrastrukturu ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaşlardan birinə çevirə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəcək.Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən istiqamətlərdən biri regional təhlükəsizlik və sülh prosesidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etməsi Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırır. Azərbaycanın uzun illər davam edən münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, regional kommunikasiyaların açılmasına dəstək verməsi və qarşılıqlı iqtisadi əməkdaşlıq üçün şərait yaratması regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması və digər humanitar addımlar atması göstərir ki, Bakı sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq modeli kimi görür. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir.Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyətini ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının siyasi və iqtisadi imkanları regional əməkdaşlığın dərinləşməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsinə əlavə stimul verə bilər.Ümumilikdə, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bəyanat göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər modeli qurub. Bu model enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, ticarət, investisiya, regional təhlükəsizlik və sülh gündəliyini özündə birləşdirən geniş strateji platformaya çevrilməkdədir.Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, onların əsas təşəbbüskarı və istiqamətverici aktorlarından biridir. Bu isə ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması və müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsinin ən mühüm göstəricilərindən biridir. Məşhur MəmmədovMilli Məclisin deputatı
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Aİİ-nin rektoru, dosent Aqil Şirinov qonağı ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. O, Aİİ-nin fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib. Rektor müəssisədə təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib. A.Şirinov ali təhsil müəssisəsində mövcud ixtisaslar və təhsil pillələri haqqında məlumat verib. Qeyd edib ki, Aİİ-də bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. Rektor Azərbaycan və İraq respublikaları arasında tarixən mövcud əlaqələrdən bəhs edib. Azərbaycan İlahiyyat İnstitutunun tədris sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib. İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Dr. Huthaifa Z. Mahmud, öz növbəsində, İnstitutda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq təhsil və elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb. Səfir ərəb dili tədrisinin önəminə toxunub. Qeyd edib ki, ərəb dili ilahiyyat sahəsində mövcud ixtisaslar üçün vacibdir. O, İraq Respublikasında yaşamış azərbaycanlı ədiblərin, alimlərin ərəb dilində bir çox əsərlərinin mövcudluğuna toxunub. Daha sonra Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Aİİ-də ərəb dilinin tədrisi barədə məlumat verib. Qeyd edib ki, ərəb dilinin öyrənilməsi Azərbaycanın Orta əsr ədəbiyyatı, tarixi və fəlsəfəsinin tədqiqi baxımından mühümdür. Görüş ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ətrafında müzakirələrlə davam edib.
Hamısını oxu
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov, İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, İctimaiyyətlə Əlaqələr və Mədəni-Kütləvi Tədbirlər şöbəsinin rəisi polkovnik Elvin ƏzizovƏmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Fatma Səttarovanı 9 may- Qələbə Günü münasibətilə təbrik edən Müşfiq Məmmədov, Azərbaycan xalqının igid övladlarının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstəriyini, Vətən müharibəsində bütün dünyanın bu qəhrəmanlığa yenidən şahid olduğunu vurğulayıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına, eləcə də şəxsən ona olan qayğıya görə general Müşfiq Məmmədova təşəkkürünü bildirən Fatma Səttarova, veteranların hər zaman dövlət başçısının, o cümlədən Müdafiə Nazirliyinin diqqətini hər zaman üzərlərində hiss etdiklərini bildirib. Daha sonra polkovnik Cəlil Xəlilov general Müşfiq Məmmədova Təşkilatın fəaliyyəti, gördüyü işlər, həytata keçirdiyi mühüm layihələr haqqında geniş məlumat verib. Müdafiə Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əlaqələrin genişlənməsi, birgə tədbrlərin təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin nümayəndələri Təşkilatın inzibati binası, muzey və guşələri ilə tanış olub, veteranlarla görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Seymur ƏLİYEV
Hamısını oxu